Kosovo

Kosova (alb.

Kosovo Balkan yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal və şərqdə Serbiya, cənub-şərqdə Şimali Makedoniya, cənub-qərbdə Albaniya, qərbdə isə Monteneqro ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Priştina şəhəri, ümumi sahəsi 10,887 kvadrat kilometrdir. Kosovo ərazisindəki alban çoxluğu Kosovo Respublikasının müstəqilliyinin dünya dövlətləri tərəfindən diplomatik tanınmasına cəhd edir. Serbiya isə bu bölgəni öz daxilində Kosovo və Metohiya muxtar vilayəti kimi tanıyır. Hazırda Kosovonun müstəqilliyini 101 ölkə tanıyıb. Azərbaycan Respublikası Kosovonun müstəqilliyini tanımamışdır.

Kosovo
Republika e Kosovës
Bayraq Gerb
Bayraq Gerb
Himn: "Avropa"
Kosovo
Tarixi
 • BMGK 1244 10 iyun 1999
 • ABKHM 16 fevral 2008
 • Serbiyadan müstəqillik 17 fevral 2008
Rəsmi dilləri
Paytaxt Priştina
İdarəetmə forması Parlamentli respublika
Prezident Vjosa Osmani
Baş Nazir Albin Kurti
Beynəlxalq Mülki nümayəndəsi Pieter Feith (Avropa Birliyi Xüsusi Təmsilçisi)
Sahəsi
 • Ümumi 10,887 km² km²
Əhalisi
 • Əhali 1 847 708 nəfər (150-ci)
 • Siyahıyaalma (2011) 1 739 825 nəf.
 • Sıxlıq 159.5 nəf./km²
ÜDM (nominal)
 • Ümumi (2009) $5.352 milyon dollar
 • Adambaşına $2,965 dollar
Valyuta avro
BOK kodu KOS
Telefon kodu +383
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Tək tərəfli bir iştirakdır. Kosovo, Eurozone rəsmi üzvü deyil.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kosovo
Kosovo
Kosovanı tanıyan ölkələr (Yaşıl)

Tarixi

1389-cu ildəki Birinci Kosovo döyüşündən sonra bölgə I Murad tərəfindən Osmanlı imperiyasına keçmişdir. Osmanlı idarəçiliyi dövründə Kosovoya serblər yalnız 1878-ci ildəki Rus-Osmanlı müharibəsi dövründən sonra iddia irəli sürməyə başlamışdılar. 5 əsrdən çox Osmanlı imperiyasının nəzarətində qalan bu ərazi 1912-ci ildəki Birinci Balkan müharibəsi dövründə Serbiyaya ilhaq edilmişdir.

İkinci Dünya müharibəsində sonra isə Kosovo Yuqoslaviyaya bağlı bir əyalət statusunu almışdır. 7 aprel 1963-cü ildən Yuqoslaviya Federativ Sosialist Respublikası adlanan ölkə 1992-ci ildən etibarən parçalanmağa başlamışdır. Əvvəlcə Sloveniya, Xorvatiya, Makedoniya, Bosniya və Herseqovina Yuqoslaviya Federativ Sosialist Respublikasından ayrıldı. Bütün bu müddət ərzində Kosovo Yuqoslaviyanın tərkibində olur. 2003-cü ildə Yuqoslaviyanın adı Serbiya və Çernoqoriya olaraq dəyişdirilir. Ancaq parçalanma bununla da bitmədi. Bələ ki, 2006-cı il may ayının 21-i referendumda 55,5% səs çoxluğu ilə Monteneqro Serbiyadan ayrılıb müstəqil dövlət olur. Beləliklə keçmiş Yuqoslaviya ərazisinin parçalanması nəticəsində yaranan müstəqil dövlətlərin sayı 6-ya çatır, amma parçalanma davam edir və nəticədə 7-ci müstəqil dövlət Kosovo yaranır.

Coğrafiyası

Kosovo 
Kosovanın fiziki xəritəsi
Kosovo 
Balkan yarımadasında Kosovanın yerləşməsi

Kosovo Avropanın şərqindəki Balkan yarımadasının ortasında yerləşir. Qonşuları: cənubda AlbaniyaMakedoniya Respublikası, şimalda Serbiya və qərbdə Monteneqrodur. Mərkəzi Priştina şəhəri olan ölkənin ərazisi 10.908 km²dir.

Əhali

1–15 aprel 2011-ci il siyahıyaalınmasının yekunlarına əsasən Kosovo əhalisinin sayı 1.739.825 nəfər (875.900 nəfəri kişilər, 863.925 nəfəri qadınlar) olmuşdur. Onlardan 661.586 nəfəri və ya 38,03 %-i şəhərlərdə, 1.078.239 nəfəri və ya 61,97 %-i isə kəndlərdə yaşayır.

Milli tərkib

Kosovo əhalisinin milli tərkibi
Etnik qrup 1948 1953 1961 1971 1981 1991
toplam əhali 733 034 815 908 963 988 1 243 693 1 584 440 1 956 196
alban 498 244 524 562 646 605 916 168 1 226 736 1 596 072
serb 176 718 189 869 227 016 228 264 209 798 194 190
türk 1 320 34 590 25 764 12 244 12 513 10 445
qaraçı 11 230 11 904 3 202 14 593 34 126 45 745
digər 45 522 54 983 61 401 72 424 101 267 109 744

Dil

Kosovo əhalisinin ana dilləri
Dil Sayı, 2011 sa. Nisbəti, 2011 sa.
cəmi 1 739 825 100 %
albanca 1 644 865 94.54 %
boşnakca 28 989 1.67 %
serbcə 27 983 1.61 %
türkcə 19 568 1.12 %
qaraçıca 5 860 0.34 %
digər 10 308 0.59 %
a.d.g. 2 252 0.13 %

Din

Kosovo əhalisinin etiqad etdiyi dinlər
Din Etiqad edənlərin sayı, 2011 sa. Nisbəti, 2011 sa.
cəmi 1 739 825 100 %
islam 1 663 412 95.61 %
xristianlıq 64 275 3.70 %
dinsiz 1 242 0.07 %
digər 1 188 0.07 %
c.v.i. 7 213 0.41 %
d.e.g. 2 495 0.14 %

Müstəqillik

Kosova Serbiyadan öz müstəqilliyini 2008-ci ilin fevral ayının 17-də elan etmişdir. Müstəqillik bəyannaməsini parlementdə baş nazir Haşim Taçi elan edib. Müstəqillik bəyannaməsinə görə "Kosova demokratik və çoxmillətli bir dövlət olacaq. Burada yaşayan serb və digər etnik azlıqların da bütün haqları qorunacaq".

Şəhərləri

Kosova bələdiyyə mərkəzləri:

  1. Deçan (Deçan / Dečani)
  2. Yakova (Gjakova / Đakovica)
  3. Qloqovaç (Gllogoc / Glogovac)
  4. Gilan (Gjilan / Gnjilane)
  5. Dragaş (Sharri / Dragaš)
  6. İstok (Istog / Istok)
  7. Kaçanik (Kaçaniku / Kačanik)
  8. Klina (Klina / Klina)
  9. Kosovo Ovası (Fushë Kosova / Kosovo Polje)
  10. Kameniçe (Kamenicë / Kosovska Kamenica)
  11. Mitroviça (Mitrovica / Kosovska Mitrovica)
  12. Leposaviç (Albaniku / Leposavić)
  13. Liplan (Lipjani / Lipljan)
  14. Nobırda (Novobërdë / Novo Brdo)
  15. Kastriot (Kastrioti / Obilić)
  16. Rahofça (Rahovec / Orahovac)
  17. İpek (Pejë / Peć)
  18. Poduyeva (Besiana / Podujevo)
  19. Priştina (Prishtina / Priština)
  20. Prizren (Prizren / Prizren)
  21. Skenderay (Skënderaj / Srbica)
  22. Ştimle (Shtime / Štimlje)
  23. Ştırpçe (Shtërpca / Štrpce)
  24. Suvareka (Theranda / Suva Reka)
  25. Ferizaji (Ferizaji / Uroševac)
  26. Viti (Vitia / Vitina)
  27. Vıçıtırın (Vushtrri / Vučitrn)
  28. Zubin Potok (Zubin Potoku / Zubin Potok)
  29. Zveçan (Zveçan / Zvečan)
  30. Malişova (Malisheva / Mališevo)
  31. Yunik (Junik / Junik)
  32. Mamuşa (Mamusha / Mamuša)
  33. Elezhan (Hani i Elezit / Đeneral Jankovič)
  34. Qraçaniça (Graçanicë / Gračanica)
  35. Ranilug (Ranillug / Ranilug)
  36. Parteş (Parteshi / Parteš)
  37. Klokot (Kllokot / Klokot)
  38. Şimali Mitroviça (Mitrovica — Veri / Kosovska Mitrovica — Sever)

Şəhər əhalisi

  • Priştina: 571.123
  • Prizren: 220.816
  • Ferizovik: 197.741
  • Yakova: 127.156
  • İpek: 195.190
  • Gilan: 191.595
  • Mitroviça: 186.359
  • Qloqovaç: 55,148
  • Poduyeva: 48.526
  • Kosova Ovası: 28.600

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Tags:

Kosovo TarixiKosovo CoğrafiyasıKosovo ƏhaliKosovo MüstəqillikKosovo ŞəhərləriKosovo Şəhər əhalisiKosovo Həmçinin baxKosovo İstinadlarKosovo Xarici keçidlərKosovoAlban diliAlbaniyaAzərbaycanBalkan yarımadasıDənizə çıxışı olmayan dövlətlərKosova ve Metohiya muxtar vilayətiMonteneqroPriştinaSerb diliSerbiyaŞimali MakedoniyaŞərqi Avropa

🔥 Trending searches on Wiki Azərbaycanca:

Nəqli cümləAzərbaycanda prezident seçkiləri (2024)Latın diliFüzuli rayonuZəngəzurKompüter qurğularıTaktikaAzərbaycan mətbəxiArif PaşayevXankəndiModal sözlərAzərbaycandakı ən yüksək dağ zirvələriMəhəmməd FüzuliRövşən LənkəranskiNəsib QuliyevMülahizəYazıAllergiyaMədəaltı vəziAzərbaycan coğrafiyasıRobotAzərbaycan toy adətləriAydın Kərimov (hüquqşünas)BayquşlarMir CəlalBöyük QafqazTürkdilli dövlətlərAğciyərMolla Pənah VaqifFizikaMonarxiyaKanadaQrup seksDağlıq QarabağMeşəŞuşa rayonuƏsrin müqaviləsiPiramida (həndəsə)Gərginlik (elektrik)Azərbaycan manatıDüzbucaqlı paralelepipedQafqaz AlbaniyasıBəxtiyar VahabzadəLeyli və Məcnun (Füzuli)OmonimƏfşar imperiyasıVitaminlərAzərbaycanBeynəlxalq telefon kodlarıAprel döyüşləriNəqliyyatTərəzi (astrologiya)Azərbaycan Sovet Sosialist RespublikasıMöminə Xatun türbəsiMikayıl MüşfiqAzərbaycan Tibb Universiteti25 aprelCümlə üzvləriQüvvə (fiziki kəmiyyət)GəncəYerOkeanVladimir LeninAlbert AqarunovCanavarCavanşir Məmmədov (general)Qoşma (qrammatika)Bakı–Tbilisi–Ceyhan neft kəməriBakteriyalarZərifə ƏliyevaRus əlifbasıAzərbaycan Memarlıq və İnşaat UniversitetiVeysəloğluTürkiyəAzərbaycan memarlığıKağızBirləşmiş Millətlər Təşkilatı🡆 More