Sabah Fk: Azərbaycanın futbol klubu

Sabah FK — Masazır qəsəbəsini təmsil edən peşəkar futbol klubu.

Klub 2018–2019 mövsümündən Misli Premyer Liqasında çıxış edir. "Sabah" FK ev oyunlarını Masazır qəsəbəsində yerləşən "Bank Respublika Arena"da keçirir.

Sabah FK
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Ləqəb(lər) Bayquşlar, Tələbələr
Rəng(lər) Ağ-Göy
Yaranma tarixi 8 sentyabr 2017
Stadionu Bank Respublika Arena
Tutumu 13000
Prezidenti Maqsud Adıgözəlov
Baş məşqçisi Xorvatiya Krunoslav Renduliç
Liqa Azərbaycan Premyer Liqası
2022-23 2
Rəsmi saytı

Tarixi

Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası 
"Sabah" I Divizionda (2017–2018)

"Sabah" Futbol Klubu 2017-ci il, sentyabrın 8-də fəaliyyətə başlayıb. 2017/18-ci il mövsümündə Azərbaycan I Divizionunda çıxış edən "ağ-göylər", mövsümü 5-ci pillədə başa vurub.

2018-ci il mayın 12-də AFFA-nın Lisenziya Komissiyasının iclasında "Sabah" Futbol Klubuna Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya verilməsi qərara alınıb.

"Sabah" Futbol Klubu Azərbaycan Premyer Liqasında ilk oyununu 2018-ci il avqustun 12-də "Keşlə" Futbol Klubuna qarşı keçirdi. "ASK Arena"da keçirilən debüt matçında 1:0 hesabıyla qalib gələn "Sabah", həm də, yüksək liqada ilk qələbəsini qazanmış oldu. Qarşılaşmada yeganə qola Marko Deviç imza atdı. Ukrayna millisinin keçmiş üzvü "Sabah" Futbol Klubunun Azərbaycan Premyer Liqasında ilk qolunun müəllifi kimi adını klubun tarixinə yazdırdı.

2022-ci ilin dekabrında Murad Musayevin rəhbərlik etdiyi klub, "Sumqayıt"ı 6:0 hesabı ilə məğlub edərək Azərbaycan Premyer Liqasında tarixinin ən böyükhesablı qələbəsini qazanıb.

Klubun loqosu və rəngləri

"Sabah"ın loqosunda klubun adı üzərində təsvir edilən günəş şüaları sabaha açılan yeni gün, yeni ümidlər, yeni qələbələri təcəssüm etdirir. Qalxan isə müdafiə əzminin, oyunda komandanın qapısının toxunulmazlığının ifadəsidir.

"Sabah"ın əsas rəngləri göy-ağdır. Bu rənglər ciddilik, məqsədyönlülük, inam, güc və qüvvəti əks etdirir.

Rəhbərlik və Müşahidə şurası

"Sabah" Futbol Klubunun təsisçisi "Bridge Group of Companies"-in rəhbəri Yaqub Hüseynovdur. "Sabah"ın prezidenti Maqsud Adıgözəlovdur.

Klubda Müşahidə Şurası (MŞ) da fəaliyyət göstərir. MŞ 5 üzvdən ibarətdir – Firudin Qurbanov (Azərbaycan Respublikası təhsil nazirinin müavini), İqor Ponomaryov (azərbaycanlı keçmiş futbolçu və məşqçi, 1988-ci ilin olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası), Rəhman Hacıyev ("1news.az" saytının və "Bakinskiy raboçiy" qəzetinin rəhbəri), Rauf Xəlilov (sahibkar), Yaqub Hüseynov (sahibkar).

Müşahidə Şurasının sədri Firudin Qurbanovdur.

Forma

Klub geyim dəstində göy-ağ rənglərdən istifadə edir. "Sabah"ın əsas geyimi göy-ağ-göy, ehtiyat geyimi isə ağ-göy-ağ rəngdədir.

Klub I Divizionda çıxış etdiyi zaman İspaniyanın "Joma" firmasının geyim dəstindən istifadə edirdi. "Sabah" Premyer Liqaya vəsiqə qazandıqdan sonra "Joma"nı İtaliyanın "Macron" firmasıyla əvəzlədi. 2020-ci ildən komanda "Nike" firmasının geyim dəstindən istifadə edir.

Stadion

Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası 
Bank Respublika Arena

"Sabah" Futbol Klubu ev oyunlarını Masazır qəsəbəsində yerləşən "Bank Respublika Arena"da keçirir. "Bank Respublika Arena" 13 000 nəfər azarkeş tutumuna malikdir. "Sabah" Futbol Klubunun bu

stadionda keçirilən oyunlarını orta hesabla 1500–2000 nəfər izləyir.

Stadionun oyun meydançası təbii ot örtüyünü ilə əhatə olunmuşdur. Stadionun ərzisində futbolçuların soyunub geyinmə otaqları, tibb məntəqəsi, mətbuat konfransı üçün nəzərdə tutulmuş zal ilə yanaşı, dəvətlilərin oyunları izləməsi üçün xüsusi otaqlar mövcuddur.

Sözügedən stadion əvvəlki illərdə "Neftçi" və "Qarabağ" klublarının müvəqqəti olaraq Premyer Liqa oyunlarına ev sahibliyi etmişdir. "Sabah" Futbol Klubu yüksək liqada "Bank Respublika Arena"dan əsas stadion kimi istifadə edən ilk klubdur. Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə ən çox azarkeş məhz bu stadionunda keçirilən "Sabah" FK — "Qarabağ" FK oyununda qeydə alınıb. 0:0 hesabı ilə nəticələnən görüşü 10000 nəfər tribunadan canlı izləyib.

Komandanın Heyəti

Nömrə Ölkə Mövqeyi Futbolçu
2 Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  DF Amin Seydiyev
3 Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  DF Zurab Oçiqva
4 Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  MF Elvin Camalov (Kapitan)
7 Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  DF Boyan Letiç
8 Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  MF Alekseyk Kaşuk
9 Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  MF Anatoli Nuriyev
10 Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  MF Aleksey İsayev
11 Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  FW Kristian Sebalyos
12 Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  GK Yusif İmanov
13 Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  MF Abdolaye Ba
14 Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  DF Bəxtiyar Həsənalızadə
15 Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  MF Kristiyan Da Silva Fil
Nömrə Ölkə Mövqeyi Futbolçu
16 Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  GK Rüstəm Samiqullin
17 Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  MF Tellur Mütəllimov
18 Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  FW Davit Volkov
19 Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  DF Con İrasabal
20 Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  MF Coy-Lens Mikels
21 Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  MF İldar Alekperov
22 Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  MF Seymur Məmmədov
29 Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  MF Ceyhun Nuriyev
33 Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  MF Camal Cəfərov
77 Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  MF Namik Ələsgərov
94 Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  GK Nicat Mehbalıyev
99 Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  FW Emmanuel Apeh

Məşqçilər heyəti

Vəzifə Ad, soyad
Baş məşqçi Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  Murad Musayev
Baş məşqçinin birinci köməkçisi Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  Artur Olenin
Baş məşqçinin ikinci köməkçisi Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  Ruslan Qafitullin
Qapıçılar üzrə məşqçi Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  Vitali Kovalyov
Fiziki hazırlıq üzrə məşqçi Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  Vitali Korneyev
Əvəzedici heyətin baş məşqçisi Sabah Fk: Tarixi, Klubun loqosu və rəngləri, Rəhbərlik və Müşahidə şurası  İlqar Mənsimov

Akademiya

"Sabah" Futbol Klubu "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbi ilə əməkdaşlıq edir. "Vətən" 1967-ci ildə uşaq və gənclər futbol məktəbi kimi təsis olunmuşdur. İlk illərində "Vətən" Futbol Məktəbinə Azərbaycanın futbol əfsanəsi Ələkbər Məmmədov rəhbərlik etmişdir. 26 dekabr 2007-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin qərarı ilə məktəbin adı rəsmi olaraq "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbi olmuşdur.

"Vətən" Futbol Məktəbinin Bakı şəhərində yerləşən iki kampusu mövcuddur. Bu futbol məktəbində Bakı şəhərindən olanlarla yanaşı, Azərbaycanın müxtəlif bölgələrindən olan istedadlı uşaq və yeniyetmələr də məşq edir. "Vətən" Futbol Məktəbinin futbolçularından ibarət komandalar mütəmadi olaraq xaricdə təşkil olunan beynəlxalq futbol turnirlərində çıxış etmək imkanı qazanırlar.

Uzun müddətdi fəaliyyət göstərən futbol məktəbinin müxtəlif yaş qrupları AFFA-nın təşkil etdiyi yarışlarda uğurla çıxış edirlər. 2017/2018-ci il mövsümündə 7 yaş qrupunda (U10, U11, U12, U13, U14, U15 və U16) çempionatlara qatılan "Vətən" RİOEUG futbol məktəbi yekunda 3 qızıl (U11, U12 və U15), 1 gümüş (U16) və 1 bürünc (U10) medal qazanmaqla özünəməxsus rekordu yeniləyib.

İstinadlar

  1. Sabah Futbol Klubunun rəsmi veb səhifəsi sabahfc.az
  2. Azərbaycan Premyer liqasının rəsmi veb səhifəsi pfl.az
  3. "Sabah" Futbol Klubu: Azərbaycan Premyer Liqasının yeni siması www.1news.az
  4. Президент ФК Сабах: Мы пришли в футбол не на один день www.azerifootball.com
  5. "Sabah" futbol klubunun Müşahidə Şurası yaradılıb www.report.az
  6. Lisenziya Komissiyasının qərarı: "Sabah" Premyer Liqada, "Kəpəz"də qalır? Arxivləşdirilib 2019-03-13 at the Wayback Machine cbcsport.tv
  7. "Sabah"da daha 3 imza Arxivləşdirilib 2019-04-01 at the Wayback Machine futbolinfo.az

Tags:

Sabah Fk TarixiSabah Fk Klubun loqosu və rəngləriSabah Fk Rəhbərlik və Müşahidə şurasıSabah Fk FormaSabah Fk StadionSabah Fk Komandanın HeyətiSabah Fk Məşqçilər heyətiSabah Fk AkademiyaSabah Fk İstinadlarSabah FkAzərbaycan Premyer LiqasıBank Respublika ArenaMasazır

🔥 Trending searches on Wiki Azərbaycanca:

DelimitasiyaBeşinci nəsil qırıcıSovet Sosialist Respublikaları İttifaqıQondarma Dağlıq Qarabağ RespublikasıSürücülük vəsiqəsiAzərbaycan Beynəlxalq BankıÇoxmənalı sözlərNəqli cümləƏbdürrəhim bəy HaqverdiyevAğdamEyyub YaqubovÇoxluqlarSinir sistemiMədət QuliyevZürafəAzərbaycan muzeylərinin siyahısıMüxtəsər vurma düsturlarıFunksiya (riyaziyyat)Azərbaycan xanlıqlarıQanaxmaQara QarayevDövlət Sərhəd Xidməti (Azərbaycan)AtomKub metrAzərbaycan Memarlıq və İnşaat UniversitetiMarafon döyüşüRöya AyxanÇaldıran döyüşüAzərbaycandakı çayların siyahısıAzərbaycanlıların Ermənistandan deportasiyası (1948–1953)MoskvaAzərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman AkademiyasıAvstraliyaAzərbaycan şirkətlərinin siyahısıPasxaXərçəng xəstəliyiAzərbaycan mətbuatıMəhəmməd FüzuliQüvvə (fiziki kəmiyyət)Cavanşir Məmmədov (general)Səlib yürüşləriFaizAzərbaycanın iqtisadi rayonlarıUzunluq (fizika)Azərbaycan Dövlət İqtisad UniversitetiGünəş sistemiTürkmənistanGöbələklərAli Məclis (Naxçıvan)Suda-quruda yaşayanlarMicrosoft WordAna səhifəQaçışÜmumi Daxili MəhsulSərt diskMaliyyəSəhraBakıda yerləşən abidələrin siyahısıVasif TalıbovBöyük Hun imperiyasıAllergiyaBraziliyaOrta əsrlər9 May Qələbə GünüBalaəliTürk Dövlətləri TəşkilatıRomaQoç (astrologiya)HüquqAzərbaycanda yayılmış balıqların siyahısıProtokolRamil UsubovKütlə vahidləriPiramida (həndəsə)Azərbaycanın ali təhsil müəssisələrinin siyahısıDüzbucaqlıElçin Hüseynbəyli🡆 More