Wiki Azərbaycanca

Hamının redaktə edə biləcəyi azad ensiklopediya olan

Wiki Azərbaycanca

Hamının redaktə edə biləcəyi azad ensiklopediya olan

Hazırda Azərbaycan dilində 199.920 məqalə mövcuddur.

Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Ana Səhifə
Müqəddəs Pyotr bazilikasıRoma daxilində Papalıq anklavı olan Vatikan şəhərində yerləşən İtalyan intibahı dövrünə aid kilsədir.

Əsasən Donato Bramante, Mikelancelo Buonarotti, Karlo Maderno və Covanni Lorenso Bernini tərəfindən dizayn edilmiş kilsə, İntibah memarlığının ən məşhur nümunələrindən və dünyanın ən böyük kilsələrindən biridir. Katolik kilsəsinin ana kilsəsi və ya Roma yeparxiyasının kafedralı olmamasına baxmayaraq, Müqəddəs Pyotr bazilikası katolisizmin ən müqəddəs ziyarətgahlarından biri hesab edilir. O, “xristian dünyasında unikal mövqeyə malik”xristian dünyasının ən möhtəşəm kilsələrindən biri kimi təsvir edilir. Katolik ənənəsinə görə kilsədə İsanın on iki həvarilərindən biri olan və ilk Roma Papası hesab edilən Müqəddəs Pyotr dəfn edilmişdir.

Buna görə də, Erkən xristianlıq dövründən etibarən əksər Roma Papaları burada dəfn olunub, Roma imperatoru Böyük Konstantinin hakimiyyəti dövründən isə ərazidə kilsə olub. IV əsrdə inşa edilmiş Köhnə Müqəddəs Pyotr bazilikasını əvəz etmiş hazırkı bazilikanın inşasına 18 aprel 1506-cı ildə başlanılmış və inşaat işləri 18 noyabr 1626-cı ildə tamamlanmışdır.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Ana Səhifə
Birinci Türkoloji Qurultay — — 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyasımədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarların qəbul edildiyi qurultay.

Qurultayda latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanıb. Qurultayda qəbul edilən qərara əsaslanaraq 1929-cu il yanvarın 1-dən Sovet hökuməti ərəb əlifbasının istifadəsinə qadağa qoydu.

Birinci Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb. Qurultayın işində Sovet birliyi məkanında yaşayan türk xalqları ilə yanaşı xarici qonaqlar, ümumilikdə isə 131 nəfər nümayəndə — alimlər, dilçilər, tarixçilər, şairlər, yazıçılar və digər görkəmli müttəfəkirlər iştirak edib.


(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Ana Səhifə
Kventin Tarantinonun filmoqrafiyasıABŞ kinorejissoru, prodüser, ssenaristaktyor kimi fəaliyyət göstərir və 2015-ci ilin göstəricilərinə əsasən, 11 film çəkmiş və onların hər birinin ssenari müəllifi olmuşdur. Öz karyerasını 1980-ci illərin sonlarında başlayan Tarantino ağ-qara filmi olan "Ən yaxşı dostumun doğum günü" filmində həm rejissor, həm ssenari müəllifi, həm də aktyor kimi iştirak edir. Bu film rəsmi olaraq, heç vaxt təqdim edilməmiş və həvəskar şəkildə çəkilmiş müstəqil qısametrajlı bədii film idi.

1988-ci ildə "Qızıl qızlar" sitkom serialında məşhur müğənni Elvis Preslinin obrazını canlandırmış, ardınca isə "Eddi Presli" filmində (1992) epizodik rolda çıxış etmişdir. Rəsmi müstəqil film istehsalçısı kimi bir-birini tanımayan beş nəfərin qiymətli daş-qaş oğurluğu naminə yığışıb birgə fəaliyyət göstərməsindən bəhs edən "Quduz köpəklər" (1992) kriminal triller filmini çəkmiş, eyni zamanda bu layihənin ssenari müəllifi və rol ifaçısı olmuşdur.

(Davamı...)

🔥 Trending searches on Wiki Azərbaycanca:

Əkinçi (qəzet)Neftçilər metrostansiyasıSözün həqiqi mənasıQızlıq pərdəsiMirzə Ələkbər SabirDinPlanetX KristianQulaqdibi xəstəliyiRozmarinEzopHalikarnas mavzoleyiAzərbaycan Respublikası yol nişanlarıDilarə Əliyeva (aktrisa)MetroKamal XudaverdiyevXeops ehramıŞəkiCəfər CabbarlıFolklorAzərbaycan Sovet Sosialist RespublikasıKompüter qurğularıAyMüstəqillik Günü (Azərbaycan)YanıqHəbib RzayevSaitAzərbaycan bayrağıİnsan hüquqlarıƏli Nağıyev (general)XristianlıqDünya okeanıSərxan KərəmoğluAfrika ölkələrinin siyahısıXankəndiHacı Zeynalabdin TağıyevMasonluqMolla Pənah VaqifKomedixanaSay (qrammatika)Qurban bayramıAvropaAzərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman AkademiyasıXumar QədimovaAzərbaycanın iqlimiAdi diferensial tənliklərHicri təqvimOkeanReptilian insanlarMəhtimquluBakteriyalarBirləşmiş Ərəb ƏmirlikləriAntarktidaMüstəqilliyin Bərpası Günü (Azərbaycan)MasturbasiyaQədim Roma təqvimiKəmalə PiriyevaAlqoritmMoskvaSasanilər imperiyasıİrəvanKütlə vahidləriƏlifbaQida zənciriEtnaLatın ifadələriAxırıncı aşırımNəriman AxundzadəMilli Mətbuat və Jurnalistika GünüBöyük Hun imperiyasıGədəbəy rayonuXəttatYazıÇingiz xanKompüter şəbəkəsiDaun sindromu🡆 More