Axısqa Türkləri

Axısqa türkləri, həmçinin türk axısqalılar, Mesxeti türkləri və ya türk mesxetililər (türk.

Türk tayfaları hələ XI–XII əsrlərdə bölgədə məskunlaşmışdı, lakin Mesxetiyada türk varlığı 1578-ci ildə Osmanlı hərbi yürüşü ilə başlamışdır.

Axısqa türkləri
Ümumi sayı
~600.000
Yaşadığı ərazilər
Qazaxıstan Qazaxıstan 150,000-180,000
Azərbaycan Azərbaycan 90,000–110,000
Rusiya Rusiya 70,000–95,000
Qırğızıstan Qırğızıstan 42,000-50,000
Türkiyə Türkiyə 40,000-76,000
Özbəkistan Özbəkistan 15,000-38,000
Ukrayna Ukrayna 8,000-10,000
ABŞ ABŞ 9,000-16,000
Gürcüstan Gürcüstan 1,500
Dili

Türk dili, Azərbaycan dili

Dini

İslam

Mənşəyi
Oğuz (Türk)
Qohum xalqlar

Türk xalqları

Axısqa Türkləri
Tarixi Axısqa bölgəsi bu gün Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinin bir hissəsidir
Axısqa Türkləri
Axısqa bölgəsinin yaşayış məntəqələri

İndiki dövrdə Axısqa türkləri İkinci Dünya müharibəsi zamanı məcburi deportasiyalara görə keçmiş Sovet İttifaqının hər yerində (həmçinin Türkiyə və ABŞ-də) geniş yayılmışdır. O zaman Sovet İttifaqı Türkiyəyə qarşı təzyiq kampaniyası başlatmağa hazırlaşırdı və İosif Stalin Mesxetiyada sovet niyyətlərinə düşmən ola biləcək strateji türk əhalisini təmizləmək istəyirdi. 1944-cü ildə Axısqa türkləri Türkiyə sərhədindən türkiyəlilər ilə əməkdaşlıq edərək qaçaqmalçılıq, quldurluq və casusluqda ittiham olunurdular. 1944-cü ildə İosif Stalin tərəfindən Gürcüstandan qovulmuş Axısqa türkləri deportasiyadan əvvəl və sonra diskriminasiya, insan hüquqlarının pozuntuları ilə üzləşmişlər. Təxminən 115,000 Axısqa türkü Mərkəzi Asiyaya deportasiya edilmişdir. Sonradan Gürcüstanın repatriasiyasına icazə vermədiyi üçün yalnız bir neçə yüz nəfər Gürcüstana qayıda bilmişdir. 1990-cı ildə Ukraynaya köçənlər mövsümi işçilərin məskunlaşdığı gecəqondularda yaşayırlar.

Genetikaları

Axısqa türklərinin sınaqdan keçirilmiş DNT nümunələrindən onların arasında ən çox yayılmış Y-xromosom haploqrupu J haploqrupu, ikinci yerdə Y-xromosom G haploqrupudur. Bu, Qafqaz etnik qruplarına oxşardır.

Mənşəyi

Axısqa türklərinin əksəriyyəti özlərini Osmanlı köçkünlərinin nəslindən olduqlarını bildirirlər. Gürcüstanameylli tarixşünaslıq ənənəvi olaraq türk dilinin Qars dialektində danışan və sünni islamın hənəfi məzhəbinə mənsub olan Axısqa türklərinin sadəcə olaraq XVI əsr və 1829-cu ildə Samtsxe-Cavaxeti regionu Osmanlı imperiyasının hakimiyyəti altında olduğu dövrdə türkləşmiş mesxetiyalılar (gürcülərin etnoqrafik alt qrupu) olduğunu iddia etmişdir. Gürcüstan tarixçilərinin nəzəriyyəsi Axısqa türklərinin genetik olaraq gürcülərlə yaxın qohum olması faktı ilə dəstəklənir.

Antropoloq Ketrin Tomlinson 1944-cü ildə Axısqa türklərinin deportasiyası ilə bağlı sovet sənədlərində icmanın sadəcə olaraq "türklər" adlandırıldığına diqqət çəkmişdir. Bunun səbəbi islam dininə inandıqlarına görədir, çünki, təkcə onlar yox, Gürcüstanın hər bir müsəlmanı türk adlandırılırdı və onlar Özbəkistandan ikinci dəfə deportasiya olunandan sonra "Mesxeti türkləri" termini icad edilmişdir. Ronald Viksmanın sözlərinə görə, "mesxetili" termini yalnız 1950-ci illərin sonlarında istifadəyə verilmişdir. Həqiqətən də Axısqa türklərinin əksəriyyəti özlərini sadəcə olaraq "türk" və ya regiona istinad edərək "Axısqa türkləri" adlandırırlar. Axısqalılar bəzən orta əsrlərdə Gürcüstanda yaşamış kuman-qıpçaqlarının onların mümkün əcdadlarından biri olduğunu iddia edirlər.

Tarixi

Osmanlı imperiyası

1555-ci ildə Amasiya sülhü ilə Mesxetiya iki yerə bölünmüşdür. Regionun şərqi Səfəvilər, qərb hissəsini isə Osmanlılar əldə etmişdilər. 1578-ci ildə Osmanlılar Gürcüstanda yerləşən Səfəvi mülklərinə hücum etmişdilər və bu, 1578–1590-cı illər Səfəvi–Osmanlı müharibəsini başlatmışdır. 1582-ci ilə qədər Osmanlılar Mesxetiyanın şərq hissəsini ələ keçirmişdilər. Səfəvilər XVII əsrin əvvəllərində Mesxetiyanın şərq hissəsinə nəzarəti bərpa etmişdilər, lakin 1639-cu ildə Qəsri-Şirin sülh müqaviləsi ilə bütün Mesxetiya Osmanlının nəzarətinə keçmiş və bu, Səfəvilərin regionu geri almaq cəhdlərinə son qoymuşdur.

Sovet hakimiyyəti

31 iyul 1944-cü ildə SSRİ Dövlət Müdafiə Komitəsinin "№ 6279" qərarı ilə (14 noyabr 1944-cü ildə icra edildi) 90 538 Axısqa türkü məcburi şəkildə Gürcüstandan Qazaxıstan (40 min nəfər), Özbəkistan (30 min nəfər) və Qırğızıstanın (20 min nəfərdən çox) çöllərinə köçürülmüşdür.

1989-cu ildə Özbəkistanda məskunlaşan Axısqa türkləri ilə yerli özbəklər arasında iğtişaşlar baş tutmuşdur. Həddindən artıq əhalisi olan Fərqanə vadisində özbəklərlə sərvətlər uğrunda yarışan axısqalılara qarşı milliyətçi narazılıqlar qaynayırdı. Yüzlərlə Axıska türkü öldürülmüş və ya yaralanmış, 1,000-ə yaxın mülk məhv edilmiş və minlərlə Axıska türkü sürgünə qaçmışdır. Axıska türklərinin əksəriyyəti, təxminən 70,000 nəfəri Azərbaycana, qalan hissəsi isə Rusiyanın müxtəlif regionlarına (xüsusən Krasnodar diyarı), Qazaxıstan, QırğızıstanUkraynaya getmişdir.

Xocalı soyqırımı

Mərkəzi Asiyada təqiblərə məruz qalan Axısqa türkləri Azərbaycana köçürülərək Xocalıda məskunlaşmışdılar. 1992-ci ildə azərbaycanlılarla birlikdə kütləvi şəkildə qətlə yetirilmişdilər.

Rusiyalı jurnalist Viktoriya İvleva Xocalı sakinlərinin, o cümlədən qadınların və uşaqların meyitləri ilə səpələnmiş küçələrin fotolarını çəkmişdir. O, erməni silahlıları tərəfindən əsir götürülən Xocalıdan olan Axısqa türklərini təsvir etmişdir. İvleva biri yaralı, digəri isə yeni doğulmuş 4 uşaqla izdihamın arxasına düşən Axısqa türkü qadına kömək edən zaman onu əsirlərdən biri ilə səhv salan erməni əsgəri tərəfindən vurulmuşdur.

Diaspor

Axısqa Türkləri 
Axısqa türkləri

1999-cu idə aparılmış siyahıya almaya əsasən Azərbaycanda 43.454 nəfər , eyni ildə aparılmış siyahıya almaya əsasən isə Qırğızıstanda 33.327 nəfər , Qazaxıstanda 2.761 nəfər Axısqa türkü yaşayır.

2002-ci ildə aparılmış siyahıya almaya əsasən Rusiya Federasiyasında 3.257 nəfər , Ukraynada 2001-ci ildə aparılmış siyahıya almaya əsasən isə 336 nəfər Axısqa türkü yaşayır .

İstinadlar

Xarici keçidlər

Tags:

Axısqa Türkləri GenetikalarıAxısqa Türkləri MənşəyiAxısqa Türkləri TarixiAxısqa Türkləri DiasporAxısqa Türkləri İstinadlarAxısqa Türkləri Xarici keçidlərAxısqa TürkləriAnadolu türkləriGürcü diliGürcüstanLələ Mustafa Paşanın Qafqaza yürüşüMesxetiyaTürk diliTürk xalqlarıTürkiyə

🔥 Trending searches on Wiki Azərbaycanca:

GəmiHeydər ƏliyevTürkiyəİnformasiya təhlükəsizliyiZəlzələLatın ifadələriFüzuli rayonuNida cümləsiUşaqlıq (anatomiya)ProtokolBaku ElectronicsMoskva5 manatlıq əsginasQuranFatihə surəsiÖlçü vahidləriLeksikaAvtomobilin tarixiMicrosoft WordAnemiyaDəstəmazXəzər dəniziYeni Azərbaycan PartiyasıToğrul NərimanbəyovAzərbaycanlılarAzərbaycandakı quşların siyahısıVenera (planet)Cənubi AzərbaycanAzərbaycan gölləriEkoloji problemlərMonqolustanXəbər (qrammatika)Azərbaycan şirkətlərinin siyahısıMiqrasiyaAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiAzərbaycan Respublikası Mərkəzi BankıPullu dəmrovDağıstanMultikulturalizm0LəzgilərVergülKimyəvi silahŞir (astrologiya)Osmanlı sultanlarının siyahısıAzərbaycan bayrağıAzərbaycanAzərbaycan qəzetlərinin siyahısıAzərbaycan təbiətiŞəki rayonuTorpaqMəsdərÖzbəkistanCanavarAğciyər xərçəngiƏfşar imperiyasıQan dövranıQızdırmaAlbaniyaAfrikaDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)Kəlbəcər rayonuBöyük Qafqazİngilis diliDünya əhalisiUzunluq (fizika)ÇobanyastığıAlqoritmNəsib QuliyevPrizmaMübariz İbrahimovHüquqİnformatikaAzərbaycan Respublikasının KonstitusiyasıAzərbaycanın iqtisadi rayonlarıOlimpdə Zevsin heykəliTaktikaTalassemiya🡆 More