Sex

Sex (rus.

Tarixi

Sexlər XI–XII əsrlərdə Qərbi Avropa ölkələrindən Fransa, Almaniyaİngiltərədə (İtaliyada ola bilsin daha əvvəl) meydana gəlmiş, XIII–XIV əsrlərdə tam inkişaf etmişdir. Bu ölkələrin iri şəhərlərində müxtəlif ixtisaslı sənətkarlar sexlərdə birləşirdi (toxucular, çəkməcilər, yağçılar sexi və başqa sexlər əmələ gəlirdi). Şəhər əhalisinin digər təbəqələri də (məsəsələn, balıqçılar, musiqiçilər, həkimlər və b.) sexlər yaradırdılar. Sexlərin fəaliyyəti ilk növbədə şəhər sənətkarlarının istehsal mənafeyini güdürdü. Hər bir sexin əmək aləti təsvir olunmuş emblemi, sex möhürü, kassası olurdu. Sexlər şəhərdaxili sosial mübarizədə böyuk rol oynamışlar. Sexlər xırda sənət istehsalını müdafiə və mühafizə etməklə sənayenin inkişafını ləngidir, yeni kapitalist təsərrüfat formalarının inkişaf edib artmasına maneçilik törədirdi. Buna görə də inkişaf etmiş kapitalist münasibətlərinin bərqərar olması sex sistemini dağıtmışdır. XVIII əsrin sonu XIX əsrin əvvəllərində inkişaf etmiiş kapitalist ölkələrində sexlər qanunvericiliklə ləğv olunmuşdur.

Azərbaycanda

Azərbaycanda sənətkar birləşmələri hələ Sasanilər dövrundən mövcud olmuşdur. IX–XII əsrlərdə Gəncə, Şamaxı, Dərbənd və s. Azərbaycan şəhərlərində sənət sahələrinin xüsusi birləşmələri (sərrac, dabbaq, nəccar və s.) var idi. XIII–XVIII əsrlərdə sənətkar təşkilatları möhtərifə, ozan, əsnaf adlanırdı. XVII–XIX əsrlərdə sənətkarlar arasında dini-əxlaqi normalar xüsusi risalə və nizamnamələr (fütuvvətnamələr) əsasında təsbit edilirdi. Əsnaf daxilində inkişaf etmiş sosial iyerarxiya olmadığına görə sex inhisarı da mövcud deyildi. Ustalar istədiyi qədər şagird yetişdirə bilərdi. Ustalığa keçmə "qurşama" mərasimi ilə başa şatdırılırdı. Ustalığa keçənlər fərdi dükan-emalatxana acmaq ixtiyarına malik idi. Feodalların şəhərlərdə hakim olmaları əsnafların daxili özunuidarə hüququnu xeyli məhdudlaşdırırdı.

İstinadlar

Əlavə ədəbiyyat

  • Цехи / Е. Н. Кириллова // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов. — М. : Большая российская энциклопедия, 2004—2017.

Tags:

Sex TarixiSex İstinadlarSex Əlavə ədəbiyyatSexAlman diliFeodalizmPolyak diliRus diliİncəsənət xadimi

🔥 Trending searches on Wiki Azərbaycanca:

Rövşən NəcəfEynicinsli evlilikİngiltərəAntonimƏliVladimir PutinƏdliyyə Nazirliyi (Azərbaycan)Mehriban Əliyevaİsaak NyutonNəsirəddin TusiRamiz ZeynalovƏli ƏsədovHeydər Əliyevin 100 illiyi (1923–2023) yubiley medalıMonqol imperiyasıİşığın sınmasıXocavənd rayonuAnkaraRövşən LənkəranskiAypara və ulduz rəmziMüsavat PartiyasıPakistanTəcavüzRus diliSuçiçəyiSasanilər imperiyasıQanMeşəBakı kəndlərinin siyahısıAna səhifəMannaÇin tarixiMədət QuliyevBirləşmiş Millətlər TəşkilatıMustafa Kamal AtatürkMultikulturalizmKibertəhlükəsizlikBMWAzərbaycan Milli QvardiyasıHicri təqvimVətən Müharibəsi Qəhrəmanlarının siyahısıKilian MbappeYouTubeXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)Cənubi AzərbaycanNadir şahƏvəzlikMasallı rayonuVəfa ŞərifovaCəfər CabbarlıLeykozI İsmayılElçin BabayevAzərbaycan dilində alınma sözlərAzərbaycan PrezidentiHamiləlikYeraltı sularLaçın rayonuAzərbaycan (tarixi ərazi)Dünya Qida ProqramıŞirvanşahlar dövlətiPielonefritLənkəran rayonuAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiHacı ŞahinHeydər ƏliyevHepatit BÇoxluqlarNatural ədədlərSəfəvilərAzərbaycan Tibb UniversitetiNəriman İmranovOmonimEv pişiyiPiramida (həndəsə)TəyinAllahDəniz🡆 More