Mirağa Qasımov

Mirağa Hafiz oğlu Qasımov (1 avqust 1995, Moranlı, Cəlilabad rayonu – 12 noyabr 2020, Bakı) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Mirağa Qasımov
Mirağa Qasımov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Moranlı, Cəlilabad, Azərbaycan
Vəfat tarixi (25 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Moranlı, Cəlilabad, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Mirağa Qasımov Sərhəd Qoşunları
Hərbi hissə Çevik Hərəkat Dəstəsi
Xidmət illəri 2013—2014 / 2015—2020
Rütbəsi Mirağa Qasımov Kiçik gizir
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Zəngilanın azad edilməsi
Təltifləri Mirağa Qasımov Mirağa Qasımov Mirağa Qasımov Mirağa Qasımov

Həyatı

Mirağa Qasımov 1995-ci il avqustun 1-də Cəlilabad rayonunun Moranlı kəndində anadan olub. Orta təhsilini əvvəlcə, Moranlı kənd, sonra isə Qara Kazımlı kənd tam orta məktəbində almışdır.

Hərbi xidməti

Mirağa Qasımov 2013–2014-cü illərdə müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. 2015-ci ildən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2020-ci il tarixli 2217 nömrəli Sərəncamına əsasən Azərbaycan dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Mirağa Qasımov "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Mirağa Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı CəbrayılınZəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirağa Qasımov oktyabrın 26-da Zəngilanın azad edilməsi zamanı ağır yaralanıb və Hərbi Hospitala aparılıb. 20 gün Koma vəziyyətində qaldığdan sonra noyabrın 12-də şəhid olub. Cəlilabad rayonunun Moranlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirağa Qasımov "Qarabağ" ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirağa Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirağa Qasımov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Təltifləri

İstinadlar

Tags:

Mirağa Qasımov HəyatıMirağa Qasımov Hərbi xidmətiMirağa Qasımov TəltifləriMirağa Qasımov İstinadlarMirağa Qasımov1 avqust12 noyabr19952020BakıCəlilabad rayonuDövlət Sərhəd Xidməti (Azərbaycan)Moranlı (Cəlilabad)İkinci Qarabağ müharibəsi

🔥 Trending searches on Wiki Azərbaycanca:

KükürdRus əlifbasıMuğan düzüYazıTəyyarəAzərbaycanda vergilərQədim MisirŞahin BağırovQızlıq pərdəsiXocalı soyqırımıİsrailAzərbaycanErməni soyqırımıŞüalanmaAzərbaycan dövlət başçılarının siyahısıFaizQİÇSMədət QuliyevVoleybolMərkəzi Park (Bakı)Lənkəran rayonuÇingiz AytmatovMisir ehramlarıHəşəratlarAzərbaycan Sovet Sosialist RespublikasıŞuşaTərcüməƏmr cümləsiQəzet0TəşbehSasanilər imperiyasıElçin HüseynbəyliNəsib QuliyevDöyüş arabasıDəvəRobotAzərbaycan xanlıqlarıTimsahlarƏmir TeymurAbdulla ŞaiqPrizmaAzərbaycan Silahlı QüvvələriGənc türklərAzərbaycan ədəbiyyatıKəlbəcər rayonuAtəşgah (Bakı)VərəmAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiMilli Müdafiə Universiteti (Azərbaycan)Bakının inzibati bölgüsüBakı metrosuAzərbaycanın Milli QəhrəmanıRiyaziyyatAdolf HitlerDədə QorqudNATOSəudiyyə ƏrəbistanıAmoksisillinŞəkilçiMəhəmməd HadiXarıbülbülŞuşa qalasıQızılcaAzərbaycan musiqisiYupiter (planet)Fikrət ƏmirovAzərbaycandakı quşların siyahısıHicri təqvimAzərbaycanda neft sənayesiUlduzİnsan dişləriUzun HəsənXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)Say sistemləriAnar Ələkbərov🡆 More