Pəncəli Teymurov

Pəncəli Nurməhəmməd oğlu Teymurov (24 mart 1981; Əzərüd, Astara rayonu, Azərbaycan SSR – 2 aprel 2016; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşləri şəhidi.

Pəncəli Teymurov
Pəncəli Teymurov
Şəxsi məlumatlar
Ləqəbi Qoca qurd
Doğum adı Pəncəli Nurməhəmməd oğlu Teymurov
Doğum tarixi
Doğum yeri Əzərüd, Astara rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (35 yaşında)
Vəfat yeri Talış, Tərtər rayonu, Azərbaycan
Dəfn yeri Əzərüd
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Elvira Teymurova
Atası Nurməmməd Teymurov
Anası Vahimə Teymurova
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 1999–2016
Rütbəsi Pəncəli Teymurov Gizir
Təltifləri Pəncəli Teymurov Pəncəli Teymurov Pəncəli Teymurov Pəncəli Teymurov Pəncəli Teymurov Pəncəli Teymurov Pəncəli Teymurov

Həyatı

Pəncəli Teymurov 1981-ci ilin 24 mart günündə Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986–1998-ci illərdə Astara rayonu, B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnmiş və hərbi hissənin ən mahir kəşfiyyatçısı olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib. Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurdu. Amma Pəncəli doğmalarının, elin, obanın şadyanalıq etdiyi toyda özünə bunları arzu etdi: " Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın"

Hərbi xidməti

Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında AzərbaycanErmənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girmiş və döyüş dostları– Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənmiş və 03 aprel 2016-cı il tarixdə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olmuşdur.

Aprelin 11-i isə Pəncəli Teymurov doğulduğu Astara rayonunun Əzərüd kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Teymurov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Hərbi tapşırıqları uğurla başa çatdırdığına görə müxtəlif döyüş mükafatları, medallarla təltif olunan Pəncəli ən böyük mükafatını 2015-ci ilin 24 iyununda almışdı. 2015-ci ildə işğal altında olan Kəlbəcər rayonunda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artirelliya və iyirmidən çox hərbçi məhv edilmişdi. Bu əməliyyatda göstərdiyi yüksək bacarıq və peşəkarlığı, cəngavərliyi, nümunəvi xidməti nəzərə alınaraq komandanlığın təqdimatına əsasən ölkə Prezidentinin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunmuşdur.

Xatirəsi

Aprel döyüşlərindəki misilsiz şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhid gizir Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

2020-ci ildə çəkilmiş "Anamın kitabı" serialının bir səhnəsində şəhidin xatirəsi yad edilmişdir.

İstinadlar

  • Mərasim Hacızadə "Ədəbiyyət Yolçuları"

Tags:

Pəncəli Teymurov HəyatıPəncəli Teymurov Hərbi xidmətiPəncəli Teymurov XatirəsiPəncəli Teymurov İstinadlarPəncəli Teymurov19812 aprel201624 martAprel döyüşləriAstara rayonuAzaruAzərbaycanAzərbaycan SSRAzərbaycan Silahlı QüvvələriTalış (Ağdərə)Tərtər rayonu

🔥 Trending searches on Wiki Azərbaycanca:

TimsahlarQədim MisirTamamlıqVüqar BiləcəriBeyləqan rayonuQaraciyərOlimpiya oyunlarıAzotÜslubiyyat (Azərbaycan dili)Qazax rayonuNapoleon BonapartPlanetAzərbaycan Quru Qoşunlarının hərbi nişanlarıGölQuranNATOQızılcaAy təqvimiBöyrəkƏlifbaMicrosoft ExcelAzərbaycan operasıVladimir LeninAzərbaycan coğrafiyasıMirməmməd Cavadzadəİkinci Qarabağ müharibəsiDron hücumuQəzetRespublikaAhəng qanunuSaatlı rayonuTeymurilər dövlətiDaun sindromuAzərbaycan Tibb UniversitetiPişikDüzbucaqlıGözAmoksisillinMəhəmməd Əmin RəsulzadəNikol PaşinyanDaxili İşlər Nazirliyi (Azərbaycan)QitəEldənizlərAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıƏsas nitq hissələriXitabŞamaxıDelimitasiyaNamazEpitetAmazon yağış meşələriHikmət MirzəyevXocalı soyqırımıAzərbaycanın sərhədləriAzərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya AktıƏdatMəxmərəkNəsirəddin TusiMuğan düzüLatın diliMetyu BrayzaSehrli xalat (film)ÇoxluqlarXumar QədimovaƏli Nağıyev (general)Günəş sistemiKükürdİnsan hüquqlarıXankəndiEkologiyaMirvariŞuşa qalasıNeftçi–Qarabağ rəqabətiSöhbətül-əsmarTransformatorMonarxiyaQəbələ rayonu🡆 More