Mediaviki

MediaWiki proqramı — Vikipediyanın yaradılması və idarə olunması üçün proqram mexanizmidir.

Alman tələbəsi Manqus Manke tərəfindən xüsusi olaraq Vikipediya üçün yazılmışdır. Əvvəl Perl dilində yazılmış UseModWiki proqramı istifadə edilirdisə, sonralar proqramın PHP dilində yazılması qərara alınır və MediaWiki adlandırılır. "MediaWiki" sözü multimedia və wiki sözlərindən yaranmışdır. "MediaWiki" sözünü "WikiMedia" sözü ilə qarışdırmaq olmaz.

MediaViki
Loqonun şəkli
Mediaviki
Tipi Viki proqram təminatı
Tərtibatçı Vikimedia Fondu
Proqramlaşdırma dili PHP, JavaScript
Əməliyyat sistemi kross-platforma
Yayımlanma tarixi 25 yanvar 2002
Platforma kross-platforma
Sonuncu versiya
  • 1.39.6
  • 1.41.1
Sayt mediawiki.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

CMS MediaWiki üçün proqram təminatları

CMS MediaWiki azad proqramdır və bu proqramdan istifadə edərək İnternet məkanında veb-səhifələr yaradılır. CMS istifadəçi ilə veb-sayt arasında qarşılıqlı əlaqə texnologiyasıdır və informasiyanın kollektiv işlənməsi, saxlanması, strukturlaşdırılmasını nəzərdə tutur. CMS MediaWiki sistemi üçün nəzərdə tutulan proqram təminatları:

Viki texnologiyası ilə yaradılan veb-səhifələrə riyazi düsturların daxil edilməsi üçün Ocaml dilindən istifadə olunur ki, bunun üçün də serverə LaTeX, Dvips və İmageMagick proqram paketlərinin daxil edilməsi vacibdir. Nəzərə almaq lazımdır ki, PHP 4.0 proqramı ilə yalnız MediaWiki 1.6.8 sistemini işlətmək mümkündür. VB serverinin daha rahat idarə olunması üçün PHP MyAdmin (MySQL) və ya PHP PgAdmin (Postgres) proqramlarından istifadə edilir.

CMS MediaWiki proqramının əsas təyinatı

CMS MediaWiki proqramının əsas təyinatı veb-səhifələrin idarə olunmasıdır. MediaWiki veb-saytlarla yanaşı şəkil və multimediya faylları ilə də işləyir. Proqram böyük serverlər qrupu üçün nəzərdə tutulmuşdur. Həddən artıq çox istifadəçilərilər və böyük viki-saytlarda MediaWiki keşləmə əməliyyatını dəstəkləyir və Squid proksi-serverdən istifadə edir.

Qeyd: Keşləmə, tələb olunma ehtimalı daha çox olan informasiyaların sürətlərinin çıxarılması və xüsusi qovluqlarda yaddaşda saxlanması deməkdir.

Əgər ilk vaxtlar CMS MediaWiki yalnız Vikipediya üçün nəzərdə tutulmuşdursa, sonralar bu sistem GNU lisenziyası əsasında Wiki Foundation Inc. (http://wikimediafoundation.org) qeyri-hökumət təşkilatı tərəfindən müxtəlif layihələrin və saytların yaradılmasında istifadə olunmağa başlayır.

MediaWiki sisteminin üstünlüyü və mənfi amillər

Açıq redaktə imkanına malik olma MediaWiki sisteminin əsas üstünlüyü olub, digər layihələrin də yaradılmasında ondan istifadə olunmasına haqq verir. Lakin, sistemin imkanları digər mənfi amillərin ortaya çıxmasına şərait yaradır:

  • veb-səhifələrə müraciətin hər hansı mürəkkəb məhdudiyyət mexanizminin olmaması;
  • MediaWiki əsasında yaradılmış səhifələrdə hədsiz dərəcədə çox hiperistinadların olması və bu istinadların bir hissəsinin tam olmayan və ya ümumiyyətlə mövcud olmayan səhifələrə aid olması;
  • istifadəçilərə redaktə azadlığı verən layihələrdə müəyyən qarışıqlığın olması və sistemliliyin pozulma hallarına rast gəlinməsi.

Mənbə

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Tags:

Mediaviki CMS MediaWiki üçün proqram təminatlarıMediaviki CMS MediaWiki proqramının əsas təyinatıMediaviki MediaWiki sisteminin üstünlüyü və mənfi amillərMediaviki MənbəMediaviki Həmçinin baxMediaviki İstinadlarMediaviki Xarici keçidlərMediavikiPHPPerlVikipediya

🔥 Trending searches on Wiki Azərbaycanca:

ArıGöyçə gölüAzərbaycanda Stalin repressiyalarıAtropatenaPalçıq vulkanıFiruzə İbadovaİraqKodlaşdırmaQuşlarÇay (coğrafiya)GözAzərbaycan musiqi alətləriUnitar dövlətVergiQan qrupuVətən Müharibəsi Qəhrəmanlarının siyahısıFonetikaTayqaİrəvan xanlığıFonetik təhlilSəfəvilərPrizmaMorfologiya (linqvistika)Prezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)Dünyanın yeddi möcüzəsiYuxarı ƏskiparaŞahin Məmmədov (general-leytenant)Xocalı soyqırımıMaterikCəbrAdrianAnklavBirləşmiş Millətlər TəşkilatıKürəSkarlatinMələkxanım EyubovaRusiya–İran müharibəsi (1804–1813)BraziliyaBağanıs AyrımŞəkiQarabağ atıElçin (yazıçı)GünəşQara QarayevQızıl yel xəstəliyiBirləşmiş KrallıqNizami parkıOğuz türkləriƏkinçi (qəzet)DOST Agentliyiİnformasiya prosesləriDünya okeanıNağılLənkəranAbşeron rayonuXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)SourÜslubiyyat (Azərbaycan dili)Qərbi Azərbaycan İcmasıPlanetTelepatiyaKanadaXurşidbanu Natəvanın heykəli (Bakı)D vitaminiQan təzyiqiQanaxmaCümləBağlayıcıƏfqanıstanHəzi AslanovYeni Müsavat (qəzet)Şimali KoreyaBirinci Dünya müharibəsiİmadəddin Nəsimi🡆 More