Liverpul Fk: İngiltərənin futbol klubu

Liverpul FK (ing.

Klub 6 dəfə UEFA Çempionlar Liqasını, 3 dəfə UEFA Avropa Liqasını, 4 dəfə UEFA Superkubokunu, 19 dəfə İngiltərə Premyer Liqasını, 8 dəfə İngiltərə Federasiya Kubokunu, rekord sayda - 9 dəfə İngiltərə Liqa Kubokunu və 15 dəfə İngiltərə Milli Futbol Superkubokunu qazanmışdır.

Liverpul FK
Loqonun şəkli
Klubun tam adı Liverpul Futbol Klubu
(ing. Liverpool Football Club)
Ölkə
Ləqəb(lər) Qırmızılar
Rəng(lər) Qırmızı-Ağ
Yaranma tarixi 1892
Stadionu Enfild
Tutumu 53,394
Prezidenti ABŞ Tom Verner
Baş məşqçisi Almaniya Yurgen Klopp
Liqa İngiltərə Premyer Liqası
2022-2023 5
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub 1892-ci ildə yaradılıb və növbəti il futbol liqasına qoşulmuşdur. Klub yaranandan bəri oyunlarını Enfild stadionunda keçirir. Liverpul 1970-1980-ci illərdə Uilyam Bil ŞenkliBob Peyslinin başçılığı altında həm İngiltərədə həm də Avropada ümumilikdə, 11 dəfə İngiltərə çempionluğunu və 7 dəfə Avropa miqyaslı kuboku qazanmaqla, özünü böyük bir güc olaraq qəbul etdirdi. Rafael Benitezin məşqçiliyi və Stiven Cerrardın kapitanlığı ilə Liverpul 2005-ci ildə matçın ilk hissəsində 0-3 hesabı ilə geridə olduğu "Milan"a qarşı oyunda geri dönüş edərək növbəti dəfə UEFA Çempionlar Liqasının qalibi oldu.

Liverpul 2016-17 mövsümündə 424.2 milyon funt sterlinq gəlirlə dünyanın ən çox gəlirli olan doqquzuncu klub olmuşdur və 2018-ci ildə dünyanın səkkizinci ən gəlirli klubu olmuşdur ki, ümumi məbləğ 1.994 milyard $ dəyərində qiymətləndirilmişdir. Komanda dünyanın ən çox tərəfdarı olan klublardan biridir. Liverpulun "Everton" və "Mançester Yunayted" ilə uzun müddətdir davam edən rəqabəti mövcuddur.

Klubun azarkeşlərinin adı baş vermiş 2 böyük faciədə hallanır. Bunların birincisi 1985-ci ilde baş vermiş Heyzel faciəsidir. Belə ki, Liverpul azarkeşləri matçın gedişində digər sektora qaçaraq, tribunadakı sektorları ayıran divarı itələməsi nəticəsində 39 insan həyatını itirmişdir. Həyatını itirənlərin bir çoxu İtaliyanın "Yuventus" klubunun azarkeşləri idi. Bu hadisədən sonra İngiltərə klubları 5 illik müddətə bütün Avropa miqyaslı yarışlardan kənarlaşdırıldı. İkinci buna bənzər hadisə isə 1989-cu ildə baş vermiş Hillsboro faciəsidir ki, nəticədə 96 Liverpul azarkeşi həyatını itirmişdir. Klub 1964-cü ildən qırmızı köynək və ağ şortdan ibarət rəsmi formanı bütöv qırmızı rəngli formaya dəyişmişdir. Klubun himni isə You'll Never Walk Alone adlandırılır.

Tarixi

Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion 
Liverpul klubunun yaradıcısı Con Houldinq

Liverpul futbol klubu "Everton" və klub prezidenti, həmçinin Enfild stadionunda pay sahibi olan Con Houldinq arasında yaranmış münaqişə sonrası yaradılmışdır. Stadionda keçirdiyi 8 ildən sonra 1892-ci ildə "Everton" Qudison Park stadionuna köçdü və Houldinq Liverpul adlı klubun əsasını qoydu. Beləliklə klub ev oyunlarını Enfild stadionunda keçirməyə başladı. Əsl adı Everton və Atletik Qraunds Ltd (qısaca Everton Atletik) olan klubu futbol assosiasiya Everton adlı klub kimi qəbul etməkdən imtina etməsindən sonra klub adını dəyişərək Liverpul etdi və 1892-ci ilin martında yaradılmasından 3 ay sonra futbol assosiasiyası tərəfindən rəsmi olaraq tanındı. Debüt mövsümündə klub Lankaşayr liqasını qazandı və 1893-94 mövsümündə ikinci divizyonda iştirak üçün vəsiqə qazandı. Klub mövsümü birinci pillədə tamamladıqdan sonra birinci divizyona yüksəldi ki, burada 19011906-cı ildə turniri birinci pillədə başa vurmağa müvəffəq oldu.

Liverpu ilk dəfə İngiltərə Federasiya Kubokunun finalına 1914-cü ildə çıxmışdır ki, burada da onlar "Börnli" klubuna 0-1 hesabı ilə məğlub olmuşdur. Ardıcıl olaraq isə klub 19221923-cü illərdə İngiltərə liqa çempionluğunu qazansada, 1946-47 mövsümünədək heç bir mükafat qazana bilməmişdir. Liverpul 1950-ci ildə ikinci dəfə çıxdığı İngiltərə Federasiya Kubokunun finalında bu dəfə "Arsenal"a 2-0 hesabı ilə məğlub oldu. Klub 1953–54 mövsümündə ikinci divizyona yuvarlandı. 1958-59 mövsümünün kubok matçında isə bu dəfə "Uorçester" klubuna məğlub olduqdan sonra klubun məşqçi postunda dəyişiklik edilərək bu vəzifəyə Uilyam Bil Şenkli gətirildi. Kluba yeni gələn Uilyam Bil Şenkli dərhal 24 oyunçu ilə yollarını ayırdı və Enfilddə yerləşən ayaqqabı otağını dəyişərək buranı məşqçilik üçün işini görə biləcəyi bir otağa çevirdi. Şenkli və digərləri Co Faqan, Ruben Bennet və Bob Peysli klubda yenidən dəyişikliklər aparmağa başladılar.

Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion 
Enfildin kənarında yerləşən Uilyam Bil Şenkli heykəli.Şenkli kluba birinci divizyona yüksəlməyi və 1947-ci ildən bəri ilk dəfə liqa çempionluğunu qazandırmağı bacarmışdır.

Klub 1962-ci iidə yenidən birinci divizyona geri qayıtdı və 17 ildən sonra 1964-cü ildə burada qalib oldu. 1965-ci ildə klub tarixində ilk dəfə İngiltərə Federasiya Kubokunu qazandı. Liverpul final görüşündə "Lids" klubuna 2-1 hesabı ilə qalib gəlməklə kuboku başı üzərinə qaldırdı. Növbəti il, 1966-cı ildə klub birinci divizyonun qalibi oldu amma buna baxmayaraq UEFA Kuboklar Kuboku turnirinin finalında Almaniyanın "Borussiya Dortmund"a komandasına 2-1 hesabı ilə məğlub oldu. Finalda Liverpulun yeganə qoluna Rocer Hant imza atmışdır. Liverpul 1972-73 mövsümündə ölkə çempionluğunu, İngiltərə Federasiya Kubokunu qazanmaqla bərabər həmçinin UEFA Kubokunuda qazanmağı bacardı. UEFA Avropa Liqasının finalında onlar Almaniyanın "Borussiya Münhenqladbax" klubuna iki oyunun yekun nəticəsində 3-2 hesabı ilə qalib gəldilər. Sonradan tezliklə Uilyam Bil Şenkli təqaüdə çıxdı və onu postunda Bob Peysli əvəz etdi. 1976-cı ildə Peyslinin ikinci məşqçilik dövründə Liverpul yenidən İngiltərə çempionluğunu və UEFA Kubokunu qazandı. UEFA Kubokunun finalında onlar Belçikanın "Brügge" klubuna iki oyunun yekun nəticəsində 4-3 hesabı ilə qalib gəldilər. Növbəti mövsüm klub İngiltərə çempionluğunu qorudu və əlavə olaraq tarixində ilk dəfə UEFA Çempionlar Liqası turnirini qazandı. Finalda onlar "Borussiya Münhenqladbax" klubuna 3-1 hesabı ilə qalib gəldilər. Amma İngiltərə Federasiya Kubokunun finalında onlar məğlub oldular. Liverpul 1978-ci ildə sahib olduğu UEFA Çempionlar Liqası titulunu qorumağı bacardı və 1979-cu ildə İngiltərədə liqa çempionluğu titulunu yenidən qazandı. Ümumilikdə Peyslinin klubda çalışdığı 9 il ərzində Liverpul 21 titul qazandı. Bunlara 3 dəfə UEFA Çempionlar Liqası kuboku, 1 dəfə UEFA Avropa Liqası, 6 dəfə ölkə çempionluğu və ardıcıl olaraq 3 dəfə İngiltərə Liqa Kuboku daxildir. Onun yeganə qazana bilmədiyi turnir isə İngiltərə Federasiya Kuboku olmuşdur.

Bob Peysli 1983-cü ildə istefaya çıxdı və onu bu postda köməkçisi Co Faqan əvəz etdi. Onun rəhbərliyi altında Liverpul İngiltərə çempionluğunu, İngiltərə Liqa KubokunuUEFA Çempionlar Liqasını qazandı. Beləliklə Liverpul 1 mövsüm ərzində 3 titul qazanan ilk ingilis klubu kimi adını tarixə yazdırdı. Liverpul 1985-ci ildə yenidən UEFA Çempionlar Liqasının finalına vəsiqə qazandı. Final matçı Belçikanın Heyzel stadionunda İtaliyanın "Yuventus" klubuna qarşı baş tutdu. Oyun başlamazdan az əvvəl Liverpul tərəfdarları hər iki tərəfin azarkeşlərini ayıran hasarı pozmuşdur. Divarın çökməsi nəticəsində 39 azarkeş həyatını itirmişdir ki, bunlarında əksəriyyəti italyanlar idi. Bu faciə dünyada Heyzel faciəsi kimi tanındı. Hər iki klubun məşqçilərinin etirazlarına baxmayaraq matç baş tutdu və yekunda Liverpul 1-0 hesabı ilə məğlub oldu. Görüşdə yeganə qolu penaltidən Mişel Platini vurmuşdur. Faciənin yekunlarına əsasən bütün ingilis klubları beynəlxalq yarışlardan 5 illik müddətə kənarlaşdırıldı. Liverpul isə əvvəlcə 10 illik cəzalandırılsada sonradan bu müddət 6 ilədək azaldıldı. Hadisədən sonra 14 Liverpul azarkeşi qeyri-iradi adam öldürmək səbəbiylə məhkum olundu.

Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion 
Üzərində Hillsboro faciəsi zamanı həlak olmuş 96 şəxsin adı yazılan Hillsboro abidəsi

Faqan bu hadisədən öncə isə məşqçilik postundan imtina etdiyini bəyan etdi və onun yerinə Kenni Dalqliş təyin olundu ki, o, klubda məşqci-oyunçu funksiyasını yerinə yetirirdi. Onun səlahiyyət müddəti dövründə klub daha 3 dəfə İngiltərə çempionlugunu qeyd etdi və 2 dəfə İngiltərə Federasiya Kubokunu qazandı. 1985-86 mövsümündə o, İngiltərə çempionluğu ilə bərabər İngiltərə Federasiya Kubokunu kluba qazandırmağa müvəffəq oldu. Amma klubun qazandığı bütün bu uğurlara Hillsboro faciəsi kölgə salırdı. 1989-cu il İngiltərə Federasiya Kubokunun yarımfinal matçında "Nottingem Forest"ə qarşı oynanılan matçda təhlükəsizlik hazırlıqlarının qənaətbəxş halda olması səbəbindən yüzlərlə Liverpul azarkeşi sektorlar arası hasara sıxılıb qalmışdı. Həmin gün 94 Liverpul azarkeşi həlak oldu. Doxsan beşinci azarkeş hadisədən 4 gün sonra xəstəxanada aldığı zədələr üzündən, doxsan altıncı azarkeş isə 4 il sonra şüuru bərpa olmadan həlak oldu. Hillsboro faciəsindən sonra hökumət stadionun təhlükəsizliyinə baxış keçirdi. Nəticədə Teylor Report sənədinə əsasən yüksək liqa klublarının stadionlarının hər birində, hər bir azarkeş üçün fərdi oturacağın olmasının vacibliyi ilə bağlı maddə əlavə olundu. Bu sənəd, izdiham zamanı baş verən fəlakətə səbəb olan aşırı sıxlığın və polis nəzarətindəki ciddi qüsurları önə çəkdi.

Liverpul 1988-89 mövsümünü İngiltərə çempionu kimi bitirməyə olduqca yaxın idi. Belə ki, onlar "Arsenal" ilə bərabər sayda xal toplamış və fəqli top sayına malik idi. Mayın 26-da keçirilən matçda Liverpul Enfild stadionunda rəqibi "Arsenal"a 0-2 hesabı ilə məğlub oldu. "Arsenal" matçda sonuncu dəqiqədə ikinci qolu vurmaqla çempionluğu bayram etdi..

Dalqliş 1991-ci ildə istefa verdi. Bunun səbəbi kimi isə Hillsboro faciəsini və onun ağır nəticələrini göstərdi. Onu bu postda Qrem Sunes əvəzlədi. Onun rəhbərliyi altında klub 1992-ci ildə İngiltərə Federasiya Kubokunu qazandı. Finalda Liverpul "Sanderlend"i 2-0 hesabı ilə məğlub etdi. Lakin komanda liqada ciddi uğursuzluğa düçar oldu və nəticədə mövsümü altıncı pillədə başa vurdu. Nəhayət 1994-cü ildə o, vəzifəsindən kənarlaşdırıldı. Bu postda Sunes, Roy Evans tərəfindən əvəzləndi və klub 1995-ci ildə İngiltərə Liqa Kubokunu əldə etdi. Finalda onların rəqibi "Bolton Uonderers" komandası idi. Matç 2-1 hesabı ilə Liverpulun xeyrinə başa çatdı. Roy Evansın rəhbərliyi ilə klubun liqada ən yaxşı göstəriciləri 19961998-ci ildə turnir cədvəlini üçüncü pillədə bitirməsi oldu və 1998-99 mövsümündə Jerar Ulye klubda köməkçi məşqçi təyin olundu. 1998-ci ilin noyabrında Evans istefa verdikdən sonra Ulye klubun baş məşqçisi postuna keçdi. 2001-ci ildə Ulyenin ikinci tam məşqçilik dövründə Liverpul 3 kuboku başı üzərinə qaldırdı. Bunlara İngiltərə Federasiya Kuboku, İngiltərə Liqa KubokuUEFA Avropa Liqası daxil idi. Liverpul İngiltərə Federasiya Kubokunun finalında "Arsenal"ı 2-1 hesabı ilə məğlub etdi. İngiltərə Liqa Kubokunun finalında isə "Birminhem Siti" klubu məğlub edildi. UEFA Avropa Liqası finalında Liverpulun rəqibi İspaniyanın "Deportivo Alaves" klubu idi. Final matçı Dortmund şəhərinin Siqnal İduna Park stadionunda keçirilirdi. Oyunun əsas vaxtı 4-4 hesabı ilə bitdiyi halda, əlavə vaxt oynanıldı. Burada Liverpul daha bir dəfə fərqlənərək yekunda 5-4 hesabı ilə UEFA Avropa Liqası kubokunu muzeyinə apardı. Bununla da Liverpul tarixi ərzində üçüncü dəfə bu mükafatı qazanmış oldu. Jerar Ulye 2001-02 mövsümünün gedişində ağır ürək əməliyyatı keçirdi və həmin mövsüm Liverpul liqanı "Arsenal"dan sonra ikinci pillədə tamamladı. Klub 2003-cü ildə növbəti dəfə İngiltərə Liqa Kubokunu qazandı amma ölkə çempionatında uğursuz çıxış etdilər.

Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion 
UEFA Çempionlar Liqası turniri Liverpul tərəfindən 2005-ci ildə beşinci dəfə qazanılmışdır

2003-04 mövsümünün sonunda Jerar Ulyeni postda Rafael Benitez əvəz etdi. Benitezin ilk mövsümündə Liverpul İngiltərə liqasını beşinci pillədə bitirsədə UEFA Çempionlar Liqasında böyük uğur əldə edərək tarixi bir oyun ortaya qoya bildi. Finalda İtaliyanın "Milan" klubuna qarşı matçın ilk hissəsində "Milan" 0-3 hesabı ilə iralidə olsa da, ikinci hissədə Liverpul əzmkar geridönüş edərək hesabı bərabərləşdirdi (3-3). Əlavə olunmuş 30 dəqiqə ərzində tərəflərdən heç biri fərqlənə bilmədikdə, penaltilər seriyası baş tutdu. Burada Liverpul zərbələrin dəqiqliyi ilə yekunda 3-2 hesabı ilə qalib tərəf oldu. Növbəti sezon klub Premyer Liqanı üçüncü pillədə tamamladı və İngiltərə Federasiya Kubokunun növbəti dəfə qalibi oldu. Finala gedən yolda Liverpul "Portsmut", "Mançester Yunayted", "Birmingem", "Çelsi" klublarını yarışdan kənarlaşdırdı. Finalda isə onlar Londonun "Vest Hem Yunayted" klubu ilə qarşılaşdı. Matçın əsas vaxtı 3-3 hesabı ilə bitdiyi halda penaltilər seriyası başladı. Penaltilər seriyasında Liverpul daha dəqiq oynayaraq yekunda 3-1 hesabı ilə qalib tərəf oldu. 2006-07 mövsümündə amerikalı biznesmenlər Corc Cillet və Tom Hiks klubun yeni sahibləri oldular ki, məhz həmin ərəfədə Liverpulun 218.9 milyon funt sterlinq borcu var idi. Klub 2007-ci ildə yenidən UEFA Çempionlar Liqasının finalına vəsiqə qazandı. Yenidən rəqib İtaliyanın "Milan"klubu idi. Amma Afinada baş tutmuş final matçında İstanbul finalından fərqli olaraq Liverpul rəqibinə 2-1 hesabı ilə məğlub oldu. 2008-09 mövsümündə Liverpul mövsümün sonunda 86 xal topladı ki, bu da klubun tarixi ərzində topladığı ən yüksək xal sayılırdı. Amma yekunda çempionluğu "Mançester Yunayted" qeyd etdi.

2009-10 mövsümündə klub premyer liqanı yeddinci pilədə başa vurdu və UEFA Çempionlar Liqasında uğursuz nəticə göstərdi. Bundan sonra Rafael Benitez ilə yollar qarşılıqlı razılaşma ilə ayrıldı və klub "Fulhem"in keçmiş baş məşqçisi Roy Hocson ilə yeni müqavilə imzaladı. 2010-11 mövsümünün başlanğıcında Liverpul iflasın astanasında idi və klubun səhmdarları ali məhkəmədən klubun satılmasına icazə verilməsi ilə bağlı xahiş irəli sürdülər. Amma Cillet və Hiksin bu təklifi rədd edildi. Boston Red Sox və Fenway Sports Group şirkətinin sahibi Con Henri klub üçün uğurlu maliyyə təklifi irəli sürdü və 2010-cu ilin oktyabr ayından kluba sahiblik etməyə başladı. Mövsümün başlanğıcından əldə olunmuş zəif nəticələr səbəbindən Roy Hocson ilə klub arasında müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verildi və klubun keçmiş oyunçu və məşqçisi olmuş Kenni Dalqliş ilə yeni müqavilə imzalandı. İngiltərə Liqa Kubokunun finalına vəsiqə qazanan klub burada "Kardiff Siti" komandasına qalib gələrək liqa kubokunu rekord sayda qazanmış oldu (8-ci dəfə) və sonra İngiltərə Federasiya Kubokunun finalında "Çelsi" komandansına məğlub olaraq 2011-12 mövsümünü səkkizinci pillədə başa vurdu. Bu nəticə klubun son 18 ildə ən pis göstəricisi sayılırdı və rəhbərlik Kenni Dalqliş ilə yolları ayırdı. Onu bu postda Brendan Rocers əvəz etdi. Onun kluba başçılıq etdiyi ilk mövsümdə Liverpul premyer liqanı yeddinci pillədə başa vurdu. 2013-14 mövsümündə Liverpul gözlənilməz bir şəkildə çempionluq yarışına qoşulsada sonda bu mübarizədə "Mançester Siti"yə məğlub olaraq çempionatı ikinci pillədə bitirdi. Həmmin mövsüm klub çempionatda ümumilikdə 101 qol vurdu. Bu klubun çempionat tarixində ikinci belə böyük göstəricisi idi. Belə ki, Liverpul 1895-96 mövsümündə rəqib qapılarından 106 top keçirə bilmişdir. Ardınca klub növbəti dəfə UEFA Çempionlar Liqasına qoşulmaq imkanı qazandı. Növbəti 2014-15 uğursuz mövsümünün sonunda klub liqanı altıncı pillədə başa vurdu və zəif başlanan 2015-16 mövsümünün oktyabr ayında Brendan Rocers rəhbərlik tərəfindən istefaya göndərildi. Onu bu postda Yürgen Klopp əvəz etdi ki, o, klubun tarixində üçüncü əcnəbi məşqçi kimi tarixə düşdü. Klopp ilk mövsümündə komandanı həm İngiltərə Liqa Kubokunun həm də UEFA Avropa Liqası 2015/2016 mövsümünün finalına çıxarsada yekunda klub hər iki turniri gümüş medal ilə tamamlamışdır.

Rənglər və nişan

Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion 
Liverpulun 1892-1896-cı illər arasında geyindiyi ev forması.

Liverpul tarixinin böyük bir hissəsində ev oyunları üçün tam qırmızı rəngli geyim dəstindən istifadə etmiş amma klub yaradılarkən klubun geyim dəsti "Everton"un hazır ki, formasına daha çox bənzəyirdi. Komanda qırmızı rəngli dəst formaya keçməmişdən öncə 1894-cü ilədək göy və ağ rənglərə bölünmüş geyimdən istifadə edirdi. Şəhərin simvolu hesab edilən Liverpul quşu klubun nişanına 1901-ci ildə həkk edilmişdir, lakin 1955-ci ilə qədər bu klubun geyim dəstinə daxil edilməmişdi.Uilyam Bil Şenklinin klubun geyim dəstini bütövlükdə qırmızıya dəyişdirilməsi qərarına qədər Liverpul 1964-cü ilədək qırmızı köynək və ağ şortdan ibarət formadan istifadə edirdi. Liverpul ilk dəfə dəst olaraq tam qırmızı forma ilə "Anderlext"ə qarşı oyunda meydana çıxmışdır ki, Yan St. Con bu barədə öz avtobiyoqrafiyasında belə xatırlayır:

Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  O, (Şenkli) düşünürdü ki, rəng quruluşu kluba psixoloji təsir edəcək - Təhlükə və güc naminə qırmızı. Bir gün o, soyunub-geyinmə otağına gəldi və iki cüt qırmızı şortu Ronni Yetsə tərəf atdı: "Bu şortları gey və sənin necə göründüyünə baxaq" dedi.

"Krist, Ronni siz son dərəcə mükəmməl görsənirsiz. Siz 2 metr hündür görünürsüz”. “Nəyə görə bütün dəst belə olmasın?” mən təklif etdim. “Nəyə görə qırmızı corablar geyinməyək?”. “Gəlin dəst bütün qırmızıya boyansın”. Şenkli bu təklifi bəyənib qəbul etdi və beləliklə ikonik dəst meydana çıxdı.

Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion 

Liverpulun səfər geyimi adətən tam olaraq sarı və ya ağ köynək və qara şortla tamamlanmırdı və orada istisnalar var idi. Tam olaraq boz geyim dəsti ilk dəfə 1987-ci ildə təqdim edilmişdir ki, bu rəngli forma 1991-92 mövsümünədək istifadə olundu. Sonradan bu dəst yaşıl forma və ağ şortla əvəz edildi. 1990-cı illərdə ki, qızılı və göy, açıq sarı, qara və boz rəngli forma dəyişiklilərindən sonra nəhayət klub sarı ağ və sonradan əlavə edilmiş boz rəngli səfər formasını 2008-09 mövsümünədək istifadə etdi. Üçüncü forma klubun avropa miqyaslı turnirlərdə istirak edəcəyi səfər matçları habelə daxili çempionatda olacaq səfər matçları üçün nəzərdə tutulmuşdur. 2012-15-ci illər aralığında klubun geyimləri "Warrior Sports" tərəfindən dizayn edilmişdir ki, həmin şirkət 2012-13 mövsümündən etibarən klubun forma istehsalçısı adını qazanmışdır. 2015-ci ilin fevral ayında "Warrior Sports"un əsas firması olan "New Balance" qlobal futbol bazarına daxil olduğunu və Warrior tərəfindən sponsorluq edilən klublar üçün idman geyimini özü hazırlayacağını bəyan etdi. Digər markaların istehsal etdiyi geyimlərin istifadəsinə misal olaraq klub 1985-ci ilədək Umbro şirkətinin istehsal etdiyi formalardan istifadə edirdi. Daha sonra 1996-cı ildən 2006-cı ilədək buraya Reebok şirkətidə daxil oldu. 2006-cı ildən 2012-ci ilədək isə klub Adidas şirkətinin məhsullarından istifadə edirdi.

Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion 
Liverpulun nişanı Şenkli Darvazalarının üzərinə həkk edilib.

1979-cu ildə Hitachi firması ilə bağlanmış müqavilə nəticəsində Liverpul sponsoru olduğu şirkətin adının geyimlərinin üzərində həkk etmiş ilk profesional İngiltərə futbol klubu olmuşdur. O zamandan bəri kluba Crown Paints, Candy, Carlsberg və Standard Chartered Bank firmaları sponsorluq etmişdir. 1992-ci ildə "Karlsberq" şirkəti ilə imzalanmış müqavilə İngiltərə futbolunda bağlanmış ən uzunmüddətli müqavilədir. "Carlsberg" ilə əlaqələr 2010-11 mövsümünün başlanğıcında Standard Chartered şirkəti ilə imzalanmış yeni müqavilə əsasında dəyandırılmışdır.

Liverpul nişanı şəhərin rəmzi hesab edilən liverpul quşunu özündə əks etdirmişdir. 1992-ci ildə klubun 100 illiyi münasibətilə yeni nişan Şenkli Qapısının üzərinə həkk edilmişdir. Növbəti il Hillsboro faciəsini anmaq məqsədi ilə iki alov işaərsi həm klubun nişanının kənarlarına əlavə edilmiş həm də stadionun yaxınlığında yerləşən Hilsboro abidəsinin qarşısında quraşdırılmışdır. 2012-ci ildə Warrior Sports şirkəti, forma üzərində olan nişanı ləğv edərək buraya klubun 1970-ci illərdə üzərində gəzdirdiyi nişanı əlavə etdi və alov işarələrini geyimin arxa tərəfində yux yazılmış 96 rəqəminin kənarlarına həkk etdi.

Stadion

Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion 
Liverpulun ev meydançası, Enfild

Enfild 1884-cü ildə Stenli Parka qonşu ərazidə inşa edilmişdir. Əslində bu stadion "Everton" tərəfindən istifadə edilirdi ta ki Enfildin sahibi olmuş Con Holdinq ilə "Everton" arasında kirayə ödənişi üzərində yaranmış münaqişədən sonra Everton buranı tərk edərək Qudison Parka köçmüşdür. Belə bir boş məkanda Con Holdinq 1892-ci ildə Liverpul klubunun əsasını qoydu və elə o, vaxtdan bəri klun ev oyunlarını məhz burada keçirməkdədir. Stadionun tutumu 20.000 nəfərlik idi və həmçinin Liverpulun ilk ev oyununda matçı 100 azarkeş canlı izləmişdir.

The Kop adlanan sektor 1906-cı ildə oyunlara gələnlərin say artımı səbəbi ilə tikilmiş Okfild Rod Embankment kimi adlanırdı. Burada ilk ev matçı 1906-cı il 1 sentyabr tarixində baş tutmuş və Liverpul rəqibi "Stok Siti" üzərində 1-0 hesablı qələbə qazanmışdır. 1906-cı ildə sektorlardan biri Kvazulu-Natal təpəsi xatirinə rəsmi olaraq Spion Kop adlandırılmışdır. Bu təpədə İkinci Boer müharibəsi dövründə Spion Kop döyüşü baş tutmuş və nəticədə Britaniya ordusunun Lenkaşayr alayının 300-dən çox əsgəri həlak olmuşdur ki onlarında bir çox məhz Liverpul şəhərindən idi. Bu sektor ümumilikdə 28.000 tamaşaçı tutumuna malik idi və bu dünyanın ən böyük tək qatlı sektorlarından biri sayılırdı. İngiltərədə mövcud olan bir çox stadionlarda Spion Kop adlı bölmə var idi lakin Enfilddə bu o, zamanlar ən nəhəngi sayılırdı. Həmçinin tək bu sektor bəzi digər futbol meydançalarından daha çox tamaşaçı tutumuna malik idi.

Enfild maksimum 60.000 tamaşaçını qəbul edə bilirdi və 1990-cı illərədək bu rəqəm 55,000 idi. 1993–94 mövsümündə Teylor adlı sənəd və Premyer Liqanın yeni qaydaları klubu Enfild stadionunda hər kəsə bilet şəklində yerini təyin etmə qaydasını tətbiq etməyə məcbur etdi və nəticədə stadionun tutumu azalaraq 45.276 nəfərlik oldu. Teylor sənədinin qərarlarından biridə Kemlin Rod sektorunun ən tez zamanda yenidən inşasını nəzərdə tuturdu hansı ki, bu sektor 1992-ci ildə inşa edilmişdir və bu klubun yaranmasının 100 illiyi ilə üst-üstə düşürdü, həmçinin bu sektor 2017-ci ilə kimi 100 illik sektor adını daşıyırdı. 2017-ci ildə isə sektorun adı dəyişdirilərək Kenni Dalqliş qoyuldu. Enfilddə əlavə bir sıra 1998-ci ilin sonlarında əlavə edildi hansı ki, stadionun tutumunda artıma öz töhfəsini versə də, açılışından sonra böyük problemlər əmələ gəldi. 1999-2000 mövsümünün başlanğıcında yeni sıranın titrəyişindən sonra stendin üst qatına əlavə sabitlik vermək üçün bir sıra dəstək dirəkləri və dayaqlar yerləşdirildi.

Enfildin tutumunun artırılması planlarında məhdudiyyətlərin artması səbəbindən Liverpul rəhbərliyi 2002-ci ilin may ayında Stenli Park stadionuna köçməklə bağlı planını açıqladı. Planın baş tutması ilə bağlı olan icazə 2004-cü ilin iyulunda verildi və 2006-cı ilin sentyabrında Liverpul şəhər konsulluğu həmin ərazinin 999 illiyə kluba icarəyə verilməsində razılaşdı. 2007-ci ilin fevralında klubun Corc Cillet və Tom Hiks tərəfindən alınmasından sonra təklif edilmiş stadion yenidən dizayn edildi. Yeni dizayn 2007-ci ilin noyabr ayında şura tərəfindən təsdiq edildi. Stadionun açılışı 2011-ci ilin avqust ayı üçün nəzərdə tutuldu və HKS, Inc. firması tərəfindən imzalanmış razılığa əsasən, stadionun azarkeş tutumunun 60.000 olacağı ehtimal edildi. Tikinti işləri 2008-ci il avqust ayında başladı və bu dövrdə Cillet və Hiks işlərin davam etdirilməsi mövzusunda 300 milyon funt sterlinq dəyərində çətinliklə üzləşmişdi. 2012-ci ilin oktyabr ayında BBC Sport bəyan etdi ki, "Fenway Sports Group" Liverpul klubunun yeni sahibidir və Stenli Park stadionunun tikilməsindənsə hazırkı Enfild stadionunu yenidən inkişaf etdirilməsi qərara alınmışdır. Yenidənqurmanın bir hissəsi olan stadionun tutumunun artırılması nəticəsində bu rəqəm 45.276-dan təxminən 60.000-ə dək artırılacaq və bütün bunların xərcləri təqribən 150 milyon funt sterlinq dəyərində olacaq. Tikinti işləri başa çatdıqdan sonra əsas meydançanın tutumu 54.074-ə kimi yüksəldi. Bu, 100 milyon funt sterlinq dəyərində olan genişləndirmə stadiona üçüncü qat əlavə etdi. 260 milyon funt sterliq dəyərində olan və Enfildin ərazisini inkişaf etdirməyi nəzərdə tutan layihənin bir hissəsi idi. Hazırkı baş məşqçi Yürgen Klopp bu stadionu "təsirli" kimi təsvir etmişdir.

Dəstək

Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion 
Kopites adlı azarkeş qrupu The Kop adlanan sektorda

Liverpul dünyada ən yaxşı formada dəstəklənən klublardan biridir. Klub bəyan etmişdir ki, bütün dünyada onların 200-dən artıq klub tərəfindən rəsmən tanınmış azarkeş qrupları vardır və bu qruplar ən azı 50 ölkəni təmsil edir. Tanınmış qruplara Spirit of Shankly və Reclaim The Kop adlı qruplar daxildir. Klub hər il dünya üzrə həyata keçirdiyi yay turlarında bu cür qrupların dəstəyindən ciddi üstünlük əldə edir. nümunə olaraq ABŞ-nin Miçiqan ştatında 101.000 və Avstraliyanın Melburn şəhərində 95.000 tərəfdarın önündə keçirilmiş matçlar bura daxildir. Liverpul fanatları tez-tez özlərini Kopites kimi adlandırır ki, bu da bir zamanlar "Kop" adlı sektorda ayaq üstə oyunu izləyən lakin artıq oyunu oturaq vəziyyətdə izləyən azarkeşləri nəzərdə tutur. 2008-ci ildə bir qrup azarkeşin qərarı ilə Premyer Liqanın matçlarını izləməyə büdcəsi uyğun olmayan azarkeşlər üçün A.F.K.Liverpul adlı klub yaradıldı.

"You'll Never Walk Alone" adlanan mahnı Riçard Rocers və Oskar Hammerşteyn tərəfindən bəstələnmiş və Liverpul şəhərinin tanınmış musiqi qrupu olan Gerry & The Pacemakers tərəfindən ifa edilmişdir ki, bu musiqi də klubun himni hesab edilir və 1960-cı illərdən başlayaraq Enfilddə oynanılan bütün matçlardan öncə azarkeşlər tərəfindən ifa edilir. Bu ənənə dünyadakı bütün digər klubların azarkeşləri tərəfindən populyarlıq qazanmışdır. Musiqinin başlığı Şenkli darvazasının üst hissəsində təsvir edilmişdir ki, həmin bu darvaza 1982-ci ilin avqustun 2-ndə Uilyam Bil Şenklinin xatirəsinə açılmışdır. Şenkli darvazasının bir hissəsi olan bu sözlər həmçinin klubun emblemində də öz əksini tapmışdır.

Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion 
Şenkli Darvazaları sabiq baş məşqçi Uilyam Bil Şenklinin şərəfinə ucaldılmışdır.

Klub azarkeşlərinin adı 2 stadion faciəsində hallanır. Birinci 1985-ci ildə baş vermiş Heyzel faciəsidir ki, burada 39 "Yuventus" azarkeşi həlak olmuşdur. Onlar Liverpul azarkeşləri tərəfindən küncə sıxışdırılmış və nəticədə küncə sıxılmış azarkeşlərin ümumi çəkisinin ağırlığı nəticəsində divar çökmüşdür. UEFA bu hadisədə yeganə günahkar kimi Liverpul tərəfdarlarını gördü və bütün ingilis klubları avropa miqyaslı turnirlərdən 5 il müddətinə uzaqlaşdırıldı. Liverpula verilmiş cəza isə sonradan daha 1 il uzadıldı, baxmayaraq ki, klub 1990-cı ildə İngiltərədə liqanı çempion kimi bitirərək UEFA Çempionlar Liqasında iştirak üçün vəsiqə qazanmışdır. Bundan sonra daha 27 azarkeş həbs olundu və Belçikaya məhkəmə qarşısına çıxarılmaq üçün ekstradisiya edildi. 1989-cu ildə məhkəmənin başlamasından 5 ay sonra, 14 nəfər qeyri ixtiyari adam öldürmə səbəbiylə 3 illik həbs cəzasına məruz qaldılar. half of the terms were suspended.

İkinci faciə isə 1989-cu il aprelin 15-də İngiltərə Federasiya Kubokunun yarım final matçı çərçivəsində Şeffilddə yerləşən Hilsboro stadionunda "Nottingem Forest" klubuna qarşı keçirilmiş oyunda baş vermişdir. Sıxlıq səbəbindən 96 Liverpul azarkeşi həlak olmuş və beləcə bu hadisə tarixə Hillsboro faciəsi kimi keçmişdir. Növbəti günlərdə The Sun qəzeti “Həqiqət” adlı məqalə paylaşmışdır ki, burada da faciə ilə bağlı Liverpul azarkeşləri günahkar qismində göstərilirdi. Sonrakı araşdırmalar nəticəsində bu iddiaların yanlış olduğu sübut edildi və Liverpul azarkeşləri bütün şəhər boyunca və onun ətrafındakı ərazilərdə qəzati baykot etdilər. Onların bir çoxu bu gün də The Sun qəzetinə qarşı 20 illik baykotu davam etdirirlər. O hadisələrdə xilas olmuş və ya yaxınını itirmiş insanlar ədaləti bərpa etmək məqsədiylə Hillsboroya ədalət adlı kompaniya keçirmiş və bununla bağlı dəstələr yaradılmışdır.

Rəqiblər

    Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Əsas məqalə: Mersisayd derbisi
    Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Əsas məqalə: Liverpul-Mançester Yunayted rəqabəti
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion 
2006-cı il Enfilddə Mersisayd derbisi

Liverpulun ən uzun dövrü özündə ehtiva edən rəqabəti şəhərin digər komandası sayılan "Everton"a qarşıdır ki, bu rəqabət Mersisayd derbisi adlanır. Onların arasındakı bu rəqabət Liverpul klubunun təsis edilməsi dövründə "Everton" rəsmiləri ilə və daha sonra Enfildin sahibləri aralarında baş vermiş münaqişə ilə başlamışdır. Mersisayd derbisi az saylı yerli derbilərdən biridir ki, bu matçlarda azarkeşlər arasında hər hansı ayırma və ya hasar yoxdur və beləcə matç "dostluq derbisi" kimi tanınır. Lakin 1980-ci illərin ortalarından etibarən isə meydanda hər iki tərəfdən bu rəqabət gərginləşmə mərhələsinə qədəm qoydu ki, çempionat Premyer Liqa adlandırılmağa başlanan 1992-ci ildən etibarən Mersisayd derbisində futbolçuların oyundan xaric edilməsi (qırmızı kart) halı çempionatın digər oyunları ilə müqayisədə daha da artdı. Bu matç Premyer Liqanın ən intizamsız və partlayıcı yarışı (oyun) kimi adlanmağa başladı.

Liverpulun "Mançester Yunayted" ilə olan rəqabəti isə 19-cu əsrdə baş vermiş sənaye inqilabında şəhərlərin yarışması kimi başlamışdır. Bu iki klub 1964-1967 ci illərdə keçirilmiş çempionluq yarışında bir-birlərini əvəz etmişdirlər və Liverpulun 4 Avropa miqyaslı kubok yarışında qələbəsindən sonra 1968-ci ildə "Mançester Yunayted" UEFA Çempionlar Liqasını qazanaraq bu titulu qazanmış ilk ingilis klubu olmuşdur. Aralarında ümumi 38 çempionluq və 8 Avropa miqyaslı kubok qələbəsinə rəğmən bu iki klub birlikdə nadir hallarda uğurlu mövsüm keçirib - Liverpulun 19701980-ci illərdə olan uğurları sırasında "Mançester Yunayted" 26 il ərzində titul qıtlığından əziyyət çəkirdi. Həmçinin "Mançester Yunayted"in Premyer Liqadakı uğurlu çıxışları dövründə Liverpul titul baxımdan quraq dövr keçirmişdir ki, beləcə klublar birlikdə cəmi 5 dəfə ardıcıl olaraq liqanı birinci və ikinci pillədə başa vurmuşdur. Buna baxmayaraq sabiq "Mançester Yunayted" məşqçisi Aleks Ferqyuson 2002-ci ildə müsahibəsində belə demişdir: "Mənim ən böyük məqsədim Liverpulun sahib olduğu lənətə gəlmiş taxtı ələ keçirməkdir", və iki klub arasında sonuncu oyunçu transferi 1964-cü ildə baş tutmuş və nəticədə "Mançester Yunayted" hücumçusu olan Fill Kisnal Liverpula transfer olmuşdur.

Sahiblik və maliyyə

Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion 
Fenway Sports Group-un yaradıcısı və Liverpulun sahibi Con U. Henri

Enfildin sahibi və Liverpulun yaradıcısı kimi, Con Houldinq klubun ilk rəhbəri idi və o, bu vəzifədə 1892-ci ildən 1904-cü ilədək qalmışdır. Onun rəhbərlikdən gedişindən sonra isə bu vəzifəyə Con Makkena gəlmişdir. Sonradan Makkena futbol liqasının prezidenti vəzifəsinə yüksəldi. Klub rərbərliyi vəzifəsində isə Con Smitdən öncə çox dəyişikliklər baş verdi ki, onun atası 1973-cü ildə klubun səhmdarlarından biri idi. O, Liverpula 1990-cı ildə ki enişindən öncəki ən uğurlu dövründə başçılıq etmişdir. Onun davamçısı, 1990-cı ildə Noel Vayt oldu. 1991-ci ilin avqustunda isə ailəsi klubda 50 ildən artıq rəhbər vəzifədə olmuş Devid Mures klubun yeni rəhbəri oldu. Onun əmisi, Con Mures həmçinin klubun səhmdarlarından biri olmuş və 1961-1973-cü illər ərzində "Everton" klubunun rəhbəri olmuşdur. Muresin klubda 51% səhmdarlıq haqqı var idi və o, 2004-cü ildə klubdakı səhmlərinin satışa çıxarılmasında maraqlı olduğunu bildirmişdir.

Nəhayət Mures 2007-ci il fevralın 6-da klubu amerikalı biznesmenlər - Corc Cilet və Tom Hiksə satdı. Bu razılaşma kluba və onun borclarına 218.9 milyon funt sterlinq həcmində dəyər verirdi. Cütlük klubun borclarını bağlamaq üçün ilk olaraq 5000 funt sterlinq və ya toplam olaraq səhmdarlıq üçün 174.1 milyon funt sterlinq və daha sonra borcları bağlamaq üçün 44.8 milyon funt sterlinq ödədilər. Cilet və Hiks arasında yaranmış anlaşılmazlıq daha sonra azarkeşlərində buna cəlb olunması nəticəsində onlar klubu satışa çıxarmaq üçün yeni sahibkar axtarına başladılar. Martin Brouton 2010-cu il aprelin 16-da klubun satışının idarə edilməsi üçün sədr təyin olundu. 2010-cu ilin may ayında hesabatlar nəticəsində klubun 55 milyon funt sterlinq itki ilə 350 milyon funt sterlinq borcu olduğu aşkar edildi və KPMG şirkəti bunun doğruluğunu təsdiq etdi. Royal Bank of Scotlandın daxil olduğu kreditorlar qrupu, Cilet və Hiks cütlüyünü məhkəmə qarşısına çıxararaq onlardan klubun satılması ilə bağlı icazə vermələrini istədi. Məhkəmənin baş hakimi cənab Castis Floyd klubun Fenway Sports Group-a satılması üçün lehinə qərar verdi, baxmayaraq ki, indiyədək Cilet və Hiksin bununla bağlı apelyasiyaya şikayət vermək seçimləri qalmaqdadır. Yekunda Liverpul 2010-cu il oktyabrın 15-də 300 milyon funt sterlinq qarşılığında Fenway Sports Group-a şirkətinə satıldı.

Liverpul qlobal brend kimi təsvir olunmuşdur: 2010-cu ildə aparılan hesabat, klubun ticarət markalarını və intellektual mülkiyətini 141 milyon funt sterlinq dəyərində qiymətləndirdi ki, bu da əvvəlki il ilə müqayisədə 5 milyon artıq idi. Bundan başqa Liverpul brend reytinqdə AA (çox güclü) qiymətini qazanmışdır. 2010-cu ilin aprel ayında Forbes jurnalı Liverpulu "Real Madrid", "Barselona", "Bayern Münhen", "Arsenal" və "Mançester Yunayted"in ardından dünyanın altıncı ən dəyərli klubu kimi qeyd etmişdir; onlar Liverpulu 822 milyon dollar (532 milyon funt sterlinq) dəyərində qiymətləndirmişdir. Dünyanın futbol klublarını, gəlir baxımından sıralayan Deloitte mühasibatçıları isə klubu Deloitte Football Money League-da səkkizinci pillədə qiymətləndirmişdirlər. Liverpulun 2009–10-cu il mövsümündə gəliri 225.3 milyon avro olmuşdur.

Liverpul populyar mədəniyyətdə

Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion 
Klubun forması Avropa Liqası Muzeyində

Britaniya mədəniyyətində futbolun yeri ilə bağlı təsvirlər edilərkən uğurlu tarixi səbəbi ilə Liverpulun adı tez-tez bir nömrəli medialarda, baş rolda hallanır. 1964-cü ilin 22 avqustunda İngiltərədə böyük seyrçi toplamış, BBC kanalında yayımlanan Match of the Day verlişinin ilk buraxılışında, Enfild stadionunda "Arsenal"a qarşı oynanılan matçın təhlükəli hissələri tamaşaçılara göstərilmişdir. 1967-ci ilin mart ayında isə Liverpul və "Vest Hem Yunayetd" komandaları arasında keçirilən oyun ilk dəfə olaraq rəngli formatda televiziya ekranlarında göstərilən matç olmuşdur. Həmçinin Pink Floyd qrupunun "Fearless" adlı mahnısında Liverpul azarkeşlərinin səsləndirdiyi You'll Never Walk Alone parçası səsləndirmişdir. 1988-ci ildə İngiltərə Federasiya Kubokunun final matçından öncə Liverpulda Con Barnes və digər futbolçuların iştirakı ilə "Anfield Rap" adlı mahnı bəstələndi.

Cimmi Makqovern tərəfindən yazılmış və Hillsboro faciəsinə həsr olunan sənədli film 1996-cı ildə ekrana çıxdı. Filmdə Kristofer Ekleston Trevor Hiks rolunu canlandırırdı ki, məhz onun hekayəsi filmdə əsas götürülmüşdü. Hiks bu faciədə iki yeniyetmə qızını itirmişdi və bundan sonra o, "daha təhlükəsiz stadionlar" adlı kompaniyaya qoşulmuş ardınca isə "Hillsboro ailələrinə dəstək" adlı qrupun yaradılmasına öz köməyini göstərmişdir. Həmçinin Liverpul klubu The 51st State adlı filmdə də təsvir edilmişdir ki, filmdə sabiq killer olmuş Feliks DeSouza (Robert Karlayl) qatı Liverpul fanatıdır və sonuncu səhnə Liverpul və "Mançester Yunayted" komandaları arasındakı matçda çəkilmişdir. Klub uşaqlar üçün televiziya proqramı hesab edilən Scully proqramında da təsvir edilmişdir ki, burada əsas süjet gənc oğlanın ətrafında baş verir, belə ki, Fransis Skalli adlı gənc Liverpul ilə sınaq oyunu keçirməyə cəhd edir. Şouda Kenni Dalqliş kimi o dövrün bəzi tanınmış Liverpul futbolçularıda nümayiş etdirilmişdir.

Heyəti

    21 mart 2023 tarixində yenilənib
Nömrə Ölkə Mövqeyi Futbolçu
1 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  GK Alisson
13 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  GK Adrian
62 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  GK Kelleher
2 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  DF Qomez
4 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  DF Van Deyk
5 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  DF Konate
21 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  DF Tsimikas
22 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  DF Remsi
26 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  DF Robertson
32 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  DF Matip
46 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  DF Uilyams
47 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  DF Fillips
66 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  DF Arnold
3 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  MF Fabinyo
6 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  MF Alkantara
Nömrə Ölkə Mövqeyi Futbolçu
7 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  MF Milner
8 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  MF Keyta
14 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  MF Henderson
15 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  MF Çemberlen
17 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  MF Cons
19 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  MF Harvey
29 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  MF Melo
43 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  MF Bayçetiç
9 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  FW Firmino
11 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  FW Salah
18 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  FW Qakpo
20 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  FW Jota
23 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  FW Diaz
27 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  FW Nunyes
28 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  FW Karvalyo

İcarəyə verilənlər

    21 mart 2023 tarixində yenilənib
Nömrə Ölkə Mövqeyi Futbolçu
72 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  DF Van den Ber (Şalke 04)
97 Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  GK Marselo Pitaluqa (Makslesfield)

Klubun kapitanları

1892-ci ildə klubun əsası qoyulandan bəri 45 futbolçu Liverpulda kapitanlıq sarğısını daşımışdır. Liverpul "Everton"dan ayrıldıqdan sonra, klubun ilk kapitanı Endrü Hanna olmuşdur. Stiven Cerrardın 2003–04 mövsümündən başlayaraq 12 mövsüm ərzində kapitanlıq vəzifəsini daşımnasından öncə isə ilkin olaraq Aleks Reysbek 1899-cu ildən 1909-cu ilə kimi ən uzun müddətli kapitanlıq sarğısını geyinmiş ilk oyunçu olmuşdur. Hazırda klubda kapitan Cordan Hendersondur ki, o, bu sarğını 2015–16 mövsümündə Stiven Cerradın Los-Anceles Qalaksiyə keçidindən sonra təhvil almışdır.

Ad Dövr
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Endrü Hanna 1892–1895
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Cimmi Ross 1895–1897
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Con MakKartney 1897–1898
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Harri Storer 1898–1899
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Aleks Raysbek 1899–1909
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Artur Qoddard 1909–1912
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Efroim Lonquort 1912–1913
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Harri Lou 1913–1915
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Donald MakKinley 1919–1920
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Efroim Lonquort 1920–1921
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Donald MakKinley 1921–1928
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Tom Bromilou 1928–1929
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Ceyms Cekson 1929–1930
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Tom Morrison 1930–1931
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Tom Bredşou 1931–1934
Ad Dövr
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Tom Kuper 1934–1939
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Mett Basbi 1939–1940
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Uilli Faqan 1945–1947
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Cek Balmer 1947–1950
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Fil Teylor 1950–1953
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Bil Cons 1953–1954
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Lauri Hyuz 1954–1955
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Billi Liddell 1955–1958
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Conni Viler 1958–1959
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Ronni Moran 1959–1960
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Dik Vayt 1960–1961
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Ron Yeats 1961–1970
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Tommi Smit 1970–1973
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Emlin Hyuz 1973–1978
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Fil Tompson 1978–1981
Ad Dövr
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Qreme Souness 1982–1984
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Fil Nil 1984–1985
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Alan Hansen 1985–1988
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Ronni Velan 1988–1989
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Alan Hansen 1989–1990
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Ronni Velan 1990–1991
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Stiv Nikol 1990–1991
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Mark Rayt 1991–1993
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Yan Raş 1993–1996
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Con Barnes 1996–1997
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Paul İnse 1997–1999
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Ceymi Rednapp 1999–2002
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Sami Hyuyupia 2001–2003
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Stiven Cerrard 2003–2015
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Cordan Henderson 2015–

Mövsümün oyunçusu

Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion 
Mükafatın 4 qat qalibi, Stiven Cerrard
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion 
Mükafatın 2 qat qalibi, Luis Suarez
Mövsüm Ad Milliyət Mövqe Qeydlər İstinadlar
2001–02 Sami Hyuyupya Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Müdafiəçi (futbol)
2002–03 Denni Mörfi Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Yarımmüdafiəçi (futbol)
2003–04 Stiven Cerrard Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Yarımmüdafiəçi (futbol)
2004–05 Ceymi Karrager Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Müdafiəçi (futbol)
    Liverpul Futbol Klubu və Məhdud İdman Meydançaları
  • Əsas sahibi: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Con V. Henri
  • Sədr: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Tom Verner
  • Vitse-sədr: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Devid Qinsberq
  • Baş icraçı direktor: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Peter Mur
  • Baş kommersiya direktoru: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Billi Hoqan
  • Baş maliyyə direktoru: Filip Neş
    Liverpul Futbol Klubu
  • Direktorlar: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Con V. Henri, Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Tom Verner, Devid Qinsberq, Maykl Qordon, Maykl Eqan
  • Qeyri-icraçı direktor: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Kenni Dalqliş
  • Əməliyyatlar üzrə direktor: Endrü Parkinson
  • Əsas meydança baxıcısı: Deyv MakKulok
  • Stadion meneceri: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Qed Poiton
  • Rabitə direktoru: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Susan Blek
  • Baş media müdiri: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Mettyü Brakster
  • Skaut direktor: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Dave Fallows
  • Baş skaut: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Berri Hanter
  • Texniki performans direktoru: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Maykl Edvards
    Məşqçi və tibbi heyət
    Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Əsas məqalə: Liverpul baş məşqçilərin siyahısı
    Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Əsas məqalə: Liverpul Yaş qrupları və Akademiya heyəti
  • Baş məşqçi: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Yurgen Klopp
  • Birinci köməkçi məşqçi: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Zelyko Buvaç
  • İkinci köməkçi məşqçi: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Peter Kravetz
  • Akademiya Direktoru: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Aleks İnqletorf
  • U-23 baş məşqçi: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Neyl Kriçli
  • U-18 baş məşqçi:
  • Fitnes və proqramlaşdırma rəhbəri: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Andreas Kornmayer
  • Əsas komanda məşqçisi qapıçı: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Con Axterberq
  • Fizioterapiya rəhbəri:
  • Komndanın həkimi: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Endrü Mesi
  • Reabilitasiya fitnes məşqçisi: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Cordan Milsom
  • Masaj: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Paul Small, Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Silvan Riçardson
  • Dəst menecment kordinator: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Li Radklif, Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Qraham Karter
  • İdman elmləri məsləhətçisi: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Berri Drast
  • Qidalanma məsləhətçisi: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Mona Nemmer
  • Güc və reabilitasiya köməkçisi: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  David Raydinqs
  • Fizyoterapistlər: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Mett Konopinski, Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Ruben Pons, Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Skot MakAuley, Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Riçi Patric
  • İdman terapevt: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Pedro Filipou
  • Performans analitiki: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Ceyms Frenç
  • Skaut və işə qəbul üzrə analitik: Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Kyle Wallbanks

Nailiyyətlər

    Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Əsas məqalə: Liverpul mövsümləri
    Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion  Əsas məqalə: Yaş qrupları və Akademiya nailiyyətləri
Liverpul Fk: Tarixi, Rənglər və nişan, Stadion 
Liverpulun 1977 və 1984-cü illər aralığında qazandığı UEFA Çempionlar Liqası kuboklarının surətləri klubun muzeyində nümayiş etdirilir.

Liverpulun ilk uğuru məhz yarandığı tarixdə Lankaşayr Liqanını qalib kimi bitirməyi olmuşdur. 1901-ci ildə klub tarixində ilk liqa çempionluğunu yaşamışdır ki, İngiltərə Federasiya Kubokunu ilk dəfə yalnız 1965-ci ildə qazana bilmişdir. Mükafatların qazanılması sayı baxımından Liverpulun ən uğurlu on illiyi 1980-ci illər sayılır ki, məhz bu dövr ərzində onlar 6 dəfə İngiltərə çempionluğunu, 2 dəfə İngiltərə Federasiya Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 5 dəfə İngiltərə Milli Futbol Superkubokunu və 2 dəfə UEFA Çempionlar Liqasını qazanmışdır.

Klub hər hansı digər ingilis klublarına nisbətən daha yüksək qələbələri və xalları toplayıb. Liverpul həmçinin liqanı bitirmək üzrə 2015-ci ilədək 50 il ərzində ən yüksək (3.3) göstəriciyə malik olmuş və bu göstəriciyə görə 1900-1999-cu illər aralığlnda "Arsenal"dan sonra ikinci ən yüksək ortalama 8.7 pilləyə sahib olmudşur. Liverpul UEFA-nın ən ali klub turniri olan UEFA Çempionlar Liqası turnirini 5 dəfə qazanaraq bu mənada rekorda sahib olan yeganə ingilis klubudur ki, onu bu sıralamada "Real Madrid" və "Milan" klubları qabaqlayır. Liverpulun turnirdə beşinci qalibiyyəti isə 2005-ci ildə İstanbulda keçirilən finalda baş tutmuş və bu münasibətlə o, qalıcı mükafatla üstəlik nişan ilə təltif olunmuşdur. Liverpul həmçinin ikinci dərəcəli UEFA turniri hesab edilən UEFA Kubokunu 3 dəfə qazanmaqla da ingilis klubları üçün rekorda sahibdir.

Daxili

Liqa

  • Birinci divizyon/ İngiltərə Premyer Liqası
    • Qalib (19): 1900–01, 1905–06, 1921–22, 1922–23, 1946–47, 1963–64, 1965–66, 1972–73, 1975–76, 1976–77, 1978–79, 1979–80, 1981–82, 1982–83, 1983–84, 1985–86, 1987–88, 1989–90 2019-20
  • Ikinci divizyon
    • Qalib (4): 1893–94, 1895–96, 1904–05, 1961–62

Kuboklar

Avropa miqyaslı

Dubl və üçqat uğurlar

Xüsusilə İngiltərə Milli Futbol SuperkubokuUEFA Super Kuboku kimi qısa turnirlər ümumilikdə ikiqat və üçqat uğurlara qatqı kimi aid edilmir.

Qeydlər

Dəyişikliklər

Sitatlar

İstinadlar

Xarici keçidlər

Azad veb saytlar

Tags:

Liverpul Fk TarixiLiverpul Fk Rənglər və nişanLiverpul Fk StadionLiverpul Fk DəstəkLiverpul Fk RəqiblərLiverpul Fk Sahiblik və maliyyəLiverpul Fk Liverpul populyar mədəniyyətdəLiverpul Fk HeyətiLiverpul Fk NailiyyətlərLiverpul Fk QeydlərLiverpul Fk İstinadlarLiverpul Fk Xarici keçidlərLiverpul FkFutbolLiverpulUEFA Avropa LiqasıUEFA SuperkubokuUEFA Çempionlar Liqasıİngilis diliİngiltərə Federasiya Kubokuİngiltərə Liqa Kubokuİngiltərə Milli Futbol Superkubokuİngiltərə Premyer Liqası

🔥 Trending searches on Wiki Azərbaycanca:

ƏdəbiyyatGöygöl rayonuŞəki rayonuElxanilər dövlətiMete xaqanKürəkçay müqaviləsiDairəXərçəng xəstəliyiArxeoloji abidələrZərdüştilikQırğızıstan PrezidentiSınıqlarSenzorEldənizlərİnsan penisiMarsƏliqismət LalayevMetaforMəhəmməd peyğəmbərin evlilikləriİlk tibbi yardımXəttatPullu dəmrovİspaniyaOksigenQaçışAzərbaycan təbiətiAtəşgah (Bakı)AtropatenaNeftçi PFKCavanşir Məmmədov (general)QaraciyərKombinezonEv pişiyiQulaqdibi xəstəliyiKvadrat metrQuba xanlığıQarabağ xalçalarıƏl-XarəzmiYazıDəvəquşuAzərbaycan coğrafiyasıRusiya imperiyasıKompüter şəbəkəsiAzərbaycan Sovet Sosialist RespublikasıHüseyn CavidAzərbaycan musiqisiMisir ehramlarıBəngü-BadəSəbinə Əliyevaİsaak NyutonPasxaPlanetQuşlarMəhəmməd Əmin RəsulzadəArif PaşayevKompüterFatiməAzərbaycanlı-erməni qırğınları (1905-1906)Əhali sıxlığına görə ölkələrin siyahısıLütfi ZadəSahələrinə görə ölkələrin və ərazilərin siyahısıMusiqiKəmaləddin Heydərov5 manatlıq əsginasAmoksisillinTriqonometriyanın əsas düsturlarıMenstruasiyaNeft DaşlarıLionel MessiYupiter (planet)Kəmalüddövlə məktublarıŞuşa rayonuAmerika Birləşmiş ŞtatlarıErməni soyqırımıAntonim25 aprel🡆 More