Gil

Gil — üzvi maddəsiz bərk lil

Daşvari gillər

Daşvari gillər suda islanmayan daşabənzər kaolinit gilləridir (argillitlər). Əsasən müxtəlif çalarlı ağ və boz, bəzən zəif çəhrayı və bənövşəyi rəngli, qabığvari sınması olan qeyri-plastik və bəzən zəif plastik sıx süxurdur. Kollomorf quruluş (oolit, porfiroblast, lopavari, şırnaqlı, torlu və b.) və teksturla (məsaməli, bütöv, pulvari və b.) səciyyələnir, əsas kütləsi, demək olar ki, tam izotropdur. Qarışıqları kvars, mika və b. terrigen minerallardır. Daşvari gillər odadavamlı (1750-1790 °C-yə qədər) olub, mərmər və müxtəlif saxsı məmulatı istehsalında işlədilir. Daşvari gillər müxtəlif ölkələrin karbon (bəzən təbaşir və b.) çöküntülərində geniş yayılmışdır. Daşvari gillər həm də elüvial əmələgəlmələrdə rast gəlir.

Çökmə gillər

Çökmə gillər aşınma qabığının gilli və başqa məhsullarının yuyulub, daşınması və su hövzələrində çökdü­rülməsi nəticəsində əmə­lə gəlir. Bu hövzələrdə dəniz suyu elektrolitlərinin və kontinental hövzələrin humin birləşmələrinin təsiri altında gilli hissəciklərin koaqulyasiyası baş verə bilər. Çökmə gillərdə gil maddəsi terrigen və autigen olur. Daşınma, çökdürülmə və diagenezdə terrigen gil mineralları tam və ya qismən  dağılır, eyni zamanda, onların yeni növləri əmələ gəlir. Çökmə gillərə daxil olan materialın tərkibindən asılı olaraq polimineral və monomineral ola bilər. Mənşəyinə görə dəniz, laqun və kontinental gillərə bölünürlər.

Dəniz gilləri

Dəniz gilləri gilli materialın dənizdə çökməsi nəticəsində əmələ gələn süxurlardır; sahilyanı və dərinsu zona gillərinə ayrılırlar. Sahilyanı gillər içərisində böyük miqdarda qırıntı materialı olan incə dispers hissəciklərin şirin və duzlu suların təmasında koaqulyasion və mexaniki çökməsi nəticəsində əmələ gəlir. Dərinsu zonasının gilləri daha bircins qranulometrik tərkib, mikrotəbəqəlik, istiqəmətlənmiş və massiv teksturla sə­ciy­yələnirlər. Dəniz gilləri incə fraksiyasının tərkibində illit, qlaukonit, montmorillonit, xlorit (autigen və terrigen) və kaolinit (terrigen, nadir hallarda autigen) iştirak edir.

Həmçinin bax

Ədəbiyyat

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
  • R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.


Tags:

Gil Daşvari gillərGil Çökmə gillərGil Dəniz gilləriGil Həmçinin baxGil ƏdəbiyyatGil

🔥 Trending searches on Wiki Azərbaycanca:

Qafqaz AlbaniyasıMüsahibəFeilƏləsgər Ələkbərov (aktyor)VeysəloğluKompüterİçəri şəhər (film, 2016)ƏvəzlikƏbüləsvar ŞavurGürcüstanDağlıq Qarabağın ətrafında Ermənistan işğalı altında olan Azərbaycan əraziləriXəbər (qrammatika)Sürücülük vəsiqəsiHekayəİnkişaf etmiş ölkəViktoriya AzarenkoQədim Gəncə qalasıOn iki imamAzərbaycanın Milli QəhrəmanıTəbrizTəzyiqEsseMuğamLionel MessiQan təzyiqiQurban bayramıKimyəvi rabitəPakistanAlbert EynşteynAzərbaycanda təhsilMüdafiə Nazirliyi (Azərbaycan)MacarıstanXocalı rayonuKütlə vahidləriSkelet (insan)Çoxmənalı sözlərAfrikaSoyuq müharibəAzərbaycan Respublikasının KonstitusiyasıAzərbaycan Beynəlxalq BankıTünzalə AğayevaAntonimMədə xərçəngiKartelRoza ZərgərliBəhlul MustafazadəXBT-10 sinfinin siyahısıBeyləqan rayonuTəbii zonalarNaftalanHepatit BNovruz bayramıSerbiyaHidrogenAvropa İttifaqıAzərbaycan milli futbol komandasıDədə QorqudMürəkkəb sözlərQulançarDünya okeanıŞizofreniyaƏlcəzairHacı Məmmədov (cinayətkar)İsaak NyutonXitabAzərbaycan (tarixi ərazi)Müstəqillik Günü (Azərbaycan)İsveçrəAzərbaycan xanlıqlarıİmprovizasiyaAzərbaycan mədəniyyətiOral seksAzərbaycanın quşlarıYol nişanlarıAmoksisillin🡆 More