Vəfadar Eminov

Vəfadar Eminov (tam adı: Vəfadar Osman oğlu Eminov; 1 may 1966, Kirəç Muğanlı, Marneuli rayonu, Gürcüstan SSR, SSRİ – 23 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.

Vəfadar Eminov
Vəfadar Osman oğlu Eminov
Vəfadar Eminov
Doğum tarixi 1 may 1966(1966-05-01)
Doğum yeri
Vəfat tarixi 23 yanvar 1990(1990-01-23) (23 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası Osman
Anası Tamara
Milliyyəti azərbaycanlı

Həyatı

1966-cı il mayın 1-də Borçalı mahalının Kirəc-Muğanlı kəndində anadan olmuşdur. 1983-cü ildə doğulduğu Kirəc-Muğanlı kəndində məktəbi bitirmiş, 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmuşdur. Universitetdə axşam şöbəsində oxuyur, 1 nömrəli tikiş fabrikində isə fəhlə işləyirdi.

Qanlı Yanvar faciəsi

Yanvarın 23-də təxminən gündüz saat bir radələrində yolüstü Qədirli adına xəstəxanaya gedib, yaralı dostuna baş çəkib və yaralılara vurulmaq üçün qan vermişdir. Xəstəxanadan çıxıb "Olimp" mağazasına tərəf piyada düşərkən güllələnmişdir. Şahidlərin sözlərinə görə, onlar Vəfadara güllələnəcəyi yerdən keçməməyi desələr də, Vəfadar həmin yerdən keçməyə çalışmışdır.

Vəfadarın sön sözü müxtəlif mənbələrdə müxtəlif cür qeyd edilsə də ("Yaşamaq istəyirəm, sağalacağammı?", "Ölmək istəmirəm.", "Ölürəm, qoymayın."), son sözü ilə ölmək istəmədiyini bildirmişdir. Lakin atılan güllə qaraciyərə dəymiş, nəticədə Vəfadar 4 litr qan itirmiş, 3 litr qan vurulsa da, aldığı xəsarətdən vəfat etmişdir.

Həlak olandan sonra cibindən çıxan sənədlər bunlardır: tələbə bileti, qiymət kitabçası, cib dəsmalı, pencəyinin düyməsi, "Qarabağ" siqareti (maraqlıdır ki, o, siqaret çəkməyib), "Azadlıq" qəzetinin ikinci nömrəsi və 30 qəpik pul. Bunlardan ancaq "Azadlıq" qəzeti qana bulanmışdır.

Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Xatirəsi

Haqqında 1997-ci ildə Sədaqət Davud qızı tərəfindən "Ömrə bağışlanan ömür" kitabı çap edilmişdir. Həmçinin, güllələndiyi yerə sonradan bulaq çəkilmişdir.

Həmçinin bax

İstinadlar

Tags:

Vəfadar Eminov HəyatıVəfadar Eminov Qanlı Yanvar faciəsiVəfadar Eminov XatirəsiVəfadar Eminov Həmçinin baxVəfadar Eminov İstinadlarVəfadar Eminov1 may1966199023 yanvarAzərbaycan Sovet Sosialist RespublikasıBakıGürcüstan Sovet Sosialist RespublikasıKirəç-MuğanlıMarneuli bələdiyyəsiQara YanvarSovet Sosialist Respublikaları İttifaqı

🔥 Trending searches on Wiki Azərbaycanca:

AnalogiyaUşaq hüquqlarıVəfa ŞərifovaBraziliyaHacı Zeynalabdin TağıyevTərtər rayonuPsixologiyaKamran ƏliyevMakedoniyalı İsgəndərAzərbaycanda UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısıEldənizlərElm və Təhsil Nazirliyi (Azərbaycan)Zülfiyyə XanbabayevaSolitonSahil BabayevKub metrCümlə üzvləriTrapesiyaƏməliyyat sistemiQədim Gəncə qalasıRus əlifbasıFəlsəfə9 (ədəd)Qoşma (qrammatika)İşıqforRedinq MuzeyiMüstəqillik Günü (Azərbaycan)Gelati monastırıAzərbaycandakı çayların siyahısıXarıbülbülBakı kəndlərinin siyahısıİsrail MəmmədovBeynəlxalq İnkişafa Yardım Agentliyi (Azərbaycan)MenstruasiyaVeysəloğluFuad İsgəndərovŞirvanşahlar dövlətiƏfsanəNaftalanVilayət EyvazovKor bağırsaqKəmaləddin HeydərovAnemiyaTəbrizAntarktidaBöyrəkDədə QorqudMolla Nəsrəddin (jurnal)AğciyərQuranDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)Yeni Azərbaycan PartiyasıAzərbaycan gerbiÜslubiyyat (Azərbaycan dili)Latın qrafikalı Azərbaycan əlifbasıYusif MustafayevYalQaraçılarİnsan penisiQüslMurovdağHeratNizami GəncəviLiverpul FKLənkəranCinsi əlaqəMöcüzələr adası (film, 1963)Hektarİnsan hüquqlarıOvçuluqBəhlul MustafazadəŞamaxıAmoksisillinDOST AgentliyiAzərbaycan Milli QvardiyasıHikmət MirzəyevDağlıq Qarabağın ətrafında Ermənistan işğalı altında olan Azərbaycan əraziləriCəmşid Naxçıvanski adına hərbi lisey🡆 More