Bakı əməliyyatı, Aprel inqilabı (azərb.
آ ﭘﺭﻳﻞ ﺍﻧﻘﻼﺑﯽ ), Aprel çevrilişi və ya Azərbaycanda sovet hakimiyyəti qurulması — Azərbaycan hökumətini devirmək və ölkədə Sovet hakimiyyətinin qurulması məqsədilə, XI Qırmızı Ordu və Volqa-Xəzər hərbi donanmasının Azərbaycan bolşevikləri ilə yaxın koordinasiyalanmış və həyata keçirilən hücum hərbi əməliyyatıdır. Bakı əməliyyatının planı Azərbaycan Kommunist (bolşeviklər) Partiyası (AK(b)P) liderləri olan Qafqaz cəbhəsinin komandiri Mixail Tuxaçevski və Hərbi İnqilab Şuranın üzvü Serqo Orconikidze tərəfindən hazırlanmışdı.
Bakı əməliyyatı | ||||
---|---|---|---|---|
Azərbaycan-Ermənistan müharibəsi (1918–1920),Rusiya vətəndaş müharibəsi | ||||
| ||||
Tarix | 27 aprel — 28 aprel 1920 | |||
Yeri | ||||
Səbəbi | Bakının vacib şəhər olması | |||
Nəticəsi | Azərbaycanın təslim olması, Azərbaycan Sovet Sosialist Respublikası elan edilməsi. | |||
Ərazi dəyişikliyi | Azərbaycan Xalq Cümhuriyyətinin süqutu | |||
Münaqişə tərəfləri | ||||
| ||||
Komandan(lar) | ||||
| ||||
Tərəflərin qüvvəsi | ||||
| ||||
1918-ci ildən sonra Azərbaycanda inqilab hərəkatı1918-ci ilin iyulunda Bakıda sovet hakimiyyəti devirilmişdi və sentyabrda Qafqaz islam ordusu tərəfindən tutulduqdan şəhər Azərbaycan Demokratik Respublikasının paytaxtı oldu. Ancaq bolşevik mövqeyində olan müxtəlif partiyalar və sosializm oriyentasiyasının ("Hümmət" və "Ədalət" təşkilatları) təşkilatları gizlin şəkildə hərəkət edirdi. Əvvəlcə onlar çox zəiflədilmişdilər. Yalnız 1918-ci il avqust-sentyabr aylarında Bakının alınması vaxtı 100 "Ədalət" üzvü öldürülmüş və 95 nəfəri əsir düşmüşdü, sağ qalanlar və həbsdən qaçanlar qeyri-leqal fəaliyyətə keçdilər. "Hümmət" təşkilatı Sovet hakimiyyətinin düşməsindən sonra demək olar ki, tam dağıdılmış oldu və yalnız 1918-ci ilin sonunda yenidən qurulmağa başlandı. "Hümmət"in bolşevik qanadından fərqli olaraq, onun demokratik qanadı Azərbaycanın müstəqillik bəyannaməsində iştirak edirdi və Milli Şurada şəxsi fraksiyasını yaratdı. 1918-ci ilin dekabrında öz işinə başlayan Azərbaycanın birinci parlamentində onun nümayəndələri (Səməd ağa Ağamalıoğlu, Əliheydər Qarayev, Əhməd bəy Pepinov, K. Camalbəyov, İbrahim Əbilov, Əkbər ağa Şeyxülislamov) Sosializm fraksiyasının üzvü oldular. Deputatlar Səməd ağa Ağamalıoğlu və Əliheydər Qarayev parlamentdə əhəmiyyətli rol oynadılar. Sosialist "Hümmət"in bəzi nümayəndələri 1920-ci ildə bolşeviklərə qoşuldular və ölkədə Sovet hakimiyyətinin qurulmasının aktiv tərəfdarı oldular. "Müstəqil Sovet Azərbaycanı" şüarıAzərbaycanda daxili siyasi vəziyyətSosial-iqtisadi mühitQəzalarda silahlı münaqişələrSiyasi böhranOrdunun parçalanmasıQiyam ərəfəsindəAK(b)P-inin yaranmasıHakimiyyət orqanlarının əleyhinə tədbirlər. Hökumət böhranıQiyama hazırlıqXI Qırmızı Ordunun gəlişi ərəfəsində1920-ci ilin yazında hərbi-siyasi vəziyyətƏməliyyat üçün hazırlıqQüvvələrXI Qırmızı OrduAzərbaycan xalq cümhuriyyətiHadisələrin xronikasıBakıda Aprel çevrilişiZirehli qatarların reydiXI Qırmızı Ordu BakıdaAzərbaycanda sovetləşmənin tamamlanmasıKamalçıların və türk zabitlərinin roluBirinci Dünya müharibəsi Osmanlı imperiyası üçün tamamilə fəlakətlə başa çatmışdı. Mudros barışıq müqaviləsinin imzalanmasından dərhal sonra Antanta dövlətləri keçmiş imperiyanın ən mühüm hərbi-strateji regionlarını, o cümlədən İstanbulu işğal etməyə və faktiki olaraq dövləti bölməyə başlamışdılar. Britaniya, Fransa, İtaliya qoşunları desant qoşunlarını çıxararaq ölkənin bir sıra ərazilərini işğal etmişdilər. 1919-cu ilin mayında Yunanıstan ordusu İzmirə desant endirdikdən sonra Türkiyədə komandir Mustafa Kamal Paşanın başçılığı ilə milli-azadlıq hərəkatı başlamışdır. Kamalçılar bu müharibədə Sovet Rusiyasından kömək almağa çalışırdı. İngilislərin "bolşevik" və "kamalist" inqilabları arasında kordon kimi istifadə etməyə çalışdıqları Cənubi Qafqaz dövlətləri onların arasında sədd rolunu oynayırdı. Hələ 1919-cu ilin noyabrında Azərbaycanın özündə olan türk zabitləri qeyri-qanuni toplantıya toplaşaraq Müsavat hökumətinə qarşı mübarizədə Kommunist Partiyasına bütün gücləri ilə dəstək verəcəklərini vəd etmişdilər. Müsavatçılara xidmət edən bəzi türklər, məsələn, 1919-cu ilin sonundan 1920-ci ilin əvvəllərində Lənkəran qarnizonunun əsas hissəsini təşkil edən Şirvan alayının zabiti Hulusi Məmmədzadə əsgərlər arasında sovet hakimiyyəti lehinə təbliğat aparırdılar. Britaniyanın antibolşevik "Qafqaz səddi" yaratmaq üçün qoşun göndərmək fikrində olmadığı və Türkiyənin milli-azadlıq hərəkatına cavab vermədiyi aydınlaşdıqdan sonra bu hərəkatın liderləri birmənalı olaraq bolşeviklərlə yaxınlaşmağa yönəlmişdilər. Mustafa Kamal Paşa 6 fevral 1920-ci il tarixli şifrəli mesajında Kazım Qarabəkir Paşaya belə bir "sədd"in Türkiyənin məhv edilməsi barədə plan olduğunu və bunun qarşısını almaq üçün kəskin tədbirlər görməyə məcbur olduqlarını bildirmişdir. O, ardınca qeyd etmişdir ki, "Şərq cəbhəsində rəsmi və ya qeyri-rəsmi formada səfərbər olunaraq "Qafqaz səddi"nin dağılmasına arxadan başlayın, təcili olaraq yeni Qafqaz hökumətləri, xüsusən də Azərbaycan və Dağıstan müsəlman hökumətləri ilə əlaqələr qurun, onların Antanta planına münasibətini öyrənin. Əgər Qafqaz xalqları bizə mane olmaq qərarına gəlsələr, onlara bolşeviklər ilə birgə hücum etməyə razılaşın …". Türkiyə Böyük Millət Məclisi Şərq Ordusunun komandanı, briqada generalı Kazım Qarabəkir Paşa 17 martda Xəlil Paşa və Nuru Paşaya yazdığı məktubda qeyd etmi.dir ki, Əbolşeviklərin Türkiyə sərhədləri yaxınlığında görünməsi üçün bolşeviklərin, hətta onların kiçik qüvvələrinin də Azərbaycana gələrək dərhal bütün Qafqazı zəbt etməsi lazımdır. Onlar azərbaycanlılarla birlikdə Türkiyə sərhədlərinə çataraq Türkiyənin maraqlarının lehinə oynayacaqlar. Azərbaycanda, Dağıstanda və Gürcüstanda bolşeviklərin hakimiyyətə gəlməsini təmin etmək çox faydalı olardı …". Türkiyə tərəfi Azərbaycanı ələ keçirmək üçün Xəlil Paşanın Dağıstanda formalaşdırdığı bölmələrdən istifadə etməyi təklif etmişdir. Qafqaz Vilayət Komitəsi qeyd etmişdir ki, "Xəlil Paşanın bizim bölmələrdən öndə gedəcək müsəlman bölüyünün komandiri kimi istifadə edilməsi, onun Azərbaycan hökumətində şöhrət qazanması və nüfuz sahibi olması yataqları və neft ehtiyatlarını məhv olmaqdan xilas edə bilər". Türkuyə Milli Hərəkatının İcraiyyə Komitəsi Bakıdakı bütün türklərə Qafqaz Vilayət Komitəsinin bütün əmrlərinə tabe olmaq barədə əmr vermişdir. 1920-ci ilin yazından başlayaraq Türkiyə kamalçılarının nümayəndələri Sovet Rusiyasının rəhbərliyi ilə təmasda olmuş, sonuncunu imperialist Antantaya qarşı mübarizədə müttəfiq hesab etmişdilər. Bu əlaqələr Azərbaycan vasitəsilə qurulmuşdu. RSFSR Xalq Xarici İşlər Komissarlığının illik məruzəsində qeyd edilmişdir ki, "onların bir qrup tərəfdarı çevrilişdə və inqilabçı Azərbaycan hökuməti tərəfindən rus qoşunlarının dəvət edilməsində töhfə vermişdilər". 1920-ci ilin iyun ayının əvvəlində RSFSR Xalq Xarici İşlər Komissarlığına Ankarada çağırılan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Kamal Paşanın adından RSFSR hökumətinə ünvanlanmış 26 aprel tarixli məktub daxil olmuşdur. Məktubda qeyd edilmişdir ki, Türkiyə "bütün məzlumları azad etmək üçün Sovet Rusiyası ilə birlikdə imperialist hökumətlərə qarşı mübarizə aparmağı, sovet dövlətləri dairəsinə daxil olsun deyə Azərbaycan Cümhuriyyətinə təsir göstərməyi öhdəsinə götürür, Qafqazda imperialistlərə qarşı mübarizədə iştirak etməyə hazır olduğunu bildirir və Türkiyəyə hücum edən imperialist düşmənlərə qarşı mübarizədə Sovet Rusiyasının köməyinə ümid etdiyini bildirir". Azərbaycanın sovetləşdirilməsindən bir qədər əvvəl, 15 aprel 1920-ci il tarixində Kazım Qarabəkir Paşa və Əli Ağa Şıxlinski 1919-cu ilin noyabrında Azərbaycan ilə Türkiyə arasında İstanbulda bağlanmış məxfi müqaviləyə əlavə olaraq qonşuları tərəfindən ona hücum ediləcəyi təqdirdə Azərbaycan tərəfinə Türkiyə tərəfindən hərbi yardımın göstərilməsini nəzərdə tutan məxfihərbi konvensiya imzalamışdılar. Buna baxmayaraq, reallıqda bunun heç bir təsiri olmamışdı. Əksinə, Xəlil Paşanın başçılıq etdiyi bir qrup türk zabiti Qızıl Ordu hissələrinin irəliləyişində fəal iştirak etmişdi. Onlar yerli əhali arasında təbliğat aparır, onları Qızıl Orduya müqavimət göstərməməyə çağırırdılar. Ajiotaj ölkədə qeyri-bolşevik əsas siyasi qüvvələrə də təsir etmişdi. Məsələn, türk casus və zabitlərinin inqilabçı Rusiya ilə inqilabçı Türkiyə arasında dəhliz yaradılması zərurəti barədə bəyanatları ittihadçılar və solçu müsavatçılara güclü təsir göstərmişdi. Məhəmməd Əmin Rəsulzadə yazırdı:
3 may 1920-ci ildə "Türkiyə kommunist bolşeviklərindən Azərbaycan xalqına" başlıqlı bəyanat yayılmışdır və burada azərbaycanlılara yeni hökuməti dəstəkləməyə çağırış edilmişdir. 14 avqustda Türkiyə Böyük Millət Məclisində çıxış edən qurumun sədri Mustafa Kamal Atatürk Qızıl Ordunun Şərq cəbhəsini yarması, Şimali Qafqazda maneəsiz irəliləməsi və Azərbaycanı işğal etməsi məsələsini "bizim hədəf təyinatı, təsirimiz və ləyaqətimiz" adlandırmışdır. Nəticələr
ReaksiyaAprelin 28-də San-Remo konfransında iştirak etmiş Azərbaycan nümayəndələri bu xəbəri alan kimi müttəfiq dövlətlərin Ali Şurasına, İtaliya hökumətinə və xarici dövlətlərin Romada olan səfirliklərinə suveren Azərbaycan dövlətinin Sovet Rusiyasının silahlı qüvvələri tərəfindən işğal olunduğu haqqında nota təqdim etdilər. Sülh konfransına verilmiş notada qeyd olunurdu: "Azərbaycan nümayəndələri ümid edirlər ki, Sülh konfransı müstəqilliyin bərpa olunmasında Azərbaycana köməklik göstərəcəkdir". Bu məzmunda notalar və müraciətlər dəfələrlə Millətlər Cəmiyyətinə, dünya siyasətini müəyyən edən dövlətlərə verildi. Lakin bunların elə bir əhəmiyyəti olmadı. Antanta ölkələri Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsini sükutla qarşıladılar. Müstəqilliyi böyük dövlətlər tərəfindən tanınmış Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq münasibətlər sistemində iştirakı Aprel işğalı ilə sona çatdı. Onun Parisdəki nümayəndələri isə Azərbaycan siyasi mühacirlərinin ilk dəstəsinə çevrildilər. Tarixi əhəmiyyətiQaliblərin və "sinif düşmənlərinin" taleyiDaha sonrakı hadisələrHadisələrin qiymətləndirilməsiAprel işğalından 71 il sonra "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı"nda (1991-ci il, 18 oktyabr) bu tarixi təcavüzə siyasi qiymət verildi: "1920-ci il aprelin 27–28-də RSFSR-in XI Qırmızı Ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin". İrsiSovet hakimiyyətinin Azərbaycanda qurulması tarixinin şərəfinə, Bakının küçələrindən biri "28 Aprel" adını daşıyırdı. Bakı metropoliteninin stansiyası da eyni adı daşıyırdı. Mədəniyyətdə
Kinomatoqrafda
İstinadlarHəmçinin baxThis article uses material from the Wikipedia Azərbaycanca article Aprel işğalı, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses. Tags:Aprel Işğalı 1918-ci ildən sonra Azərbaycanda inqilab hərəkatıAprel Işğalı Azərbaycanda daxili siyasi vəziyyətAprel Işğalı Qiyam ərəfəsindəAprel Işğalı XI Qırmızı Ordunun gəlişi ərəfəsindəAprel Işğalı QüvvələrAprel Işğalı Hadisələrin xronikasıAprel Işğalı Kamalçıların və türk zabitlərinin roluAprel Işğalı NəticələrAprel Işğalı Hadisələrin qiymətləndirilməsiAprel Işğalı İrsiAprel Işğalı İstinadlarAprel Işğalı Həmçinin baxAprel IşğalıAzərbaycanAzərbaycan Kommunist (bolşeviklər) PartiyasıAzərbaycan diliBolşeviklərMixail TuxaçevskiSerqo OrconikidzeSovet Sosialist Respublikaları İttifaqıXI Qırmızı Ordu🔥 Trending searches on Wiki Azərbaycanca:İspaniyaAzərbaycan Beynəlxalq BankıAzərbaycanın daxili sularıAğqoyunlularŞöhrət ordeni (Azərbaycan)Tabesiz mürəkkəb cümlələrTürkmənistanBelarusMüstəqilliyin Bərpası Günü (Azərbaycan)AmoksisillinKorvalolPeyğəmbərKimyəvi elementMəsdərPulTalış xanlığıŞuşa rayonuUEFA Avro 2024VeysəloğluFeminizmAzərbaycanda prezident seçkiləri (2024)HamiləlikHacı RamilÜrək tutmasıSəfəvilərİstanbulQaraçılarBraziliyaAzərbaycan əhalisiHidrogenTonzillitİstismarNanə AğamalıyevaNiderlandI TəhmasibAlmaniyaAzərbaycanın dövlət bayramları və xüsusi günləriQaraciyərDolça (astrologiya)AvropaÜnsiyyətŞam namazıÇevrəSübh namazıLənkəranMəhəmməd peyğəmbərin evlilikləriI İsmayılMenecmentÇernobıl faciəsiCavanşir MəmmədovSəudiyyə ƏrəbistanıDuyğu orqanlarıMədə xərçəngiPsoriazRövnəq AbdullayevİsrailRamazanBir kərə yüksələn bayraq, bir daha enməzHəzm sistemiŞəfiqə AxundovaGöbələk xəstəliyiVergülMübtədaLeksikaƏli XameneiÇoxbucaqlıAşıq ZülfiyyəQuranAzərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısıQurban QurbanovZərdüştilikTünzalə AğayevaMədət Quliyevİmadəddin NəsimiEv pişiyi🡆 More |