Sent-Ceyms Parkı

Sent-Ceyms parkı (ing.

James's Park) — Londonun mərkəzi hissəsində, Vestminsterdə yerləşən, "Londonun yaşıl zolağı"nın başlandığı 23 hektar sahəsi olan park. Park Müqəddəs kiçik Yakova həsr olunmuş cüzam xəstəxanasının adını daşıyan Sent-Ceyms bölgəsinin ən cənub nöqtəsində yerləşir.

Sent-Ceyms parkı
St. James's Park
Sent-Ceyms Parkı
Məlumatlar
Parkın tipi Şəhər parkı
Ölkə
Yerləşməsi Vestminster, London,
Böyük Britaniya Birləşmiş Krallıq
Koordinatları
Sahəsi 23 ha
Yaradılıb 1603
Tabeçiliyi The Royal Parks
Statusu ilboyu açıq
Ən yaxın ictimai nəqliyyat Metro:
St. James's Park
Westminster
Vağzal: Victoria
Saytı royalparks.org.uk/parks/…
Xəritədə yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafi yerləşməsi

Sent-Ceyms parkından qərbə doğru Qrin-park, Hayd-park və Kensinqton bağları uzanır. Parkın şimal hissəsində Sent-Ceyms sarayı, qərbində Bukingem sarayı, şərqində isə Xarici işlər nazirliyi yerləşir.

Tarixi

Sent-Ceyms parkı Londonun ən qədim parkı hesab olunur. 1532-ci ildə VIII Henrix ərazisindən Tiburn yeraltı çayı keçən bataqlığı İton kollecindən satın aldı. Bu ərazi Henrixin kardinal Uolsidən yenicə aldığı və sonradan Uaythol adlandırılan York-Pleysdən qərbə doğru uzanırdı. Kral buranı öz iqamətgahına çevirmək istəyirdi. 1603-cü ildə taxta çıxan I Yakov əmr etdi ki, parka su çəkilsin, abadlaşdırılsın və ekzotik heyvanlar, o cümlədən dəvə, timsah və fil gətirilsin. Həmçinin ekzotik quşlar parkdakı quş damlarında saxlanılırdı.

Sent-Ceyms Parkı 
Sent-Ceyms parkındakı Mavi körpüdən şərq istiqamətində mənzərə

II Karl Fransada sürgündə olduğu illərdə Fransa kral saraylarının gözəl işlənmiş gül bağçalarından təsirlənmişdi və onun taxta çıxmasından sonra, Sent-Ceyms parkı, böyük ehtimalla fransız landşaft dizayneri Andre Molle tərəfindən daha rəsmi stildə yenidən dizayn olundu. Bura 775x38 metr ölçüdə kanalın yaradılması da daxil idi. II Karl parkı ictimaiyyət üçün açdı və buranı daha çox qonaqları və məşuqələrini əyləndirmək üçün istifadə edirdi. Park həmçinin ekspromt çıxışlar məkanı kimi də məşhur idi. Bu haqda 2-ci Roçester qrafı Con Vilmot özünün "Sent-Ceyms parkında gəzinti" (A Ramble in St. James's Park) poemasında bildirir.

17-ci əsrin sonları - 18-ci əsrin əvvəllərində parka inəklər də buraxıldı və Zaxariya Konrad fon Uffenbaxın 1710-cu ildə təsvir etdiyi "Laktarian" dükanında təzə süd almaq mümkün idi.

18-ci əsrdə kanalın bir hissəsinin Atlı qarovullar parad meydanı üçün qurudulması və 1761-ci ildə kraliça Şarlotta üçün Mellin qərb ucunda yerləşən Bukingem evinin (indiki Bukingem sarayı) satın alınması parkın ətrafında baş verən yeni dəyişikliklər oldu.

1826-1827-ci illərdə gələcək kral IV Georq tərəfindən başladılan və memar, landşaft dizayneri Con Neşin rəhbərliyi ilə icra edilən yenidənqurma nəticəsində parkdakı kanala daha çox təbii göl görünüşü verildi və yollar romantik cığırlara çevrildi. Eyni zamanda, Bukingem evi bugünkü sarayın şəklini ala bilməsi üçün genişləndirildi və onun girişində Mərmər tağ tikildi, Mell böyük mərasim yoluna çevrildi və 60 il sonra, 1887-ci ildə ictimai nəqliyyat üçün açıldı, Mərmər tağ isə 1851-ci ildə öz indiki yerinə, Oksford-strit və Park-leynin kəsişməsinə köçürüldü və 1906-1924-cü illərdə onun yerində Viktoriya memorialı tikildi.

Qalereya

İstinadlar

Xarici keçidlər

Tags:

Sent-Ceyms Parkı Coğrafi yerləşməsiSent-Ceyms Parkı TarixiSent-Ceyms Parkı QalereyaSent-Ceyms Parkı İstinadlarSent-Ceyms Parkı Xarici keçidlərSent-Ceyms ParkıHektarLondonLondonun yaşıl zolağıVestminsterİngilis dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Əziz Əliyev (dövlət xadimi)Qarabağ xanlığıNapoleon BonapartAzərbaycan Ərəb xilafətinin tərkibindəMinatəmizləmə Agentliyi (Azərbaycan)PolşaMixael ŞumaxerSüleymaniAmerika Birləşmiş Ştatları tarixiBəylər EyyubovŞuşanın azad edilməsiCon Ceyms OdübonBir kərə yüksələn bayraq, bir daha enməzƏkizlər (astrologiya)Rəşad DağlıQuranDiana ƏhədpurMemento moriFonetikaAzərbaycan himniDairəNizami GəncəviBiologiyaMəhəmmədLeksikaNTərəzi (astrologiya)Azərbaycan Respublikasının xalq artistiMisirNoyabrAdolf HitlerTriqonometriyaİnformasiya təhlükəsizliyiMaterikDJ FatehMüslüm Maqomayev (bəstəkar)VergiCeyms CoysYaponiyaNovruzəli AslanovAzərbaycan manatıQurban bayramıBakı Dövlət UniversitetiTərbiyəQüvvə (fiziki kəmiyyət)İqtisadiyyatQuran surələrinin siyahısıNitqAlbert EynşteynİçərişəhərMəkrli (film, 2010)Fernan MagellanCəmşid Naxçıvanski adına hərbi liseyDurğu işarələriCeyms KobörnMürəkkəb cümləSosial işQubaAzərbaycan əlifbasıXlorid turşusuŞəkiEldar İbrahimovCümləAzərbaycan dövlət başçılarının siyahısıHəzi AslanovVulkanTolerantlıqİosif StalinHeydər Əliyev MərkəziOxatan (astrologiya)ŞirSilindr30 aprelƏkinçi (qəzet)🡆 More