2004 Hind Okeanında Zəlzələ Və Sunami

Hind okeanında zəlzələ və sunami — 26 dekabr 2004-cü ildə baş vermiş zəlzələ.

Hind okeanında zəlzələ və sunami
2004 Hind Okeanında Zəlzələ Və Sunami
2004 Hind Okeanında Zəlzələ Və Sunami
Tarix
Maqnituda 9,3 bal
Hiposentrin dərinliyi 30 km
Episentrin yeri
Ölənlər
  • 227.898
Xəsarət alanlar
  • 125.000
Xəritədə yeri
[[Fayl:|280px|Hind okeanında zəlzələ və sunami xəritədə]]
2004 Hind Okeanında Zəlzələ Və Sunami
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2004-cü ilin 26 dekabr tarixində Hind okeanında baş vermiş və gücü 9,1-9,3 bal təşkil etmiş zəlzələ müasir tarixin ən məhvedici təbii fəlakətlərindən biri kimi yadda qalan sunamiyə səbəb oldu.

Zəlzələnin episentri Hind okeanında, Sumatra (İndoneziya) adasının şimal-şərq sahilləri yaxınlığında qeydə alındı. Zəlzələdən sonra yaranmış sunami İndoneziya, Şri-Lanka, HindistanTayland sahillərinə qədər çatdı. Dalğaların hündürlüyü 15 metrdən çox idi. Maraqlıdır ki, zəlzələ Yeni Zelandiyanın Oklend adalarının qərb sahillərinə yaxın və Avstraliyanın Makkuori adasının şimal sahili yaxınlığında 8,1 bal gücündə qeydə alınmış zəlzələdən 3 gün sonra baş verdi. Bu hadisənin qeyri-adiliyi ondan ibarət idi ki, alimlərin müşahidələrinə əsasən, 8 bal və daha güclü zəlzələlər, orta hesabla, ildə bir dəfə baş verir.

2004 Hind Okeanında Zəlzələ Və Sunami
2004-cü ildə sunami

Hind okeanında baş vermiş zəlzələ nəticəsində yerin təkindən ixrac olunmuş enerji, təxminən, 2 ekocoul oldu. Bu enerji Yer planetinin hər bir sakini üçün 150 litr su qaynadılması üçün kifayətdir. Zəlzələ bütün planetə təsir etdi və hətta Amerika Birləşmiş Ştatlarında belə 3 mm vertikal tərpənmələrlə qeyd edildi.

Zəlzələ və sunami arasında bir neçə saat fərq olmasına baxmayaraq, fəlakət tam gözlənilməz baş verdi. Hind okeanında sunaminin qeydə alınması sistemi və ən əsası, sahilboyu ərazilərdə yaşayan əhalinin ümumi xəbərdar edilməsi sistemi olmadığından, minlərlə insan fəlakət qarşısında aciz qaldı. Zəlzələ və onun nəticəsində baş vermiş sunami cənub-şərqi Asiyaya və xüsusilə, İndoneziya, Maldiv adaları, Myanma, Malayziya, Tayland və digər ölkələrə ciddi zərər vurdu. Sunami nəticəsində, təxminən, 225-300 minə qədər insan həlak oldu. Həlak olanların dəqiq sayı məlum deyil, çünki cəsədlərin bir hissəsi okean sularına qərq oldu.

İstinadlar

Tags:

200426 dekabr

🔥 Trending searches on Wiki Azərbaycanca:

AmoksisillinBirləşmiş Ərəb ƏmirlikləriBəxtiyar VahabzadəSkarlatinGölAzərbaycan Memarlıq və İnşaat UniversitetiTamamlıqBronxitTonzillitRusiyaElektrik müqavimətiŞimali AmerikaBakı metrostansiyalarının siyahısıMəxmərəkAzərbaycanlıların Ermənistandan deportasiyası (1948–1953)Şuşa rayonuPulQırğızıstan coğrafiyasıHindistanCəmşid Naxçıvanski adına hərbi liseyQobustan Dövlət Tarixi-Bədii QoruğuAzərbaycan xalq musiqisiAzərbaycan avtomobil dövlət qeydiyyat nişanlarıTərəzi (astrologiya)Bumeranqİnternetİsaak NyutonSual cümləsiBəylər Eyyubovİlk tibbi yardımAtropatenaAzərbaycan tammetrajlı bədii filmlərinin siyahısıMartƏmr cümləsiBalaəliKamran İmanovAzərbaycan İkinci Dünya müharibəsindəRövşən LənkəranskiXitabBazar iqtisadiyyatıAzərbaycanlı-erməni qırğınları (1905-1906)Elçin HüseynbəyliAzərbaycan mətbuatıVenera (planet)SürünənlərHeydər Əliyev adına Hərbi İnstitutKonusLəzgilərTörəməXankəndiMəhdud məsuliyyətli cəmiyyətDelimitasiyaÇilov adasıCavanşir MəmmədovMəhəmmədXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)KomedixanaYerin quruluşuSentyabrDOST AgentliyiMübariz İbrahimovQədim Roma təqvimiQədim MisirXumar QədimovaOSIProqram təminatıAzərbaycanda yayılmış balıqların siyahısıKöməkçi nitq hissələriİslamda oral seksİnvestisiyaAllergiyaBakı Dövlət UniversitetiFələstin DövlətiÇəmbərəkənd parkıAtəşgah (Bakı)Qubad İbadoğlu100 manatlıq əsginasEldənizlər🡆 More