Quba Ərdəbil Məscidi: Quba şəhərində Fətəli xan küçəsi 113 ünvanında yerləşən XIX əsrə aid məscid.

Ərdəbil məscidi — Quba şəhərində Fətəli xan küçəsi 113 ünvanında yerləşən XIX əsrə aid məscid.

Məscid sovet işğalından sonra taxıl anbarı və arxiv kimi istifadə edilib. Binada baş verən yanğından sonra bir müddət istifadəsiz qalıb. Azərbaycan müstəqlliyini bərpa etdikdən sonra isə təmir edilib. Hazırda ibadətə açıqdır.

Ərdəbil məscidi
Quba Ərdəbil Məscidi: Quba şəhərində Fətəli xan küçəsi 113 ünvanında yerləşən XIX əsrə aid məscid.
Quba Ərdəbil Məscidi: Quba şəhərində Fətəli xan küçəsi 113 ünvanında yerləşən XIX əsrə aid məscid.Məscidin kitabəsi
Ölkə Quba Ərdəbil Məscidi: Quba şəhərində Fətəli xan küçəsi 113 ünvanında yerləşən XIX əsrə aid məscid. Azərbaycan
Şəhər Quba şəhəri
Yerləşir Fətəli xan küçəsi 113
Tikilmə tarixi 1894-1895
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

Ərdəbil Məscidi Fətəlixan, Ərdəbil və Şah İsmayıl Xətai küçələrinin kəsişməsində yerləşir. Cənub fasadında olan yazıda göstərilir ki, məscid hicri-qəməri təqvimi ilə 1312-ci ildə — miladi 1894–1895-ci illərdə tikilib. Bir iri otaqdan ibarət olan məscid, bişmiş kərpicdən tikilib. Məscidin içəri hissəsinin ümimi sahəsi 13x15 metrdir. Planda kvadrat olan abidə çadırvari örtüklə bitir. İbadət zalının planı düzbucaqlıdır. "Ərdəbil" məscidinin binası tamamilə bişmiş qırmızı kərpicdən tikilib. Məscid bir iri otaqdan ibarətdir. Tikili 4 üzlü prizma şəklindədir, 9 pəncərəsi, 1 qapısı var. Tavanı düzbucaqlı formadadır və taxta ilə işlənib. Tavan 4 taxta sütun üzərində dayanıb. İbadət zalı hər cərgədə 2 ədəd olmaqla iki cərgə sütunlarla üç hissəyə bölünüb. Mehrabın hündürlüyü 2,5 metrdir. Minbər doqquzpilləlidir və şam ağacından düzəldilib. Məscidin qadınlar şöbəsi ikinci mərtəbədə yerləşir. Sahəsi 3x15 metrdir. Yerdən məscidin günbəzinə qədər olan hündürlük 12 metrdir. Sovet işğalından sonra məscidin binasından anbar və arxiv binası kimi istifadə olunub.1980-ci illərdə elektrik xəttində baş vermiş qəza nəticəsində məscidin binası yanıb. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra məscid təmir edilib. Sonradan insanlar tərəfindən köməkçi otaqlar, dəstamaz almaq üçün ayrıca yer tikilmiş, məscidin ətrafına hasar çəkilmişdir. Hazırda məscid ibadətə açıqdır.

Həmçinin bax

İstinadlar

Tags:

Aprel işğalıMəscidQuba

🔥 Trending searches on Wiki Azərbaycanca:

KonusEpitetSemiramidanın asma bağlarıPasxaSıra sayıXəmsəAytən Səfərovaİslam peyğəmbərləriQərbi Azərbaycan mahallarıKoroğluFutbolİsveçKəmaləddin HeydərovMenstruasiyaFeilAzərbaycan (tarixi ərazi)Azərbaycanın iqlimiAzərbaycandakı ən yüksək dağ zirvələriSıxlıqElçin HüseynbəyliRusiya imperiyasıAtropatenaAzərbaycan Tibb UniversitetiDövlət Sərhəd Xidməti (Azərbaycan)EkologiyaŞəkilçiŞöhrət ordeni (Azərbaycan)Məhəmmədhüseyn ŞəhriyarPaleolitAzərbaycan Hava YollarıQan qrupuGöl qurbağasıİmişli rayonuMariya AntuanettaƏhali sıxlığına görə ölkələrin siyahısıHikmət HacıyevVərəmAlbert AqarunovTarixİbtidai icma quruluşuLotu QuliHacı NuranGələrsən-Görərsən qalasıAzərbaycan mədəniyyətiİkinci Qarabağ müharibəsiTikTokMehdi HüseynzadəSabirabad rayonuKimyəvi elementFransaBitkiAzərbaycanın Qırmızı kitabına düşən quşlarÜçbucaqYol nişanlarıMuğamTürkiyəModal sözlərKəlmeyi-şəhadətFövqəladə Hallar Nazirliyi (Azərbaycan)Əhalisinə görə ölkələrin siyahısıSöz birləşməsiRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan)Müxtəsər vurma düsturlarıAnklavVoleybolAzərbaycan tarixiOktyabrMəxmərəkQızıl yel xəstəliyiGöyçə gölüYusif MustafayevHeyvanlarYasəmənAzərbaycan Texniki UniversitetiSiyavuş NovruzovAli Məclis (Naxçıvan)Avtomobilin tarixi🡆 More