Branimir Subaşiç

Branimir Subaşiç (serbcə: Branimir Subašić; d.

7 aprel 1982, Belqrad) — serb əsilli Azərbaycan futbolçusu, Türkiyənin ManisasporAzərbaycan milli futbol komandasının hücumçusu.

Branimir Subaşiç
Branimir Subaşiç
Ümumi məlumatlar
Ləqəbi Bane
Doğum tarixi (42 yaş)
Doğum yeri Belqrad, YSFR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Serbiya Serbiya
Boyu 182 sm
Çəkisi 75 kq
Mövqeyi hücumçu
Klub haqqında məlumat
Klub Türkiyə Manisaspor
Nömrəsi 9
Karyerası
Klub karyerası
1997—2002 Yuqoslaviya Jeleznik 9 (0)
2002  Serbiya Sremçitsa 6 (2)
2002—2003 Belçika Ostende 14 (3)
2003 Fransa Bove Uaz 5 (1)
2003—2005 Ukrayna Çernomorets Odessa 7 (1)
2005  Rusiya Amkar Perm 6 (1)
2005—2008 Azərbaycan Neftçi Bakı 65 (31)
2008 Serbiya Srvena Zvezda 14 (4)
2009  Çin Çançun Yatay 24 (3)
2010—2011 Azərbaycan Qəbələ 19 (2)
2011—2013 Azərbaycan Xəzər-Lənkəran 51 (14)
2013 Azərbaycan Qarabağ 8 (1)
2013—2014 Türkiyə Orduspor 34 (9)
2014— Türkiyə Manisaspor 14 (2)
Milli yığma
2007—2013 Azərbaycan Azərbaycan 40 (7)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Branimir Subaşiç 7 aprel 1982-ci ildə Belqradda dünyaya gəlib. 1.80 metr boyu olan forvard karyerasına vətənində — "Zeleznik"də başlayıb. 1998–2000-ci illərdə bu klubun əsas komandasında 10 oyuna çıxıb. 2002-ci ildə "Sremcika"ya icarəyə verilib. "Bane" ləqəbli futbolçu bu komandada 6 oyunda 2 qol vurub. 2002/2003 mövsümündə Belçikanın "KV Oostende" klubunda 14 oyunda 3 dəfə rəqib qapıçıları məyus edib. 2003-cü ildə Fransaya yollanan Branimir "Beauvais Oise"lə anlaşıb. Bu komandada 5 oyuna 1 qol vurduqdan sonra Ukraynaya üz tutub. 2003/05 mövsümlərində "Çernomorets"də 7 oyun keçirib. Bu müddətdə bir qol vuran Subaşiç 2005-ci ili Rusiyanın "Perm" klubunda keçirib. 6 oyunda meydana çıxıb bir qol vuran forvard 2005-ci ildə Azərbaycana gəlib. Onun karyerasının ən parlaq dövrü də məhz ölkəmizlə bağlıdır. Belə ki, 2008-ci ilədək Bakıda qalan "Bane" "Neftçi"də keçirdiyi 65 oyunda 31 qola imza atıb. Bu müddətdə bir dəfə "Birlik Kuboku"nin qalibi olub (2006), bir dəfə turnirin finalında oynayıb, bir dəfə Azərbaycan çempionatının gümüş (2006/07), iki dəfə isə (2005/06, 2007/08) bürünc medal qazanıb.

2008-ci ildə nəhayət Subaşiçin uşaqlıq arzusu həyata keçdi. Uşaq vaxtından "Srvena Svezda"nın şərəfini qorumaq istəyən "Bane" Belqrad təmsilçisi ilə anlaşdı. 11 oyunda meydana çıxıb, 3 qol vurduqdan sonra isə işləri tərs getməyə başladı. "Srvena Svezda"dakı baş məşqçi dəyişikliyi Subaşiçin bu komandadan ayrılması iıə nəticələndi. O, 2009-cu ili Çinin "Çançun Yatay" klubunda icarə əsasında keçirdi. Çin çempionatında meydana çıxdığı 24 oyunda 3 qol vurdu və gümüş medal qazandı. Daha sonra Branimir Serbiyaya qayıdır, lakin əsas heyətə düşə bilmir. Bundan sonra Branimir Azərbaycana qayıdır və 2010-cu ildə Qəbələ futbol klubu ilə 1 illik müqavilə imzalayır. Branimir mövsümə yaxşı başlayır. "Qarabağ" və "Bakı" klubları ilə oyunlarda qol vurur, lakin sonradan Branimir əsas heyətdən kənarda qalır və daha 9 futbolçu ilə birlikdə komandanı tərk edir. 2011-ci ildə Xəzər-Lənkəran klubu ilə 1,5 illik müqavilə bağlayıb. 2011/2012 mövsümündə Xəzər-Lənkəran premyer-liqada 2-ci yeri tutur və gümüş mükafatlara layiq görülür. 2013-cü ildə Branimir Subaşiçin müqaviləsi başa çatır və o Xəzər-Lənkəran klubu ilə yollarını ayırır. Daha sonradan 2013-cü ilin fevral-may aylarında Subaşiç Qarabağın heyətində çıxış edir və Premyer Liqanın gümüş medallarına sahib olur. 2013-cü ilin 18 iyun tarixində Branimir Subaşiç Türkiyənin PTT1 liqasında çıxış edən Orduspor klubuna transfer olunur.

Millidə oyunu

2007-ci ildən millimizə çağırılan Branimir Subaşiç 2009-cu ilə qədər qədər 26 oyunda milli formanı geyininb və 6 qola imza atıb, lakin Serbiyaya gedişindən sonra Branimir milli komandada çıxış etməkdən imtina edib. Azərbaycana qayıdışdan sonra Branimir yenidən Azərbaycan milli komandasının şərəfini qorumaq istədiyini bildirib. 2011-ci ildə Monteneqro millisi ilə oyunda Berti Foqts Branimiri yenidən millinin məşqlərinə dəvət etdi. Sentyabr ayında BelçikaQazaxıstan ilə keçirilən oyunlarda meydana qayıtmışdı.

Şəxsi həyatı

Branimir Subaşiç 2010-cu ildə evlənib. Bir qızı var.

Uğurları

Branimir Subaşiç  Superliqası

  • İkinci yer – 2009

Birlik kuboku

  • Birinci yer – 2006

Xarici keçidlər

Tags:

Branimir Subaşiç HəyatıBranimir Subaşiç Millidə oyunuBranimir Subaşiç Şəxsi həyatıBranimir Subaşiç UğurlarıBranimir Subaşiç Xarici keçidlərBranimir SubaşiçAzərbaycan milli futbol komandasıBelqradManisasporSerb dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Bakı kəndlərinin siyahısıElmira Süleymanova100 manatlıq əsginasİslam peyğəmbərləriİslamda oral seksTəbii fəlakətArİçərişəhərKimyəvi silahAvropa İttifaqıTərcüməPolad HəşimovNadir şahDaxili İşlər Nazirliyi (Azərbaycan)İnvestisiyaEyyub YaqubovƏdəbiyyatSpirtlərSenzorSahibkarlıqAprelXəbər (qrammatika)Yüzillik müharibəKompüter qurğularıİnformasiyanın kodlaşdırılmasıUzun HəsənNitq hissəsiCəbrayıl rayonuUkraynaSəudiyyə ƏrəbistanıSaySıra sayıAprel işğalıSelLeykozAzərbaycan Sovet Sosialist RespublikasıİnteqralSentyabrİngiltərəZaman səyahətiNovruz bayramıYol nişanlarıMartOxatan (astrologiya)Şuşa rayonuQafqaz AlbaniyasıBakı metrostansiyalarının siyahısıOlimpiya oyunlarıReal Madrid FKAmoksisillinAzərbaycan Prezidentiİnsan hüquqlarıSaitAzərbaycanlılarSourCümə məscidi (Ağdam)Gərginlik (elektrik)Ağcabədi rayonuPerimetrƏvəzlikKəlmeyi-şəhadətDünya ölkələrinin siyahısıLotu QuliVergülAzərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya AktıAzərbaycan Milli Elmlər AkademiyasıQacar dövlətiKamran İmanovNəsli kəsilməkdə olan növlərSilindrEkoloji problemlərAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiQulançarAzərbaycan meşələriHeydər ƏliyevAzərbaycanlıların Ermənistandan deportasiyası (1948–1953)Ara sözlər🡆 More