Avropa İqtisadi Birliyi

Avropa İqtisadi Birliyi (qısaca: AİB) — Təşkilata üzv olan ölkələr arasında iqtisadi inteqrasiyanı yaratmaq üçün qurulmuş regional təşkilat.

Avropa İqtisadi Birliyi
Avropa İqtisadi Birliyi
Yaranma tarixi 1 yanvar 1958
Ləğvolma tarixi 1993
Mərkəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1957-ci ildə Roma Müqaviləsi və altı ölkənin iştirakı ilə (Almaniya, İtaliya, Hollandiya, Belçika, LüksemburqFransa) Avropa İqtisadi Birliyi və yenə eyni ildə Avropa Atom Enerji Topluluğu quruldu. Bu üç topluluq qanunvericilik nöqtəsindən ayrı, siyasi cəhətdən isə vahid bir təşkilatdır. Üç topluluğun da ümumi iqtisadi hədəfi, iqtisadi fəaliyyətlərin müntəzəm inkişafı, daimi və nizamlı iqtisadi böyümə, yaşayış standartının artırılması, yüksək bir məşğulluq səviyyəsi, iqtisadi və valyuta istikrarı idi. 1960-cı illərin sonlarında Avropa İqtisadi Birliyi çərçivəsində vahid Gömrük İttifaqı yaradılmış, gömrük rüsumları ləğv olunmuş, qarşılıqlı ticarətdə kəmiyyət məhdudiyyətləri ləğv olunmuş, üçüncü tərəfə qarşı ümumi gömrük tarifləri müəyyənləşdirilmişdir. Avropa İqtisadi Birliyinin uğuru Böyük Britaniya, Danimarkaİrlandiyanın Birlik üzvlüyünə müraciət etməsinə səbəb oldu. Fransanın 1961-ci ildə və 1967-ci ildə iki dəfə veto hüququnu istifadə etdiyi çətin bir dövrdən sonra bu üç ölkə 1972-ci ildə üzvlüyə qəbul edildilər. Üzv dövlət sayını altıdan doqquza yüksəldən ilk genişlənmə ilə birlikdə Birlik sosial və regional mövzularda üzərinə götürdüyü məsuliyyətlərlə yeni bir nüfuz qazandı. 1973 və 1979-cu illərdəki iki neft böhranı dünya səviyyəsində pulun qeyri-sabitliyini daha da artırdı. 1979-cu ildə Avropa Pul Sisteminin dövriyyəyə girməsi valyuta məzənnələrinin sabitləşməsinə kömək etdi. Birlik 1981-ci ildə Yunanıstanın, 1986-cı ildə də İspaniyaPortuqaliyanın qatılmaları ilə cənuba doğru genişləndi. Avropa İqtisadi Birliyində 1992-ci ilədək vahid daxili bazarın formalaşdırılması prosesi başa çatdı. Avropa İqtisadi Birliyinin məqsədi, əvvəlcə Gömrük İttifaqı və müştərək bazar, daha sonra da bir çox milli siyasətin koordinasiyası və müştərək siyasətlər ilə iqtisadi birliyə nail olmaqdır. 1993-cü ildə Maastrixt sazişi qüvvəyə minmiş və Avropa İqtisadi Birliyi rəsmən Avropa Birliyi adlandırılmışdır.

Üzv Dövlətlər

Bayraq Dövlət Üzvlük Tarixi Dil Valyuta Əhalisi
(1990)
Avropa İqtisadi Birliyi  Belçika 25 mart 1957 niderland, fransızalman Belçika frankı 10.016.000
Avropa İqtisadi Birliyi  Böyük Britaniya 1 yanvar 1973 ingilis Funt sterlinq 57.681.000
Avropa İqtisadi Birliyi  Yunanıstan 1 yanvar 1981 yunan Yunan dirhəmi 10.120.000
Avropa İqtisadi Birliyi  Danimarka 1 yanvar 1973 danimarka Danimarka kronu 5.146.500
Avropa İqtisadi Birliyi  Qərbi Almaniya 25 mart 1957 alman Alman markası 63.254.000
Avropa İqtisadi Birliyi  İrlandiya 1 yanvar 1973 irlandingilis İrlandiya funtu 3.521.000
Avropa İqtisadi Birliyi  İspaniya 1 yanvar 1986 ıspan ispan pezeti 38.993.800
Avropa İqtisadi Birliyi  İtaliya 25 mart 1957 italyan İtaliya lirəsi 56.762.700
Avropa İqtisadi Birliyi  Lüksemburq 25 mart 1957 fransız, almanLüksemburq Lüksemburq frankı 384.400
Avropa İqtisadi Birliyi  Hollandiya 25 mart 1957 niderland Niderland quldeni 14.892.300
Avropa İqtisadi Birliyi  Portuqaliya 1 yanvar 1986 portuqal Portuqal eskudosu 9.862.500
Avropa İqtisadi Birliyi  Fransa 25 mart 1957 fransız Fransız frankı 56.718.000

İstinadlar

Mənbə

  • Politologiya. İzahlı lüğət. Bakı,2007. səh.22

Tags:

Avropa İqtisadi Birliyi TarixiAvropa İqtisadi Birliyi Üzv DövlətlərAvropa İqtisadi Birliyi İstinadlarAvropa İqtisadi Birliyi MənbəAvropa İqtisadi Birliyi

🔥 Trending searches on Wiki Azərbaycanca:

Rənglər siyahısıNanə Ağamalıyevaİlk tibbi yardımQoşma (qrammatika)Mart soyqırımıHacı Zeynalabdin ŞirvaniŞəmkir rayonuIP ünvanıOrxan SultanovÇevrəNikol PaşinyanQan qrupuFüzuli rayonuAzərişıqOmonimQızılFövqəladə Hallar Nazirliyi (Azərbaycan)AySözün həqiqi mənasıŞöhrət ordeni (Azərbaycan)ƏlcəzairDron hücumuAnalar GünüKəmaləddin HeydərovAzərbaycan İkinci Dünya müharibəsindəVikipediyaƏdliyyə Nazirliyi (Azərbaycan)Birinci Dünya müharibəsiKub metrZərf (qrammatika)Azərbaycan tarixiGöytürk xaqanlığıÇaldıran döyüşüAminturşularÖlçü vahidləriMasturbasiyaSürücülük vəsiqəsiİslam peyğəmbərləriŞir (astrologiya)MingəçevirYaponiyaAbbasqulu ağa BakıxanovSeyid Əzim Şirvani2024BalaəliII Mehmedİngiltərə tarixiAzərbaycan Respublikasının KonstitusiyasıHüseyn CavidBəxtiyar VahabzadəŞri-LankaAlov qüllələriKlaviaturaTrapesiyaAldanmış kəvakibCəfər CabbarlıƏziz Əliyev (dövlət xadimi)RusiyaQulançarNazirlər Kabineti (Azərbaycan)Kompüter şəbəkəsiHacı ŞahinYəhudilərRozmarinOxatan (astrologiya)Ramiz ZeynalovSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətiŞimali AmerikaBMWAzərbaycan Sovet Sosialist RespublikasıNağılRamil UsubovHafiz PaşayevAsiya ölkələrinin siyahısıFərid ƏhmədovKompüter oyunuAzərbaycan muzeylərinin siyahısı🡆 More