Yusteyn Qorder (8 avqust 1952) Norveçli ziyalı, bir neçə roman, hekayə və uşaq kitablarının müəllifi.
Qorder, adətən, uşaqların gələcəyə baxışından, dünyanı qavramasından yazır. O, əsərlərində tez-tez hekayə içərisində hekayə üsulundan istifadə edir.
Yusteyn Qorder | |
---|---|
Jostein Gaarder | |
Doğum tarixi | |
Doğum yeri | Oslo, Norveç |
Uşağı | 2 |
Təhsili | |
Fəaliyyəti | müəllim, roman yazıçısı, filosof, uşaq ədəbiyyatı yazıçısı, ssenarist |
Fəaliyyət illəri | 1986-cı ildən |
Əsərlərinin dili | Norveç dili |
Janrlar | Uşaq ədəbiyyatı, elmi-fantastika |
Tanınmış əsərləri | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Qorder pedaqoq ailəsində doğulmuşdur. Anası İnqer Marqarit Qorder müəllim idi və uşaq kitabları yazarı idi. Atası Knut Qorder Osloda kollec direktoru işləyirdi. 1971-ci ildə Oslo Kilsə Məktəbini bitirdi. 1974-cü ildə evləndi. 1976 və 1983-cü illərdə 2 oğlu dünyaya gəldi. 1976-cı ildə Oslo Universitetində Skandinaviya dilləri, fəlsəfə tarixi və din tarixi fakültələrini oxuyub.
Onun ən məşhur əsəri "Sofinin dünyası" (Fəlsəfə tarixi haqqında roman) romanıdır. Bu populyar roman 53 dilə tərcümə olunmuş, 3 milyondan çox tirajla çap olunmuşdur. 1997-ci ildə o, həyat yoldaşı Siri Dannviq ilə birlikdə "Sofi mükafatı"nın əsasını qoyur. Bu mükafat beynəlxalq mühiti əhatə edir və hər il təltif olunur (100.000 ABŞ dolları). Mükafat adını romandan götürmüşdür.
This article uses material from the Wikipedia Azərbaycanca article Yusteyn Qorder, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.