İnsan: Homo sapiensin ümumi adı və həmin növün yeganə mövcud növü (p31)

İnsan və ya adam, həmçinin müasir insan (taksonomik adıyla Homo sapiens) — dik duruşa, nisbətən inkişaf etmiş beyinə, mücərrəd düşünmə qabiliyyətinə, danışma (dil istifadə etmə) qabiliyyətinə sahibdir.

Bu qabiliyyətləri dünyadakı digər növlərdən fərqli olaraq istifadə məqsədi geniş alətlər istehsalına imkan yaratmışdır. Özünün fərqində olması, rasionallığı və zəkası kimi yüksək səviyədə düşünməsini təmin edən xüsusiyyətlər insanı "insan" edən xüsusiyyətlər olaraq sayılmaqdadır.

İnsan
İnsan: Təkamül, İnsan vücudu, Taksonomiya
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Təkamül

İlk insanabənzər canlı

İnsanın əcdadı ilə əlaqədar çalışmalar daha çox Homo cinsi ətrafında cəmləşsə də, sıxlıqla Australopithecus kimi digər hominid və homininləri də əhatə edir. Fosil qeydlərinə görə anatomik olaraq müasir insan tərifinə uyğun olan ən qədim fosillər 195 000 il əvvələ aiddir və Afrikada tapılıb. Müasir tipdə Homo sapiens altnövünün ilk irqi olan kromanyon insanı isə günümüzdən 50 min il öncə ortaya çıxmışdır. İnsanın təkamülünə dair qəbul görən başlıca iki fərziyyə vardır. Bunların birincisi müasir insanın Afrikada ortaya çıxıb dünyaya yayıldığını önə sürən "tək mənşə" fərziyyəsi, digəri isə fərqli bölgələrdə təkamül edərək müasir insana çevrildiyini önə sürən "çoxlu bölgə " fərziyyəsidir.

Müasir insanın və digər insanabənzər meymunların ilk ortaq əcdadı qəbul edilən iki ayaq üzərində dura bilən və gözləri irəli baxan canlının bundan təxminən 6.5 milyon il öncə Afrikada ortaya çıxdığı təxmin edilməkdədir. Bu canlının ağaclardan enib ayaq üstə durmağa başlamasının səbəbinin iqlim dəyişikliyiylə bağlı quraqlıq, qida qıtlığı və köç məcburiyyəti ola biləcəyi düşünülür. İnsanı formalaşdırmağa başlayan orqanik təkamülün elmi adı olan Antopogenez zamanımızdan təxminən 3,5 milyon il əvvəl başlamışdır. İnsan adı verdiyimiz başlanğıc nöqtəsi isə Homo cinsinin ortaya çıxması ilə olmuşdur.

Müasir insanın nəsli tükənməmiş ən yaxın qohumları adi şimpanzelər (Pan troglodytes) və bonobolardır (cırtdan şimpanze, Pan paniscus). Bu iki şimpanze növü və insan təxminən 6.5 milyon ildir fərqli bir təkamül cizgisi izləmələrinə rəğmən tamamlanmış gen xəritələrinə görə aralarındakı yaxınlıq sıçovul ilə siçan arasındaki yaxınlıqdan on qat daha çox, qohum olmayan iki insan arasındakı yaxınlıqdansa sadəcə 10 qat daha azdır. Bu iki şimpanze növü və insanın DNT-sinin 98,4%-i tamamilə eynidir.

Homo erectus

Bundan təxminən 1.8 milyon il öncə dik duran Homo erectus növü ortaya çıxmışdır. Tapıntılar Homo erectus '​un olduqca iri cüssəli olduğunu, ovçuluqla və ya leş yeyərək yaşadığını göstərir.

Homo neanderthalensis

Homo sapiens ilə bundan təxminən 250–300 min il öncə ortaya çıxan Neandertalın uzun müddət dünya üzərində birlikdə yaşadığı və bu iki növün bir-birləriylə qarşılaşdığına dair arxeoloji dəlillər mövcuddur. Digər fikirlər bu iki növün bir-birlərinin fərqli olduğunu anlamadan cütləşmiş ola biləcəyini, beləliklə də, bugünkü insanın əcdadında Neandertalların da olduğunu iddia edir. Çünki Asiyada tapılmış bir fosilin Neandertal və Homo sapiens növlərinin cütləşməsindən meydana gəldiyi anlaşılmışdır. Neandertalın sümük-skelet quruluşu müasir insanlardan olduqca fərqlidir. Neandertal insanının çənə sümüyündəki mandibular sümük kanalının quruluşu fərqləndirici bir xüsusiyyətdir. Neandertalın nəslinin necə kəsildiyi dəqiq olaraq bilinmir. Bəzi nəzəriyyələrə görə daha ağıllı və daha qabiliyyətli olan Homo sapiens tərəfındən yox edilmişlərdir.

Bu günə qədər gəlib çıxmış bir çox Neandertal fosili tapılmışdır. Bu səbəblə də haqqında ən çox məlumat əldə etdiyimiz hominid növüdür. Neandertalların nəsli təxminən 30.000 il öncə kəsilmişdir. Ancaq kiçik bir qisminin çox daha uzun müddət yer üzündə qalmış ola biləcəyi ehtimalı var.

İnsan vücudu

İnsan: Təkamül, İnsan vücudu, Taksonomiya 
Insan Anatomiyası
İnsan vücudunun komponentləri (60 kiloqramliq nümunə üzərindən)
Maddə Ağırlıq Atom % nisbəti
Oksigen 38.8 kq % 25.5 
Karbon 10.9 kq % 9.5 
Hidrogen 6.0 kq % 63.0 
Azot 1.9 kq % 1.4 
Digər 2.4 kq % 0.6 

İnsan alət istifadə edə bilməsini təmin edən, qolların sərbəst olduğu dik bir vücuda sahibdir. Beyni mücərrəd düşünmə, məna vermə, danışma və özünü müşahidə qabiliyyətlərinə sahibdir.

Alət istifadə edə bilməsi və zehninin xüsusiyyətləriylə insan digər canlılardan fərqlənir, təbiəti anlaya bilir, nəzarət altına ala bilir və öz məqsədləri üçün təbiətin güclərindən istifadə edə bilir.

İnsanın inkişaf mərhələləri

  • körpəlik (0–3 yaş)
  • uşaqlıq (3–12 yaş)
  • yeniyetməlik (12–21 yaş)
  • yetkinlik (21–65 yaş)
  • yaşlılıq (65 yaş və üzəri)

Taksonomiya

├─ Bitkilər
├─ Göbələklər
├─ Birhüceyrəlilər
├─ Bakteriyalar
└─ Heyvanlar

Həmçinin bax

İstinadlar

Tags:

İnsan Təkamülİnsan vücuduİnsan Taksonomiyaİnsan Həmçinin baxİnsan İstinadlarİnsanBeyinDilDüşüncəHomo sapiensTaksonomiya

🔥 Trending searches on Wiki Azərbaycanca:

YasəmənTelepatiyaFikrət ƏmirovHeydər Əliyev MərkəziMasonluqMehdi HüseynKompüterLimfa düyünləriRespublikaMolla Pənah VaqifXəmsəDövlət Sərhəd Xidməti (Azərbaycan)Qan qrupuNəriman NərimanovAllahMəhəmmədhüseyn ŞəhriyarBeynəlxalq təşkilatTərəzi (astrologiya)BağlayıcıSəudiyyə ƏrəbistanıUran (planet)Microsoft ExcelMart soyqırımıLimit (riyaziyyat)Dərman zəncirotuXaçmaz rayonuGədəbəy rayonuTürk xalqlarıDübəndi (geyim)Şirvanşahlar dövlətiMüxtəsər vurma düsturlarıCəbrNeft DaşlarıAzərbaycan Memarlıq və İnşaat UniversitetiNormativ hüquqi aktQarabağ FKNəsibə ZeynalovaKarles PuçdemonGoranboy rayonuMariya AntuanettaBakıda yerləşən abidələrin siyahısıXalqlar Dostluğu metrostansiyasıBalaca şahzadəRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan)Hacı ŞahinİspaniyaMarsRəcəb Tayyib ƏrdoğanAzərbaycan təbiətiSoyuq müharibəYupiter (planet)SayMultikulturalizmYuri QaqarinTatarlı (Goranboy)SilindrTabeli mürəkkəb cümləİlham ƏliyevTəbii fəlakətHemofiliyaDolça (astrologiya)Emin ƏmrullayevKoroğlu dastanıNizami GəncəviAbbasqulu ağa BakıxanovAzərbaycan Texniki UniversitetiTelekinezNəriman Həsənzadəİzotopİsgəndər QuliyevAzərbaycan Xalq CümhuriyyətiKoroğluLeyli və Məcnun (Nizami)KainatAvtomobilSait🡆 More