Kelvinqrov Parkı

Kelvinqrov parkı (ing.

Parkda Kelvinqrov İncəsənət Qalereyası və Muzeyi yerləşir.

Kelvinqrov parkı
ing. Kelvingrove Park
Kelvinqrov Parkı
Məlumatlar
Ölkə
Yerləşməsi Qlazqo, Şotlandiya
Koordinatları
Sahəsi 34 ha
Yaradılıb 1852
Tabeçiliyi Qlazqo şəhər bələdiyyəsi
Statusu ilboyu açıq
Ən yaxın ictimai nəqliyyat Kelvinbric metro stansiyası
Xəritədə yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Park ingilis bağban Ser Cosef Pakston tərəfindən 1852-ci ildə "Vest End parkı" kimi yaradılmışdır. Qlazqo şəhər bələdiyyəsi əvvəllər Kelvinqrov və Vudlends məhəllələrini təmsil edən torpaqları, o vaxt £99,569 məbləğində satın almışdı. Park şəhərin qərb tərəfinin davamlı genişləndirilməsi, istirahət və şəhər mərkəzinin sürətlə xarabaya dönməsindən qurtarmaq üçün nəzərdə tutulmuşdur.

Böyük Sərgilər

Parkda 1888 Beynəlxalq Sərgi, 1901 Beynəlxalq Sərgi və 1911 Şotlandiya Sərgisi keçirilmişdir. Beynəlxalq sərgilər üçün parkda böyük və əzəmətli binalar, o cümlədən hind pavilyonu və rus restoran binası inşa olunmuşdur.

Coğrafi yerləşməsi və xüsusiyyətləri

Qlazqonun Vest Endində yerləşən parkın ölçüsü 34 hektardır. Heyvanlar üçün sığınacaq olan parkdan Kelvin çayı keçir. Parkın sahəsində boz vağ, qarabatdaq, balıqçıl, yaşılbaş ördəkböyük pazdimdik quşları, digər heyvanlardan isə qırmızı tülkü, qəhvəyi siçovul, adi sincabsusamuruna rast gəlmək olar. Parkı qərbini Qilmorhil və Qlazqo Universiteti, cənubunu Anderston və Partik rayonları, şərqini Çarinq Kross və şimalını Hilhed və Vudsayd rayonları əhatə edir. Bu mərkəzi yerləşmə, şəhərin mərkəzindən gedib-gələn insanlar tərəfindən nəqliyyata uğramadan populyar marşrut kimi işlənir.

Kelvinqrov parkı böyük bir təpənin konturu ətrafında oturur. Kelvinbridc metro stansiyası və avtobus marşrutları parka girişi təmin edir.

Abidələri

Kelvinqrov Parkı 
Kelvinin birinci baronu olan Uilyam Tomsonun heykəli.

Parkda orkestr üçün konsert meydanı, bouls və kroket meydançaları, skeytpark, müxtəlif heykəllər və abidələr var. Lord Provost Robert Styuartın (1851-1854) xatirəsinə tikilmiş Styuart Xatirə Fəvvarəsi parkda ən böyük abidədir. 1872-ci ildə Ceyms Sellars tərəfindən tikilən fəvvarə, qranit, qumdaşı, mərmər və tuncdan inşa olunmuşdur. Fəvvarənin üstündə Trossaxs gölünün görüntü xüsusiyyətləri və Ser Valter Skottun "Gölün qadını" heykəli yerləşir.

Parkda həmdə fizik Lord Kelvin, yazıçı Tomas Karlayl, Fredrik Roberts və kimyaçı Cozef Listerin heykəlləri, Kameronians və Haylend Piyada qoşunlarına aid abidələr, Kelvinqrov İncəsənət Qalereyası və Muzeyi yerləşir.

Konsert meydanı

Kelvinqrov Parkı 
2007-ci ildə konsert meydanı.

Park ərazisində yerləşən konsert meydanı 1924-cü ildə Ceyms Miller tərəfindən tərtib olunmuş və tikilmişdir. Amfiteatr ilə teatr tipli dizaynlı olan konsert meydanında 3000 insan üçün oturacaq və 7000 ayaq üstdə insan yerləşirdi. Buna baxmayaraq, bu açıq konsert üçün məşhur yer, 1995-ci il ətrafında baxımsızlıq nəticəsində vandalizmə uğramışdır.

2012-ci ilin aprelində konsert meydanının bərpası Belle and Sebastian, Teenage Fanclub, Franz Ferdinand, Eddi Rider kimi musiqiçilər tərəfindən dəstəklənmiş və Şotlandiya parlamenti parkın təmiri üçün £245,000 məbləğdə pul ayırmışdır.

2014-cü il 7 mayda £2 milyon təmir işlərindən sonra, 2500 nəfərlik konsert meydanı yenidən açılmışdır. Həmin ilin avqustında parkda Stiv Earl, The Waterboys, Capercaillie, Squeeze, Teenage Fanclub, Alison Moyetin iştirakı ilə "Magners Summer Nights" festivalı keçirilmişdir.

Populyar mədəniyyətdə

1901-ci ildə Avstraliyanın Brisben şəhərinin Kelvin Qrov rayonu parkın şərəfinə adlandırılmışdır. 1992-ci ildə Alisder Qreyin yazdığı "Yazıq adamlar" romanı park və parkın ətrafında yer tutur.

Qalereya

İstinadlar

Xarici keçidlər

Tags:

Kelvinqrov Parkı TarixiKelvinqrov Parkı Coğrafi yerləşməsi və xüsusiyyətləriKelvinqrov Parkı Populyar mədəniyyətdəKelvinqrov Parkı QalereyaKelvinqrov Parkı İstinadlarKelvinqrov Parkı Xarici keçidlərKelvinqrov ParkıHektarKelvinqrov İncəsənət Qalereyası və MuzeyiQlazqoİngilis dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Dünyanın yeni yeddi möcüzəsiDövlət İmtahan Mərkəzi (Azərbaycan)İnsan penisiCeyhun HacıbəyliAzərbaycandakı çayların siyahısıİslam peyğəmbərləriMacarıstanSahibkarlıqŞəki rayonuAzərbaycan siyasi partiyalarının siyahısıAzərbaycanın sərhədləriGünəş sistemiKürOlimpdə Zevsin heykəliProqram təminatıQazaxıstanMüstəqillik Günü (Azərbaycan)Sözün həqiqi mənasıFəlsəfəNaxçıvan Muxtar RespublikasıMəhtimquluİosif StalinRomaQarabağMəsdərAna səhifəKlaviaturaŞəki xan sarayıƏsas nitq hissələriNotXankəndiFahreeEldar BaxışAzərbaycan diliHacı ŞahinNazirlər Kabineti (Azərbaycan)İlkin DövlətovTürkmənistanİsa QəmbərEtnoqrafiyaMarağa rəsədxanasıRozmarinAtəşgah (Bakı)Azərbaycan PrezidentiQoç (astrologiya)ÜnsiyyətSkarlatinCahid TağızadəDemoqrafiyaŞamaxıAtmosfer çirklənməsiCəbrAvroviziya Mahnı MüsabiqəsiƏdədi silsiləYeni Müsavat (qəzet)Unitar dövlətHacı Zeynalabdin TağıyevKvadratHeydər Əliyevin ölümü və dəfniYol nişanlarıİranAzərbaycan Sovet Sosialist RespublikasıAlternativ enerjiAzərbaycan polisiNorveçTwitterNəqliyyatZaqatala rayonuXocalı soyqırımıNadir şah (tarixi faciə)Fərid ƏhmədovAzərbaycan memarlığıƏlincə qalasıMicrosoft ExcelLaçın rayonu🡆 More