Tənqidi Düşüncə

Tənqidi düşüncə və ya tənqidi təfəkkür — rasional, skeptik və qərəzsiz təhlil və qiymətləndirmənin tətbiqi ilə mühakimə yürütmək üçün mövcud faktların, sübutların, müşahidələrin və arqumentlərin təhlili.

Tənqidi düşüncənin tətbiqi zehnin özünü idarə etmə, özünə intizam, özünə nəzarət və özünü islah etmə vərdişlərini əhatə edir. Beləliklə, tənqidi düşünən, tənqidi düşünmə bacarıqlarını tətbiq edən və ya onun fənləri üzrə təlim keçmiş və təhsil almış şəxsdir. Riçard V. Pol demişdir ki, tənqidi düşünən insanın zehni onun intellektual qabiliyyətləri və şəxsiyyət xüsusiyyətləri ilə məşğul olur. Tənqidi düşüncə ciddi mükəmməllik standartlarına razılıq verməyi və onlardan effektiv ünsiyyətdə və problemlərin həllində istifadəsinin şüurlu şəkildə mənimsənilməsini, eqosentrizmsosiosentrizmi dəf etmək öhdəliyini nəzərdə tutur.

Tarixi

Tənqidi Düşüncə 
Qərbdə tənqidi mülahizə yunan filosofu Sokratın (e.ə. 470–399) təlimlərindən qaynaqlanır.

Qədim Yunanıstanın klassik dövründə (e.ə. V–IV əsrlər) filosof Platon (e.ə. 428–347) Sokratın (e.ə. 470–399) təlimlərinin tənqidi düşüncənin ən erkən qeydləri olduğunu bildirmişdir. Platonun ilk dialoqunda filosof Sokrat bir neçə natiqlə Sokratın həbsdən qaçmasının doğru və ya yanlış olması ilə bağlı etik məsələni müzakirə etmişdir. Düşündükdən sonra Platon belə nəticəyə gəlmişdir ki, həbsxanadan qaçmaq özündən böyük olduğuna inandığı hər şeyi – Afina qanunlarını və Sokratın eşitdiyini iddia etdiyi rəhbər səsini pozacaq.

Sokrat avroritetin və nüfuzlu şəxslərin biliyə, nəticədə dərrakəyə malik olmalarının etibarsızlığını müəyyən etmişdir. Fərdi kişi və ya qadının yaşamağa dəyər olan yaxşı bir həyat sürməsi üçün həmin şəxs tənqidi suallar verməli və sorğu-sual ruhuna malik olmalıdır. Onlar sübut axtarmalı və sonra mövcud faktları yaxından araşdırmalı, sonra təhlil edilən ifadənin nəticələrini izləməli, bununla da düşüncə və hərəkətin nəticələrini izləməlidirlər.

Kooperativ arqumentasiyanın bir forması olaraq Sokratik sorğulama faktların müqayisəli mühakiməsini tələb edir. Nəticədə cavablar insanın irrasional düşüncəsini və yoxlanıla bilən biliyin olmadığını üzə çıxaracaq. Sokrat həmçinin nümayiş etdirmişdi ki, avtoritet dəqiq, yoxlanıla bilən biliyi təmin etmir. Beləliklə, Sokratik sorğulama dəlillərə və sağlam məntiqə əsaslanaraq inancları, fərziyyələri və ehtimalları təhlil edir.

İntellektualizmin bir növü kimi tənqidi düşüncənin inkişafı mövzunun tənqidini inkişaf etdirmək üçün rasionallığı tətbiq edən tənqidi təhlil vasitəsidir.

Həmçinin bax

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər

Tags:

Tənqidi Düşüncə TarixiTənqidi Düşüncə Həmçinin baxTənqidi Düşüncə İstinadlarTənqidi Düşüncə Əlavə ədəbiyyatTənqidi Düşüncə Xarici keçidlərTənqidi DüşüncəArqumentEqosentrizmEtnosentrizmFaktMüşahidəQərəzRasionalizmSkeptisizmİntellektual

🔥 Trending searches on Wiki Azərbaycanca:

İçərişəhərQod NisanovRöya AyxanZəfər Günü (Azərbaycan)AğqoyunlularVətən uğrunda medalıNamazGəncə xan sarayıAzərbaycanda təhsilEksponatQida zənciriRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan)Rənglər siyahısıSinqapurII AbbasMirzə Ələkbər SabirÜmumi Daxili MəhsulQİÇSƏfşar imperiyasıGəncə zəlzələsi (1139)BöyrəkMidiya dövlətiI Şah AbbasAzərbaycanın sərhədləriCəfər CabbarlıGöbələk xəstəliyiDəllək MuradOkeanBuddizmHüseyn ibn ƏliKvadrat tənlikAzərbaycanın dövlət bayramları və xüsusi günləriBirləşmiş Ərəb ƏmirlikləriTürkmənçay müqaviləsiFonetik təhlilMonqol imperiyasıQarabağ FKAlov qüllələriPielonefritOğlaq (astrologiya)Şir (astrologiya)Roza ZərgərliI İsmayılElxanilər dövlətiKriştiano RonaldoŞizofreniyaQüslSəməd bəy MehmandarovMir CəlalNeft DaşlarıİlanlarQədr gecəsiAmerika Birləşmiş ŞtatlarıHepatit BŞöhrət ordeni (Azərbaycan)Nizami GəncəviAzərbaycan Milli Elmlər AkademiyasıQazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləriHacı Zeynalabdin TağıyevMusa QurbanlıSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətiSüni intellektAmerika Birləşmiş Ştatları prezidentlərinin siyahısıDövlət bayraqlarının siyahısıDövlət Sosial Müdafiə FonduMöcüzələr adası (film, 1963)AntonimKartelİstismarAlmaniyaÜçbucaqSəməndər RzayevAzərbaycan RadiosuÇevrəƏbüləsvar ŞavurMirzə Fətəli AxundovAzərbaycan milli geyimləriKompüter qurğuları🡆 More