Kəraimlər

Kəraimlər (kəraimcə.

krım dialektində: tək. къарай, cəm. къарайлар; trakay dialektində: tək. karaj, cəm. karajlar; ivr.קָרָאִים‏‎ — "kəraim", hərfən oxuyanlar) — Belarus, Litva, Krım, Qərbi Ukrayna, Polşa, ABŞ, Rusiya, Dağıstan, Türkiyə, İsrailRumıniyada yaşayan Yəhudi Krım Türk xalqı.

Kəraimlər
Qaraylar
Krım Kəraimləri, 19-cu əsrdə ənənəvi geyimli Kəraim kişiləri
Ümumi sayı
2,500
Yaşadığı ərazilər
Ukrayna Ukrayna 1,196
Kəraimlər Krım 715
İsrail İsrail ~500
Polşa Polşa 346
Litva Litva 241
Rusiya Rusiya 205
Dili

Kəraim dili, Litva dili, Polyak dili, Rus dili, Rumın dili

Dini

Yəhudilik

Mənşəyi
Qıpçaq
Qohum xalqlar

Ural-Altay xalqları

Tarixi

Kəraim xalqının və dininin adı "Bibliyanı oxumaq, öyrənmək, şöhrətləndirmək, onun davamçısı olmaq" mənasını daşıyan ərəb və qədim yəhudi sözü "kara"-dan gəlir. "Karaim" ifadəsi etnik, dil, və dini mənsubiyyəti göstərmək üçün işlənilir. Litva karaimləri nəzərdə tutulduqda bu iki ifadə üst-üstə düşür. Bu, xəzərqıpçaq tayfalarından törənmiş türk qrupuna aid olan xalqdır. O, VIII-X əsrlərdə qüdrətli Xəzər dövlətinin tabeliyində olmuşdur.

Krım kəraimləri

    Kəraimlər  Əsas məqalə: Krım kəraimləri

Krım Xanlığının paytaxtı Solxat (indiki Starıy Krım) və Kafedə (indiki Feodosiya) Karaim icması XIII əsrdə mövcud idi.

XV əsrin əvvəllərində Kəraimlər alman səyyahı İoqann Şiltberqer tərəfindən Feodosiyanın təsvirində qeyd olunub. Xarkavinin fikrincə, kəraimlər Krımda şərqi yəhudilərlə, talmudistlərlə birlikdə XIII əsrdə məskunlaşıblar.

Krım kəraimlərinin əsas mərkəzi Çufutqala idi. XIX əsrdə Çufutqala əhalisi demək olar ki, yalnız kəraimlərdən ibarət olmuşdur.

Litva kəraimləri

Karaim ənənəsinə görə, Litva şahzadəsi Vitovt, 383 Karaite ailəsini Krımdan Trakaya, 1218/1392/1397-ci illərdə Krım yürüşündən sonra Lutsk və Qaliçə köçürdü. Oradan da Litva, Volın və Podolyenin digər şəhərlərində məskunlaşdılar.

Litvada kəraimlər

Kəraimlər orta əsrlərdən bəri Litvanın bəzi yerlərində qarışıq əhalisi olan yaşayış məntəqələrində (xristianlar, yəhudilər, tatarlar) kompakt şəkildə yaşayırlar. Müasir Litvada 250-dən az kəraim üç mütəşəkkil icmada yaşayır: Vilnüs (təxminən 150 nəfər), Trakay (50 nəfərdən az), Panevejis (30 nəfərdən az). Vilnüs və Trakayda aktiv kenassa kəraimləri(Panevejisdəki kenassa sovet dövründə söküldü) var. Vilnüsdə fəaliyyət göstərən kəraim qəbiristanlığı (iki hissəyə bölünmüş ümumi bir tatar-kəraim qəbiristanlığı) mövcuddur. Trakayda Kəraim Dövlət Etnoqrafiya Muzeyi fəaliyyət göstərir. Zaman zaman kəraim mövzusunda litva dilində kitablar və ya paralel şəkildə mətnlər litva və kəraim dillərində (latın qrafikası ilə) nəşr olunur. Tam kəraim dilində karaim namaz kitabları nəşr olunub. Litva müasir kəraim cəmiyyəti mədəni və ictimai işlərdə fəal iştirak edir.

Polşa kəraimləri

    Kəraimlər  Əsas məqalə: Polşa kəraimləri

Polşada kəraimlər

2011-ci siyahıya alınmasına görə, müasir Polşada 346 kəraim yaşayır. Varşavada, Krakovda, VroslavdaQdanskda kəraim qrupları mövcuddur. Bir neçə kəraim təşkilatı vardır. Əsas təşkilat isə Polşa Kəraimlər Birliyi adlanır. Varşavada ayrıca bir kəraim qəbiristanlığı qorunur. Polşanın müasir kəraimləri özlərini etnik birlik kimi qəbul edir və əksər hallarda öz dini müqəddəratlarını itiriblər. Polşanın Kəraim Dini Birliyi rəsmi olaraq mövcud olsa da, aktiv dini icmaları yoxdur. Son illərdə kəraimli olan gənclərin öz tarixlərinə və mədəniyyətlərinə olan marağı əhəmiyyətli dərəcədə artmışdır.

İsrail kəraimləri

    Kəraimlər  Əsas məqalə: İsrail kəraimləri

Sayları

Dünyada

İl Kəraimlərin sayları
dünyada, nəf.
1897 12 894
1913 13 600
1926 8 300
1959 5 700
1979 3 341
1989 2 803
2002 1 890

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Tags:

Kəraimlər TarixiKəraimlər Krım kəraimləriKəraimlər Litva kəraimləriKəraimlər Polşa kəraimləriKəraimlər İsrail kəraimləriKəraimlər SaylarıKəraimlər Həmçinin baxKəraimlər İstinadlarKəraimlər Xarici keçidlərKəraimlərABŞBelarusKəraim diliLitvaPolşaRumıniyaRusiyaTürkiyəUkraynaİsrailİvrit dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

XəttatArazAlbert AqarunovAdolf Hitler26 aprelSpirtlərƏfşar imperiyasıƏhali sıxlığına görə ölkələrin siyahısıOğlaq (astrologiya)Qırğızıstan PrezidentiCənubi AzərbaycanMayNaxçıvanƏkinçi (qəzet)Nəsrin CavadzadəAzərbaycan operasıGöl qurbağasıQastritI AbbasAtropatenaYaşar NuriSelYaşar Əliyev (siyasətçi, 1948)Mercedes-BenzXristianlıqQarabağ FKRoza ZərgərliMir CəlalLimfa düyünləriNovruz bayramıDəvəquşuEpilepsiyaÇoxluqlarAğdamİrəvanŞifrAzərbaycanAlbert EynşteynMəhəmməd HadiSəbinə ƏliyevaAzərbaycan Beynəlxalq BankıKəmaləddin Heydərovİlk tibbi yardımYazıCavanşir Məmmədov (general)İsrailMonarxiyaAzərbaycan Quru QoşunlarıÇingiz AytmatovDurğu işarələriİsmayıllı rayonuAzərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısıKomedixanaHüquqAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıAzərbaycan dövlət başçılarının siyahısıDüzbucaqlı üçbucaqİmişli rayonuAzərbaycan İkinci Dünya müharibəsindəCümlə üzvləriGülüstan müqaviləsiMəleykə ƏsədovaAfrikaKompüter şəbəkəsiMirvariRoma imperiyasıLotu QuliMədəaltı vəziKürTəbii zonalarÇinÖzbəkistanAzərbaycan coğrafiyasıNeftŞir (astrologiya)Qafqaz AlbaniyasıAzərbaycan musiqisiOrta əsrlər🡆 More