Semantik Viki

Semantik viki — səhifələrində təsvir olunan biliklərin əsas modelinə malik olan viki.

Adi və ya sintaktik vikilərdə strukturlaşdırılmış mətn və tipsiz hiperlinklər var. Semantik vikilər semantik sorğular vasitəsilə verilənlər bazası kimi sorğulana və ya ixrac edilə bilən yollarla səhifələr daxilindəki məlumatlar və səhifələr arasındakı əlaqələr haqqında məlumatları tutmaq və ya müəyyən etmək imkanı verir.

Semantik vikilər ilk dəfə 2000-ci illərin əvvəllərində təklif edilmiş və 2005-ci ildə ciddi şəkildə tətbiq olunmağa başlamışdır. 2021-ci ildən etibarən tanınmış semantik viki mühərrikləri "Semantic MediaWiki" və "Wikibase"dir.

Tarixi

"Semantik viki" termininin məlum olan ilk istifadəsi 2001-ci ilin yanvarında Endi Dinqli tərəfindən dərc edilmiş "Usenet" postu idi. Texniki bir məqalədə məlum olan ilk təsviri avstriyalı tədqiqatçı Leo Sauermann tərəfindən 2003-cü ildə çap edilən bir məqalədə olmuşdur.

Mövcud semantik viki proqramlarının bir çoxu 2000-ci illərin ortalarında başlamışdır, o cümlədən "ArtificialMemory" (2004), "Semantic MediaWiki" (2005), "Freebase" (2005) və "OntoWiki" (2006).

2006-cı ilin iyun ayında Monteneqroda Avropa Semantik Veb Konfransı ilə birlikdə semantik vikilərə həsr olunmuş ilk görüş – "SemWiki" seminarı keçirilmişdir. Bu seminar 2010-cu ilə qədər hər il davam edirdi.

2008-ci ilin mart ayında dünyanın ən böyük vikiferması olan "Wikia" istək əsasında bütün vikiləri üçün "Semantic MediaWiki"dən istifadəni təmin etmiş və beləliklə, onların yerləşdiyi bütün vikilərin semantik viki kimi fəaliyyət göstərməsinə icazə vermişdir. Buna baxmayaraq, 2013-cü ildə "MediaWiki" 1.19 versiyasına təkmilləşdirildikdən sonra onlar performans problemi səbəbindən yeni sorğular üçün "Semantic MediaWiki"-ni dəstəkləməyi dayandırmışdılar.

"Google" 2010-cu ilin iyulunda "Freebase"in arxasında duran şirkət olan "Metaweb"i satın almışdır.

Proqram təminatı

Semantik funksionallığı təmin edən bir sıra viki applikasiyaları var. "OntoWiki" kimi bəzi müstəqil semantik viki applikasiyaları mövcuddur. Digər semantik viki proqram təminatı standart wiki proqram təminatına əlavələr və ya plaginlər kimi strukturlaşdırılmışdır. Bunlardan ən məşhuru "MediaWiki"nin uzantısı olan "Semantic MediaWiki"dir. Başqa bir misal "XWiki" üçün SemanticXWiki uzantısıdır.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Tags:

Semantik Viki TarixiSemantik Viki Proqram təminatıSemantik Viki Həmçinin baxSemantik Viki İstinadlarSemantik Viki Xarici keçidlərSemantik VikiHiperlinkSintaksisVeb-səhifəVerilənlər bazasıViki

🔥 Trending searches on Wiki Azərbaycanca:

Qarabağda döyüşlər (2023)Teymurilər dövlətiBöyük Hun imperiyasıAzərbaycan Respublikasının KonstitusiyasıQədim RomaŞirvanşahlar dövlətiHacı Zeynalabdin TağıyevEroziyaAzərbaycan coğrafiyasıFutbolCənubi AmerikaBermud üçbucağıVüqar BiləcəriTəşbehQuba xanlığıŞifrRövşən CavadovKvadrat metrJalə ƏhmədovaLeyli və Məcnun (Nizami)Ali Məclis (Naxçıvan)ArDağlıq QarabağTikTokVulkanGədəbəy rayonuLimfa düyünləriŞəkilçiÜzeyir MehdizadəBucaqTürkmənistanŞəki rayonuAmerika Birləşmiş ŞtatlarıAşıq ƏləsgərAzərbaycan əhalisiRəngli monitorGöbələklərQəbələOmbudsmanSaatlı rayonuLitrAzərbaycan Respublikası Mərkəzi BankıAtropatenaƏsrin müqaviləsiXumar QədimovaİnsanMasturbasiyaTəbiətBöyük Səlcuq imperiyasıKitabi-Dədə QorqudMilli Məclis (Azərbaycan)İşıqforŞimali Amerika ölkələrinin siyahısıSahibkarlıqMüxtəsər vurma düsturlarıAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiHeydər Əliyev MərkəziHalikarnas mavzoleyiDağYusif MustafayevKonusElxanilər dövlətiBankXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)BronxitƏbdürrəhim bəy HaqverdiyevADA UniversitetiİzotopNəsirəddin TusiTabesiz mürəkkəb cümlələrTəbii zonalarİslamAzərbaycanın dövlət bayramları və xüsusi günləriMeşəQulançarOsmanlı imperiyasıLerik rayonuAzərbaycan Daxili Qoşunları🡆 More