Abş Qraflıq: ABŞ ştatlarının çoxunda inzibati-ərazi vahidi

ABŞ-də dairə müəyyən sərhədləri olan coğrafi bölgədən və adətən müəyyən bir idarəetmə səviyyəsindən ibarət ştatın inzibati və ya siyasi bölməsidir.

"Dairə" termini ABŞ-nin 48 ştatında istifadə olunur, LuizianaAlyaskada isə müvafiq olaraq prixod və boro adlanan funksionalca ekvivalent əhəmiyyət daşıyan bölmələr var.

Dairələrin konkret hökumət səlahiyyətləri ştatdan ştata çox fərqlənir. Dairələr Rod-Aylend və Konnektikutdan başqa bütün ştatlarda önəmli funksiyalar yerinə yetirir, həmin istisna 2 ştatda dairə höküməti ləğv edilmişdir, lakin qurumlar inzibati və ya statistik məqsədlər üçün saxlanılmışdır. 14 dairəsi olan Massaçusets ştatı səkkiz dairəsində hökumət funksiyalarının əksəriyyətini ləğv etdiyi halda, Alyaskanın 837,700 km2 sahəli qeyri-mütəşəkkil borosu heç vaxt boro səviyyəsində hökumət funksiyalarına malik olmamışdır. Dairələrin bir çoxlarında taunşip, bələdiyyə və təsis edilməmiş ərazilərdən ibarət altbölmələr var. Digərlərində əlavə bölmələr mövcud deyil və ya onlar birləşdirilmiş şəhər-dairə kimi fəaliyyət göstərilər, orada şəhər və dairə vahid yurisdiksiya sayılır. Bəzi bələdiyyələr müxtəlif dairələr aid olunurlar; unikal hal kimi Nyu-York şəhəri 5 dairəyə bölünüb, hansı ki şəhər höküməti səviyyəsində boro adlanır. Virciniya, Merilend, MissuriNevada ştatlarında isə vəziyyət əksinədir, orada müstəqil şəhərlər (bələdiyyələr) qanunla heç bir dairəyə aid edilmir. lakin yenə birləşdirilmiş şəhər-dairə kimi fəaliyyət göstərə bilər.

Ştatlara görə dairə sayı ən az Delaverdədi (3), ən çox isə Texasdadır (254). Dairələrin əhali sayıda coğrafi yerlərindən asıllı olaraq geniş şəkildə dəyişir: siyahıyaalınma bürosuna əsasən, 2017-ci ildə ABŞ əhalisinin yarıdan çoxu b3000 dairədən cəmi 143-də məskunlaşıb, bu da bütün dairələrin cəmi 4,6%-ni təşkil edir; əhali sıralamasına görə beş ən böyük dairələr bunlardır: Los-Anceles (Kaliforniya); Kuk dairəsi (İllinoys); Harris dairəsi (Texas); Marikopa dairəsi (Arizona); və San-Dieqo dairəsi (Kaliforniya).

ABŞ Siyahıyaalma Bürosu dairələrlə müqayisə oluna bilən, lakin müxtəlif ad daşıyan "dairə ekvivalenti" (ing. "county equivalent") termini istifadə edir. Luiziana prixodları, Alyaskanın mütəşəkkil boroları, müstəqil şəhərlər və Kolumbiya dairəsi inzibati məqsədlər üçün dairələrə bərabərdir. Alyaskanın qeyri-mütəşəkkil borosu 11 siyahıyaalma sahəsinə bölünür və onlar statistik olaraq dairələrə bərabərdillər.

ABŞ-nin ərazilərində dairələr yoxdur; onun əvəzinə ABŞ Siyahıyaalma Bürosu onları da dairə ekvivalentlərinə bölür. ABŞ Siyahıyaalma Bürosu Amerika Samoasının rayonları və atollarını dairə ekvivalenti hesab edir. Amerika Samoasında yerli olaraq "dairə" adlandırılan yerləri var, ancaq ABŞ Siyahıyaalma Bürosu tərəfindən bu qurumlar "mülki bölgünün kiçik vahidi" kimi qəbul olunur.

2020-ci ilə olan məlumata əsasən, 50 ştatda və Kolumbiya dairəsində hazırda 3,143 dairə və dairə ekvivalenti mövcuddur Əgər ABŞ ərazilərindəki 100 dairə ekvivalenti sayılsa. o zaman cəmi ABŞ-də 3243 dairə və dairə ekvivalenti mövcuddur Ən çox əhaliyə malik Los-Anceles dairəsi (10,039,107) və ən geniş əraziyə sahib San-Bernardino dairəsi Cənubi Kaliforniya tərəfdə həmsərhəddilər (halbuki Alyaskadakı 11 boronun ərazisi San-Bernardinodan daha genişdir).

İstinadlar

Tags:

ABŞAlyaskaDövlət sərhədiLuizianaİnzibati-ərazi vahidiŞtat (ABŞ)

🔥 Trending searches on Wiki Azərbaycanca:

Pullu dəmrovMete xaqanİngiltərəErmənistanPulHalikarnas mavzoleyiBeyinÖlçü vahidləriSinir sistemiAlmaniyaAfrikaRus əlifbasıADA UniversitetiAzərbaycanın palçıq vulkanlarıDairəİşıqforAzərbaycan tarixiAzərbaycan Respublikasının KonstitusiyasıLimfa düyünləriMuğamSəfəvilərAzərbaycan (tarixi ərazi)Hüseyn CavidUnitar dövlətAvropa ölkələrinin siyahısıEyyub YaqubovMisirSooronbay JeenbekovCavanşirİnformatikaBöyük Hun imperiyasıAzərbaycandakı quşların siyahısıAlternativ enerjiAvtomobilin tarixiMəhəmməd peyğəmbərin evlilikləriOktyabrAzərbaycan xanlıqlarıTabeli mürəkkəb cümləAzərbaycan operasıCeyhun CəlilovXarıbülbülTürkmənçay müqaviləsiQrafik redaktorlarRozmarinQədim Yunanıstan mədəniyyətiASAN xidmətHemoqlobinTərcüməDünya ölkələrinin pul vahidləriNatural ədədlərAllergiyaDüzbucaqlı paralelepipedArxeoloji abidələrXorMələkxanım EyubovaYandexQarabağ FKLitrZaur RzayevFuad NəcəfliQaraciyərMübtədaƏdədi silsiləRəngli monitorBalıqGöyçə mahalıGələrsən-Görərsən qalasıSeks yelləncəyiBalaəliKvadrat metrSeyid Əzim ŞirvaniZürafəEkologiyaŞuşa qalasıBirləşmiş Millətlər Təşkilatı🡆 More