Yenotabənzər It

Yenotabənzər it, yenot iti, Ussuri tülküsü və ya Ussuri yenotu, yenotka (lat.

Yenotabənzər it
Yenotabənzər It
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Yenotabənzər it
Beynəlxalq elmi adı

Xarici görünüşü

Yenotabənzər itlər orta ölçülü iltər hesab edilir. Bədəninin uzunluqları 65–80 sm, quyruqları 15–25 sm; çəkiləri isə 4–10 kq arası dəyişir. Bədəni alcaqdır. Pəncələri qısadır.

Yenotabənzər It 

Sifət quruluşu və xəzi baxımından Amerika yenotuna bənzəyir. Onurğa sütünu boyunca tünd zolaq gedir. Quyruğu qısadır, tüklüdür. Quyruğunda heç bir zolaq yoxdur. Albinizm müşahidə edilir

Yenotabənzər It 
Nyctereutes procyonoides növünün ayaq izləri

Yayılması

Onların təbii arealı Hind-Çin yarımadası, Çin, YaponiyaKoreya yarımadasının meşə və daş meşə zonalarıdır. Rusiyada isə əsasən uzaq şərqdə Amur vilayəti ərazisində müşahidə edilir. 1927–1957 illər ərzində ovçuluq məqsədi ilə 10 min Yenotabənzər it SSRİ-nin 76 vilayətinə buraxılmışdır. Asiya hissədə onlar yaşaya bilmədilər ancaq SSRİ-nin Avropa hisdəsində asanlıqla yayıldılar. Hətta SSRİ sərhədlərini keçərək Finlandiya, Çexiya, Rumıniya, PolşaAlmaniya ərazisinə yayılmışlar. 2013-cü ildə İsveç hökuməti yenotabənzər itlərin sayının azaldılması istiqamətində tədbirlər görür.[daha etibarlı mənbəyə ehtiyac var]

Həyat tərzi və qidalanması

Əsasən rütubətli meşə zolağında yaşayırlar. Yerləşim yerləri nadir hallarda yol kənarlarında və ya kəndlərin yaxınlığında olur. Onlar əsasən alayoranlıq və gecə həyatı sürürlər. Bəzi hallarda meşə daxilində yerləşən su tutarlarında və dəniz kənarı sularda görünürlər. Ov məqsədi ilə gün ərzində 7–10 kmyol qət edə bilirlər. Təhlükə zamanı itlər fəsiləsinə daxil olan canlılardan fərqli olaraq onlar dalaşmaq əvəzinə özlərini ölülüyə vururlar. Çox vaxt bu onları xilas edir.

Onlar istər ət istərsə ot yeyəndirlər. Yayda gəmiricilər, quşlar və onların yumurtaları, qurbağalar, böçəklərlə qidalanırlar. Payız ayları isə taxıl bitkiləri və giləmeyvələrlə qidalanırlar. Qışlamadan öncə çəkilərini iki kq artırırlar. Qış yuxusu dekabr-yanvardan fevral-marta qədər davam edir. Qış zamanı çəkiləri 25 % azalır.

Onların əsas düşmənləri canavarlar və vaşaqlardır. Onlarda quduz xəstəliyi geniş yayılmışdır.

Sosial quruluşu və çoxalması

Çüt şəkildə yaşayırlar. Çütlüklər oktyabr-noyabr ayları formalaşır. Boğazlıq müddəti 60 gün davam edir. Əsasən 6–8 maksimum isə 14–16 bala verirlər. Balaların yetişdirilməsində hər iki valideyn iştirak edir.

Yetkinlik yaşına 8–10 ayında çatırlar. Ömürləri 3–4 il davam edir.

Yarımnövləri

  • Nyctereutes procyonoides koreensis
  • Nyctereutes procyonoides orestes
  • Nyctereutes procyonoides ussuriensis
  • Nyctereutes procyonoides viverrinus

İncəsənətdə

Yenotabənzər itlər (Tanuki yap. ) yapon mifologiyasının əsas persanajlarındandır.

İstinadlar

Mənbə

Tags:

Yenotabənzər It Xarici görünüşüYenotabənzər It YayılmasıYenotabənzər It Həyat tərzi və qidalanmasıYenotabənzər It Sosial quruluşu və çoxalmasıYenotabənzər It YarımnövləriYenotabənzər It İncəsənətdəYenotabənzər It İstinadlarYenotabənzər It MənbəYenotabənzər ItLatın diliVikipediya:Qeyri-müəyyən ifadələrdən çəkinin

🔥 Trending searches on Wiki Azərbaycanca:

Ümumdünya cazibə qanunuAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıAşıq ZülfiyyəYeni Azərbaycan PartiyasıSadə cümlənin şəxsə görə növləri29 martGövhər QazıyevaUzunluq (fizika)Zəfər Günü (Azərbaycan)İslamCavad xanMəsdərVaqiə surəsiTuareqlərGəncə zəlzələsi (1139)Mirzə Fətəli AxundovNidaYouTubeQuranLeksikaAzərbaycan teatrıAtəşgah (Bakı)Azərbaycan şirkətlərinin siyahısıCavanşirlərSkelet (insan)BabəkAnarSübh namazıAzərbaycan RadiosuOrxan SultanovAzərbaycanda neft sənayesiGövhər ağaQarışqalarAzərbaycan kinosuNanə AğamalıyevaƏfqanıstanAzərbaycanın dövlət bayramları və xüsusi günləriGelati monastırıLeykozAzərbaycan gölləriAzərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanıVərəmXurşidbanu NatəvanMasturbasiyaİkinci Qarabağ müharibəsiSufizmRusiya imperiyasıAzərbaycan PrezidentiDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)TacikistanFutbolBirləşmiş Millətlər TəşkilatıƏmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiRiyaziyyatSilindrKriştiano RonaldoQızdırmaQızlıq pərdəsiKleopatraAtropatenaFacebookRahib Əliyev (aktyor)PlanetRövşən NəcəfQüslAzərbaycan Texniki UniversitetiADA UniversitetiMultikulturalizmDağlaləsi həyəcanıƏliağa ŞıxlinskiEgey dəniziHeyvanlarXBT-10 sinfinin siyahısıOsmanlı sultanlarının siyahısıQan qrupuTaleh Qaraşov🡆 More