Roman Paris Notr-Dam Kilsəsi

Paris Notr-Dam kilsəsi (fr.

Fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunur.

Paris Notr-Dam kilsəsi
fr. Notre-Dame de Paris
Roman Paris Notr-Dam Kilsəsi
Müəllif Viktor Hüqo
Janrlar Romantizm, qotik roman
Orijinalın dili Fransızca
Ölkə
Orijinalın nəşr ili 16 Mart 1831
Tərcüməçi Mikayıl Rəfili
Yusif Vəzir Çəmənzəminli
Nəşriyyat Azərnəşr
Nəşr 1936
Səhifə 940 (orijinal)
512 (tərcümə)
Növ Roman
ISBN 978-9952-36-191-9
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Romanın fransızca olan orijinal adı, "Notre-Dame de Paris"-dir. Azərbaycan dilinə, "Paris Notr-Dam kilsəsi" kimi tərcümə olunur. Paris Notr-Dam kilsəsi Paris şəhərinin mərkəzində yerləşən katolik kilsəsidir və Fransa paytaxtının başlıca simvoludur. Lakin 1833-cü ildə ingilis tərcüməçi və yazıçı Frederik Şoberl, əsəri ingilis dilinə tərcümə edərkən, adını "The Hunchback of Notre Dame" yəni "Notr Damlı Qozbel" kimi göstərmişdir. Bu ad, əsərin baş qəhrəmanı "Kvazimodo" üzərinə adlandırılmışdır. Sonradan bu ad, əsərin beynəlxalq adı ola biləcək qədər önəmli olmuşdur.

Romanın bütün əsas surətləri – Klod Frollo, Kvazimodo, Esmeralda, Feb uydurma obrazlardır. Yalnız Pyer Qrenquar istisna təşkil edir və onun real tarixi prototipi vardır. Bu, XV əsrdə və XVI əsrin əvvəllərində Parisdə yaşamış şair və dramaturqdur.

Mikayıl Rəfilinin rus dilindən tərcüməsi və Yusif Vəzir Çəmənzəminlinin redaktəsi ilə 1936-cı ildə nəşr edilən bu əsər, nəşriyyat tərəfindən Azərbaycan ədəbi dilinə uyğunlaşdırlmış və "Paris Notr-Dam kilsəsi" olaraq adlandırılmışdır.

Əsərin yazılmasından əvvəl

19-cu əsrin əvvəllərində Paris şəhər layihəçiləri, baxımsızlıq səbəbindən Notr-Dam kilsəsinin kafedralını sökmək istəyib. Paris Kommunası kilsənin dağıdılması barədə qərar verir. Kommuna nümayəndələri skamya və stullara atəş açıb, kilsəni yandırmağa çalışıb, lakin ciddi bir ziyan vura bilməyib. Fransa inqilabı zamanı xalq kral hakimiyyətinin simvolu hesab olunan kilsəyə hücum edərək, kralların fasadda qoyulmuş heykəllərinin başlarını qoparıb. Həmçinin hücum zamanı bir sıra tarixi əhəmiyyətli əşyalar məhv edilib. Yalnız inqilabçıların partlayıcı maddələri bitdiyindən bina dağılmaqdan xilas olub. Kilsədən ərzaq anbarı kimi istifadə edilməsinə başlanılıb. Viktor Hüqo xalqın diqqətini kilsəyə çəkmək üçün "Paris Notr-Dam kilsəsi" əsərini yazmağı düşünüb.

Əsərin yazılmasından sonra

Roman, kafedralın sökülməməsi üçün, kampaniya başladılmasına səbəb olub və kafedralın sökülməsi planını alt-üst edib. Hətta kafedralın təmir olunmasında böyük rol oynayıb. Əsərin populyarlığı kilsəyə ictimai marağı xeyli artırmış olub. Roman 1831-ci ildə çap edildikdən sonra gözlənilən nəticəni verib və kafedral layiq olduğu dəyəri görüb. Kitab işıq üzü görəndən 10 il sonra, 1841-ci ildə Fransa, Eugène Viollet-le-Duc və Jean-Baptiste Lassus adlı iki memara Notre-Dame kilsəsinin bərpasını tapşırıb. Görülən işlər siyahısına daş üzlüyüynün təzələnməsi, heykəllərin bərpası, binanın içərisində köməkçi otaqların bərpası, pəncərə şüşələrinin təzələnməsi, binanın arxitekturasına qarqoylların əlavə edilməsi əlavə olunub. Bütün bu işlərin görülməsinə 23 il vaxt sərf olunub.

Əsərin məzmunu

Romanda çoxdan unudulmuş dövrün tarixi təsviri ilə yanaşı sadə insanın günlük yaşamı və dəyərləri də canlandırılaraq kütləvi tarixi şüur, dünya və insan haqqındakı təsəvvürlərin spesifikası, insanların inam və ümidləri əks olunur. İnsanın azadfikirliyi və mənəvi müstəqilliyi konsepsiyası Fransadakı cari hadisələrlə əlaqələndirilir. Əsərdə dini inamın zəifləməsi, yüzillər boyu toxunulmaz olan ehkamlara qarşı şübhə, yeni təlimlərin bolluğu cəmiyyətin öz inkişafının son hədəfinə — demokratiyaya yaxınlaşmasına sübut kimi göstərilir. Təsvir olunan dövrün əlamətləri, romanın əsas qəhrəmanlarının — Esmeraldanın, Kvazimodonun və Klod Frollonun xarakterlərində və talelərində təcəssüm etdirilir. Romanın bütün əsas surətləri – Klod Frollo, Kvazimodo, Esmeralda, Feb, uydurma obrazlardır. Yalnız Pyer Qrenquar istisna təşkil edir və onun real tarixi prototipi vardır. Bu, XV əsrdə və XVI əsrin əvvəllərində Parisdə yaşamış şair və dramaturqdur. Romanda kral XI Lüdovikin və Burbon kardinalının da obrazları canlandırılır. Romanın süjeti hər hansı böyük tarixi hadisəyə əsaslanmır. Real faktlara gəldikdə isə yalnız Paris Notr-Dam kilsəsinin və orta əsrlər Parisinin ətraflı təsvirini göstərmək olar. Romanda topoqrafik təfsilatlar var. Bir tərəfdən Sena çayı ilə, digər tərəflərdən isə içərilərində V Karlın vəliəhdinin evi, şəhər bələdiyyəsi, kilsə, məhkəmə sarayı, edam və işgəncələr verilən yerlər olan binalarla əhatə olunmuş Qrev meydanı xüsusilə geniş və detallı təsvir olunur. Romanda bütün əsas qəhrəmanlar Qrev meydanında görüşürlər: burada kütlənin alqışladığı, Klodo Frollonun isə lənətlər yağdırdığı qaraçı qızı Esmeralda oynayıb-oxuyur, meydanın qaranlıq küncündəki miskin hücrədə dustaq qadın əzab çəkir, kütlənin arasında insanların etinasızlığından əziyyət çəkən şair Pyer Qrenquar dolaşır, onun yeməyə çörəyi, qalmağa yeri yoxdur. Burada, "təlxəklər kralı" Kvazimodonun gülünc tacqoyma mərasimi keçirilir. Sonra isə bu qəhrəmanın taleyinin kulminasiya nöqtəsini təşkil edən epizod – Esmeraldanın öz kuzəsindən ona su verməsi səhnəsi baş verir.

Əsərdə həmçinin kilsənin dağıdılması, xəzinəsinin talanması, pəncərələrinin qırılması və baş yepiskopların öldürülməsi məsələlərinə xüsusi diqqət çəkilir.

Uyğunlaşdırma

Filmlər

Filmin adı İstehsal tarixi Rejissor(lar) İstehsalçı Dili Vaxtı Büdcəsi Gəliri Film haqqında
Esmeralda 1905 Alis Qi-Blaşe,
Victorin-Hippolyte Jasset
Roman Paris Notr-Dam Kilsəsi  Fransa Səssiz 10 dəqiqə - - Əsərə uyğunlaşdırılan ilk ekran işidir.
Notr-Damlı Qozbel 1911, Dekabr Albert Capellani Roman Paris Notr-Dam Kilsəsi  Fransa, Pathé Frères
Roman Paris Notr-Dam Kilsəsi  ABŞ, General Film Company
Səssiz 36 dəqiqə - -
Parisin Sevgilisi 1917, 22 Yanvar J. Qordon Edvards Roman Paris Notr-Dam Kilsəsi  ABŞ Səssiz - - -
Esmeralda 1922 Edvin J. Kollins Roman Paris Notr-Dam Kilsəsi  Birləşmiş Krallıq, Universal Pictures Səssiz 13 dəqiqə - -
Notr-Damlı Qozbel 1923, 2 Sentyabr Uallace Uorsley Roman Paris Notr-Dam Kilsəsi  ABŞ, Universal Pictures Səssiz 102 dəqiqə $1,250,000 $3,500,000
Notr-Damlı Qozbel 1939, 29 Dekabr Uilliam Dieterle Roman Paris Notr-Dam Kilsəsi  ABŞ, RKO Radio Pictures İngiliscə 116 dəqiqə $1,826,000 $3,155,000 Əsərə uyğunlaşdırılan ilk səsli filmdir.
Notr-Damlı Qozbel 1956, 23 Noyabr Jean Delannoy Roman Paris Notr-Dam Kilsəsi  Fransa/Roman Paris Notr-Dam Kilsəsi  İtaliya, Paris Film Productions Fransızca 115 dəqiqə $1,000,0000 $2,250,000
Notr-Damlı Qozbel 1986, 27 Avqust - Roman Paris Notr-Dam Kilsəsi  Avstraliya/Roman Paris Notr-Dam Kilsəsi  ABŞ
Roman Paris Notr-Dam Kilsəsi  ABŞ, Image Entertainment
Roman Paris Notr-Dam Kilsəsi  Birləşmiş Krallıq, The Rank Organisation
İngiliscə
Fransızca
İspanca
52 dəqiqə - - İlk animasiya filmidir.
Notrdam kilsəsinin qozbeli 1996, 21 İyun Qari Trousdale,
Kirk Uise
Roman Paris Notr-Dam Kilsəsi  ABŞ, Walt Disney Pictures İngiliscə 91 dəqiqə $100,138,851 $325,338,851 Animasiya filmidir.
Qozbelin Sirri - - - - - - - Animasiya filmidir.
Parisli Qozbel 1999 Patrik Timsit Roman Paris Notr-Dam Kilsəsi  Fransa Fransızca 100 dəqiqə $11,000,000 $12,800,000 Komediya filmidir.

Teleseriallar

Serialın adı Yayım tarixi Rejissor(lar) İstehsalçı ölkə Dili Sezon sayı Seriya sayı Baş rollarda
Notr-Damlı Qozbel 08.03.1966–16.04.1966 Vincent Tilsley Roman Paris Notr-Dam Kilsəsi  Birləşmiş Krallıq İngiliscə 1 7 Peter WoodthorpeKvazimodo
Gay Hamilton — Esmeralda
Notr-Damlı Qozbel 18.07.1977-? Alan Cooke Roman Paris Notr-Dam Kilsəsi  Birləşmiş Krallıq İngiliscə ? ? Kenneth Haigh — Klaud Frollo
Uarren KlarkKvazimodo
Mişelle Neuell — Esmeralda
Kvazimodonun Sehrli Macəraları 1996–1997 ? Roman Paris Notr-Dam Kilsəsi  Kanada
Roman Paris Notr-Dam Kilsəsi  Fransa
İngiliscə
Fransızca
1 26 -

Videooyun

  • Qozbel — 1983-cü ildə Century Electronics tərəfindən yaradılan videooyun. Oyunda əsas personajlar, Kvazimodo və Esmeraldadadır.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

Tags:

Roman Paris Notr-Dam Kilsəsi Əsərin yazılmasından əvvəlRoman Paris Notr-Dam Kilsəsi Əsərin yazılmasından sonraRoman Paris Notr-Dam Kilsəsi Əsərin məzmunuRoman Paris Notr-Dam Kilsəsi UyğunlaşdırmaRoman Paris Notr-Dam Kilsəsi Həmçinin baxRoman Paris Notr-Dam Kilsəsi Xarici keçidlərRoman Paris Notr-Dam Kilsəsi İstinadlarRoman Paris Notr-Dam KilsəsiFransaFransız diliViktor Hüqoİngilis dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Mehriban ƏliyevaBöyük QafqazI İsmayılAtlantik okeanNəsibə ZeynalovaBronxitAğdam rayonuŞamaxıMilli Müdafiə Universiteti (Azərbaycan)Övrə xəstəliyiTəbii zonalarXocalıEsseQan dövranıEmin (müğənni)Şahmatİkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısıVulkanGözBirinci Qarabağ müharibəsiOğlaq (astrologiya)Qulaqdibi xəstəliyiEv pişiyiMəhəmməd Əmin RəsulzadəPerimetrKvadratZakir QaralovAğciyər iltihabıPlanetMenstruasiyaAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıDüzbucaqlı paralelepipedAnemiyaOman bayrağıEksponatCəmiyyətCənubi AzərbaycanNazim BababəyliMüsahibəİnformasiyaÜnsiyyətTünzalə AğayevaXristianlıqMyanmaBananÇexiyaRoza ZərgərliİtAbşeron rayonuGəncə qalasının işğalıMurovdağLeyli və Məcnun (Nizami)Qüvvə (fiziki kəmiyyət)II MuradÇobanyastığıDaun sindromuFizikaMikayıl CabbarovAyBuddizmSoyuq müharibəUkraynaHeydər ƏliyevAzərbaycan əhalisiABŞ-nin ştatlarıSufizmTək və cüt ədədlərAzərbaycan Sovet Sosialist RespublikasıTürbəQabarıq çoxbucaqlıPolad dirəklər üzərində şəhər (film, 1975)Mübariz İbrahimovElçin BabayevDünya ölkələrinin pul vahidləriNamiq QaraçuxurluMüdafiə Nazirliyi (Azərbaycan)Zərf (qrammatika)Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiBirinci Dünya müharibəsi🡆 More