Pinqvinlər

Pinqvinlər (lat.

Cənub qütbü, Yeni Zelandiya, Avstraliya, Cənubi Amerika, Cənubi Afrika və hətta Qalapaqos sahillərində yaşayırlar. Böyüklük baxımından 30 – 105 sm olurlar. 17-yə qədər növü bilinir. Ən iriləri olan İmperator pinqvinləri təxminən 45 kq ağırlığda olurlar. İsti bölgələrə doğru gedildikcə boyları kiçilər. Dənizlərdəki balıq və mürəkkəbböcəyi ilə qidalanarlar. Tükləri quş tüklərinə heç bənzəmir. Kürəkləri qara və ya boz, qarın hissələri ağ nazik tüklərlə örtülüdür. Növlər bir-birindən, başlarındakı rəngli tükləriylə seçilir. Quyruqları qısa və ayaqları bədənlərinin arxasında olduğundan asanlıqla ayaq üstə dayana bilərlər. Dənizdə, saatda 10 dəniz mili sürətlə üzə bilərlər. Hətta lazım olduğunda bu sürətlərini iki qat artıra bilirlər.

Pinqvinlər
Pinqvinlər
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Neoaves
Klad:
Passerea
Klad:
Phaethoquornithes
Klad:
Aequornithes
Klad:
Austrodyptornithes
Fəsilə:
Pinqvinlər
Beynəlxalq elmi adı

Qanadlarında uzun tüklər olmadığına görə uça bilmirlər. Buna qarşılıq üzərkən çox qüvvətli üzgəc vəzifəsi görür. Pinqvinlər, buz üzərində çox yaxşı hərəkət edirlər. Sinələrinin üzərində yataraq üzgəc qanadlarının köməyiylə xizək kimi sürüşərək, quruda bir neçə yüz kilometr məsafə qət edə bilərlər. Təkcə artım mövsümlərində yumurtlamaq üçün quruya çıxırlar. Bədənlərini örtən sıx tüklər və dəri altlarındakı qalın yağ təbəqələri onları Antarktikanın dondurucu soyuqlarından qoruyur. Bədən istiliyini nizamlayan avtomatik bir mexanizmə sahibdirlər. Lazım olduğunda qan damarları ilə dəriyə gedən qanı azaldaraq, yüksəldərək və tüklərini dikləşdirərək bədən istiliklərini tənzimləyirlər.

Cənub qütbü pinqvinləri 40 °C-lik bədən istilikləri ilə −40 °C-lik Antarktika soyuğuna uyğunlaşıblar. Bədənlərindəki tük, yağ və qidalardan əldə etdikləri enerji və idarə mexanizmləri ilə 80 °C-lik istilik fərqinə dözə bilirlər.

Antarktikanın kral pinqvinləri gündə ortalama 140 dəfə suya girirlər. Bunun, ancaq yüzdə onunda ov tuta bilirlər. Tük dibləri dəriyə yaxın qisimdə istiliyə qarşı yalıtkan bir iç təbəqə meydana gətirərək bədəni soyuqdan təhlükəsizliklə qoruyar.

Bəzi növləri, kürt olduğu dövrlərdə dörd aya yaxın bir zamanda aclığa dözə bilirlər. Bu dövrdə çəkilərinin yarısını itirərlər. Antarktidadan başqa yerdə yaşayan pinqivinlərin su axıntıları və üzən buzlarla Cənub qütbündən gəldikləri fərz edilir.

Artım dövrələrində bir qisimi yan-yana dayanaraq yüz minlərlə fərddən əmələ gələn kürt koloniyaları meydana gətirər. Yuva quranlar 2 – 3 yumurta yumurtlayarlar. İmperator (Aptenodytes forsteri) və kral pinqvin (Aptenodytes patagonica) isə yuva qurmurlar, bir yumurta yumurtlayır və tək yumurtalarını ayaqları üzərində və qarınlarının altındakı dərisinin altında mühafizə edərək soyuqdan qoruyurlar. Yuva edənlərin kişiləri, dişilərinə çaxıl daşları hədiyyə edərək pərəstişkarlıq edər. Dişi, qar əridikcə bu daşlarla yuvasını yüksəldər. Erkək və dişi növbə ilə kürt yatır. Kürt dövründə bir şey yemirlər. Balaların qayğısına ana və ataları birlikdə qalır.

Pinqvinlər insandan qaçmadıqları üçün, yağlarından istifadə etmək istəyənlər çox miqdarda ovlayaraq istehlak edirlər.

Fiziologiya

Normal şəraitdə bir insan üçün buzun üzərində yalın ayaqla gəzmək mümkün deyil. Əgər təcrübədən keçirilsə, bir müddətdən sonra buzda yalın ayaqla gəzən adam, donma təhlükəsi ilə qarşılaşacaq.

Elə isə ömür boyu buzun üzərində yalın ayaqla rahatlıqla gəzən, üstəlik bu şəkildə bədən temperaturunu tənzimləyən pinqivinlər necə olur ki, donmurlar?

Qütbdə yaşayan imperator pinqivinləri həyatlarının böyük bir hissəsini buz üzərində gəzərək, qalan hissəsini isə okeanda qida axtararaq keçirirlər. Bəs insanlar üçün xüsusi qoruyucu vasitələr olmadan yaşamağın mümkünsüz olduğu qütbdə pinqivinlər donmadan necə yaşayırlar?

Pinqvinlər 

Pinqivinlərin bədənlərinin böyük bir hissəsi su keçirməyən tüklər vasitəsiylə soyuqdan qorunur. Dərilərinin altında olan qalın yağ təbəqəsi də istilik izolyasiyasına kömək edir. Hətta yağ təbəqəsi və tüklər birlikdə o qədər güclü istilik izolyasiyası yarada bilər ki, pinqivin günəşli bir gündə həddən artıq istilənə bilər. Pinqivinlərin yalın olan dimdikləri və ayaqları istilik itirilməsinə səbəb olur və onların bədənlərinin sabit tempraturda qalmasına şərait yaradır.

Soyuq havalarda öncə əllərimiz və ayaqlarımız üşüyür. Bunun səbəbi qanın həyati orqanları isti saxlamaq üçün ayaqlardan və əllərdən çəkilməsidir. Qan dövranı sistemimizin bu möcüzəvi özəlliyinə bənzər bir xüsusiyyət pinqivinlərdə də vardır. Nizamlı qan paylanması sayəsində pinqivinlərin ayaqları buz üzərində donmaz.

Pinqivinlərin ayaqlarında olan müəyyən arteriya damarları, pinqivinlərin ayaqlarındakı istiliyə uyğun olaraq qan dövranını nizamlayır. Arteriya damarları ayaqları donma səviyyəsindən bir neçə dərəcə yüksək istilikdə saxlamaq üçün lazım olan miqdarda qanla təmin edir. Elə bu tədbir sayəsində pinqivinlərin ayaqları donmur.

İstinadlar

Xarici keçidlər

Tags:

AnimaliaAvesAvstraliyaChordataCənub qütbüCənubi AfrikaCənubi AmerikaHeyvanLatın diliQalapaqos adalarıSphenisciformesYeni Zelandiyaİmperator pinqvinləri

🔥 Trending searches on Wiki Azərbaycanca:

Mart soyqırımıBöyük Fransa inqilabıSovet Sosialist Respublikaları İttifaqıŞirvanşahlar dövlətiQərbi AzərbaycanAzərbaycan Qızıl Aypara CəmiyyətiMarketinqBMWƏhmədiyyə CəbrayılovQırğızıstan PrezidentiQulançarŞirvanşahlar sarayıTaktikaHamiləlikCəmşid Naxçıvanski adına hərbi liseyCeyhun CəlilovAşıq ƏləsgərDelimitasiyaBitkiMir CəlalSadə cümlənin şəxsə görə növləriZəlzələİngiltərə tarixiDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)Yol nişanlarıCanavarElçin Bağırov (kiçik çavuş)Azərbaycanın inzibati bölgüsüAzərbaycanda neft sənayesiİsgəndəriyyə mayakıAmerika Birləşmiş Ştatları prezidentlərinin siyahısıUnitar dövlətXarıbülbül (simvol)Röya Ayxanİbtidai insan sürüsüPulƏbdürrəhim bəy HaqverdiyevRus əlifbasıSəbinə ƏliyevaQarabağda döyüşlər (2023)Kompüter oyunuQaçışArif PaşayevMicrosoft ExcelNatural ədədlərHicri təqvimƏlcəzairQastritƏliBağlayıcıXəzər dəniziİnkişaf etmiş ölkəAvtomobilin tarixiFonetik təhlilFutbolAnarLerik rayonuDostluqDaxili qurğular (kompüter)Ev pişiyiDünyanın yeddi möcüzəsiNaftalanNeftçi PFKGünəşAzərbaycan ədəbiyyatıVergiAzərbaycan təbiətiSəlib yürüşləriMüstəqil Dövlətlər BirliyiFövqəladə Hallar Nazirliyi (Azərbaycan)Teymurilərin Azərbaycana yürüşləriMartCənubi Afrika RespublikasıKimyəvi silahGənc türklər🡆 More