Laplandiya Ekspedisiyası

Laplandiya ekspedisiyası — 1732-ci ilin may-oktyabr aylarında İsveçin ən şimal nöqtəsi olan Laplandiyaya təşkil edilmiş ekspedisiya nəzərdə tutulur.

Bu ekspedisiya Karl Linney tərəfindən təşkil edilmiş və onun elmi fəaliyyətinin əsasını təşkil etmişdir.

Laplandiya Ekspedisiyası
Karl Linney Laplandiyada ənənəvi Saami milli geyimində. Əlində onun şəxsi embleminə çevriləcək Tvinflover gülünü tutmuşdur.

Linney Uppsaladan ayrılmış və saat əqrəbi istiqamətində Bothniya körfəzi boyunca gedərək 6 ay boyunca Umeaodan, Luleodan və Torniodan iç qisimlərə doğru səyahətlər gerçəkləşdirdi. Bu səyahət zamanı müşahidə etdiklərini 1737-ci ildə Laplonnika florası adlı kitabında yazmışdır. Bu kitabda Linneyin nomenklatura və təsnifat haqqında fikirləri ilk dəfə praktiki şəkildə istifadə edilmişdir. Onun ölümündən sonra ekspedisiyasından bəhs edən yazdıqları ölümündən sonra - 1811-ci ildə ingilis dilinə tərcümə edilmiş və Lachesis Lapponica: A Tour in Lapland adı ilə nəşr edilmişdir.

Zəmin

Laplandiya Ekspedisiyası 
1730-cu ildə İohann Homann tərəfindən hazırlanmış və Avropanın Skandinaviya bölgəsini təsvir edən xəritə. Laplandiya yuxarı-orta hissədə sarı ilə işarələnən bölgədir.

1732-ci ilin aprelində Linney İsveç Kral Elmi Cəmiyyətinin Uppsaladakı nümayəndəliyi tərəfindən qrant mükafatı aldı. Linneyin Uppsala Universitetindəki müəllimlərindən biri olan Gənc Olof Rudbek 1695-ci ildə Laplandiyaya ekspedisiya təşkil etmiş, lakin onun ekspedisiya zamanı götürdüyü qeydlər 7 il sonra çıxan yanğın zamanı itmişdi. Ekspedisiya planı hazırlanan zaman Linney yeni bitkilər, heyvanlar və çox güman ki, dəyərli minerallar tapacağına ümid edirdi. O, həmçinin Fenno-Skandinaviyanın geniş tundralarında dolaşan, marallar üzərində köçəri həyat sürən yerli Sami xalqının adət-ənənəsi barədə də yeni informasiyalar əldə edəcəyinə ümid edirdi.

Uppsaladan Umeoya

Linney öz ekspedisiyasına may ayında Uppsaladan başladı və piyada şəkildə, atla gedərək öz ekspedisiyasına başladı. O, özü ilə jurnallarını, botaniki və ornitoloji əlyazmalarını, bitki nümunələrini toplamaq kağız qalaqlarını götürmüşdü. Umeoya çatmaq onun 11 gününü aldı. O, buraya Gövledən keçərək gəlmiş, bu məntəqənin yaxınlığında Campanula serpyllifolia və ya daha sonra bilinən adı ilə Linnaea borealis tapmışdı. Bu gül sonradan onun ən sevimli gülü oldu. O, bəzən çiçəyə və ya qayaya baxmaq üçün yolda atdan düşürdü və xüsusilə Laplandiyada adi heyvan olan şimal maralının qidasının əsas hissəsi olan mamır və likenlərlə maraqlanırdı.

Laplandiya Ekspedisiyası 
Linneyin Laplandiya səyahəti zamanı istifadə etdiyi ara nöqtələr.

İlk daxili bölgəyə girməsi

Umeodan Linney Lycksele bölgəsiə yönəldi. Bu bölgə sahildən daha içəridə yerləşən daxili bölgə idi. O, buraya bir dəfə də gəlmiş və yolu üstündəki quşları araşdırmışdı. 5 gündən sonra o, bir bölgəyə çatdı və burada keşiş və arvadı ilə qaldı. O, daha sonra Sorseleyə getməyə çalışsa da, həddindən artıq çətin şəraitə görə Lycksmyran adlanan yerə geri dönməyə məcbur oldu. İyun ayının əvvəllərində o, Umeoya qayıtdı və Lyckseledə əlavə bir neçə gün keçirib yerli Saami xalqının adət-ənənəsi barədə daha çox məlumat öyrəndi.

Umeodan Luleoya və ikinci daxili bölgəyə girişi

Umeoya geri döndükdən sonra o, Bothniya körfəzi sahilləri boyunca daha da şimala yönəldi. O, ekspedisiyası zamanı Skellefteo və Köhnə Piteodan keçmiş, bu yollardan keçərkən Saami qadınla tanış olmuş və ondan papaq almışdır. Luleodan sonra o, yenidən daxili bölgəyə daxil olmuş, Şimal Qütb dairəsindəki Jokkmokk və Kvikkjokku keçərək Lule çayını izləmiş, Skandinav dağlarına doğru irəliləmişdir. Beləliklə də o, Noveç sərhədini keçib oraya daxil olmuş, sahildə yerləşən Sorfolda çatmış, buradan yaxınlıqda olan Rörşdata getmişdir. Bundan sonra da o, gəldiyi yolu izləyərək təxminən 300 km geri qayıdaraq Luleoya çatmışdır.n, marallar üzərində köçəri həyat sürən yerli Sami xalqının adət-ənənəsi barədə də yeni informasiyalar əldə edəcəyinə ümid edirdi.

Luleodan Tornioya və üçüncü daxili bölgəyə girişi

Linney daha sonra ekspedisiyasını sahil boyunca Tornioya doğru davam etdirmiş və bu zaman özünün üçüncü, beləliklə də sonuncu daxili bölgə səyahətini gerçəkləşdirmişdir. Bu zaman o, Torne çayı boyunca Vittangiyə qədər getmişdir. Tornio bölgəsində bir qədər zaman keçirmiş və Kalixdə təhlil üçün yeni təlimatların gəlməsini gözləmişdir. Sentyabrın ortasında o, geri dönüş səyahətinə başlamışdır. Kemidən keçərək o, Fin sahillərini izləyərək Turkuya gəlmiş, Alanddan gəmi ilə İsveçin Grisslehamn bölgəsinə yollanmışdır. Buradan isə evinin olduğu Uppsalaya çatmışdır.

Nəticələr

10 oktyabr tarixində o, 6 aylıq və 2 min kilometrlik səyahətdən geri döndü. O, bu səyahət zamanı xeyli sayda quşu, bitkini və qayanı araşdırmışdı. Laplandiyanın məhdud bioloji müxtəlifliyə sahib olmasına baxmayaraq, Linney əvvəllər bilinməyən yüzə qədər bitkini təsvir edə bilmişdi. Onun kəşflərinin detalları Lapponika florası adlı kitabının əsasını təşkil etmişdir.

Linneyin səyahəti zamanı qələmə aldığı Iter Lapponicum ingiliscəyə Ceyms Edvard Smith tərəfindən Lachesis Lapponica: A Tour in Lapland. Some of Linnaeus adı ilə tərcümə edilmiş, 1811-ci ildə nəşr edilmişdir.

İstinadlar

Qeydlər

Mənbə

Xarici keçidlər

This article uses material from the Wikipedia Azərbaycanca article Laplandiya ekspedisiyası, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.

Tags:

Laplandiya Ekspedisiyası ZəminLaplandiya Ekspedisiyası Uppsaladan UmeoyaLaplandiya Ekspedisiyası İlk daxili bölgəyə girməsiLaplandiya Ekspedisiyası Umeodan Luleoya və ikinci daxili bölgəyə girişiLaplandiya Ekspedisiyası Luleodan Tornioya və üçüncü daxili bölgəyə girişiLaplandiya Ekspedisiyası NəticələrLaplandiya Ekspedisiyası İstinadlarLaplandiya Ekspedisiyası QeydlərLaplandiya Ekspedisiyası MənbəLaplandiya Ekspedisiyası Xarici keçidlərLaplandiya EkspedisiyasıKarl Linneyİsveç

🔥 Trending searches on Wiki Azərbaycanca:

Səfərəli BabayevTəmsilAzərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısıDinElçin Quliyev (general-polkovnik)İntibah dövrüAzərbaycanda UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısıXarıbülbül (simvol)Aşıq ZülfiyyəRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan)KəbəII AbbasMüsavat Partiyası1989AktyorAzərbaycan mətbəxiTyananmen meydanı etirazları (1989)Xürrəmilər hərəkatıTəbiətin qorunmasıHidrogenFransaTürkiyə prezidentiMercedes-BenzİqtisadiyyatAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiSasanilər imperiyasıArif PaşayevAğabəyim ağaPielonefritDağTeylor SviftRövnəq AbdullayevFövqəladə vəziyyətBelarusMübariz Əliyev (musiqişünas)Atəşgah (Bakı)Gülüstan müqaviləsiNamiq AbbasovDədə QorqudAzərbaycanlıların Soyqırımı GünüMaterikMoskvaİnformasiya texnologiyalarıGənəgərçək yağıTrapesiyaSürücülük vəsiqəsiSay (qrammatika)Liverpul FKMilli Müdafiə Universiteti (Azərbaycan)Qara daşların sakinləri (film, 1991)Ümumi Daxili MəhsulİngiltərəQədim MisirAzərbaycan Sərhəd QoşunlarıGəncə qapılarıMərkəzi prosessorAzərbaycan İkinci Dünya müharibəsindəAzərbaycan Dövlət Akademik Opera və Balet TeatrıXitabErmənistanBakı metrosuSayƏhməd CavadTəkamülBeynəlxalq İnkişafa Yardım Agentliyi (Azərbaycan)Türkmənçay müqaviləsiQüvvə (fiziki kəmiyyət)QızdırmaAşıq ƏləsgərAzərbaycan Texniki UniversitetiTabesiz mürəkkəb cümlələrMuğamNamiq QaraçuxurluPrezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)Azərbaycan şirkətlərinin siyahısıYerEpizodTriqonometriyanın əsas düsturlarıDöş giləsi🡆 More