Qızılbaş

Qızılbaş (fars.

Qızılbaş
Səfəvi Qızılbaş əsgəri, İranın Sədabad sarayında sərgilənən modeli

Qızılbaşlığın mənası haqqında müxtəlif fikirlər mövcuddur. Bir rəvayətə görə Məhəmməd peyğəmbər Uhud döyüşündə yaralanır, başından axan qanlar onun başını qızıl bir baş halına gətirir və bundan sonra Əli başında qırmızı tac ilə müharibələrdə iştirak etmişdir və qızılbaşlar bu adı burdan almışlar. Digər bir rəvayətə görə Şah İsmayıl İkinci Bəyazid dövründə öz əsgərlərini Anadoludan Suriyaya keçirəndə bu əsgərlərin də başında qırmızı təkkələr varmış və bundan sonra şiələrə qızılbaş deməyə başlamışlar.

Alman alimi Brokelmana görə isə atasının ölümündən sonra Şeyx Heydər öz təriqətinə yeni bir şəkil verdi ki, bu da öz ifadəsini yeni bir baş örtüyündə tapmışdır. Bu qırmızı başlıq 12 imama işarət edən və 12 dilimli bir Heydəri baş örtüyü idi

Tarixi

Qızılbaş 
Qızılbaş atcısı, Jan Şarden kitabından

Qızılbaşlar Səfəvilər dövlətində hakim mövqe tuturdular. Səfəvilər dövlətinin həm də "Qızılbaşlar dövləti" adlandırılması bununla əlaqədar idi.

Qızılbaşlar əvvəlcə Şamlı, Rumlu, Ustaclı, Təkəli, Əfşar, Qacar, Zülqədər, Varsaq, Qaradağlı (Qaradağ sufiləri), sonralar isə Bayat, Qaramanlı, Baharlı, Alpaut, Ərəşli, Qazaxlı və başqa türkdilli tayfaları birləşdirirdi. Talışlar qızılbaşların tərkibində yeganə irandilli xalq idi.

Qızılbaşlar tayfa ittifaqına daxil olan ellərdən bəziləri:

Əfqanıstan qızılbaşları

Özbəktürkmənlərdən sonra Əfqanıstanda üçüncü ən böyük türk qrupu qızılbaşlardır. 4 yanvar 2004-cü ildə qəbul edilmiş konstitusiyanın I bölmə, IV maddəsinə əsasən qızılbaşlar etnik qrup kimi Əfqanıstan dövləti tərəfindən tanınır. XVIII əsrdə Nadir şah Əfşar tərəfindən Əfqanıstana köçürülüblər. On iki imam şiəsi olan qızılbaşların hamısı ikidillidir. Bu ölkədəki qızılbaşlar əfşar, bayat, şahsevən, ənsarlı, şahağası, şamlıcavanşir tayfalarından ibarətdir, əsas dil kimi əksəriyyəti dari dilində, əfşar tayfasından olanların bir hissəsi isə Azərbaycan dilinə yaxın dialektdə danışır. Əsas dil olaraq daricə danışanların ikinci dili şimali Azərbaycanda danışılan dialektlərdir. Kompakt halda Kabil, Herat, Lögər və Qəndahar şəhərlərində, həmçinin Əfqanıstanın mərkəzində bəzi kəndlərdə yaşayılar.

Əfqanıstanda yaşayan etnik qrupların sayı haqqında məlumat siyahıyaalınma keçirilmədiyi üçün təxminlərə əsaslanır. 1996-cı ilə olan təxminə əsasən qızılbaşlar Əfqanıstan əhalisinin təxminən 1,00%–ni təşkil edirlər. Əfqanıstan Mərkəzi Statistika Təşkilatının 21 mart 2015-ci ilə olan məlumatına əsasən ölkənin oturaq əhalisinin sayı 27.101.365 nəfərdir. Oturaq əhalidən əlavə ölkədə təxminən 1.5 milyon nəfər köçəri (fars. کوچی‌های افغانستان‎) yaşayır və beləliklə ölkənin faktiki əhalisi qeyd edilən tarixə təxminən 28.6 milyon nəfərdən çoxdur.

Beləliklə, 2015-ci ildə Əfqanıstanda qızılbaşların sayının 286 min nəfərdən çox olduğunu təxmin etmək mümkündür.

Pakistan qızılbaşları

Anadolu

Anadoluda Qırşexir, Ankara, Sivas, Malatya, Diyarbəkir, Ərzurum, Çorum, Kars, Antalya, İzmir, Manisa, Kütaxya, Balıqəsirdə Qızılbaş kəndləri vardır. Ümumiyyətlə isə, Qızılbaşlara Türkiyənin hər bir yerində rast gəlmək mümkündür. Orta Anadolu Qızılbaşları Hacı Bəktaşi Vəli-Çələbi ocağına, Qızılbaşların bir qolu olan Taxtacılar İzmirin Narlıdərə kəndindəki Yanın Yatır ocağına, Aydında olan Qızılbaşlar isə Hacı Əmir ocağına bağlıdırlar. Qızılbaşların böyük bir piri də Ankaranın Həsən dədə kəndindəki eyni adlı bir pirdir. Taxtacılar Qızılbaşların qolu olub Yörük türkmənləridir. Bunlar köçəri həyat tərzi keçirirlər. Meşə təsərrüfatı ilə məşğul olduqlarından taxtacı adlandırılırlar.

Anadolu Qızılbaşları demokrat ruhlu və yüksək əxlaqlı insanlardır. Əski türkcə danışırlar, savadlıdırlar, cahil və qaba deyildirlər. Bir çox mahnılar, şeirlər və əfsanələr bilirlər.

Hindistan qızılbaşları

Mənbə

Qeydlər

İstinadlar

  • 5. The Rise of Afghanistan, page 124 // Afghanistan: A Military History from Alexander the Great to the War Against the Taliban Arxivləşdirilib 2022-03-30 at the Wayback Machine. Author: Stephen Tanner. First published in 2002 by Da Capo Press; (revised edition) reprinted in 2009. Philadelphia: Da Capo Press, 2009, 375 pages. ISBN 9780306818264
  • The Dictionary. — N. — Nadir Shah Afshar, page 305 – 306. // Historical Dictionary of Afghanistan Arxivləşdirilib 2022-03-30 at the Wayback Machine. Fourth edition. Author: Ludwig W. Adamec. Lanham: Scarecrow Press, 2012, XCV+569 pages. ISBN 9780810878150
  • "Qizilbash in Afghanistan — Joshua Project". 2015-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015.
  • "Afshari in Afghanistan — Joshua Project". 2015-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015.
  • "Language: Azerbaijani, North — Joshua Project". 2015-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015.
  • Social Structure. — Ethnic Groups, page 104. // Afghanistan: A Country Study Arxivləşdirilib 2016-01-30 at the Wayback Machine. Editors: Richard F. Nyrop, Donald M. Seekins. Baton Rouge: Claitor's Law Books and Publishing Division, 2001, 226 pages. ISBN 9781579807443
  • "Estimated Settled Population by Civil Division , Urban, Rural and Sex – 2015 — Central Statistics Organization of Afghanistan". 2015-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2015.
  • Tags:

    Qızılbaş TarixiQızılbaş Əfqanıstan qızılbaşlarıQızılbaş Pakistan qızılbaşlarıQızılbaş AnadoluQızılbaş Hindistan qızılbaşlarıQızılbaş MənbəQızılbaş QeydlərQızılbaş İstinadlarQızılbaşAnadoluErmənistan yaylasıFars diliQafqazSəfəvi xanədanıTürkmən (dəqiqləşdirmə)İran AzərbaycanıŞiəlik

    🔥 Trending searches on Wiki Azərbaycanca:

    Yeni Azərbaycan PartiyasıKriştiano RonaldoTəşbehŞəkərli diabetElçin HüseynbəyliBir qalanın sirriDüzbucaqlıDaun sindromuSəfəvilərGələrsən-Görərsən qalasıNəsib QuliyevŞuşa qalasıTəyyarəƏhmədiyyə CəbrayılovAmoksisillinSıra sayıCümlənin ikinci dərəcəli üzvləriMonqol imperiyasıMusiqiAzərbaycanın Qırmızı kitabına düşən quşlarMartBabasilƏli Nağıyev (general)Azərbaycandakı şəhərlərin siyahısıFonetikaEzopLotu QuliFutbolİsrailŞuşanın azad edilməsiQüvvə (fiziki kəmiyyət)Milli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)Məhəmməd FüzuliQızılcaNidaHeydər Əliyev MərkəziPiramida (həndəsə)Əli NurArtemida məbədiQoç (astrologiya)Kompüter şəbəkəsiİşıqforBumeranqUnitar dövlətKompüterMetaforQurban bayramıAzərbaycan Hava Yollarıİnsan penisinin uzunluğuAzərbaycan Dövlət İqtisad UniversitetiKönül Kərimovaİçərişəhərİslamda oral seksYusif MustafayevArAzərbaycan şirkətlərinin siyahısıSaatlı rayonuŞöhrət ordeni (Azərbaycan)Kəmaləddin HeydərovXəmsəMilanƏbdürrəhim bəy HaqverdiyevAzərbaycanda repressiya qurbanlarının siyahısı (1937-1938)GünəşRusiyaBöyük Çin səddiŞəki rayonuDünya ölkələrinin pul vahidləriKəmalüddövlə məktublarıBirinci Dünya müharibəsiReal Madrid FKTəbiətFeilAzərbaycan faunası🡆 More