Ürək Transplantasiyası

Ürək (köçürülməsi) transplantasiyası — xəstənin (resipiyentin) ürəyini donor ürəyi ilə əvəz etmək üçün cərrahi əməliyyat.

Digər əməliyyatların mümkün olmadığı və ya son dərəcə riskli olduğu və ürək transplantasiyası olmadan gözlənilən ömür uzunluğunun aşağı olduğu ağır ürək xəstəlikləri üçün göstərilir. Bu vəziyyətdə xəstənin öz ürəyi çıxarıla (ortotopik transplantasiya) və ya saxlanıla bilər (heterotopik transplantasiya).

Ürək Transplantasiyası
Donor ürəyinin xəstənin döş qəfəsində yerləşdirilməsi (biatrial texnika)

Dünyada hər il təxminən 3500 ürək transplantasiyası əməliyyatı həyata keçirilir. Əməliyyatdan sonrakı sağ qalma müddəti orta hesabla 15 ildir.

Ürək transplantasiyası ürək-damar xəstəliklərinin müalicəsi hesab edilmir, daha doğrusu, xəstənin həyat keyfiyyətini yaxşılaşdırmağa və uzatmağa yönəlmiş müalicədir.

Tarixi

Ürək Transplantasiyası 
Transplantasiya gözləyən döyünən ürək

Amerikalı tibb tədqiqatçısı Saymon Fleksner ürək transplantasiyasının mümkünlüyünü ilk qeyd edənlərdən biridir. O, 1907-ci ildə “Patologiyanın tendensiyaları” adlı məqalədə, bir gün xəstə insan orqanlarını, o cümlədən damar, mədə, böyrəkürəyi cərrahi yolla əvəz etmək mümkün olacağını bildirmişdi.

Missisipi Universiteti Tibb Mərkəzindən Ceyms D. Hardi insan donor ürəyi olmadığı üçün 24 yanvar 1964-cü ildə ölmək üzrə olan Boyd Raşın sinəsinə şimpanzenin ürəyini köçürmüşdür. Bu ürək Raşın sinəsində 60-90 dəqiqə döyünür (mənbələr fərqlidir) və sonra Raş özünə gəlmədən ölür.

Hardi bir il əvvəl dünyada ilk insandan insana ağciyər transplantasiyasını həyata keçirən cərrahdır.

İlk uğurlu insan ürəyi transplantasiyası 3 dekabr 1967-ci ildə Kristian Barnard (Cənubi Afrika) tərəfindən həyata keçirilmışdir. Əməliyyat Cənubi Afrikanın Keyptaun şəhərindəki Qrut Şur xəstəxanasında aparılıb. Avtomobil qəzasında dünyasını dəyişən 25 yaşlı Denis Darvalın ürəyi sağalmaz ürək xəstəliyindən əziyyət çəkən 55 yaşlı Lui Vaşkanskiyə köçürülmüşdür. Əməliyyatın qüsursuz aparılmasına baxmayaraq, Vaşkanski cəmi 18 gün yaşayıb və ikitərəfli pnevmoniyadan dünyasını dəyişib.

2022-ci il yanvarın 7-də 57 yaşlı Devid Bennetta Merilend Universiteti Tibb Mərkəzində geni redaktə edilmiş donuz ürəyi transplantasiyası edilən ilk insan oldu. Bennett iki ay sonra, 8 mart 2022-ci ildə Merilend Universiteti Tibb Mərkəzində vəfat etdi.

Transplantasiya edilmiş ürəklə yaşayan ömür rekordu Tony Huqhesmana məxsusdur - o, bu əməliyyatdan sonra 30 ildən çox yaşayıb və dəri xərçəngindən dünyasını dəyişib.

Cərrahi texnika

Ürək Transplantasiyası 
Xəstənin döş qəfəsində bikaval metodu ilə köçürülmüş ürək

Hal-hazırda ürək transplantasiyası üçün bir çox variantlar hazırlanmışdır, lakin onlardan yalnız ikisi geniş istifadə olunur: biatrial (iki atrial) və daha müasir bikaval texnikaları.

Güman edilir ki, bikaval texnikasından istifadə ürək transplantasiyasından sonra xəstədə ritm və keçiricilik pozutuları riskini azalda bilər.

Əks göstərişləri

Mütləq əks göstərişlər

Nisbi əks göstərişlər

Ürək transplantasiyasına ehtiyacı olan, lakin uyğun olmayan xəstələr süni ürək və ya sol mədəciyin köməkçi cihazı (Left Ventricular Assist Device - LVAD) üçün namizəd ola bilərlər.

Fəsadları

Potensial ağırlaşmalara daxildir:

  • Əməliyyatdan sonrakı ağırlaşmalara infeksiya, sepsis daxildir. 2011-ci ildə cərrahi əməliyyatından sonra ölüm 5-10% təşkil etmişdir.
  • Kəskin və ya xroniki transplantın rəddi
  • Ürəyin alloqreft vaskulopatiyası
  • Atriyal aritmiya
  • Lenfoproliferativ bədxassəli şiş
  • İmmunosupressiv dərmanlar səbəbindən ikincil infeksiya riskinin artması
  • Antitimosit qlobulinin səbəb olduğu serum xəstəliyi
  • Tricuspid qapaq regurgitasiyası. Təkrarlanan endomiyokardial biopsiya səbəb ola bilər
  • Qanaxma və tromboz

Həmçinin bax

Ədəbiyyatı

İstinadlar

Xarici keçidlər

Tags:

Ürək Transplantasiyası TarixiÜrək Transplantasiyası Cərrahi texnikaÜrək Transplantasiyası Əks göstərişləriÜrək Transplantasiyası FəsadlarıÜrək Transplantasiyası Həmçinin baxÜrək Transplantasiyası ƏdəbiyyatıÜrək Transplantasiyası İstinadlarÜrək Transplantasiyası Xarici keçidlərÜrək TransplantasiyasıCərrahiyyəDonorHəyatTransplantasiyaÜrək (insan)

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya AktıMəhdud məsuliyyətli cəmiyyətVüsal Kazımov (baş leytenant)EverestRozmarinBMWNəsirəddin TusiƏli NurNəsib QuliyevBakteriyalarGöbələklərİyulRiyaziyyatAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiMisir ehramlarıRoma imperiyasıAzərbaycan operasıAğcabədi rayonuFaizSintaktik əlaqələrQərbi AzərbaycanQuba rayonuKamran İmanovEnerjiMirzə Ələkbər SabirElektrik cərəyanıGəmiAzərbaycanın sərhədləriQafqaz AlbaniyasıÜzeyir HacıbəyovTəşbehVenera (planet)Unitar dövlətBaş Prokurorluq (Azərbaycan)Bermud üçbucağıRövşən LənkəranskiAmoksisillinAğaməhəmməd şah QacarZərifə ƏliyevaTamamlıqQaçışAy təqvimiSaitOxatan (astrologiya)SəhraTürk Dövlətləri TəşkilatıQızıl yel xəstəliyiŞəkilçiHikmət HacıyevXəritəMarketinqNadir şahPiramida (həndəsə)İmişli rayonuSentyabrCümlənin ikinci dərəcəli üzvləriCanavarQitəSahə (ölçü parametri)Uşaqlıq (anatomiya)GünəşBakıda yerləşən abidələrin siyahısıHeydərbaba dağıMəleykə ƏsədovaƏrəb xilafətiDaxili İşlər Nazirliyi (Azərbaycan)GöygölCinsi əlaqəFiruzə İbadovaJalə ƏhmədovaAzərbaycanda təhsilDünyanın yeddi möcüzəsiSourBöyük QafqazVikipediyaAzərbaycanın təbii sərvətləriPrezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)🡆 More