Knyaz

Knyaz (rus.

Daha sonralar feodal monarx dövlətinin başçısı. Knyaz titulu qərbi avropada geniş yayılmış olan hersoq, qraf, fürst kimi titullarla eyni məna daşıyır. Qədim germanların dilində knyaz — kuningaz (kral) anlamını verir. Bəzi mənbələrdə knyaz IX əsrdə slavyanlaşdırılmış qədim germanların, anqlo-saksonların və skandinavların könig sözü sayılır. Qadınlar isə "knyagina" titulu daşıyıblar.

Knyaz titulu müxtəif dövrlərdə müxtəif mənalar kəsb etmişdir. Erkən olaraq slavyanlarda zadəgan, əsli-nəcabətli insanlara verilən bu titul get-gedə dərəcəsini artıraraq hökmdar rütbəsini əvəz etmişdir. Daha sonralar Böyük knyaz — orta əsrlərdə Rusiyada ən yüksək titul sayılırdı və yalnız çarlara verilirdi. Daha sonralar çar imperator titulu ilə əvəzləndikdən sonra Böyük knyaz titulu imperatorun qardaşına, oğluna, nəvəsinə verilirdi. Qadın cinsli titul sahibləri knyaginya adlandırılırdı. Knyaginya titulu adətən knyazın zövcəsinə ya qızlarına verilirdi. Rusiya imperatoru III Pyotr taxta çıxana qədər xələf şahzadə kimi Böyük knyaz titulu daşımışdır.

Knyazlıq

Adətən knyazın hökmranlığı altında olan monarx dövləti knyazlıq adlandırılır. Tarixdə knyazın idarə etdiyi dövlətin çarlıq adlandırılmasına da təsadüf edilir. Buna qədim rus dövlətlərini ya ,çarlığını misal göstərmək olar. Knyazlıqda dövlət idarəçiliyi əsasən tarixi dövlətlərdə monarxiyanın mütləq formasına, müasir dövrümüzdə isə parlamentar ya konstitusion idarə üsuluna əsaslananır. Bəzi tarixçilər qədim dövlətləri çarlıqlar, knyazlıqlar, onların hökmdarlarını isə kyaz ya çarlar adlandırırlar. Beləki, Azərbaycan ərazisində mövcud olmuş Qafqaz Albaniyası dövlətini çarlıq, hökmdarlarını isə knyaz və ya çar adlandırılırlar. Məsələn;

Müasir knyazlıq və knyazlar

Knyaz 
Knyaz II Hans-Adam
Knyaz 
Knyaz II Albert
Knyaz 
Kofürst Vives-i-Sisilya

Oxşar titullar

Knyaz termini roman mənşəyli titulla (lat. princeps) eyni ekvivalentlik təşkil edir və kral ailə üzvülərinə verilir. Orta əsrlərdə Alman knyazları alm. Fürst‎) ya da alm. Prinz‎ adlandırılırdı. Dəzən ali din xadimlərinə də alm. Fürst‎) titulu verilirdi. Müasir Avropada 3 müstəqil knyazlıq: Andorra, MonakoLixtenşteyn mövcuddur. Knyaz-yepiskop tituluna Roma papası malikdir. eyni zamanda knyaz tituluna Malta ordeni dayşıyıcıları malikdirlər.

  • “Fürst” (alm. Fürst‎, ing. first = birinci) — ali aristokrat titulu — “knyaz”.
  • “Qrosfürst” (alm. Grossfürst‎, — “Böyük knyaz”
  • “Kurfürst” (alm. Kurfürst‎, hərfi — “seçilən–knyaz” , alm. kür‎ — “seçim, seçilən” və alm. Fürst‎ — “knyaz”; lat. princeps elector imperii)
  • Qraf, qrafinya(alm. Graf‎; lat. comes anlamı «yoldaş»), fr. comte, ing. earl və yaxud count) — Qərbi Avropada zadəgan titulu. Onun malik olduğu əraziyə qraflıq deyilir.
  • Hersoq, hersoginya (alm. Herzog‎, fr. duc, ing. duke, it. duca lat. dux) qədim germanlarda əsli-nəcabətli nəsildən seçilmiş hərbi rəhbər, orta əsrlərdə tayfa başçısı (knyaz), feodalizm dövrünün sonları, kraldan sonra birinci iri torpaqlara və mülklərə sahib, vassal statuslu mülkədarlara verilən titulu. Onun malik olduğu əraziyə hersoqluq deyilir.

İstinadlar

Tags:

Knyaz lıqKnyaz Müasir knyazlıq və knyazlarKnyaz Oxşar titullarKnyaz İstinadlarKnyazIX əsrMonarxRus diliSlavyanlar

🔥 Trending searches on Wiki Azərbaycanca:

Cavanşir Məmmədov (general)Demarkasiya xəttiVətən Müharibəsi Qəhrəmanlarının siyahısıİlyas ƏfəndiyevVulkanMasonluqAvtomobilKvadratTərbiyəGöygöl (göl)Lirik növTabesiz mürəkkəb cümlələrSözün həqiqi mənasıHalikarnas mavzoleyiMixail QorbaçovFikrət ƏmirovQanaxmaAbdulla ŞaiqİnternetSemiramidanın asma bağlarıAzərbaycanda neft sənayesiZərflikMikayıl MüşfiqZəlzələAğacMələkxanım EyubovaCümlənin ikinci dərəcəli üzvləriSkarlatinRamil UsubovRamil SəfərovHemoqlobinKleopatraNəriman AxundzadəNapoleon HilBöyük pandaRoma imperiyasıArıİçərişəhərƏrəb xilafətiQarabağ xanlığıQulançarMirzə Fətəli AxundovKonusAzər-Türk BankMüdafiə Nazirliyi (Azərbaycan)Azıx mağarasıƏli Xameneiİngilis diliGöyçə mahalıİyulDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)KompüterQədim MisirAzərbaycan himniGöyçə gölüMonteneqroCəmşid Naxçıvanski adına hərbi liseyİkinci Qarabağ müharibəsiXürrəmilər hərəkatıAzərbaycan tarixiİsa QəmbərPulÇingiz xanSuda-quruda yaşayanlarQərbi AzərbaycanVitaminlərDüzbucaqlı üçbucaqÜrək (insan)Qrup seksKitabAzərbaycan Milli KitabxanasıFransaArxeoloji abidələrQızlıq pərdəsiRasim BalayevAzərbaycanın Qırmızı KitabıƏsrin müqaviləsiAmerika Birləşmiş Ştatları prezidentlərinin siyahısı🡆 More