Xəzər Tv: Azərbaycan Telekanalı

Xəzər Televiziyası — 5 oktyabr 2007-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biri.

Xəzər TV
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Yayım ərazisi Azerspace-1 peyklərinin əhatə dairələri
Dil Azərbaycan dili
Baş qərargah Süleyman Əhmədov küç. 2, Bakı, Azərbaycan
Yaranma tarixi 5 oktyabr 2007 (20:00)
Sahibi SOCAR Media
Rəhbərlik Murad Dadaşov (2020-ci ildən)
Şüar Sevgi əsasdır!
Qardaş kanallar Xəzər FM
Araz FM 103.3
CBCHD
CBC SportHD
Sayt xezertv.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixçə

Xəzər TV 5 oktyabr 2007-ci ildə "Ailənizin Xəzəri" sloqanı ilə fəaliyyətə başlayıb. Fəaliyyətə başladığı dövrdə telekanalın prioriteti xəbər yayımı olmuşdur. Yayım həyatına "Xəbərlər" proqramı ilə başlayıb. 2009-cu ildə Azərbaycan Dövlət Nəşriyyatında 2000 m²-ə yaxın ərazini əhatə edən studiyaların təmir-tikinti işinə start verdi. 2010-cu ilin avqust ayında hazırkı binanın tikintisinə başlandı. İlk studiya verilişi "Xəzərin sahilində" adı ilə efirə çıxıb.

2010-2011-ci illərdə Azərbaycanda ilk dəfə sitkom janrını tamaşaçı ilə tanış edərək "Aramızda qalsın" və "Qayınana" seriallarını efirə təqdim etdi.[mənbə göstərin]

2016-ci ildə Zaqafqaziyada ərazisinə görə ən böyük telekanal binası olan inzibati binaya köçdü.[mənbə göstərin] 1,2 hektar ərazidə, 6750 m²-lik tikinti hissəsində, 25.000 m² bağlı sahədə tikilən yeni inzibati bina 10 mərtəbədən ibarətdir. Binada 2500 m²-lik 5 çəkiliş studiyası, 1000 m²-lik böyük şou studiyası, 250 m²-lik 3, 500 m²-lik 1, 250 m²-lik 1 studiya, bu studiyaları idarə edən 3 efir studiyası var.

2016-cı ildə "AGB" reytinq hesablama şirkətinin rəyinə əsasən reytinqlərdə birincilik əldə etdi.[mənbə göstərin] 2017-ci il sentyabrın 18-də "Xəzər TV" Bakı şəhəri üzrə HD yayım formatına keçib.

5 mart 2020-ci il tarixindən Murad Dadaşov "Xəzər TV" MMC-nin baş direktoru təyin olunub. 28 yanvar 2022-ci ildə "Azerspace-1" peykində HD yayım formatına keçib. Azərbaycan Mediasında ilk 1 milyon abunəçi sayı olan kanal da məhz Xəzər TV-nin "Xəzər Media" kanalı oldu.[mənbə göstərin]

Müvəqqəti dayandırılması

7 may 2020-ci ildə "Qəlb oğrusu" bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulmuşdur. Milli Televiziya və Radio Şurası həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq 13 may 2020-ci il tarixli 7/2 nömrəli qərarı ilə Xəzər TV-nin yayımı 18 may 2020-ci ildə saat 08:00-dən 09:00-dək 1 saatlıq dayandırılıb. Telekanal saat 09:00-da fəaliyyətini bərpa edib.

5 avqust 2020-ci ildə saat 18:00-19:00 arası müddətdə 16 dəqiqə 50 saniyə reklam yayımlanması "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Milli Televiziya və Radio Şurası həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq 14 avqust 2020-ci il tarixli 11/2 nömrəli qərarı ilə Xəzər TV-nin yayımı 24 avqust 2020-ci ildə saat 08:00-dan 11:00-dək 3 saatlıq dayandırılıb. Telekanal saat 11:00-da fəaliyyətini bərpa edib.[mənbə göstərin]

Xarici keçidlər

Tags:

🔥 Trending searches on Wiki Azərbaycanca:

Füzuli rayonuElxanilər dövlətiPakistanDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)ÇövkənAğstafa rayonuAzərbaycan banklarının siyahısıTabeli mürəkkəb cümləSalavat (islam)OvçuluqRabitəbankArazPəncəli TeymurovDüzbucaqlıÇingiz xanOrxan SultanovXarıbülbülYeni Azərbaycan PartiyasıRəqsanəRus əlifbasıTürk xalqlarıQara daşların sakinləri (film, 1991)PsixologiyaGelati monastırıAzərbaycan dilində alınma sözlərİslamda oral seksŞəkilçiİsabel Martines de PeronKenquru Beynəlxalq Riyaziyyat MüsabiqəsiBalaca şahzadəTamamlıqI OrxanİnflyasiyaAzərbaycan Sərhəd QoşunlarıRusiya imperiyasıEpilepsiyaAzərbaycan adalarının siyahısıAzərbaycan RadiosuAzərbaycanda ovçuluqAzərbaycan Daxili QoşunlarıGünəş sistemiHeydər ƏliyevElgiz ƏkbərXumar QədimovaAzərbaycan (tarixi ərazi)On iki imamElxan BəşirovMilli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)Taleh QaraşovSpirtlərQızlıq pərdəsiSumqayıtAzərbaycan Milli QvardiyasıAprel döyüşləriNəsibə Zeynalovaİbrahimxəlil xanSual cümləsiYaponiyaAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiAygün KazımovaSolitonKibertəhlükəsizlikKvadrat metrQədim YunanıstanTürkmənçay müqaviləsiMəhəmməd peyğəmbərin evlilikləriZəfər Günü (Azərbaycan)EksponatXeyirxahlıqHidrogenƏli XameneiQarabağ xanlığıMakedoniyalı İsgəndərCəmşid Naxçıvanski adına hərbi liseySabirabad rayonuQüslAzərbaycan manatıMir Cəlal🡆 More