20 Yanvar Şəhidi Abbas Qasımov

Abbas Qasımov (tam adı: Abbas Şəmməd oğlu Qasımov; 10 iyun 1966, Balıqlı, Amasiya rayonu, Ermənistan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.

Abbas Qasımov
Abbas Şəmməd oğlu Qasımov
20 Yanvar Şəhidi Abbas Qasımov
Doğum tarixi
Doğum yeri Balıqlı, Amasiya rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi (23 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi "20 Yanvar Şəhidi"
Dəfn yeri Şəhidlər Xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ
Atası Şəmməd Qasımov
Anası Zöhrə Abdalova
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Günəmuzd işçi

Həyatı

Abbas Qasımov 1966-cı il iyunun 10-da Ermənistan SSR, Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. Abbasın 3 yaşı olanda atası vəfat etmişdir.

1988-ci ilin aprelində azərbaycanlıların kütləvi şəkildə Ermənistandan qovulması səbəbindən ailəsi doğma yurd-yuvasından didərgin düşmüş və Bakıya köçmüşdur. Köçmə zamanı evlərinin əşyaları yüklənmiş "Kamaz" maşını Gürcüstan istiqamətilə gedərkən aşmış, həmin maşında olan Abbas təsadüf nəticəsində sağ qalmışdır.

Heç yerə işə düzələ bilmədiyindən müxtəlif yollarla günəmuzd çalışırdı (vaqon boşaltmaq, yük daşımaq, fəhləlik).

2 qardaşı, bir bacısı olmuşdur. Subay idi.

Qanlı Yanvar faciəsi

Həmin gün təxminən gecə saat 12-də bibisi oğlu[1] ilə evdən çıxmışdır. XI Qızıl Ordu meydanına çatar-çatmaz işıqlar söndürülmüş və hərbçilər dinc əhalini atəşə tutmuşlar. Abbas yaralanmış, təxminən saat 3-də Respublika xəstəxanasına gətirilmişdir. O vaxt xəstəxananın işıqları söndürüldüyündən, üzərində cərrahiyyə əməliyyatı şam işığında aparılmışdır. Gətirildikdən 4 saatdan sonra vəfat etmişdir.

Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Qeydlər

  1. ^ Rafiq Səməndər öz kitabında Abbasın 2 bibisi oğlu ilə çıxdığını qeyd etmişdir.

Həmçinin bax

İstinadlar

Tags:

20 Yanvar Şəhidi Abbas Qasımov Həyatı20 Yanvar Şəhidi Abbas Qasımov Qanlı Yanvar faciəsi20 Yanvar Şəhidi Abbas Qasımov Qeydlər20 Yanvar Şəhidi Abbas Qasımov Həmçinin bax20 Yanvar Şəhidi Abbas Qasımov İstinadlar20 Yanvar Şəhidi Abbas Qasımov10 iyun1966199020 yanvarAmasiya rayonuAzərbaycan Sovet Sosialist RespublikasıBakıBalıqlı (Amasiya)Ermənistan Sovet Sosialist RespublikasıQara YanvarSovet Sosialist Respublikaları İttifaqı

🔥 Trending searches on Wiki Azərbaycanca:

FizikaNidaNovruz bayramıFövqəladə Hallar Nazirliyi (Azərbaycan)SerbiyaMübariz İbrahimovQubaRənglər siyahısıQoşma (qrammatika)ƏlifbaKimyəvi elementYusif MustafayevBağlayıcıİnformasiyaTürkiyə prezidentiII MehmedQafiyəBalıqCəbrayılın azad edilməsiElm və Təhsil Nazirliyi (Azərbaycan)Elçin BabayevAzərbaycan milli-mənəvi dəyərləriGinnesin Rekordlar KitabıSayYassin BenziaƏvəzlikQida zənciriİlham ƏliyevQarabağEverestÖlkə paytaxtlarının siyahısıMədət QuliyevOn iki imamADA UniversitetiAlov qüllələriOmonimNaftalanTəbiətDüzbucaqlıAssosiasiyaGöbələklərDəllək MuradSaitÇinKubSumqayıtEldar MahmudovQədim RomaVəfa ŞərifovaRamazan bayramıAzərbaycanda təhsilAzərbaycan Sovet Sosialist RespublikasıTessa VertyuPənahəli xanModal sözlərİngilis diliKamran ƏliyevFacebookÖvrə xəstəliyiTeylor SviftAzərbaycan Xalq Cümhuriyyətinin Milli OrdusuDördbucaqlıHepatit BBelarusSintaktik əlaqələrMəhəmmədİslamQəbələ rayonuHüseyn ibn ƏliƏnvər MəmmədxanlıZakir HəsənovBöyük BritaniyaQan qrupuAyaz MütəllibovSahələrinə görə ölkələrin və ərazilərin siyahısıLütfi Zadə🡆 More