Film, 2013 Polad Adam

Polad adam (ing.

Polad adam
ing. Man of Steel
Filmin posteri
Filmin posteri
Janr Fantaziya
Dram
Əsas mövzu jurnalistika, yadplanetlilərin hücumu[d]
Rejissor Zak Snayder
Prodüserlər Çarles Roven
Kristofer Nolan
Emma Tomas
Debora Snayder
Əsərin müəllifi DC Entertainment-in fantastik kitablarındakı obrazlar əsasında
Ssenari müəllifi Devid Qoyer
Baş rollarda Henri Kavill
Emi Adams
Maykl Şanon
Kevin Kostner
Diana Leyn
Laurens Fişburn
Antce Trau
Ayelet Zurer
Kristofer Meloni
Rassel Krou
Bəstəkar Hans Zimmer
Montajçı Devid Brenner[d]
İstehsalçılar Legendary Pictures
Syncopy Films
DC Entertainment
Distribütor InterCom[d], Warner Bros., Netflix
İlk baxış tarixi 10 iyun, 2013
(Elis Tulli Holl)
14 iyun, 2013
(Böyük Britaniya)
14 iyun, 2013
(Şimali Amerika)
Filmin növü Bədii film
Müddət 143 dəqiqə
Büdcə 226 milyon dollar
Gəlir 668 milyon dollar
Ölkələr ABŞ ABŞ
Böyük Britaniya Birləşmiş Krallıq
Dil İngiliscə
İl 2013
Sonrakı film Betmen Supermenə Qarşı: Ədalətin Şəfəqi
Rəng rəngli
Çəkiliş yeri Kaliforniya, Çikaqo, Vankuver
IMDb ID0770828
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Film üçün hazırlıq işləri 2008-ci ildə başlamışdır. Warner Bros. DC Comics-in yazıçılarından filmi çəkmək üçün hüquqları almışdır. 2009-cu ildə Supermen obrazının yaradıcısı olan Cerri Siqelin ailəsi məhkəmə yolu ilə bu hüquqları geri aldılar. Məhkəmənin çıxartdığı yekun qərara əsasən Warner Bros. studiyasının ailəyə əvvəlki filmlərə görə heç bir borcunun olmadığını təsdiqləmişdir. Filmin prodüseri Kristofer Nohan bu qalmaqalın bitməsindən sonra Qara Cəngavərin Yüksəlişi filminin çəkilişlərini tamamlayaraq Snayderi bu filmin rejissoru təyin etdi. Filmin çəkilişlərinə 2011-ci ilin avqust ayında başlanıldı. Film ictimayyətə 14 iyun 2013-cü ildə nümayiş etdirildi. Nümayiş etdirilməyə başladığı gündən böyük marağa səbəb olan film dünya üzrə 668 milyon dollardan çox gəlir qazanaraq uğura imza atdı. Filmin ikinci hissəsi olan Betmen Supermenə Qarşı: Ədalətin Şəfəqi filminin 25 mart 2016-cı ildə nümayiş etdiriləcəyi açıqlandı.

Məzmun

Kripton planeti təbii resurslarının tükənməsi nəticəsində qaçılmaz məhv ilə üzləşir. Planetin hərbi komandiri General Zod hakim şuranı devirmək üçün zərbə endirməyə hazırlaşır.

Alim Cor-El və həyat yoldaşı Lara əsrlərdən sonra ilk dəfə Kriptonda təbii üsulla doğulmuş oğulları Kal-Elin doğumunu qeyd edirlər. Sivilizasiyanın məhv olmaq təhlükəsi ilə əlaqədər olaraq Cor-El kodeksi oğurlayaraq onu oğlunun bədəninə yeridir və onu gəmiyə qoyaraq Yer kürəsinə göndərir. Zod Cor-Eli öldürməyə nail olsada, kodeksi ələ keçirməkdə uğursuz olur. O və onu ardıcılları hakim şura tərəfindən "Fantom Zona"-ya sürgün edilir. Kripton darmadağın olur, Kal-El isə sağ qalan yeganə Kriptonludur.

Kal-El Kanzas ştatının kiçik Smalliv şəhərində balıqçılıqla məşğul olur. O Conatan və Marta Kent tərəfindən övladlığa götürülüb və Klerk Kent adı verilib. Klerkin Kripton fiziologiyası ona Yer kürəsində, bu mühitə uyğunlaşmasında çətinliklər yaradır. O sahib olduğu qüvvələri, insanlara kömək etməklə istifadə edir. Conatan onu öz qüvvələrindən istifadə edərək aşkar olunacağı ilə xəbərdarlıq edərək bir daha bunları etməməsini məsləhət görür. İllər sonra böyük bir tornadoda Conatan ölür. Bu vaxt Klerk də orada olsada, amma o, xilas olunmaq istəmir. Conatanın ölümündən sonra, Klerk öz bacarıqlarını gizlədir, fərqli işlərdə işləyir və analığı Marta ilə birgə sadə həyat yaşayır.

Klerk Kanada Arktik arxipelaqında ABŞ kosmik istintaq qrupunun taptığı Kripton kosmik gəmisini tapır. Gəmiyə daxil olarkən o, Cor-Elin onun ünsiyyət üçün şüurunda saxladığı holoqramlı "nəzarət düyməsi"-ndən istifadə edir. Bunu etdiyi vaxt Cor-EL peydə olur və onun bu dünyaya buranı xilas etmək üçün göndərildiyini deyir. Daily Planet şirkətində çalışan jurnalist Lois Len bura yeni kəşf ilə bağlı məqalə hazırlamaq üçün göndərilib. O gəmiyə gizlicə daxil olmaq istədiyi vaxt gəminin təhlükəsizlik sistemi tərəfindən hücuma məruz qalır. Orada olan Klerk səs eşidərək gəlir və robotu zərərsizləşdirir. Yaralanmış Loisə gözündən çıxan lazer vasitəsilə kömək edir və yara sağalır. Loisin redaktoru "super insan" hekayəsinə inanmır. Lois onun hekayəsini öyrəndikdən sonra bu sirri saxlamağı qərara alır.

Zod və ekipajı Kriptonun müstəmləkələri olan başqa dünyalar axtarırlar. Onlar heç kimin sağ qalmadığını və lazımlı avadanlıqların tükəndiyini aşkar edirlər. Daha sonra onlar Klerkin Yer kürəsində tapdığı gəmidən siqnal alırlar. Kodeksin Klerkdə olduğunu bilən Zod Yerə çatdıqdan sonra bir qrup insanı əsir götürərək Klerkin təslim olmasını tələb edir. Klerk bunu qəbul edir və ABŞ hərbisi Lois ilə birgə onu təslim edir. Zod kodeks ilə Yer kürəsini yeni Kriptona çevirməyi planlaşdırır. Lakin bu insanların məhvinə gətirib çıxarda bilər. Klerk və Lois Cor-Elin köməyi ilə onların gəmisindən xilas olurlar.

Zod "dünya mühərriki" sistemini qurur və onu Metropolisdə quraşdırır. O Hind okeanında başladaraq atmosferi dəyişdirəcək. Artıq Supermen adı verilən Klerk Zod ilə apardığı mübarizədə mühərriki dağıdır. Bu vaxt isə ABŞ ordusu Zodu və onun ekipajını geri Fantom Zonasına göndərmək ilə bağlı işlər görürlər. Zod xilas olur və qisas olaraq Yerdə hər bir insanı öldürəcəyini əhd edir. Supermenin bu işə qarışması Metropolisdə bir döyüşün başlamasına səbəb olur. Zod bu işindən əl çəkməyəcəyini dedikdən sonra Klerk onu öldürməli olur. Klerk sonuncu Kriptonlunu öldürdüyü üçün dərin əzabla qışqırır.

ABŞ hökuməti yadelli Supermen ilə işləməkdə könülsüzdür. O Loisin çalışdığı Daily Planet şirkətində təhlükəli xəbərlər araşdıran muxbir olaraq çalışmağa başlayır.

Rollarda

  • Henri Kavill — Klerk Kent / Polad adam
  • Emi Adams — Lois Leyn
  • Maykl Şanon — General Zod
  • Kevin Kostner və Diana Leyn — Conatan və Marta Kent
  • Laurens Fişburn — Perri Vayt
  • Rassel Krou — Cor-El
  • Antce Trau = Faora
  • Ayelet Zurer — Lara Lor-Van
  • Kristofer Meloni — Natan Hardi/Kolonel
  • Henri Lenniks — Suanvik
  • Riçard Skiff — Emil Hamilton

Dünya üzrə gəliri

Polad Adam filmi Şimali Amerikada 291 milyon dollar, digər ölkələrdə 377 milyon dollar ümumilikdə isə 668 milyon dollardan çox gəlir qazandı. Qazanmış olduğu gəlirə görə yalnız İnanılmaz Hörümçək Adam filmindən geri qalır.

Filmin mahnıları

Filmin mahnıları bəstəkar Hans Zimmer tərəfindən hazırlanıb.

Mükafatlar

Mükafat və nominasiyalar
Assosiasiya Tarix Kateqoriya Namizəd Nəticə Ref.
Enni Mükafatı 1 fevral 2014 Filmində Ən Yaxşı Canlı Təsvir Olunmuş Effektlər Polad Adam Namizəd
Film və Televiziya Sənətləri Üzrə Britaniya Film Akademiyası BAFTA Kids' Vote – 2013-cü ilin keyfiyyətli filmi Polad Adam Namizəd
Kritiksin Seçimi Film Mükafatı 16 yanvar 2014 Döyüş Filmində Ən Yaxşı Aktyor Henri Kavill Namizəd
2013 Denver Fim Mükafatı 13 yanvar 2014 Ən Yaxşı Original Bal Hans Zimmer
(həmçinin 12 İl Qul filminə görə)
Namizəd
Ən Yaxşı Elmi Fantastika və Qorxu Filmi Polad Adam Namizəd
Qızıl Treyler Mükafatı 17 iyun 2013 2013-cü ilin Ən Yaxşı Film Posteri Polad Adam Qazandı
Houston Film Kritiks Cəmiyyəti 15 dekabr 2013 Ən Yaxşı Xal Hans Zimmer Namizəd
NewNowNext Mükafatı 17 iyun 2013 Çünki Sən Cazibədarsan Henri Kavill Namizəd
Yenidən İzlənilməli Film Polad Adam Qazandı
MTV Film Mükafatı 13 aprel 2013 Ən Yaxşı Qəhrəman Henri Kavill Qazandı
Xalqın Seçimi Mükafatı 8 yanvar 2014 Sevimli Drama Aktrisası Emi Adams Namizəd
40-cı Saturn Mükafatı iyun 2014 Ən Yaxşı Comic-to-Film Bədii Filmi Polad Adam Namizəd
Ən Yaxşı Gənc Aktyor Performansı Daylan Spreyberri Namizəd
Ən Yaxşı Xüsusi Effektlər Coe Letteri, John "DJ" Descardin və Den Lemmon Namizəd
2013 Gənclərin Seçimi Mükafatı 13 avqust 2013 Yayın Seçilmış Döyüş Filmi Polad Adam Namizəd
Yayın Seçilmiş Kişi Film Ulduzu Henri Kavill Namizəd
Yayın Seçilmiş Qadın Film Ulduzu Emi Adams Namizəd
Liplok Seçimi Henri Kavill və Emi Adams Namizəd
Vizual Effektlər 12 fevral 2014 Filmdə Ən Yaxşı Vizual Effektlər Daniel Paulsson, Edmund Kolloen, Coel Praqer, Devid Stripinis Namizəd
Filmdə Ən Yaxşı FX və Simulation Animation Brayn Qudvin, Qrey Horsfild, Mathiu Çardonnet, Adrien Toupet Namizəd

İstinadlar

Xarici keçidlər


Həmçinin bax


Tags:

Film, 2013 Polad Adam MəzmunFilm, 2013 Polad Adam RollardaFilm, 2013 Polad Adam Dünya üzrə gəliriFilm, 2013 Polad Adam Filmin mahnılarıFilm, 2013 Polad Adam MükafatlarFilm, 2013 Polad Adam İstinadlarFilm, 2013 Polad Adam Xarici keçidlərFilm, 2013 Polad Adam Həmçinin baxFilm, 2013 Polad Adam2013FantastikaSupermen (personaj)Warner Bros.İngilis dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

AlmaniyaNəsimi metrostansiyasıAzərbaycan bayrağıYasəmənŞizofreniyaLeksikaAdrianÖmər ibn XəttabNazpəri DostəliyevaYazEv pişiyiÖlkə paytaxtlarının siyahısıEnerjiAğqoyunlularİnfeksiyaEyyub YaqubovElm və Təhsil Nazirliyi (Azərbaycan)Azərbaycanda neft sənayesiKimyəvi reaksiyaHeydər Əliyevin 100 illiyi (1923–2023) yubiley medalıSahibkarlıqDərinin xoşxassəli törəmələriArda GülərQaraqoyunlularMicrosoft WordDurğu işarələriKönül KərimovaMeşəOlaf ŞoltsÇernobıl faciəsiAzərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya AktıAzərbaycan gerbiCəmşid Naxçıvanski adına hərbi liseyHepatit Bİntim münasibətlər haqqında İslami normalarQubad İbadoğluBitkiƏbülfəz ElçibəyModal sözlərFüzuli rayonuAlqoritmBulud texnologiyalarıQuran surələrinin siyahısıAzərbaycan tammetrajlı bədii filmlərinin siyahısıSəməd VurğunXürrəmilər hərəkatıAzadlıq Prospekti metrostansiyasıKriştiano RonaldoSevişməWindows NT 4.0Microsoft PowerPointArif HeydərovMilli Müdafiə Universiteti (Azərbaycan)Lotu BəxtiyarBərpa olunan enerjiAzərbaycanın təbii sərvətləriKanadaXocalı soyqırımıMolla Nəsrəddin (jurnal)Cahangir ƏsgərovNatural ədədlərAbbasqulu ağa BakıxanovAğdam rayonuDünya ölkələrinin siyahısıÖvrə xəstəliyiKürƏqrəb (astrologiya)Sadır JaparovKükürdÇevrəNamazAntarktidaAlbert EynşteynGöytürk xaqanlığıBalaəli🡆 More