Mexanika Blok

Blok — çənbəri üzərində nov olan və oxa nəzərən fırlana bilən çarx olub sadə mexanizmlərə aiddir və iki növü vardır: tərpənən və tərpənməz bloklar.

Tərpənən blok - qüvvədə 2 dəfə qazanc əldə etmək məqsədi ilə istifadə olunan birinci növ lingdir. Birinci növ ling - qollara təsir edən qüvvələrin hər ikisi dayaq nöqtəsindən bir tərəfdə olan lingdir. Blokdan aşırılmış ipə F qüvvəsi ilə təsir etdikdə, o dayaq nöqtəsi ətrafında dönür. Bu qüvvənin qolu blokun OB=2r diametrinə bərabərdir. Blokdan asılan yükə təsir edən ağırlıq qüvvəsinin həmin dayaq nöqtəsinə nəzərən qüvvə qolu isə OA=r - dir. Hec bir mexanizm işdə qazanc vermir

Blokun tarazlıq şərti - bloku saat əqrəbi istiqamətində fırladan qüvvələrin momentləri cəminin saat əqrəbinin əksi istiqamətində fırladan qüvvələrin momentləri cəminə bərabər olmasıdır: F2r=mgr. Buradan , F=mg/2. Yəni,tərpənən blok qüvvədə 2 dəfə qazanc verir.

Tərpənməz blok - qüvvədə qazanc verməyib, onun təsir istiqamətini dəyişən və qolları bərabər olan ikinci növ lingdir. İkinci növ ling - qollara təsir edən qüvvələr lingin dayaq nöqtəsindən müxtəlif tərəflərdə olan sadə mexanizmdir. Sadə mexanizmlər qüvvəni dəyişmək üçün işlədilən alətlərdir. Tarazlıq şərti: Fr=mgrF=mg. Yəni,tərpənməz blok qüvvədə qazanc vermir.

Blok sözünün həmçinin, bir neçə mənası daha vardır. Onlara nəzər yetirək:

1. Hərfi anlamda: bir-birinə bənzər elementlər qrupu; məsələn: verilənlər baytları, yaddaş oyuqları və ya mətn seqmentləri. Bu termin müxtəlif kontekstlərdə işlədildiyindən onun dəqiq mənası təşkil olunduğu elementlərin tipindən asılı olur.

2. Proqramlaşdırmada: əməliyyat sistemi tərəfindən müvəqqəti olaraq proqrama ayrılmış (verilmiş) operativ yaddaşın bir bölməsinə və ya proqramın vahid tam kimi baxılabilən deyimlər qrupu.

3. Rabitə sistemlərində: identifikasiya kodlarından, verilənlərin özlərindən və xəta aşkarlama kodlarından ibarət olan ötürülən informasiya elementi.

4. Yaddasaxlama qurğularında: tam şəkildə oxunan və yazılan verilənlərin ardıcıl baytlarının qrupu.

5. Videosistemlərdə: vahid obyekt kimi emal olunan piksellərin düzbucaqlı şəbəkəsi.

6. Tətbiqi proqramlarda: ayrılan və sonradan onunla vahid tam kimi manipulyasiya edilən mətn seqmenti.

Ədəbiyyat

  • M.Murquzov. Fizika. VII sinif. Bakı.
  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Tags:

Mexanizm

🔥 Trending searches on Wiki Azərbaycanca:

Oral seksÇaldıran döyüşüCəlil MəmmədquluzadəÜmumi Daxili MəhsulKubHeydər ƏliyevZərf (qrammatika)SolitonMilli Müdafiə Universiteti (Azərbaycan)Azərbaycanda repressiya qurbanlarının siyahısı (1937-1938)Rövşən LənkəranskiAy təqvimiDövlət quruluşu formalarıFövqəladə vəziyyətAygün KazımovaEpizodOrxan SultanovQarabağ FKŞirvanşahlar sarayıTalassemiyaLiverpul FKQızdırmaMehriban ƏliyevaPişikXocalıAğdamın işğalıRəcəb Tayyib ƏrdoğanAzərbaycanlılarDünya əhalisiFizikaİsaak NyutonAzərbaycan milli geyimləriGinnesin Rekordlar KitabıPavel SisianovGəncə qalasıİnsultDağlıq Qarabağ Muxtar VilayətiAğ atlı oğlan (film)Əli XameneiRum rəqəmləriElxan ElatlıSadə ədədTeylor SviftSuHeydər Əliyevin 100 illiyi (1923–2023) yubiley medalıSuçiçəyiXeyirxahlıqZaqatala rayonuSintaktik əlaqələrAmerika Birləşmiş Ştatları prezidentlərinin siyahısıYaponiyaSahə (ölçü parametri)Qara daşların sakinləri (film, 1991)PulAzərbaycanTürk xalqlarıDövlət Sosial Müdafiə FonduHeydər Əliyev MərkəziDəllək MuradTəravih namazıTamamlıqÇexiyaİrəvan xanlığıMübtədaNeft DaşlarıFövqəladə Hallar Nazirliyi (Azərbaycan)LimonPiramida (həndəsə)Azərbaycanın inzibati bölgüsüKönül XasıyevaBeynəlxalq İnkişafa Yardım Agentliyi (Azərbaycan)AdəmÇoxluqlarSayİlanlarQızılcaSəməndər Rzayev🡆 More