Sergey Brin

Sergey Mixayloviç Brin (rus.

Larri Peyc ilə birlikdə Google-u yaratması ilə məşhurdur. Brin 2019-cu il dekabrın 3-də vəzifəsini tərk edənə qədər Google-un ana şirkəti Alphabet-in prezidenti olub. O və Peyc Alphabet-də həmtəsisçi, nəzarətçi səhmdar və idarə heyətinin üzvü olaraq qalırlar. 2023-cü ilin noyabrına olan məlumata görə, Brin Bloomberg Milyarderlər İndeksində 111 milyard dollar təxmin edilən xalis sərvəti ilə dünyanın 10-cu ən varlı adamıdır.

Sergey Brin
rus. Серге́й Миха́йлович Брин
Sergey Brin
Doğum tarixi 21 avqust 1973(1973-08-21)[…] (50 yaş)
Doğum yeri
Uşaqları 3
Təhsili
Fəaliyyəti informatik, ixtiraçı, icraçı direktor[d]
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Brin altı yaşında SSRİ-dən ABŞ-ə köçüb. O, riyaziyyatla yanaşı, kompüter elmləri də oxuyaraq atasının və babasının yolunu davam etdirib, Merilend Universitetində bakalavr dərəcəsini qazanıb. Bitirdikdən sonra kompüter elmləri üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün Stenford Universitetinə daxil olub. Burada birlikdə veb axtarış sistemi qurduğu Peyc ilə tanış olub. Proqram Stenfordda populyarlaşdı və onlar Susan Voycickinin Menlo-Parkda yerləşən qarajında Google-u yaratmaq üçün doktorantura təhsillərini dayandırdılar.

Erkən həyatı və təhsili

Sergey Mixayloviç Brin 21 avqust 1973-cü ildə Moskvada, rus-yəhudi ailədə anadan olub. Valideynlərinin hər ikisi Moskva Dövlət Universitetinin məzunu olub. Atası Merilend Universitetində təqaüdçü riyaziyyat professoru, anası isə NASA-nın Qoddard Kosmik Uçuş Mərkəzində tədqiqatçıdır.

Brin ailəsi Moskvanın mərkəzində, Sergeyin ata nənəsi ilə birlikdə üç otaqlı mənzildə yaşayırdı. 1977-ci ildə atası Polşanın paytaxtı Varşavada keçirilən riyaziyyat konfransından qayıtdıqdan sonra Mixail Brin ailənin mühacirətə getmə vaxtının yetişdiyini bildirdi. Onlar 1978-ci ilin sentyabrında rəsmi olaraq çıxış vizası üçün müraciət etmiş və nəticədə atası "təcili olaraq işdən çıxarılmışdır". Müvafiq səbəblərdən anası da işini tərk etməli oldu. Sonrakı səkkiz ay ərzində heç bir sabit gəliri olmayan, əksər otkazniklərdə olduğu kimi xahişlərinin rədd ediləcəyindən qorxaraq, gözlədikləri müddətdə müvəqqəti işlərdə işləmək məcburiyyətində qaldılar. 1979-cu ilin mayında onlara rəsmi çıxış vizası verildi və ölkəni tərk etməyə icazə verildi.

Brin ailəsi Vyana və Parisdə yaşayıb. Mixail Brin (atası) Anatole Katokun köməyi ilə Merilend Universitetində müəllim işləməyə başladı. Bu müddət ərzində Brin ailəsi HAIS-dən dəstək və yardım aldı. Onlar 1979-cu il oktyabrın 25-də ABŞ-ə köçdülər.

Brin Merilend ştatının Adelfi şəhərindəki Paint Branch Montessori Məktəbində ibtidai təhsil alıb, lakin əlavə təhsili evdə alıb. Merilend Universitetinin riyaziyyat kafedrasının professoru olan atası onu riyaziyyatı öyrənməyə təşviq etdi və ailəsi ona rus dili biliyini qorumaqda kömək etdi. Merilend ştatında Eleanor Ruzvelt Liseyində oxuyub. 1990-cı ilin sentyabrında Brin Merilend Universitetinə daxil oldu və 1993-cü ildə 19 yaşındə kompüter elmləri və riyaziyyat üzrə fərqlənmə diplomu və bakalavr dərəcəsi qazandı. 1993-cü ildə Mathematica-nın tərtibatçıları olan Wolfram Research-də təcrübə keçib.

Brin Stenford Universitetində kompüter elmləri üzrə magistratura təhsilinə 1995-ci ildə Milli Elm Fondunda kompüter elmləri üzrə magistr dərəcəsi almaqla başladı. 2008-ci ildən etibarən o, Stanforddakı doktorantura təhsilindən icazəli idi.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Tags:

Sergey Brin Erkən həyatı və təhsiliSergey Brin İstinadlarSergey Brin Həmçinin baxSergey Brin Xarici keçidlərSergey Brin197321 avqustAlphabetGoogleLarri PeycMoskvaRus diliSovet Sosialist Respublikaları İttifaqıd:Q92764İş adamı

🔥 Trending searches on Wiki Azərbaycanca:

Anton ÇexovAntonimSiyavuş NovruzovYunanıstanAzərbaycanın iqlimiOnurğa beyniBabək ƏləkbərovCinsi əlaqəMəhəmmədhüseyn ŞəhriyarBöyrəkSöz birləşməsiKub metrHamiləlikPsoriazRusiyaNərgiz PaşayevaAyQanBiologiyaMercedes-BenzMübariz İbrahimovAtəşgah (Bakı)KubSasanilər imperiyasıAzərbaycanın iqtisadi rayonlarıAzərbaycanın Milli QəhrəmanıPaleolitŞir (astrologiya)Uşaqlıq yolu (anatomiya)BanqladeşEldənizlərSevişməÇingiz AytmatovAğciyər xərçəngiBəxtiyar VahabzadəCavanşir Məmmədov (general)YazıElçin İbrahimliƏliQara YanvarKoroğlu metrostansiyasıAzərbaycan Memarlıq və İnşaat UniversitetiFellatioHidrogenKönül KərimovaDron hücumuManipulyasiyaVergülŞəmkir rayonuMülki müdafiəZeynəb XanlarovaInstagramAzərbaycan əlifbasıAzərbaycanda neft sənayesiAnar ƏləkbərovTamamlıqYusif MustafayevRafael HüseynovAbbasqulu ağa BakıxanovGənclik metrostansiyasıAytən SəfərovaXristianlıqSəlahəddin ƏyyubiQrup seksAlbert AqarunovFacebookDinƏsas nitq hissələriMüsavat PartiyasıVətən Müharibəsi Qəhrəmanlarının siyahısıHidayət HeydərovŞüalanmaElektrik cərəyanıAzərbaycanın Milli Qəhrəmanlarının siyahısıİslam peyğəmbərləriAvstraliya🡆 More