Nyu-York Yaponları

Nyu-York yaponları (ニューヨークにおける日本人?) – ABŞ-nin Nyu-York şəhərindən olan yapon əsilli şəxslər.

Bu qrupa həm yapon immiqrantlar, həm də Nyu-York şəhərində doğulmuş yapon əsilli şəxslər daxildir.

Nyu-York yaponları
Ümumi sayı
33.432 (2015)
Yaşadığı ərazilər
Manhetten, Kuins, Bruklin
Dili

ingiliscə, yaponca

Dini

buddizm, şintoizm, xristianlıq, ateizm

Qohum xalqlar

ABŞ yaponları (Çikaqo, Kolumbus, Detroyt, Havay adaları, Hyuston, Los-Anceles, San-Fransisko, Sietl)

Tarixi

XIX əsr

Nyu-York Yaponları 
Yaponiya Cəmiyyətinin Manhettendə yerləşən binası.

Nyu-York şəhərinə ilk yapon mühacirlər XIX əsrin sonuncu rübündə gəliblər. Onlar əsasən kişilərdən və orta sinifdən olan işçilərdən ibarət idilər. 1876-cı ildə altı yapon biznesmen ticarətlə məşğul olmaq üçün Nyu-York şəhərinə gəlmişdir. Növbəti 20 il ərzində şəhərə yapon iş adamları gəlməyə davam etmiş və bəziləri şəhərin daimi sakini olmuşdurlar. Buna baxmayaraq, yaponların Nyu-Yorka miqrasiyası ABŞYaponiya hökumətləri tərəfindən məhdudlaşdırılmış şəkildə davam etmişdir.

1890–91-ci illərdə Nyu-York şəhərində 600 yapon yaşayırdı. Onların yarısından çoxu Bruklində yaşayır və Bruklin donanma verfində işləyirdi. 1890-cı illərin ortasından etibarən şəhərdə yaponların sayı artmağa başlamışdır. 1900-cü ildə yaponların sayı 1000-ə çatmışdır. Bu dövrdə şəhərdə yaşayan yaponların 90%-i xidməti işlər ilə məşğul olurdu.

1897-ci ildə Bruklində bir yapon kollec tələbəsi tərəfindən ilk yapon qəzeti nəşr olunmuşdur. Həftəlik nəşr olunan bu qəzet qısaömürlü olmuşdur. 1899-cu ildə yapon immiqrantlar və iş adamları üçün şəhərdə Yapon Xristian İnstitutu yaradılmışdır.

1900–1941

1907-ci ildə Toyohiko Kempbell Takami tərəfindən Yapon Qarşılıqlı Yardım Cəmiyyəti yaradılmışdır. Bu təşkilat əsasında 1914-cü ildə yaradılan Nyu-York Yapon Assosiasiyasına Yaponiya hökuməti də dəstək vermişdir. Bu dövrdə Nyu-Yorkda "Japanese American Commercial Weekly", "Nyuyoku jiho" (1904), "Nyuyoku shimpo" (1911) kimi yapon qəzetləri nəşr olunmağa başlamışdır.

1907-ci ildə Bruklin donanma verfində əcnəbilər üçün tətbiq olunan məhdudiyyətdən sonra bir çox yapon Manhettenə köçməyə başlamışdır. 1909-cu ildə şəhərin 3000 yapon sakininin böyük hissəsi Manhettendə yaşayırdı.

1908-ci ildə Yaponiya və ABŞ miqrasiya məsələsində razılıq əldə etmişdir. Nəticədə, Yaponiya hökuməti ABŞ-yə miqrasiya edən yaponlar üçün iki cür pasport buraxmağa başlamışdır: biri fəhlələr, biri isə tələbələr, biznesmenlər və peşə sahibləri kimi şəxslər üçün. Razılığa əsasən yaponlar Nyu-Yorkdakı konsulluqda qeydiyyatdan keçməli idilər. 1915-ci ilə kimi konsulluqda qeydiyyatdan keçən yaponların 75%-i ikinci növ pasportu olan şəxslər idi.

1920-ci ildə Nyu-Yorkda 4652 yapon yaşayırdı və 1921-ci ilin statistikasına əsasən onların 75%-i xidmət işləri ilə məşğul olurdu. Yaponlar avropalı immiqrantlardan ayrı yaşayırdılar və Manhettenin cənubu, 123-cü küçə və Bruklinin işgüzar hissəsi kimi yerlərdən təcrid olunmuşdular. 1924–52-ci illərdə qüvvədə olmuş İmmiqrasiya aktı səbəbilə yaponların ABŞ-yə miqrasiyasının qarşısı alınmış və bu dövrdə Nyu-Yorkda yaşayan yaponların sayı 2500–2900 arasında qalmışdır.

Müharibədən sonra






Nyu-York Yaponları 

Borolara görə Nyu-York yaponları.   Manhetten (51 %)  Kuins (24 %)  Bruklin (20 %)  Bronks (4 %)  Staten-Aylend (1 %)

İkinci dünya müharibəsinin başlamasından sonra Nyu-Yorkdakı bütün yapon təşkilatları fəaliyyətlərini dayandırmış və müharibə zamanı bir çox yapon saxlanılaraq Ellis adasına aparılmışdır. Buna baxmayaraq, Nyu-York yaponlarının böyük qismi həbs düşərgələrinə aparılmamışdır. Müharibədən sonra Nyu-York Yapon Assosiasiyası, yapon xristian kilsələri və yapon buddist məbədləri öz fəaliyyətini bərpa etmişdir. Həm yapon, həm ingilis dilində nəşr olunan "Nyuyoku nichibei" həftəlik qəzeti qurulmuşdur.

1950-ci ildə Nyu-Yorkda yaşayan yaponların sayı 3800-i keçmişdir. ABŞ-nin qərbində yaşayan bir çox yaponun Nyu-Yorka köçməsi bu sayın artmasına səbəb olmuşdur. İmmiqrasiya aktının ləğvindən sonra şəhərə köçən yaponların sayı daha da artmağa başlamışdır. 1970-ci ildə şəhərin yapon sakinlərinin sayı 14.000, 1980-ci ildə 16.828, 1990-cı ildə 16.828 olmuşdur. 2000-ci ildə şəhərdəki 26.419 yaponun böyük qismi Manhettendə yaşayırdı.

Demoqrafiya

2015-ci ilin statistikasına əsasən Nyu-York şəhərində 33.432 yapon əsilli şəxs yaşayır. Bu, Nyu-York ştatında yaşayan yaponların 61%-ni təşkil edir. Nyu-York yaponlarının 51%-i Manhetten borosunda yaşayır, qalan hissəsi isə əsasən KuinsBruklinin payına düşür. Yapon icması əsasən Manhettenin Midtaun hissəsində, Kuinsin Astoriya rayonunda və Lonq-Aylend-Sitidə cəmlənmişdir.

2015-ci ilin statistikasına əsasən Nyu-York yaponlarının 60%-i xarici ölkələrdə doğulmuş şəxslərdir. Xaricdə doğulmuş Nyu-York yaponlarının 16%-i ABŞ vətəndaşlığı almışdır. Nyu-York yaponları arasında yoxsulluq səviyyəsi 12,6%-dir.

Görkəmli şəxslər

Hikaru Utada
Sadakiçi Hartmann
Eytaro İşiqaki
Yasuo Kuniyoşi
Rut Sato
Miho Hatori
Mizuo Pek
Taro Daniel
Soiçi Sunami
Lirika Okano

İstinadlar

Ədəbiyyat

Tags:

Nyu-York Yaponları TarixiNyu-York Yaponları DemoqrafiyaNyu-York Yaponları Görkəmli şəxslərNyu-York Yaponları İstinadlarNyu-York Yaponları ƏdəbiyyatNyu-York YaponlarıABŞKömək:Yapon şriftlərinin istifadə edilməsiNyu-YorkYaponlar

🔥 Trending searches on Wiki Azərbaycanca:

Nida cümləsiƏlcəzairXəstəlikMübtədaBu şəhərdə kimsə yoxdurMühasibat uçotuArif HacılıYerBirləşmiş Ərəb ƏmirlikləriBrayl əlifbasıMədə xərçəngi9 May Qələbə GünüBakı İdman SarayıZülallarKitabModal sözlərİbtidai icma quruluşuAzərbaycan Beynəlxalq UniversitetiƏdədi silsiləBakteriyalarTəqvimDərinin xoşxassəli törəmələriKvadrat metrNəriman AxundzadəQurban bayramıRomaBucaqAzərbaycan Tibb UniversitetiAzərbaycan şirkətlərinin siyahısıLeykozAvropa ölkələrinin siyahısıUEFA Çempionlar LiqasıAdnan OktarSuçiçəyiXarıbülbül (simvol)Diana (Uels şahzadəsi)Abdulla ŞaiqPortuqaliyaBakı marafonuNatiq Qasımov (əsgər)Molla Pənah VaqifOksigenTəbiətin qorunmasıİnternetGözİngiltərə Premyer LiqasıQuşlarSərxan KərəmoğluBuddizmPerimetrİranTürk xalqlarıAzərbaycandakı quşların siyahısıFüzuli rayonuAzərbaycan gerbiAğdamTriqonometriyanın əsas düsturlarıMəxmərəkAbid ŞərifovBöyrəkSkelet (insan)ÜçbucaqMəhəmmədhüseyn ŞəhriyarAğdam rayonuBalxaşRoma imperiyasıNovruz bayramıAzərbaycan əlifbasıHindistanRum rəqəmləriZəhərlənməDədə Qorqud parkıLeksikaTərtər işiMart soyqırımıİsa QəmbərAzərbaycanın iqtisadi rayonlarıÇin tarixi🡆 More