Zeynəb Biişeva: Başqırdıstan yazıçısı, şairəsi, dramaturqu və tərcüməçisi

Zeynəb Abdulla qızı Biişeva (rus.

15 yanvar 1908, Tuyömbət, Orenburq quberniyası, Rusiya imperiyası — ö. 24 avqust 1996, Ufa, Başqırdıstan, Rusiya) — Başqırdıstan xalq yazıçısı, nəsr yazıçısı, şairə, dramaturq, tərcüməçi.

Zeynəb Biişeva
rus. Зайна́б Абду́лловна Бии́шева
başq. Зәйнәб Абдулла ҡыҙы Биишева
Zeynəb Biişeva: Bioqrafiyası, Mənbə, Xarici keçidlər
Doğum tarixi
Doğum yeri Tuyömbət, Orenburq quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (88 yaşında)
Vəfat yeri Ufa, Başqırdıstan, Rusiya
Dəfn yeri Ufa müsəlman qəbiristanlığı
Vətəndaşlığı Rusiya Rusiya İmperiyasıSSRİ SSRİRusiya Rusiya
Təhsili
  • Orenburq Pedaqoji Texnikumu[d]
Fəaliyyəti şairə, yazıçı, dramaturq, tərcüməçi
Fəaliyyət illəri 1930 — 1996
Əsərlərinin dili Başqırd dili, rus dili
Janrlar teatr pyesi, hekayə, şeir, dram
Mükafatları Zeynəb Biişeva: Bioqrafiyası, Mənbə, Xarici keçidlər Zeynəb Biişeva: Bioqrafiyası, Mənbə, Xarici keçidlər Zeynəb Biişeva: Bioqrafiyası, Mənbə, Xarici keçidlər

Bioqrafiyası

Zeynəb Biişeva 15 yanvar 1908 tarixində Rusiya İmperiyasının Oreburq quberniyasında yerləşən Tuyömbət kəndində anadan olmuşdur. Biişeva Orenburq Başqırd Pedaqoji Kollecini bitirmişdir. Təlimini bitirdikdən sonra, 1929-1931-ci illərdə Baymak rayonunun Teməs kəndində müəllim olaraq işləmişdir. Ufa Qabaqcıl Təlim Kurslarını (1931) bitirdikdən sonra, Başqırd Nəşriyyat Evinin "Pioner" jurnalının redaktoru (Şairin ilk əsəri olan "Şəlalələr arasında" 1930-cu ildə burada nəşr olunmuşdur) olmuşdur. 1941-ci ildə şairənin ilk kitabı olan "Partizan oğlan" nəşr olunmuşdur. 1946-cı ildə SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. 1953-cü ildə peşəkar yazıçı statusunu almışdır. 1993-cü ildə "Başqırdıstan xalq yazıçısı" adına layiq görülmüşdür. Zeynəb Biişeva əsərlərini müxtəlif janrlarda yazmışdır. Şairə uşaqlar və gənclər üçün "Dostluq" və "Dost olaq" kimi çoxlu əsərlər, onlarla şeir və nağıllar yazmışdır. Şairənin "Salavatın son monoloqu" poeması (1984) Başqırdıstan milli qəhrəmanı olan Salavat Yulayevə (17541800) həsr olunmuşdur. Şairənin dramatik əsərləri olan "Sehrli kuray" (1957), "Sirli üzük" (1959), "Gülbədər" (1961), "Əhd-peyman" (1966) və "Zülhiza" (1981) yalnız Başqırdıstan Dövlət Akademik Teatrında deyil, həmçinin Respublikadan kənar teatrlarda da ifa edilmişdir. Zeynəb Biişeva povest və hekayə janrlarında səmərəli olaraq işləmişdir. Ən məşhur əsərləri arasında "Qanxılıy" (1949), "Qəribə adam" (1960), "Hardasan, Gülnisə?" (1962), "Fikir, düşüncə" (1963), "Məhəbbət və nifrət" (1964) var. Şairə əsərlərdə fərdi və cəmiyyət arasındakı əlaqələrin fəlsəfi problemləri haqda danışır, başqırd qadınlarının açıq şəkildə görünüşlərini yaradır. Zeynəb Biişevanın ən əhəmiyyətli əsəri "İşığa" trilogiyasıdır. Bu trilogiya "Alçaldılanlar" (19561959), "Emeş" (19671969), "Böyük İkada" (19651967) romanlarını ehtiva edir. Zeynəb Biişeva Rusiya FederasiyasıSSRİ yazıçılar qurultayının nümayəndəsi olan Başqırdıstan Respublikası Yazıçılar İttifaqının İdarə Heyətinin üzvü seçilmişdir. 1968-ci ildə Salavat Yulayev adına Dövlət Respublika Mükafatına layiq görülmüşdür. Zeynəb Abdulla qızı Biişeva 24 avqust 1996 tarixində, 88 yaşında Ufa şəhərində vəfat etmişdir. Vəfat etdikdən sonra Ufadakı bir müsəlman qəbiristanlığında dəfn edilmişdir.

Mənbə

İstinadlar

Ədəbiyyat

  • (Başqırdca) Зәйнәб Абдулла ҡыҙы Биишева // Başqırdıstan Ensiklopediyası. Ufa: Başqırdıstan Elmlər Akademiyası. 2013.
  • Başqırd dramaturqları antopoloqiyası  (başq.)
  • Qəynullin М. F., Höseyenov Q. B. Başqırdıstanın Sovet Yazıçıları. Biblioqrafiya  (rus.)
  • Başqırd torpaqlarının yazıçıları / Məlumat kitabçası (Yazıçılar: R. N. Baymor, Q. N. Qareyeva, R. H. Timerqalina). Yenidən işlənmiş II nəşr. — Ufa: Kitab, 2015. — səh. 496 ISBN 978-5-295-06338-1  (rus.)

Xarici keçidlər

Tags:

Zeynəb Biişeva BioqrafiyasıZeynəb Biişeva MənbəZeynəb Biişeva Xarici keçidlərZeynəb Biişeva15 yanvar1908199624 avqustBaşqırd diliBaşqırdıstanRus diliRusiyaRusiya imperiyasıUfa

🔥 Trending searches on Wiki Azərbaycanca:

Lionel MessiBarselona FKHidrogenTürkiyə prezidentlərinin siyahısıİstanbul29 aprelTahir İmanovSevil ƏliyevaMakedoniyalı İsgəndərQaraqanHumanitar elmlərBeyinAzərbaycan kinosuAzərbaycan iqtisadiyyatıAmerika Birləşmiş ŞtatlarıŞifrAzərbaycan Texniki UniversitetiƏrəb xilafətiAzərbaycan Dövlət İqtisad UniversitetiDJ FatehAnarMədət QuliyevAzərbaycan (tarixi ərazi)Elxan ElatlıSüni intellektSoyuq müharibəBağlayıcıI AbbasDüzbucaqlı paralelepipedQanuni oğruKöməkçi nitq hissələriFəzail İbrahimliAd günü (film, 1977)Müstəqil Dövlətlər BirliyiQrafik redaktorlarCavanşirAzərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman AkademiyasıBakı Xoreoqrafiya AkademiyasıCümlə üzvləriAzərbaycanda toy adətləriMəxmərəkSurət HüseynovAmoksisillinFatiməSalamMilli Azərbaycan Tarixi MuzeyiRafiq Əliyev (texnika elmləri doktoru)Rövşən CavadovDaun sindromuBirləşmiş Ərəb ƏmirlikləriNorveçCəmşid Naxçıvanski adına hərbi liseyLütfi ZadəŞəki xan sarayıİspaniyaAlçaTexnofest AzərbaycanQafqaz AlbaniyasıDördbucaqlıDekabrPiramida (həndəsə)YaponiyaArazHikmət HacıyevHacı Məmmədov (cinayətkar)MAzərbaycan milli geyimləriDərinin xoşxassəli törəmələriMöminə Xatun türbəsiXəzər dəniziAzərbaycanlılarAğdamİlanlarPolad HəşimovDövlət bayraqlarının siyahısıAzərbaycanda neft sənayesiPsixologiyaDünya əhalisiİngilis dili🡆 More