Murad Dadaşov: Azərbaycan şoumeni, teleaparıcısı, prodüseri, aktyoru

Murad Əli oğlu Dadaşov (21 dekabr 1978, Bakı) — şoumen, tanınmış teleaparıcı, prodüser, aktyor, Bakılı oğlanlar Şən və Hazırcavablar Klubunun üzvü, M Group Production şirkətinin prezidenti, 20-ci əsrin çempionları titulunun sahiblərindən biri (2000), Azərbaycan Respublikasının əməkdar artisti (2014) və Azərbaycan Respublikasının xalq artisti (2018), Xəzər TV-nin prezidenti (2020).

Murad Dadaşov
Murad Dadaşov: Həyatı, Fəaliyyəti, Şəxsi həyatı
Doğum tarixi 21 dekabr 1978(1978-12-21) (45 yaş)
Doğum yeri
Həyat yoldaşı Aytən Əliyeva (e. 2001)
Uşağı 3
Atası Əli Dadaşov
Anası Tamilla Əliyeva
Boyu 1.70 sm
Təhsili
Fəaliyyəti aktyor, prodüser, televiziya prodüseri[d]
Mükafatları Murad Dadaşov: Həyatı, Fəaliyyəti, Şəxsi həyatı Murad Dadaşov: Həyatı, Fəaliyyəti, Şəxsi həyatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Erkən illəri

Murad Əli oğlu Dadaşov 21 dekabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

O 1985–1995-ci illərdə Bakı şəhəri 160 saylı tam orta məktəbdə təhsil alıb. 1996–2000-ci illərdə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsində təhsil alıb, ixtisasca psixoloqdur.

Fəaliyyəti

XX əsrin sonları Azərbaycan gəncliyinin inkişafında rolu olan "Bakılı oğlanlar" ŞHK ilə tanışlığı oxuduğu məktəbdən başlayıb və bununla da 1993-cü ilin dekabrında böyük və peşəkar səhnəyə gəlib.

2000-ci ildə isə "Bakılı oğlanlar" komandası "XX əsrin çempionları" tituluna sahib oldu. Şən və hazırcavab çempionlardan biri də Murad Dadaşov idi.

Universitetdə təhsil aldığı müddətdə, 1999–2002-ci ildə həm də Proqnoz Müstəqil Sosioloji Tədqiqatlar mərkəzində müdir müavini vəzifəsində çalışıb.

Televiziyada ilk fəaliyyətinə 1990-cı illərin ortalarında Azərbaycan Televiziyasında başlayıb. Burada "Bakılı oğlanlar" ŞHK-ın digər üzvü Cabir İmanov ilə bərabər "Bir Cənub şəhərində" adlı layihə hazırlayıb.

1990-cı illərin sonlarında isə Space televiziyasında "Road Master" adlı layihənin aparıcısı olub.

2002-ci ilin yanvar ayından həmin ilin oktyabr ayına kimi ANS Müstəqil Yayım və Media Şirkətində Baş Prodüser vəzifəsinə təyin edilib. Eyni zamanda həmin dövrdə bu kanalda yayımlanan "Yeriniz Məlum" adlı gündəlik şou proqramın müəllif və aparıcısı olub.

2003-cü il fevralın 7-də M Group Production şirkətini təsis edib. Burada 2008-ci ilədək baş direktor vəzifəsində olub.

2003-cü ildə Lider telekanalında M Group Production şirkətinin ilk layihəsi olan "Mərc şou", 2005-ci ildə isə həmin telekanalda "Maşın" realiti şousu efirə gedib. Hər iki layihənin müəllif və aparıcısı Murad Dadaşov olmuşdur.

2008–2010-cu illərdə "Lider Media Holdinq" — Lider televiziyasında Baş prodüser vəzifəsinə təyin olunub.

2010-cu ildən bu günə qədər M Group Production şirkətinin Prezidentidir. M Group Production hər bir layihənin işlənməsinə bütün yaradıcı gücünü və potensialını cəlb edir. Təqdim etdiyi ideyalarda novator metodlara əsaslanaraq, maraqlı tendensiyalar tətbiq etməklə şirkət hər zaman aktuallığını saxlayır.

Murad Dadaşov son illər müasir teleməkanda yayımlanan bir çox layihələrdə peşəkar ekspert və münsif qismində iştirak edir. Belə ki, 2004–2011-ci illərdə Azad Azərbaycan (ATV) telekanalında "Yeni Ulduz" musiqi yarışması, 2008-ci ildə Soçi şəhərində keçirilən "Beş ulduz" mahnı müsabiqəsi, 2014-cü il İctimai televiziyada "Böyük Səhnə" vokal şousu və 2015-ci il Azad Azərbaycan telekanalında yayımlanan "Özünü Tanıt" istedad müsabiqəsinin münsiflər heyətində təmsil olunub.

Murad Dadaşov ölkənin ictimai-siyasi, mədəni həyatında da yaxından iştirak edib. O, 2015-ci il Bakıda keçirilən Birinci Avropa Oyunlarının ulduz səfiri idi.

Murad Dadaşov Murad Arifin "Popumuz Var" adlı internet verilişində "Neft sənin deyil, dövlətindir" deyib və o, buna görə də sərt şəkildə tənqid edilib.

2020-ci il 5 mart tarixində Murad Dadaşov Xəzər TVyə Baş direktor təyin edilib.

Şəxsi həyatı

Atası Dadaşov Əli Mürsəl oğlu ixtisasca nəqliyyat işçisidir. Anası Əliyeva Tamilla Abuzər qızı ixtisasca musiqiçidir, fortepiano müəlliməsidir. Qardaşı Fərid Dadaşov "KOKON" yaradıcılıq agentliyinin təsisçilərindən biridir. Azərbaycan Respublikasının əməkdar artisti, tarzən Əhsən Dadaşov Murad Dadaşovun atasının əmisidir.

2001-ci ildə ixtisasca şərqşünas olan Əliyeva Aytən Elxan qızı ilə ailə həyatı qurub. Kamal, Əli, Ziya adlı üç övladı var.

Filmoqrafiya

Təltifləri

İstinadlar

Xarici keçidlər

Tags:

Murad Dadaşov HəyatıMurad Dadaşov FəaliyyətiMurad Dadaşov Şəxsi həyatıMurad Dadaşov FilmoqrafiyaMurad Dadaşov TəltifləriMurad Dadaşov İstinadlarMurad Dadaşov Xarici keçidlərMurad Dadaşov197821 dekabrAktyorAzərbaycan Respublikasının xalq artistiAzərbaycan Respublikasının əməkdar artistiBakıMGP (M Group Production)ProdüserXəzər TV

🔥 Trending searches on Wiki Azərbaycanca:

FeilPlanetAğıllı evlərBakcellİnsan inkişafı indeksinə görə ölkələrin siyahısıMəxmərəkBakteriyalarSuçiçəyiŞəddadilərÇay (coğrafiya)AllahCəbrDəvəTəvəssül duasıFransa tarixiCoşqun RəhimovBitkiElçin Quliyev (general-polkovnik)Elektrik cərəyanıAtropatenaQafqazSahələrinə görə ölkələrin və ərazilərin siyahısıPənahəli xanAvstraliyaAzərbaycan müğənnilərinin siyahısıÇingiz MustafayevRusiya imperiyasıAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiRum rəqəmləriSübh namazıElmi fantastikaBirləşmiş Ərəb ƏmirlikləriKoroğluBərdəOral seksLatın ifadələriAlma-Ata bəyannaməsi (1991)Leyli və MəcnunBağayarpağıAzərbaycan Memarlıq və İnşaat UniversitetiNigar Camalİnsan İnkişafı İndeksiRoza ZərgərliQoşa qala qapılarıCəlil MəmmədquluzadəƏlcəzairKöməkçi nitq hissələriSürünənlərHicri təqvimİslamHadi RəcəbliGənclik parkıNəsirəddin TusiMələkxanım Eyubova100 manatlıq əsginasVyetnamDırnaq işarəsiQərbi AzərbaycanBənzətməAzərbaycan Hərbi Hava QüvvələriAbdulla ŞaiqSabirabad rayonuİsgəndəriyyə mayakıQədim MisirAzərbaycandakı quşların siyahısıHekayəTəbiətÜrək (insan)Gərginlik (elektrik)MarsOksigenUEFA Çempionlar LiqasıPasxaKompüter🡆 More