Mil Mi-8

Mil Mi-8 (rus.

Əsasən nəqliyyat helikopteri kimi istifadə olunmasına baxmayaraq, desantlaşma, kəşfiyyat və zirehli döyüş helikopteri kimi də istismar oluna bilir. Mi-8 helikopteri hazırda dünyada ən çox istehsal olunmuş helikopter hesab olunur. 2015-ci ildə qeydə alınmış hesablamalara əsasən hərbi əməliyyatlar tarixində ən çox istifadə olunan üçüncü helikopterdir. 92 ölkədə 5 mindən çox Mi-8/17 helikopteri qeydiyyata alınıb. Bu baxımdan, Mi-8 helikopterləri tarixin ən kütləvi istehsal edilən helikopterlərindən biri sayılır. 1991-ci ildən etibarən xarici müştərilər 1500-dən çox helikopter ilə təmin olunub.

Mil Mi-8
Mil Mi-8
Tipi vertolyot
Hazırlayan Mil Moskva Helikopter Zavodu
İstehsalçı Mil Moskva Helikopter Zavodu, Kazan Vertolyot Zavodu, Ulan-Ude Aviasiya Zavodu
Baş konstruktor Mixail Mil
İlk uçuş 7 iyul 1961
İstismara verilmə tarixi 1965
İstismarçılar
Buraxılış sayı 12.000
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xalq arasında Mi-8 “Kolya” ya da “Mikolka” ləqəbi alıb. İlk uçuşu 1961-ci il iyunun 24-də icra edilib. 1965-ci ildən istismar edilir, 12 mindən çox sayda istehsal olunub.

Bu helikopter hər biri 2000 at gücündə olan iki mühərrik ilə təchiz edilib. 270 km/saat sürətlə uça bilir. Mi-8 ailəsinin ilk nümayəndələri Vyetnam müharibəsindən bəri son 40 ilin bütün münaqişələrində özlərini layiqincə təmsil edə biliblər.

Mi-8MT, Mi-17, Mi-171 mülki və hərbi məqsədlər üçün əhəmiyyətli dərəcədə təkmilləşdirilən versiyaları da daxil olmaqla Mi-8-in 130-dan çox versiyası istehsal olunub. Ən məşhur modeli isə Mi-17-1B-dir. Bu helikopterlərin 90% -i ixrac olunur. Bu model müxtəlif avadanlıqlara malik ola bilər. RusiyaMDB ölkələri üçün Mi-171Ş modeli məşhurdur. 2016-cı ildən etibarən Rusiya qoşunları Arktika şəraitində çalışmaq üçün Mi-8AMTŞ-VA modifikasiyalı Mi-8 alırlar.

Beynəlxalq Uçuş Analitik Mərkəzinin hesabatına (Dünyanın hərbi-hava qüvvələrinin inkişaf perspektivlərinə həsr olunmuş) görə, 2015-ci ilin sonunda dünyada Mi-8/17 helikopterlərinin təxminən sayı 2555 ədəddir. Bu isə dünya helikopter parkının 13% -ni təşkil edir.

Taktiki-texniki xüsusiyyətləri (Mi-8T)

Mil Mi-8 

Ümumi parametrləri

  • Ekipaj: 3 nəfər
  • Tutumu: 26 nəfər sərnişin və ya 12 xərək
  • Uzunluğu: 18.17 m
  • Rotor diametri: 21.29 m
  • Hündürlüyü: 5.65 m
  • Boş çəki: 7,260 kq
  • Yüklü çəki: 11,100 kq
  • Maksimal qalxma ağırlığı: 13,000 kq
  • Maksimal yanacaq tutumu: 3,700 litr
  • Güc təminatçısı: 2 × Klimov TV3-117Mt mühərrik (hər biri 1,454 kVt gücündə)

Uçuş keyfiyyətləri

  • Maksimum sürət: 260 km/s
  • Maksimal uçuş məsafəsi: 610 km
  • Uçuş tavanı: 4,500 m

Silahlanma

  • 4,000 kq ağırlığında silah texnikası daşıya bilər (57 mm çaplı S-5 raketləri, 2K8 Falanqa TƏİR daxil olmaqla)
Mil Mi-8 
Mil Mi-8

Qəzalar

  • 2019-cu il mayın 29-u Ukraynanın Rovenskaya vilayətinin Radivilovsk rayonunun Sestryatin kəndi yaxınlığında Mİ-8 hərbi helikopteri qəzaya uğrayıb. Qəza zamanı ekipajın dörd üzvü və Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının aviasiya briqadasının 16-cı bölməsinin komandiri ölüb.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Tags:

Mil Mi-8 Taktiki-texniki xüsusiyyətləri (Mi-8T)Mil Mi-8 QəzalarMil Mi-8 Həmçinin baxMil Mi-8 İstinadlarMil Mi-8 Xarici keçidlərMil Mi-82015NATO kod adıRus diliRusiyaSovet İttifaqıÇoxməqsədli helikopter

🔥 Trending searches on Wiki Azərbaycanca:

Surxay MusayevÖd kisəsiBirinci Qarabağ müharibəsiZeynəb XanlarovaİnvestisiyaXarici Kəşfiyyat Xidməti (Azərbaycan)GünAzərbaycan PrezidentiAida İmanquliyevaAzərbaycan əlifbasıElektrik cərəyanıÇingiz xanCüdoFacebookMirzə Fətəli AxundovƏqrəb mövsümü (teleserial, 2023)Microsoft ExcelHeydər ƏliyevMeyxanaAlbaniyaMarixuanaLotu QuliTalışlarAzərbaycan xanlıqlarıAzərbaycan iqtisadiyyatıQarabağ xanlığıQaraqoyunlularÖmər ibn XəttabMorfologiya (linqvistika)Bakı metrosuLəzgilərŞimali KoreyaİnteqralMikayıl CabbarovZəncirotuSaitFyodor DostoyevskiAzərbaycan Milli Elmlər AkademiyasıMolla Nəsrəddin (jurnal)Nitq hissəsiİsrailTəqvimƏrəb qrafikalı Azərbaycan əlifbasıİnformasiya texnologiyalarıVulkanİslamda oral seksI AbbasAzərbaycan tammetrajlı bədii filmlərinin siyahısıMir Mövsüm AğaAzərbaycan şirkətlərinin siyahısıVətən Müharibəsi Qəhrəmanlarının siyahısıAzərbaycan Respublikasının xalq artistiErmənilərFevralTabeli mürəkkəb cümləAvtomobilAzərsuStatistikaAzərbaycan kinosuBabasilİlham ƏliyevAğstafa rayonuDövlət idarəetmə formalarıDaun sindromuHumanitar elmlərSinir sistemiADA UniversitetiAhəng qanunuÇevrəBankəGöbələk xəstəliyiOksigenZəngəzurAna səhifəKəlbəcər rayonuFlora Kərimova🡆 More