Verilənlər bazası (VB), həmçinin məlumat bazası (MB) və ya databaza (ing.
Kiçik verilənlər bazaları fayl sistemində saxlanılılır, lakin böyük verilənlər bazaları kompüter klasterlərində və ya bulud yaddaşında yerləşdirilir. Verilənlər bazalarının dizaynı formal texnikaları və praktiki mülahizələri əhatə edir. Bura verilənlərin modelləşdirilməsi, məlumatların səmərəli təqdim edilməsi və saxlanması, sorğu dilləri, həssas məlumatların təhlükəsizliyi və məxfiliyi, həmçinin paylanmış hesablama məsələləri daxildir.
Verilənlər bazası idarəetmə sistemi (DBMS) məlumatları özündə saxlamaq və təhlil etmək üçün son istifadəçilər, proqramlar və verilənlər bazası ilə qarşılıqlı əlaqədə olan proqramdır. DBMS proqramı əlavə olaraq verilənlər bazasını idarə etmək üçün nəzərdə tutulmuş əsas imkanları əhatə edir. Verilənlər bazası DBMS və əlaqəli proqramların hamısını ümumilikdə verilənlər bazası sistemi adlandırmaq olar. Çox vaxt "verilənlər bazası" termini hər hansı DBMS, verilənlər bazası sistemi və ya verilənlər bazası ilə əlaqəli proqrama aid edilir.
İnformatiklər verilənlər bazası idarəetmə sistemlərini dəstəklədikləri verilənlər bazası modellərinə görə təsnif edirlər. Relyasiyalı verilənlər bazaları 1980-ci illərdə üstünlük təşkil etmişdi. Bu model məlumatları bir sıra cədvəllərdə sətirlər və sütunlar kimi təqdim edir. Onların böyük əksəriyyəti məlumatların yazılması və sorğulanması məqsədilə SQL-dən istifadə edir. 2000-ci illərdə qeyri-relyasiyalı verilənlər bazaları populyarlaşmışdı və onlar müxtəlif sorğu dillərindən istifadə etdikləri üçün birlikdə NoSQL adlandırılmışdılar.
Verilənlər bazası informasiyanın saxlanmasını və həmçinin tez bir zamanda verilənlərə müraciəti təmin edir. Tətbiqi proqramlar və ya əlavələr verilənlər bazasına daxil olan dəyişənlərin işlənməsinə xidmət edir. Təşkilindən asılı olaraq bazada verilənlər təqdiminin aşağıdakı əsas modelləri vardır:
Hal-hazırda ən populyar model relyasiya VB-dır. Relyasiya VB cədvəllər, sorğular, formalar, hesabatlar, makroslar, web-səhifələr və modullardan ibarətdir. Verilənlər cədvəlinin strukturu cədvəlin sütunlarının adlarının siyahısı ilə təyin edilir. VB-dan verilənləri çıxarmaq, emal etmək, dəyişmək və silmək üçün xüsusi proqramlar tələb olunur. Bu proqramlar verilənlər bazalarının idarəetmə sistemləri (VBİS) adlanırlar.
Verilənlər bazasını yaratmaq üçün istifadə edilən proqramlar:
This article uses material from the Wikipedia Azərbaycanca article Verilənlər bazası, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.