Dünya Xalqları Ədalətliləri

Dünya xalqları ədalətliləri və ya Beynəlxalq ədalətlilər (ivr.

Dünya xalqları ədalətliləri
חסידי אומות העולם
Dünya Xalqları Ədalətliləri

Ölkə İsrail İsrail
Tip Diplom və medal
Kimə verilir Öz həyatlarını təhlükəyə ataraq yəhudiləri xilas etmiş qeyri-yəhudilərə.
Təltif edir
Status təqdim olunur
Statistika
Təsis tarixi 1963-cü il
Təltif sayı 26 119 nəfər
yadvashem.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1963-cü ildən etibarən İsrail Ali Məhkəməsi hakiminin rəhbərlik etdiyi komissiya "Beynəlxalq ədalətlilər"in mükafatlandırılması vəzifəsini həyata keçirir. Bu ada layiq görülən şəxs, üzərində adının qeyd olunduğu medalla mükafatlandırılır, həmçinin, adı Qüdsdə yerləşən "Yad va-Şem" muzeyinin ərazisində yerləşən "Ədalətlilər bağçası”nın Şərəf Lövhəsində həkk olunur. Əgər həmin şəxs vəfat edibsə, onun yaxın qohumu bu adı ölən insanın xatirəsinə əldə etmək üçün dövlətə müraciət etməlidir.

Bu ada layiq görülən şəxslərin sırasında İsrail dövlətində yaşamağı seçənlərə orta əmək haqqı miqdarında təqaüd və sağlamlıq sığortası, həmçinin, ev və ehtiyac olan zaman tibbi dəstəklə də təmin olunur. Faciə və qəhrəmanlıq İnstitutu "Yad va-Şem" 1 yanvar 2016-cı il tarixində 51 ölkədən 26.119 nəfər insanı "Dünya xalqlarının mömini" kimi təsdiq edib.

Möminlərin fəaliyyəti

Yəhudilərə yardım böyük cəsarət və fədakarlıq tələb edirdi. Nasistlər yəhudiləri qoruyan və onları gizlədən bütün şəxsləri ölümlə təhdid edirdilər. Yəhudilərə kömək edənlərə verilən cəzalar ölkələr üzrə bir-birindən fərqlənirdi. Almanlar Şərqi Avropada təkcə yəhudiləri qoruyan şəxsi deyil, eyni zamanda onun bütün ailəsini də öldürürdülər. Qərbi Avropada repressiyalar bu qədər sərt deyildi, lakin burada da bir çox möminlər ya öldürülür, ya da həbs düşərgələrində həlak olurdular. Həm xilaskarlar, həm də xilas olunanlar daimi qorxu içində yaşayırdılar. Təhlükə yalnız alman hakimiyyəti tərəfindən gözlənilmirdi. Antisemitist əhval-ruhiyyəli qonşular da tez-tez möminlərlə bağlı məlumatlar ötürürdülər. Litvalı meşəbəyi Mikolas Şimelis 1945-ci ildə yəhudiləri gizlətdiyinə görə yerli millətçilər tərəfindən öldürülüb. Yəhudi qaçqınlara sərhədi qeyri-qanuni keçməyə yardım etdiyinə görə İsveçrəli polis işçisi Paul Qrüninger cinayət təqibinə məruz qalıb və işdən çıxarılıb.

Yəhudilərin xilas edilməsində savadsız kənd sakinlərindən tutmuş kral ailələrinin üzvlərinə qədər, ən müxtəlif sosial təbəqələrdən olan insanlar iştirak ediblər. Onlara bu işdə demək olar ki, bütün peşə sahibləri nümayəndələri: hərbçilər, məmurlar, keşişlər, balıqçılar, fəhlələr, kəndlilər, elm və incəsənət xadimləri, müəllimlər, sahibkarlar və digər şəxslər kömək edirdilər.

Dünya Xalqları Ədalətliləri 
Dünya Xalqları Ədalətliləri 
"Jeqota” təşkilatının üzvləri
Zofiya Kozak-Şutska (solda)İrena Sendler (sağda)

Polşada 120 minə yaxın yəhudi xilas edilib. Hesablamalara görə 350 min polyak yəhudilərin xilas edilməsində iştirak etmişdir (Vladislav Bartoşevski bu sayın milyona qədər olduğunu qeyd edir). Yəhudiləri xilas edən və ya onlara kömək etmiş ən azı 5000 polyak nasistlər tərəfindən edam olunub. Mühacirətdə olan Polşa hökuməti yəhudilərin xilasını təşkil edən "Jeqota” (pol. Żegota, Polşanın işğal olunmuş ərazilərində yəhudilərə kömək şurası; 1942-1945) təşkilatını yaratdı. Təşkilatın rəhbəri Zofiya Kozak-Şutska idi. Təşkilatın digər görkəmli və aparıcı simalarından biri isə İrena Sendler idi. Polşa siyasi xəfiyyəsi Yan Karski 1942-ci ildə yəhudilərin öldürülməsi barədə məruzə ilə Böyük Britaniyaya yola düşərək, britaniyalı və amerikalı siyasətçilərin diqqətini onlara kömək göstərməyin zəruriliyinə cəlb etməyə çalışdı.

Niderland, Norveç, BelçikaFransada müqavimətdə iştirak edən gizli təşkilatlar, əsasən, yəhudilərə sığınacaq axtarılmasına kömək etmişdilər. Danimarkadakı alman hərbi attaşesi Georq Ferdinand Dukvitsin xəbərdarlığından sonra 8000 Danimarka yəhudisinin 7000-i balıqçı qayıqları ilə İsveçrəyə göndərildi, kral ailəsi də daxil olmaqla, bütün Danimarka cəmiyyəti alman işğalı illərində bu irqçi qanunlara açıq şəkildə öz etirazlarını bildirmişdilər. Bu, ona gətirib çıxardı ki, İkinci dünya müharibəsi illərində Danimarkada yalnız 60 yəhudi həlak oldu.

Nasistlərin apardığı irqçi siyasətə bolqarlar da öz etirazlarını bildirmişlər. Almanlar bolqar yəhudilərinin (onların sayı təxminən 50.000 nəfər idi) onlara təslim edilməsini tələb edəndə bütün ictimaiyyət ayağa qalxdı. Demokratlar, kommunistlər, ictimai xadimlər, parlament üzvləri, başda patriarx olmaqla pravoslav kilsəsinin müqəddəsləri Bolqarıstan vətəndaşı olan yəhudilərin müdafiəsinə qalxdılar. Çar III Boris Almaniyanın müvafiq göstərişinə etirazını bildirdi. Yəhudilər yalnız paytaxtdan əyalətlərə göndərildilər. Nəticədə, təxminən 50.000 yəhudinin həyatını xilas etmək mümkün oldu. Lakin müharibə zamanı Bolqarıstan, MakedoniyaYunanıstan Trakiyası ərazisində məskunlaşmış 11.343 yəhudi Osventsimə göndərilib.

1942-1943-cü illərdə İtalyan hərbi və vətəndaş hakimiyyəti də həmçinin, İtaliyanın işğal etmiş olduğu YuqoslaviyaFransa ərazilərindəki yəhudilərin ölüm düşərgələrinə göndərilməsinə yardım etməkdən imtina etdi. Almanların təzyiqinə məruz qalan italyanlar yəhudilər üçün həbs düşərgələri yaratdılar (xüsusilə, Kampanya həbs düşərgəsi), digər düşərgələrdən fərqli olaraq, burada saxlanma şəraiti daha insani idi.

Nasistlərin sərt antisemit siyasətinə baxmayaraq, Almaniyada vaxtaşırı olaraq yəhudilərin təqibinə qarşı etiraz səsləri yüksəlirdi. Antisemit siyasətinə qarşı ən iri etirazlardan biri 27-28 fevral 1943-cü ildə Rozenştrassda etnik almanlar – cütlüklər və düşərgəyə göndərilmək təhlükəsi altında olan yəhudilərin qohumları tərəfindən təşkil edilmiş nümayiş idi. Qalmaqal baş verməməsi üçün Berlinin qaulyalteri Göbbels, sayı təxminən 2000 nəfər olan nümayişçilərin qohumlarının azad edilməsi və onların Berlində icbari işə göndərilməsi haqqında göstəriş verdi (onların, demək olar ki, hamısı müharibənin sonuna qədər yaşayıblar).

Bir sıra hallarda yəhudilərə kömək etmək üçün yüksək vəzifəli almanlar öz səlahiyyətlərindən istifadə etmişlər. Bu xilaskarlardan ən məşhuru Plaşov düşərgəsindən minlərlə yəhudini xilas edən və onları öz fabrikində işlə təmin edən alman iş adamı Oskar Şindler olmuşdur.

"Beynəlxalq ədalətlilər” arasında diplomatlar və məmurlar da olmuşdur. Onlardan yəhudilərin xilası naminə öz karyeralarını təhlükə altına qoyanlar sırasında ən məşhurları Aristides de Sousa Mendes (Portuqaliya), Çiune Suqihara (Yaponiya) və Paul Qrüningerdir (İsveçrə). Çinin Vyanadakı baş konsulu He Fenşan yəhudilərə Sinqapura və bir sıra başqa ölkələrə gedə bilmələri üçün viza vermişdir. Parisdəki İran səfirliyinin əməkdaşı Əbdül Hüseyn Sədri (həyat tarixçəsi "0 dərəcəli N dairəsi" teleserialının əsasını təşkil edir) də həmçinin, nasistlər tərəfindən işğal olunmuş Parisdə olan yəhudilərə üç mindən çox İran vizası verərək, onların həyatını xilas etmişdir. Lakin yəhudilərin xilaskarı olan ən məşhur diplomat, yəqin ki, İsveçdən olan və on minlərlə Macarıstan yəhudisinin həyatını xilas edən Raul Vallenberq olmuşdur. Avropa yəhudilərinin (əsasən də Macarıstan) həyatını xilas etmək üçün onlara Salvador vətəndaşlığı haqqında 40.000 saxta sənəd verən Salvador diplomatı – polkovnik Xose Artur Kastelyansın adı ictimaiyyətə yalnız 2006-cı ildə məlum oldu. Onun bu addımı sayəsində 25.000-dən çox insan xilas edilib. "Beynəlxalq ədalətlilər” arasında Budapeştdəki ispan nümayəndə heyətinin üzvü Corc Perlas və İspaniyanın Afinadakı konsulu Sebastyan Romero Radiqalesin adını da qeyd etmək lazımdır.

6 mart 2013-cü ildən Dünya möminlərinin Avropa xatirə günü qeyd edilir. Bu xatirə günü, 2012-ci ildə Avropa Parlamenti tərəfindən müəyyən edilib.

Sayı və meyarları

Dünya Xalqları Ədalətliləri 
“Dünya xalqları mömini” Polşalı rabitəçi partizan Mariya Kotarbın ivritpolyak dilində olan diplomu.

"Yad va-Şem" 1 yanvar 2016-ci il etibarilə 51 ölkədən 26.119 şəxsi “Dünya xalqlarının mömini” kimi təsdiq edib. Niderlandın Nivlande kəndinin 117 sakininin hər biri, Fransanın Şambon-sür-Linyon kəndinin isə 40-dan çox sakini bu ada layiq görülüb.

"Dünya xalqları mömini" adı aşağıdakı meyarlara uyğun gəldiyi zaman təqdim edilir:

  1. Bir və ya bir neçə yəhudini ölüm düşərgələrinə göndərilmə və ya dərhal məhv edilmə təhlükəsindən xilas edilməsində fəal iştirak etmə.
  2. Xilaskarın istəyi yəhudini məhz xilas etmək olmalı idi.
  3. Xilaskarın atacağı addımlar pul məbləği və ya digər kompensasiya qarşılığında (xilas olunanın başqa dinə keçməsi, uşağın övladlığa götürülməsi və s.) olmamalı idi və əgər xilaskar pulu almışdırsa, o bu pulu özünün varlanması məqsədi ilə deyil, yalnız yəhudinin xilasını təmin etmək üçün götürməli idi.
  4. Xilaskara və onun yaxınlarına real təhlükə var idi. Xüsusi hallarda xilaskarın iqtisadi və ictimai rifahı nəzərə alınır.
  5. Yuxarıda göstərilənlər yardım sayəsində sağ qalanların şahidliyilə və ya xilasetmə faktını təsdiq edən münasib sənədlərin olması ilə təsdiqlənir.

Meyarlar adın verilməsi məqsədi ilə müəyyənləşdirilib, ona görə də onlar heç də həmişə elmi araşdırma metodlarına uyğun gəlmir. İşə "Adın verilməsi üzrə komissiya"da baxılması üçün lazım olan əsas tələb, xilas olunanın ona göstərilən yardımın xarakteri haqqında şahidlik etməsidir. Yalnız bəzi hallarda komissiya arxiv sənədlərini dəlil kimi yetəri sübut olaraq qəbul edib. Şahid ifadələri yalnız lazımi meyar deyil, bu ifadələr çox vaxt həm də yeganə sübut hesab olunurlar.

Möminlərin əksəriyyəti xilas olunanların müraciətləri əsasında tanınıblar, yalnız az bir hissə özlərinin, tarixçilərin və ya digər şəxslərin ərizələri üzrə aşkar olunublar. Xilaskarlar və xilas olunanlar barədə məlumatlar hələ də tam deyil.

Təsdiq edilmiş hər bir möminin şərəfinə mükafatlandırma mərasimi keçirilir. Bu tədbir zamanı möminin özünə və ya onun vərəsələrinə fəxri sertifikat və üzərində iki dildə — ivritfransızca: "Yəhudi xalqının adından minnətdarlıq. Bir həyatı xilas edən, bütün dünyanı xilas edir." yazısı həkk olunmuş medal verilir.

Ölkələr üzrə statistika

1 yanvar 2016-ci il etibarilə 26.119 şəxs “Dünya xalqlarının mömini” kimi təsdiq edilib.

Sıra Ölkə Mükafatların sayı
1 Dünya Xalqları Ədalətliləri  Polşa 6,620
2 Dünya Xalqları Ədalətliləri  Niderland 5,516
3 Dünya Xalqları Ədalətliləri  Fransa 3,925
4 Dünya Xalqları Ədalətliləri  Ukrayna 2,544
5 Dünya Xalqları Ədalətliləri  Belçika 1,707
6 Dünya Xalqları Ədalətliləri  Litva 889
7 Dünya Xalqları Ədalətliləri  Macarıstan 837
8 Dünya Xalqları Ədalətliləri  İtaliya 671
9 Dünya Xalqları Ədalətliləri  Belarus 618
10 Dünya Xalqları Ədalətliləri  Almaniya 587
11 Dünya Xalqları Ədalətliləri  Slovakiya 558
12 Dünya Xalqları Ədalətliləri  Yunanıstan 328
13 Dünya Xalqları Ədalətliləri  Rusiya 197
14 Dünya Xalqları Ədalətliləri  Latviya/Dünya Xalqları Ədalətliləri  Serbiya 135
16 Dünya Xalqları Ədalətliləri  Xorvatiya/Dünya Xalqları Ədalətliləri  Çexiya 115
18 Dünya Xalqları Ədalətliləri  Avstriya 106
19 Dünya Xalqları Ədalətliləri  Moldova 79
20 Dünya Xalqları Ədalətliləri  Albaniya 75
21 Dünya Xalqları Ədalətliləri  Norveç 62
22 Dünya Xalqları Ədalətliləri  Rumıniya 60
23 Dünya Xalqları Ədalətliləri  İsveçrə 47
24 Dünya Xalqları Ədalətliləri  Bosniya və Herseqovina 42
25 Dünya Xalqları Ədalətliləri  Ermənistan 24
26 Dünya Xalqları Ədalətliləri  Danimarka 22
27 Dünya Xalqları Ədalətliləri  Birləşmiş Krallıq 21
28 Dünya Xalqları Ədalətliləri  Bolqarıstan 20
29 Dünya Xalqları Ədalətliləri  Şimali Makedoniya/Dünya Xalqları Ədalətliləri  İsveç 10
31 Dünya Xalqları Ədalətliləri  Sloveniya/Dünya Xalqları Ədalətliləri  İspaniya 7
33 Dünya Xalqları Ədalətliləri  ABŞ 5
34 Dünya Xalqları Ədalətliləri  Estoniya/Dünya Xalqları Ədalətliləri  Portuqaliya 3
36 Dünya Xalqları Ədalətliləri  Braziliya/Dünya Xalqları Ədalətliləri  ÇXR 2
38 Dünya Xalqları Ədalətliləri  Çili/Dünya Xalqları Ədalətliləri  Kuba/Dünya Xalqları Ədalətliləri  Ekvador/Dünya Xalqları Ədalətliləri  Misir/
Dünya Xalqları Ədalətliləri  Salvador/Dünya Xalqları Ədalətliləri  Gürcüstan/Dünya Xalqları Ədalətliləri  İrlandiya/Dünya Xalqları Ədalətliləri  Yaponiya/
Dünya Xalqları Ədalətliləri  Lüksemburq/Dünya Xalqları Ədalətliləri  Monako/Dünya Xalqları Ədalətliləri  Türkiyə/Dünya Xalqları Ədalətliləri  Vyetnam
1

Tanınmış möminlər

Rudolf Vayql
Paul Qrüninger
Aristides de Sousa Mendes
Mariya Kotarb
Giz Mip
Cino Bartali
Bavariyalı Yelizaveta
Karl Plaqqe
Vladislav Bartoşevski

Möminlərə münasibət

Möminlər, onların xanımları və övladları İsrailin fəxri vətəndaşlığı hüququna sahibdirlər. İsraildə yaşayan beynəlxalq ədalətlilər (həmçinin onların həyat yoldaşları və yetkinlik yaşına çatmayan uşaqları) bir sıra güzəştlərə malikdirlər. Həmin şəxslərə orta əmək haqqı miqdarında təqaüd və sağlamlıq sığortası verilir, həmçinin, ev və ehtiyac olan zaman tibbi dəstəklə təmin olunurlar. Ümumilikdə İsraildə 130 "Beynəlxalq ədalətli” məskunlaşmışdır. Onlar İsrailin nüfuzlu dairələri tərəfindən səmimiyyətlə qarşılanmış və onlara vətəndaşlıq verilmişdir. 1980-ci illərin ortalarından etibarən onlara xüsusi təqaüdlər verilməyə başlandı.

Avropa ölkələrində (Böyük Britaniya, Almaniya, Avstriya, Ukrayna, Fransa) yaşayan dünya möminlərinin bir çoxu, həmin ölkələrin milli mükafatları ilə təltif edilirlər. Fransa hökuməti onun ərazisində fəaliyyət göstərən möminləri, o cümlədən digər ölkə vətəndaşlarını (məsələn Vyetnam mömini Pol Nquen Konq Anı) Fəxri Legion ordeni ilə mükafatlandırır. 2004-cü ildə "Holokost" elmi-maarif mərkəzinin sədrləri Alla Herber və İlya Altman Rusiya prezidenti Vladimir Putinə Rusiya möminlərinin xidmətlərini qeyd etmək xahişi ilə müraciət ediblər, ancaq bir il sonra materiallar geri qaytarılıb. Sonralar İlya Altman bildirib ki, "Rusiya — "Yad va-Şem" tərəfindən tanınan dünya möminlərini heç bir dövlət mükafatları ilə təltif etməyən yeganə dövlətdir."

Rusiya Yəhudi Konqresi 1996-cı ildən Rusiyada yaşayan hər bir dünya mömininə hər ay maddi yardım göstərir. 2010-cu il dekabrın 1-nə olan vəziyyətə görə, Rusiya möminlərindən 9 nəfəri hələ də sağdır.

İstinadlar

Xarici keçidlər

Tags:

Dünya Xalqları Ədalətliləri Möminlərin fəaliyyətiDünya Xalqları Ədalətliləri Sayı və meyarlarıDünya Xalqları Ədalətliləri Ölkələr üzrə statistikaDünya Xalqları Ədalətliləri Tanınmış möminlərDünya Xalqları Ədalətliləri Möminlərə münasibətDünya Xalqları Ədalətliləri İstinadlarDünya Xalqları Ədalətliləri Xarici keçidlərDünya Xalqları ƏdalətliləriAvropaHolokostNasistlərİvrit dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Kürəkçay müqaviləsiQüvvə (fiziki kəmiyyət)KvadratƏfşar imperiyasıAnarVyetnamCəlilabad rayonuSiyavuş NovruzovAzərbaycan banklarının siyahısıQara YanvarSuçiçəyiI Təhmasibİsgəndəriyyə mayakıMir Mövsüm AğaSiçan (kompüter)ŞahmatXəritəAmerika Birləşmiş ŞtatlarıAzərbaycan Respublikası Dövlət Neft Şirkətiİkinci Dünya müharibəsiTürkiyəBazar iqtisadiyyatıMart soyqırımıMədət QuliyevTabeli mürəkkəb cümləMisir ehramlarıAzər-Türk BankBirləşmiş Ərəb ƏmirlikləriDövlət idarəetmə formalarıRoza ZərgərliI AbbasBaş Prokurorluq (Azərbaycan)İnsan hüquqlarıMolla Nəsrəddin (jurnal)Səbuhi Məmmədov (baş nazir)Seyid Əzim ŞirvaniUnitar dövlətQaranquşlarLayihəZakir HəsənovAzərbaycanda təhsilCanavarAzərbaycanın iqtisadi rayonlarıOSIHeydər ƏliyevSemiramidanın asma bağlarıŞuşanın işğalıNapoleon BonapartDünya ölkələrinin siyahısıQərbi AzərbaycanAprelPrezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)Emin Əmrullayevİslam peyğəmbərləriKarles PuçdemonSkarlatinYupiter (planet)AlqoritmKimyəvi elementArxeoloji abidələrQazaxıstanXocalı soyqırımıDaş dövrüHidrogenQuran surələrinin siyahısıDərman bitkiləriSahibkarİkinci Qarabağ müharibəsiAzərbaycan İkinci Dünya müharibəsindəWhatsAppLütfi ZadəQuba rayonuOksigenQərbi Azərbaycan İcmasıRamil UsubovQızdırma🡆 More