Qıpçaqlar

Qıpçaqlar və ya Kumanlar — köçəri türk tayfalarından biri.

Qıpçaqlar Bu məqalə Qıpçaq türk xalqı haqqındadır. Digər mənalar üçün Qıpçaq (dəqiqləşdirmə) səhifəsinə baxın.
Qıpçaqlar
12-ci əsrə aid Qıpçaq portreti olan balbal. Luqansk.

Haqqında olan

Qıpçaqlar (Kumanlar) qədim türk xalqıdır. Qıpçaqlardan ilk dəfə eramızdan əvvəl Orta Asiya mənbələrində danışılmışdır. Dilləri qıpçaq türkcəsidir.

Qıpçaqlar, VIII–IX əsrlər ətrafında Orta Asiyadan Urala keçmiş və burada üstünlük qazanmışlar, daha sonra oğuzlarla birgə Orta Asiyaya yayılmışdılar. Tarix səhnəsinə IX–XI əsrlər arasında çıxmışlar. Qıpçaqlar, monqol zəbtindən əvvəl də Sır-dərya, İdil və Don arasında, QafqazKrım dağlarında, Xəzərin şimal düzlüyü ilə bu günkü Qazaxıstanın orta və şimal-qərb arasında yaşayıb bir çox türk tayfaları ilə qarışmışlar və İran, Suriya, Rusiya, Şərqi AvropaBizans ilə hərbi, ticarət və iqtisadi əlaqələr qurmuşlar. Əvvəllər "Oğuz çölü" deyilən torpaqlar, artıq XIII əsrdə Dəşti Qıpçaq adı ilə xatırlanmağa başlanmışdır. Çindən Don çayına, Uraldan Qara dənizə qədər olan sahəyə yayılan qıpçaqlar, bu dövrdən sonra da böyük sürətlə yeni ərazilərə yayılırdılar.

Macar tarixçilərinin məlumatlarına görə, 1020-ci illərdə, Qərbi Sibirdə böyük bir kimek-qıpçaq tayfa birliyi vardır. Kuman (macarca Kun) tayfa quruluşunun, kunlar və sarıqların yanında ən əhəmiyyətli olan qıpçaqlar, bu dövrdə birləşmişlər və qarışmışlar və sonralar çox məşhur olan Kuman adı da bu dövrdə ortaya çıxmışdır. Kuman-Qıpçaq birliyindən əvvəl, Kuman xalqı daha şərqdə yaşayarkən, Sarı Uyğurları məğlub edərək ölkələrini işğal etmişlər və bu xalqın bir qisimini özlərinə bağlamışlar. Kuman-Sarı Uyğur birləşməsi, X əsrin ikinci yarısında, çinliləri və qonşuları sürüşləri sıxışdırmaqla qərbə, oğuzların və qarların torpaqlarına yönəlmişlər. Bu köçün ardınca, yuxarıda göstərilən Oğuz çölü, artıq tarix qaynaqlarında Qıpçaq çölü adlandırılmışdır. Onların tarixdə az olan bu yürüşləri, XI əsrdə Rus knyazlarına qarşı qazandıqları silsilə qələbələrdən sonra, Karpatlara, Balkanlara qədər davam etmişdir. İnkişaf edən Qıpçaq-Kuman birliyi, XIII əsrin sonlarına qədər, bu bölgənin təyinedici bir gücü olmuşdur.

Xüsusilə XIII əsrdə, Monqol axınları qarşısında, Avrasiya çöllərində çox geniş bir sahəyə yayılan Qıpçaqlar, dinamik bir güc olaraq qonşu dövlətlərin bəzən qorxulu düşməni və bəzən də etibarlı müttəfiqləri olmaqla, çox parçalanmışlar və tarixdə öz adlarıyla xatırlanan bir dövlət yarada bilməmişlər. Buna baxmayaraq Qızıl Orda və onun davamı olan Qazan, Krım, Noyabr, Astahan, Noqay, Sibir xanlıqları kimi dövlətlərdən Misir məmluklərinə qədər, orta dövrlərdə qurulan dövlətlərdə böyük rol oynayan bir güc olmuşlar. Macarıstan, Bolqarıstan, Rumıniya, Rusiya, Gürcüstan kimi ölkələrin xalqları içində ərimişlər, lakin günümüzə qədər yer və şəxs adlarında çox izləri qalmışdı. Qazaxlarda və digər bəzi türk xalqlarında bu gün Qıpçaq adlı boylar vardır. Altay türkləri arasında da Qıpçaq adlı boy mövcuddur. Krımda Qıpçaq adını daşıyan bir kənd vardır. Azərbaycanın Qax rayonunda da Qıpçaq adlı kənd var. Ayrıca Axısqa türkləri də Qıpçaq-Oğuz boyuna mənsubdur. Bizans Torpaqlarını və Şəhərlərini qarət edib başı boş gəzən qıpçaqların Bizans torpaqlarına ziyan vurmasının qarşısını almaq və öz hərbi imkanlarından bəhrələnmək istəyən İmperator III. İoannis, bu qıpçaqların bir qismini Makedoniya və Bizans xidmətinə götürdü, bəzilərini Anadoluda Menderes hövzəsinə (Menderes çayı və ətrafı), bəzilərini Frigiya və Bithinia torpaqları (Bu gün Ankara, Afyon, Əskişəhər, Bolu, Düzcə, Kastamonu, Sakarya, Zonquldak), Nikeya İmperiyasıLatın İmperiyası torpaqlarna Monqol və Səlcuq təhlükəsindən qorunmaq için yərləşdirildilər. Bugün bu Şəhirlərdəki Qıpçaq-Kuman asıllı köyler bu Darixlərdə Anadolu'ya girmiştir.

Həmçinin bax

Qıpçaqlar

Qıpçaqlar və ya Kumanlar — köçəri türk tayfalarından biri.

Mənbə

  • Голубовский П. В. Печенеги, торки и половцы до нашествия татар. Киев, 1884. Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine
  • Добролюбский, Андрей Олегович. Кочевники на западе причерноморских степей в X–XVIII веках (историко-археологическое исследование). Автореф. дисс. … д. ист. наук. СПб., ИИМК РАН, 1991.
  • Плетнёва С. А. Печенеги, торки и половцы в южнорусских степях. Материалы и исследования по археологии СССР. № 62. М., 1958.
  • Плетнёва С. А. Половецкая земля // Древнерусские княжества X–XIII вв. / П. П. Толочко, М. П. Кучера, А. В. Куза и др. — М.: Наука, 1975.
  • Фёдоров-Давыдов Г. А. Курганы, идолы, монеты. — М.: Наука, 1968.

Xarici keçid

İstinadlar

Həmçinin bax

Tags:

Qıpçaqlar Haqqında olanQıpçaqlar Həmçinin baxQıpçaqlar QalereyaQıpçaqlarKumanlar

🔥 Trending searches on Wiki Azərbaycanca:

Ölkə paytaxtlarının siyahısıƏhali sıxlığına görə ölkələrin siyahısıDəstəmaz10 manatlıq əsginasZaur KamalXurşidbanu NatəvanKimyəvi elementlərin dövri sistemiMəhəmməd peyğəmbərin evlilikləriQanaxmaFaizTolerantlıqÜçbucaqSay (qrammatika)İnvestisiyaZəlzələAfaq BəşirqızıMasallı rayonuQızıl OrdaÜnsiyyətNeftLerik rayonuErotikaEhtirasAzərbaycan Respublikası Mərkəzi BankıRozmarinHeydər Əliyev ordeniAvroviziya Mahnı MüsabiqəsiAzərbaycanda prezident seçkiləri (2024)Azərbaycan himniQədim MisirAğdam rayonuŞəkiCəfər CabbarlıAzərbaycandakı şəhərlərin siyahısıÇevrə100 manatlıq əsginasBağlayıcıI AbbasAzərbaycan mətbuatıFacebookTəvəssül duasıTriqonometriyaİnternetİri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətiİnsan resurslarıCümləOsmanlı sultanlarının siyahısıZeynəb XanlarovaBorussiya Dortmund FKXarici Kəşfiyyat Xidməti (Azərbaycan)İosif StalinSaitFüzuli rayonuKompüter faylıDinBirləşmiş KrallıqMolla Pənah VaqifAtəşgah (Bakı)Piramida (həndəsə)TrapesiyaSamir NuriyevTabesiz mürəkkəb cümlələrAzərbaycanın İstiqlal BəyannaməsiAzərbaycan tammetrajlı bədii filmlərinin siyahısıİlk tibbi yardımXəzər dəniziMəleykə AbbaszadəZəhərlənməBöyrəkAzərbaycan medallarının siyahısıMart soyqırımıQazaxıstanCavanşirQoşma (qrammatika)Azərbaycan PrezidentiŞuşanın azad edilməsiİsrailBakirəlik2020-ci il İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısı🡆 More