Zahid Bayram oğlu Əliyev (23 mart 1963, Şidli, Vedi rayonu, Ermənistan SSR, SSRİ – 19 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.
Zahid Əliyev | |
---|---|
Zahid Bayram oğlu Əliyev | |
Doğum tarixi | 23 mart 1963 |
Doğum yeri | |
Vəfat tarixi | 19 yanvar 1990 (26 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | |
Uşağı | İmarə Əliyeva |
Atası | Bayram Əliyev |
Milliyyəti | azərbaycanlı |
Zahid Əliyev 23 mart 1963-cü ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Vedi rayonunun Şidli kəndində anadan olmuş, orta məktəbi elə həmin rayonda bitirmişdir.
1980-ci ildə hərbi xidmətə çağrılmış, 1982-ci ildə hərbi xidməti başa vurmuşdur.
1988-ci noyabr-dekabr aylarında Ermənistandan, öz dədə-baba yurdlarından qovulanlar arasında Zahid və onun ailəsi də olmuşdur. Öz ailəsi ilə birgə Suraxanı rayonunda yerləşmişdir.
Ailəli idi. Bir qızı yadigar qalmışdır.
70 il Sovet imperiyasi tərkibində yaşayan Azərbaycan xalqi əsarət altinda yaşamaqdan bezib azadlıqa can atirdi. Azadlıq istəyən xalq dircəliş hərəkatina başlamışdı. Bakidakı hərəkatin iştirakçılarından biri də Zahid idi. Hər gün işdən çıxıb hərəkat iştirakçılarının yanina gedər, onlara ərzaq aparardi. 19 Yanvarda belə günlərdən biri idi. Olacaqlardan xəbərsiz axşam vaxtı işdən evə gəlmiş, ailəsi ilə biraz vaxt keçirtdikdən sonra hərakat iştirakçılarının yanina getdi.
Sovet hakimiyyəti azadliq istəyən xalqı susdurmaq və cəzalandırmaq məqsədi ilə XI Qızıl ordunu Bakıya göndərdi. Əliyalın xalq top atəşinə tutuldu. İşğalçı sovet əsgərlərinin tarixi cinayətinin Zahid günahsiz qurbani olaraq şəhidlik zirvəsinə ucaldı.
Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Suraxanı rayonunda yaşadığı küçəyə adı verilmişdir.
This article uses material from the Wikipedia Azərbaycanca article Zahid Əliyev (20 Yanvar şəhidi), which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.