Çelsi Fk: İngiltərənin futbol klubu

Çelsi FK (ing.

Klubun prezidenti Roman Abramoviç, baş məşqçisi isə Frenk Lemparddır. Klub 2007/2008 mövsümü UEFA Çempionlar Liqasında finalda Mançester Yunayted ilə qarşılaşmış və oyunun əsas vaxtı 1-1 hesabı ilə başa çatmışdır. Penaltilərdə 6-7 hesabı ilə məğlub olan "Çelsi" tarixində ilk dəfə UEFA Çempionlar Liqası qalibi adını qazanmaq imkanını əldən vermişdi. 2009/2010 mövsümündə İngiltərə Premyer Liqasında çempion olan "Çelsi" 2011/2012 mövsümündə UEFA Çempionlar Liqasının final mərhələsinə yüksəlmişdir. Finaldakı rəqibi Bayern Münhen ilə əsas vaxtda 1-1 oynayan klub penalti zərbələrini daha uğurla yerinə yetirərək turnirin qalibi olmuşdur. İngiltərənin ən titullu klubu Manchester Uniteddir (70titul)

Çelsi FK
Loqonun şəkli
Klubun tam adı Çelsi Futbol Klubu
Ölkə İngiltərə İngiltərə
Ləqəb(lər) The Blues, The Pensioners
Rəng(lər) Mavi -
Yaranma tarixi 10 mart, 1905
Stadionu Stemford Bric
Tutumu 42,449
Prezidenti Rusiya Roman Abramoviç
Baş məşqçisi İngiltərə Tomash Tuc
Liqa İngiltərə Premyer Liqası
2018/2019 3
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Emblem

"Çelsi"nin 1905-ci ildə yaradılan emblemi bir məmurun və klubun adının kombinasiyasından ibarət idi. Buna görə də klubun ləqəbi The Pensioners (Məmurlar) idi. 1953 ilə qədər bu emblem "Çelsi"nin formasını bəzəmişdir. Ted Dreyk 1952-ci ildə klubun emblemini dəyişdirdi. 1953-cü ilə qədər bu emblem C.F.C. şəklində idi. 1953-cü ildə emblemin ortasında əlində deynək tutmuş mavi şir təsvir olundu. 1986-cı ildə klub rəhbərliyi yenidən klubun emblemini dəyişdirmək qərarına gəlir. Bu emblemdə də şir təsvir edilir, ancaq bu dəfə şir bir qədər daha aydın nəzərə çarpır. Və onun yanında C.F.C hərfləri yazılır. 100-cü ilində klub növbəti dəfə emblemini dəyişdi. Emblemdə bu dəfə də mavi rəngli şir təsvir edildi, ancaq onun yanında "Chelsea Football Club" yazısı yazıldı.

Çelsi Fk: Emblem, Uğurları, Sponsor müqavilələri 
Çelsi Fk: Emblem, Uğurları, Sponsor müqavilələri 
Çelsi Fk: Emblem, Uğurları, Sponsor müqavilələri 


Uğurları

Çelsi Fk: Emblem, Uğurları, Sponsor müqavilələri 
Klubun forması Avropa Liqası Muzeyində

Dünyada bütün futbol klubları öz büdcəsini zənginləşdirmək üçün sponsorlar ilə müqavilə imzalayır. Əvəzində isə qarşı tərəfi dünyaya tanıdır. Klubların reytinqinə və tanınmasına əsasən onun sponsor və partnyorları da daha güclü, varlı bir şirkət olur. Bəzi klub sahibləri var ki, komandasını öz şirkəti sayəsində tanıdır. Misal kimi "Çelsi"ni göstərmək olar. Klubun sahibi olan rusiyalı milyarder Roman Abramoviç neft yataqlarından çıxan qara qızılını bir şirkət adı altında "Zadəganlar"ın əsas reklam özəyi kimi istifadə edir. Abramoviçin komandasının digər əsas sponsorları isə dünyanın ən məşhur idman malları və geyimləri istehsalçısı “Adidas” şirkətidir. Müəsisə Almaniyanın ən böyük sənaye şirkətlərindən biridir. Şirkətin 2008-ci ildəki gəliri rekordları aşmışdır. Özünün ən uğurlu ilini yaşayan “Adidas” nə az, nə çox 10.8 milyard avro qazanmışdır. Şirkətin "Çelsi" ilə müqaviləsi uzunmüddətli imzalanıb. Razılaşmaya əsasən 300 milyon avro qarşılığında “Adidas” şirkəti 10 il ərzində "Çelsi"yə sponsorluq edəcək. Sponsor olaraq komandanın geyimlərini də hazırlayır. Bu razılaşma ötən il baş tutmuşdu. Müqavilədən sonra "Çelsi" İngiltərə Premyer Liqasının ən bahalı sponsor müqaviləsini imzalamış oldu. Komandanın digər sponsoru Cənubi Koreyanın "Samsung" şirkətidir. Dünya bazarında yeni texnologiyaları ilə seçilən "Samsung" londonlular ilə yalnız forma üzərindəki reklama 16 milyon avro xərcləyir. Əlavə olaraq Çempionlar Liqası oyunlarında da bonuslar gəlir. Komandanın digər nəhəng sponsorları "Gazprom", "Delta", "Audi", "EA Sports", "Singa"dır. Digər sponsorlar isə bunlara nisbətən çox da məşhur deyil. Ümumilikdə isə klubun 29 şirkət ilə sponsor müqaviləsi var.

Heyəti

2016/2017 •1.Kepa Arrizabalaga •2.Emerson Palmieri •3.Markos Alonso •4.Sesk Fabreqas •5.David Luiz •7.N`qolo Kante •8.Mateo Kovaçiç •10.Eden Hazar •11.Pedro Rodrigez •12.Roz Bərkli •13.Caballero •14.Ruben Loftus-Çek •15.Viktor Mozes •19.Alvaro Morata •21.Olivier Giroud •22.Villian Dos Santos •23.Miki Batşuayi •24.Qari Kehil •26.Con Terri •28.Sezar Azpilikueta •29.Çarli Musonda •30.Ola Aina

Stemford Bric

Çelsi Fk: Emblem, Uğurları, Sponsor müqavilələri 
Stemford Bric, London

"Çelsi"nin ev oyunlarını keçirdiyi Stemford Bric stadionu 1899-cu ildə tikilmiş və elə həmin il də istifadəyə verilmişdir. Stadionda ən çox tamaşaçı - 82 905 nəfər 12 noyabr 1935-ci ildə "Arsenal" ilə oyunda olmuşdur.

Xarici keçidlər

Həmçinin bax

Tags:

Çelsi Fk EmblemÇelsi Fk UğurlarıÇelsi Fk Sponsor müqavilələriÇelsi Fk HeyətiÇelsi Fk Stemford BricÇelsi Fk Xarici keçidlərÇelsi Fk Həmçinin baxÇelsi FkBayern Münhen FKFrenk LempardMançester Yunayted FKRoman AbramoviçUEFA Çempionlar Liqasıİngilis diliİngiltərə Premyer Liqası

🔥 Trending searches on Wiki Azərbaycanca:

ZərflikZülallarQazax rayonuQobustan Dövlət Tarixi-Bədii QoruğuDünya ölkələrinin siyahısıSöz birləşməsiİrəvan xanlığıAprel döyüşləriSahə (ölçü parametri)Sürücülük vəsiqəsiQara QarayevOğlaq (astrologiya)Dünya okeanıZaqatala rayonuQafqazCavanşirNeftçi PFKLerik rayonuAzərbaycan meşələriSual cümləsiBakı metrostansiyalarının siyahısıƏdədi silsiləİslamda oral seksQuranİnkişaf etmiş ölkəİnvestisiyaTikTokAzərbaycan şirkətlərinin siyahısıKürİzzət BağırovXəritəAzərbaycan Respublikası Mərkəzi BankıQırğızıstan əhalisiƏbülfəz ElçibəyKönül KərimovaSay (qrammatika)Azərbaycanın Qırmızı kitabına düşən quşlarKöməkçi nitq hissələriİsimMehdi HüseynzadəSuçiçəyiÖvrə xəstəliyiQara YanvarAtəşgah (Bakı)Azərbaycan mətbəxiCavanşir Məmmədov (general)CəbrTürkmənçay müqaviləsiQırğızıstan coğrafiyasıArAzərbaycan Respublikasının KonstitusiyasıGürcüstanKlaviaturaFeilFonetik təhlilƏdəbiyyatABŞ-nin ştatlarıNəriman NərimanovQədim MisirOsmanlı sultanlarının siyahısıLotu QuliAy təqvimiRənglər siyahısıŞuşa qalasıBermud üçbucağıƏfqanıstanŞuşanın işğalıSinir sistemiQoşma (qrammatika)MayTriqonometriyanın əsas düsturlarıQanAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiŞəkilçiAzərişıqAdolf HitlerYarasalarƏməliyyat sistemiGöygöl rayonu🡆 More