Hacı Cəfər Məscidi

Hacı Cəfər məscidi — XIX əsrin əvvəllərində Azərbaycanın Quba şəhərində tikilmiş tarixi-memarlıq abidəsi.

Hacı Cəfər məscidi
Hacı Cəfər Məscidi
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Quba
Rayon Quba rayonu
Yerləşir Quba şəhəri, Ərdəbil küçəsi 62
Tikilmə tarixi XIX əsr
Üslubu islam memarlığı
Sahəsi 400 m²
İstinad nöm.4619
KateqoriyaMəscid
Əhəmiyyətiölkə əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il avqustun 2-də verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.Hacı Cəfər Məscidi

Haqqında

Hacı Cəfər məscidi 1905-ci ildə Quba şəhərinin mərkəzində tikilib. Şəhərin ən böyük məscididir, sahəsi 400m² təşkil edir. Deyilənə görə məscid Hacı Cəfər tərəfindən tikildiyinə görə onun adını alıb.

Hacı Cəfər Məscidi 
Məscidin qapısı

Şəhərin yaşlılarının dediklərinə görə Quba soyqırımında ermənilər qocaları, qadınları və uşaqları bu məscidə toplayıb diri-diri yandırmaq istəyiblər. Həmin vaxt məscidin axundu olmuş Hacı Baba bunun qarşısını alıb. Hacı Baba evində kimsəsiz erməni qızlarını öz qızları kimi böyüdüb, saxlayıb və bunu ermənilərə bildirib. Deyib ki, biz sizin qızlarınıza öz övladlarımız kimi baxırıq, əvəzində siz bizi öldürmək istəyirsiniz. Bundan sonra ermənilər insanları yandırmaqdan vaz keçirlər.

Sovet işğalında

Sovet işğalından sonra rəsmi sürətdə 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.

İşğaldan sonra məscid bağlanıb. 1930-cu illərdə məscidin günbəzi dağıdılıb. İlk dövrlər tələbə yataqxanası kimi istifadə olunsa da sonradan taxıl anbarı kimi istifadə olunub. Sonradan günbəz yerli əhalinin hesabına 1943-cü ildə bərpa edilib və 1944-cü ildən yenidən məscid kimi fəaliyyət göstərməyə başlayıb. Məsciddə həm şiələr, həm də sünnilər namaz qılırlar.

Müstəqillikdən sonra

Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Memarlığı

Bişmiş kərpicdən inşa olunmuş məscidin binası, 4 otaqdan ibarətdir. Məscid planda dördbucaqlı olub, əsas ibadət zalından və önündəki köməkçi otaqlardan ibarətdir. Məscidin əsas baş girişi şimal tərəfdəndir. Mehrab qapı ilə üzbəüz yerləşib. Əsas zalın ortasında tavan örtüyünü saxlamaq üçün iki ədəd sütun vardır. Qadınlar üçün ayrılmış kiçik zal ikinci mərtəbədə yerləşir. Məscidin günbəzi xaricdən ağ dəmir ilə örtülmüşdür. Məscidin şərəfi günbəzin üzərində yerləşir. Şərəfə çıxmaq üçün içəridə sağ tərəfdə pilləkənlər var. Mehrab sadə quruluşa malikdir və qoz ağacından düzəldilib. Məscidin mismardan istifadə edilməyərək hazırlanan qədim oyma naxışlı qapısı indiyənədək qorunub saxlanılıb.

Həmçinin bax

İstinadlar

Tags:

Hacı Cəfər Məscidi HaqqındaHacı Cəfər Məscidi MemarlığıHacı Cəfər Məscidi Həmçinin baxHacı Cəfər Məscidi İstinadlarHacı Cəfər MəscidiAzərbaycanQuba

🔥 Trending searches on Wiki Azərbaycanca:

MenstruasiyaTürk xalqlarıTəyyarəOxatan (astrologiya)Əhməd CavadDünya ölkələrinin pul vahidləriSeks yelləncəyiƏməliyyat sistemiBirinci Qarabağ müharibəsiAzərbaycan Sovet Sosialist RespublikasıAzərbaycan avtomobil dövlət qeydiyyat nişanlarıMirvariDünya ölkələrinin siyahısıVətən Müharibəsi Qəhrəmanlarının siyahısıAzərbaycan gerbiMir CəlalCənubi AzərbaycanAzərbaycanın təbii sərvətləriDəvəquşuUzun HəsənRoma imperiyasıVergiAzərbaycan memarlığıQədim MisirÖlkə paytaxtlarının siyahısıSual cümləsiOksigenTrapesiyaSüni intellektBumeranqFələstin DövlətiDağlıq QarabağBakteriyalarQurban bayramıİlanlarYazQəbələ rayonu25 aprelAğqoyunlularPilotsuz uçuş aparatıSəbuhi Məmmədov (baş nazir)Çilov adasıKenquruAzərbaycan əlifbasıXankəndiNatiq Qasımov (əsgər)Azərbaycan mədəniyyətiKöməkçi nitq hissələriDairəRusiya imperiyasıAzərişıqBakı kəndlərinin siyahısıTamamlıqİslamda oral seksNeftçi PFKZərdüştilikZəlzələAlbert EynşteynDinSahə (ölçü parametri)Bəxtiyar Vahabzadəİmadəddin NəsimiGöyçə mahalıTürkmənistanBöyük Fransa inqilabıGöl5 manatlıq əsginasQubaAzər-Türk BankQazaxıstanOğlaq (astrologiya)Xristianlıq100 manatlıq əsginasNovruz bayramıƏsrin müqaviləsiTürkiyə🡆 More