Azərbaycan Premyer Liqası: Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ən yüksək liqa

Azərbaycan Premyer Liqası və ya Misli Premyer Liqası — Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ən yüksək təbəqədir.

Hazırda Misli Premyer Liqasında 10 futbol klubu iştirak edir. Azərbaycan Premyer Liqasının mövsümü adətən avqust ayından maya kimi keçirilir. Premyer Liqanın qalibi UEFA Çempionlar Liqasının 1-ci pley-off mərhələsində yer alır.

Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı
Ölkə Azərbaycan Azərbaycan
Konfederasiya UEFA
Açılış ili 1992
İlk sezon 1992
Komandaların sayı 10
Liqalar sistemində səviyyə 1
Aşağı liqa Azərbaycan Birinci Liqası
Digər kubok(lar) Azərbaycan Kuboku
Beynəlxalq kubok(lar)

UEFA Çempionlar Liqası
UEFA Avropa Liqası

UEFA Konfrans Liqası
Son çempion Qarabağ (11-ci dəfə)
Ən uğurlu komanda Qarabağ (11 dəfə)
TV partnyoru CBC Sport
Veb səhifəsi www.pfl.az
Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı Azərbaycan Premyer Liqası 2023/2024

Çempionat 1992-ci ildən 2007-ci ilə qədər Yüksək Liqa, 2007-ci ildən sonra Azərbaycan Premyer Liqası adı altında fəaliyyət göstərir. 1992-ci ildən 10 klub Azərbaycan Premyer Liqasının qalibi olmuşdur. Azərbaycan Premyer Liqasının ən uğurlu komandası "Qarabağ"-dır. Hazırkı çempion "Qarabağ" 2023–24 mövsümündə 11-cu dəfə bu titulu qazanmışdır.

Tarixi

1990-cı illər

1990-cı illərdə liqada əsasən "Neftçi", "Qarabağ", "Kəpəz", "Turan Tovuz FK" və "Şəmkir" hökmranlıq edib. 1997-ci ildə "Kəpəz" Azərbaycan Premyer Liqası tarixində ən uzun qələbə seriyasına imza atmışdır. Gəncəlilər 1997/98 mövsümündə başlayan və 1998/99 mövsümündə başa çatan seriya müddətində 20 görüşdə qələbələri sıralayıb.

2000-ci illər

2000-ci illərin ortasında iqtisadi böhran yerli klublara ciddi zərbə vurdu və nəticədə, "Xəzri Buzovna", "Şəfa" və "ANS Pivani Bakı" kimi klublar mövcüdluğunu dayandırdı. Premyer Liqa klublarının 2002-ci ilin aprelində çempionatın dayandırması və AFFA ilə pikə çatan gərginlik, FİFAUEFA-nın 2 illik sanksiyası ilə bitdi. Yarışı yarımçıq dayandıran klublar öz yaratdıqları Təşkilat Komitəsinin təşəbbüsü ilə çempionatı davam etdirdi. Lakin "alternativ çempionat" kimi tarixə düşən həmin turnir qeyri-rəsmi hesab edildi. Ölkədə "böyük futbol"un faktiki olaraq yoxa çıxması ilə nəticələnən münaqişədən sonra çox sayda oyunçu xaricə üz tutdu. Xaricə yollana bilməyənlərin bir qismi alternativ çempionatda, digərləri isə futzal yarışlarında çıxış etməyə başladı.

Yeni əsrdə Neftçinin çempionatda hegemonluğuna "Xəzər Lənkəran", "İnter Bakı" və "Bakı" kimi yeni rəqiblər son qoymağa çalışırdı. 2005-ci ildə "Neftçi" çempionatın sonunda "Xəzər Lənkəran" klubu ilə eyni xal yığdığı üçün çempionu müəyyənləşdirmək üçün "Qızıl oyun" keçirildi. Gəncə şəhər stadionunda keçirilən oyunda "Neftçi" "Xəzər Lənkəran"ı 2:1 hesabı ilə üstələyərək, ardıcıl ikinci dəfə çempionluğu bayram etdi. Ağasəlim Mircavadovun rəhbərliyi altında "Xəzər Lənkəran" iki dəfə Azərbaycan Kubokunu qazanmış, 2006-cı ildə isə çempion olmuşdur. 2022-ci ildə "Keşlə" futbol klubu rəsmən "Şamaxı" adlandırılıb.

2010-cu illər

Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı 
2011/2012 Azərbaycan Premyer Liqasının kuboku "Neftçi PFK"nın muzeyində.

2010-cu ildə "Neftçi" altı uğursuz ildən sonra çempion oldu. Növbəti mövsümdə "Neftçi" yeddinci dəfə Azərbaycan çempionu oldu. 2012-ci ilin avqustun 30-da Böyükağa Hacıyevin rəhbərlik etdiyi "Neftçi" səfərdə APOEL-ə 3:1 (İlk oyun: 1:1) hesabı ilə qalib gələrək Azərbaycan futbol tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. Növbəti mövsümdə "Neftçi" ardıcıl 3-cü dəfə ölkə çempionu oldu.

2013-cü ildən başlayaraq Azərbaycan Premyer Liqasında "Qarabağ" hegemonluq edir. Həmin mövsüm "Qarabağ" 21 ildən sonra ikinci çempionluğu qeyd etdi. 2014-cü ildə "Qarabağ" Azərbaycan futbolunda avrokubokların qrup mərhələsinə vəsiqə qazanan ikinci, 2015-ci ildə "Qəbələ" üçüncü klub kimi tarixə düşdü. 2016-cı ildə "Qarabağ" ardıcıl 4-cü dəfə ölkə çempionu oldu. 2017-ci il avqustun 24-də "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Həmin ildə Azərbaycan Premyer Liqası Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) dünyanın ən yaxşı çempionatlarının reytinq siyahısında 33-cü yerdə qərarlaşıb.

2018-ci il aprelin 22-də "Qarabağ" ardıcıl beşinci dəfə çempion titulunu qazanıb.

2020-ci illər

2020-ci ildə COVID-19 qlobal pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statisitikasının yüksəlməsi, Azərbaycan ərazisində karantin rejiminin 2020-ci il iyulun 1-dək uzadılması ilə bağlı klubların məşq keçməsi üçün vaxt azlığı, klubların ehtimal olunan maliyyə çətinliyi, pandemiya dövründə AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr və futbolçuların, məşqçilərin və Azərbaycan Premyer Liqasında oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümündə çempionat və kubok yarışı dayandırılıb. Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilib. Bunun nəticəsində "Qarabağ" ardıcıl 7-ci, ümumilikdə 8-ci dəfə çempionluq əldə edib.

2021-ci ildə "Neftçi" Azərbaycan Premyer Liqasının yekun turunda yeddi ilin hegemonu olmuş "Qarabağ"a 1:0 hesabı ilə üstün gələrək ölkə çempionu olub.

Korporativ strukturu

13 iyun 2008-ci ildən Azərbaycan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası, Azərbaycan Birinci LiqasıAzərbaycan Kuboku yarışlarını təşkil edir. Quruma Ramin Musayev rəhbərlik edir.

Hazırda Azərbaycan Premyer Liqasının üç klubu — "Neftçi", "Qarabağ" və "Qəbələ" Avropa Klublar Assosiasiyasının (ECA) üzvüdür. Avropa Klublar Assosiasiyası UEFA Klub Müsabiqələri Komitəsinə üç üzv seçilməsinə nəzarət edir; hansı ki, Çempionlar Liqası və UEFA Avropa Liqası kimi UEFA müsabiqələrində əməliyyatlarında rol oynayır.

Müsabiqə formatı

Hazırda Azərbaycan Premyer Liqasında 10 futbol klubu iştirak edir. Mövsüm ərzində (avqustdan maya qədər) hər klub rəqibləri ilə dörd dəfə (dairəvi sistem) görüşür: iki dəfə öz sahəsində, iki dəfə səfərdə. Cəmi 36 oyun keçirilir. Komandalara qələbəyə görə üç xal, heç-heçəyə görə bir xal və məğlubiyyətə görə sıfır xal verilir. Komandalar ümumi xallar, sonra qol fərqləri ilə və daha sonra vurulan qollarla sıralanır. Əgər vəziyyət eynidirsə, komandalar eyni mövqedə yer alır.

Aşağıda Azərbaycan Premyer Liqasının tarixi boyu komandaların sayı qeyd olunur:

  • 26 klub = 1992
  • 20 klub = 1993
  • 16 klub = 1993–1994
  • 13 klub = 1994–1995
  • 11 klub = 1995–1996
  • 16 klub = 1996–1997
  • 15 klub = 1997–1998
  • 14 klub = 1998–1999
  • 12 klub = 1999–2000
  • 11 klub = 2000–2001
  • 12 klub = 2001–2002
  • 14 klub = 2003–2004
  • 18 klub = 2004–2005
  • 14 klub = 2005–2006
  • 13 klub = 2006–2007
  • 14 klub = 2007–2009
  • 12 klub = 2009–2013
  • 10 klub = 2013–2016
  • 8 klub = 2016–2022
  • 10 klub = 2022–cari

Avrokuboklar üçün kvalifikasiya

Azərbaycan Premyer Liqasında birinci yer tutan komanda UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinə, ikinci və üçüncü yer tutan komandalar isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanır. Azərbaycan Kubokunun qalibi UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanır. Əgər Azərbaycan Kubokunun qalibi avrokuboklara vəsiqə qazanıbsa, o zaman Azərbaycan Premyer Liqasında dördüncü yer tutan komanda UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanır.

Klublar

Azərbaycan Premyer Liqası 2023–24 komandalarının xəritədə yeri.
Qarabağ FK Ağdam şəhərini təmsil edir, amma Ağdamın işğalı səbəbindən ev oyunlarını Bakıda keçirir.

Stadionları və yerləri

    Qeyd: Cədvəl əlifba sırası ilə siyahlanıb
Komanda Ərazi Stadion Stadion tutumu
Qarabağ Ağdam Azərsun Arena 5,800
Qəbələ Qəbələ Qəbələ şəhər stadionu 4,500
Kəpəz Gəncə Gəncə şəhər stadionu 27,000
Neftçi Bakı Neftçi Arena 10,200
Sabah Masazır Bank Respublika Arena 13,000
Səbail Bakı ASCO Arena 5,000
Sumqayıt Sumqayıt Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 15,500
Araz-Naxçıvan Naxçıvan Naxçıvan şəhər stadionu 2,200
Turan Tovuz FK Tovuz Tovuz şəhər stadionu 6,500
Zirə Bakı Zirə Olimpiya İdman Kompleksi stadionu 1,300

Azərbaycan klubları Avrokuboklarda

Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı 

15.03.2024 tarixinə

n Komandalar O Q H M Toplar Top fərqi Xal
1 "Qarabağ" Ağdam 176 66 46 64 207:223 -16 244
2 "Neftçi" Bakı 82 26 20 36 95:127 -32 98
3 "Inter" Bakı 35 14 10 11 43:33 +10 52
4 "Qəbələ" 42 11 7 24 41:66 -25 40
5 "Bakı" 18 4 5 9 16:34 -18 17
6 "Xəzər-Lənkəran" 18 2 7 9 14:33 -19 13
7 "Sabah" Bakı 4 3 0 1 6:3 +3 9
8 "Zirə" Bakı 6 2 2 2 6:7 -1 8
9 "Karvan" Yevlax 6 2 1 3 3:6 -3 7
10 "Kəpəz" Gəncə 14 2 1 11 6:30 -24 7
11 "MKT-Araz" İmişli 4 1 1 2 1:3 -2 4
12 "Bakı Fəhləsi" 2 1 0 1 1:1 0 3
13 "Şəmkir" FK 10 1 0 9 7:21 -14 3
14 "AZAL" Bakı 4 0 2 2 3:5 -2 2
15 "Xəzri" Buzovna 2 0 1 1 0:2 -2 1
16 "Sumqayıt" 2 0 1 1 2:11 -9 1
17 "Səbail" Bakı 2 0 0 2 4:6 -2 0
18 "Simurq" Zaqatala 2 0 0 2 0:4 -4 0
19 "Turan" Tovuz 2 0 0 2 0:7 -7 0
20 "Şəfa" Bakı 2 0 0 2 0:7 -7 0
21 "Viləj" Masallı 4 0 0 4 2:10 -8 0

Çempionlar və bombardirlər

Mövsüm Çempion İkinci Üçüncü Bombardir
1992 Neftçi Xəzər Sumqayıt Turan Tovuz FK Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Nazim Əliyev (Xəzər Sumqayıt, 39 qol)
1993 Qarabağ Xəzər Sumqayıt Turan Tovuz FK Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Samir Ələkbərov (Neftçi, 16 qol)
1993–94 Turan Tovuz FK Qarabağ Kəpəz Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Musa Qurbanov (Turan Tovuz FK, 35 qol)
1994–95 Kəpəz Turan Tovuz FK Neftçi Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Nazim Əliyev (Neftçi, 26 qol)
1995–96 Neftçi Xəzri Buzovna Kəpəz Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Fazil Pərvərov (Kəpəz, 23 qol) / Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Rövşən Əhmədov (Kəpəz, 23 qol)
1996–97 Neftçi Qarabağ Xəzri Buzovna Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Qurban Qurbanov (Neftçi, 34 qol)
1997–98 Kəpəz Bakı Şəmkir Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Nazim Əliyev (Bakı, 23 qol)
1998–99 Kəpəz Şəmkir Neftçi Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Alay Bəhramov (Viləş Masallı, 24 qol)
1999–00 Şəmkir Kəpəz Neftçi Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Badri Kvaratsxeliya (Şəmkir, 16 qol)
2000–01 Şəmkir Neftçi Viləş Masallı Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Paşa Əliyev (Bakılı Bakı, 12 qol)
2001–02 AFFA və klublar arasında yaranan münaqişəyə görə çempionat yarımçıq dayandırılmış və nəticələr hesaba alınmayıb.
2002–03 AFFA və klublar arasında yaranan münaqişəyə görə futbol çempionatı təşkil edilməyib.
2003–04 Neftçi Şəmkir Qarabağ Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Samir Musayev (Qarabağ, 20 qol)
2004–05 Neftçi Xəzər Lənkəran Karvan Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Zaur Ramazanov (Karvan, 21 qol)
2005–06 Bakı Karvan Neftçi Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Yakuba Bamba (Karvan, 16 qol)
2006–07 Xəzər Lənkəran Neftçi Bakı Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Zaur Ramazanov (Xəzər Lənkəran, 20 qol)
2007–08 İnter AZAL Neftçi Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Xəqani Məmmədov (İnter, 19 qol)
2008–09 Bakı İnter Simurq Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Valter Quqlemon (İnter, 17 qol)
2009–10 İnter Bakı Qarabağ Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Fərid Quliyev (Standard Bakı, 16 qol)
2010–11 Neftçi Xəzər Lənkəran Qarabağ Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Georgi Adamiya (Qarabağ, 18 qol)
2011–12 Neftçi Xəzər Lənkəran İnter Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Bahodir Nəsimov (Neftçi, 16 qol)
2012–13 Neftçi Qarabağ İnter Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Nikolas Kanales (Neftçi, 26 qol)
2013–14 Qarabağ İnter Qəbələ Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Reynaldo (Qarabağ, 22 qol)
2014–15 Qarabağ İnter Qəbələ Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Nurlan Novruzov (Bakı, 15 qol)
2015–16 Qarabağ Zirə Qəbələ Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Dani Kintana (Qarabağ, 15 qol)
2016–17 Qarabağ Qəbələ İnter Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Rauf Əliyev (İnter, 11 qol)
Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Filip Ozobiç (Qəbələ, 11 qol)
2017–18 Qarabağ Qəbələ Neftçi Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Baqali Dabo (Qəbələ, 13 qol)
2018–19 Qarabağ Neftçi Səbail Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Mahir Emreli (Qarabağ, 16 qol)
2019–20 Qarabağ Neftçi Keşlə Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Mahir Emreli (Qarabağ, 7 qol)
Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Baqali Dabo (Neftçi, 7 qol)
Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Stiven Josef-Monroz (Neftçi, 7 qol)
Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Peyman Babayi (Sumqayıt, 7 qol)
2020–21 Neftçi Qarabağ Sumqayıt Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Namiq Ələsgərov (Neftçi, 19 qol)
2021–22 Qarabağ Neftçi Zirə Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Kadi (Qarabağ, 12 qol)
2022–23 Qarabağ Sabah Neftçi Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Ramil Şeydayev (Qarabağ , 22 qol)
2023–24 Qarabağ

Mükafatçı klublar






Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı 

Ən uğurlu klublar (%)   Qarabağ (36 %)  Neftçi (27 %)  Kəpəz (9 %)  Digər klublar (28 %)

n Klub Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Medallar Çempionluq mövsümləri
1 Qarabağ Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  11 4 4 19 1993, 2013–2014, 2014–2015, 2015–2016, 2016–2017, 2017–2018, 2018–2019, 2019–2020, 2021–2022, 2022–2023, 2023–2024
2 Neftçi Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  9 5 7 21 1992, 1995–1996, 1996–1997, 2003–2004, 2004–2005, 2010–2011, 2011–2012, 2012–2013, 2020–2021
3 Kəpəz
3
1 2 6 1994–1995, 1997–1998, 1998–1999
4 İnter 2 3 4 9 2007–2008, 2009–2010
5 Şəmkir 2 2 1 5 1999–2000, 2000–2001
6 Bakı 2 2 1 5 2005–2006, 2008–2009
7 Xəzər-Lənkəran 1 3 0 4 2006–2007
8 Turan 1 1 2 4 1993–1994
9 Qəbələ 0 2 3 5
10 Xəzər Sumqayıt 0 2 0 2
11 Karvan 0 1 1 2
12 Xəzri 0 1 1 2
13 Sabah 0 1 0 1
14 Zirə 0 1 0 1
15 Şüvəlan 0 1 0 1
16 Sumqayıt 0 0 1 1
17 Səbail 0 0 1 1
18 Simurq 0 0 1 1
19 Viləş 0 0 1 1

Dubllar

Klub Sezon Dubllar
Qarabağ 5 1993,

2014–2015, 2015–2016, 2016–2017, 2021–2022

Neftçi 3 1995–1996,

2003–2004, 2012–2013

Kəpəz 1 1997–1998
Xəzər-Lənkəran 1 2006–2007

Azərbaycan SSR çempionları

Sponsorluq və loqo

Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı 
Unibank Premyer Liqasının loqosu

2009-cu ilə qədər Azərbaycan Premyer Liqasının sponsoru olmayıb. 2009-cu ilin sentyabrında "Unibank" və Peşəkar Futbol Liqası arasında sponsor sazişinin imzalandın və ölkə çempionatına ilk dəfə kommersiya strukturu tərəfindən sponsorluq edildi. 2012-ci ildən 2019-cu ilə qədər Azərbaycan Premyer Liqasına "Topaz" bukmeker şirkəti sponsorluq edib.

2020-ci il avqustun 2-də Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının yeni loqosunu təqdim edib. Yeni loqo qartal, alov və dalğa ilə əhatələnən futbol topu elementləri üzərində qurulub.

Period Sponsor Name
1992–2009 Sponsor olmayıb Yüksək Liqa / Azərbaycan Premyer Liqası
2009–2012 Unibank Unibank Premyer Liqası
2012–2019 Topaz Topaz Premyer Liqası
2019–2022 Sponsor olmayıb Azərbaycan Premyer Liqası
2022– Misli Misli Premyer Liqası

Maliyyə

Azərbaycan Premyer Liqası başladığı ildən, 32-dən çox klub müflis olub. 2000-ci illərin ortasında APL və Azərbaycan Birinci Liqası arasında uçurum yaranması futbol ekspertləri tərəfindən tənqid olunmuşdur. 2008-ci ildən 2016-cı ilə qədər Azərbaycan Premyer Liqasına külli miqdarda vəsait axmağa başladı.

2015-ci ildən Azərbaycan Premyer Liqası klublarında çıxış edən 21 və 23 yaşadək yerli futbolçuların maaşına limit tətbiq olunur. 21 yaşadək futbolçuların illik maaşı maksimum 30 min AZN-dək, 23 yaşadək futbolçuların illik maaşı maksimum 50 min AZN-dək müəyyənləşdirilib. Azərbaycan milli futbol komandasının heyətində mövsüm ərzində oyunların 50 faizində iştirak edən futbolçuların maaşı klub tərəfindən maksimum 25 faiz artırıla bilər. AFFA-nın İcraiyyə Komitəsinin qərarına riayət etməyən, formal olaraq müəyənləşdirilmiş maaş göstərən, lakin faktiki olaraq limitdən artıq maaş verən klublar müəyyənləşdirilərək cəzalandırılır.

Medianın işıqlandırması

2009-cu ildə PFL və AzTV Qapalı Səhmdar Cəmiyyəti arasında Azərbaycan Premyer Liqası və Kubokunun oyunlarının eksklüziv çəkiliş və yayım hüququna dair müqavilə imzalanıb. 2009-cu ildən 2015-ci ilə qədər Azərbaycanda Premyer Liqa İdman Azərbaycan TV tərəfindən yayımlanırdı. 2015/16 mövsümündə Azərbaycan Premyer Liqasının yayım hüququ üçün tender təşkil olundu. Tenderin qalibi CBC Sport oldu.

Statistika və rekordlar

Premyer Liqada olan oyunçular mövsümün sonuna kimi Azərbaycan Premyer Liqasının Qızıl Butsu üçün rəqabət aparırlar.

Nazim Əliyev APL-nin tarixində ən çox qol vuran futbolçudur. 1995–96 mövsümündə N. Əliyev APL-də ilk 100 qol vuran oyunçu olmuşdur. O vaxtdan bəri, 10 digər oyunçular da 100 qol nişanına çatmışlar.

APL-də ən çox oyun keçirən futbolçu isə Rahid Əmirquliyevdir.

Qalın şriftlərlə göstərilən oyunçular hələ karyerasını davam etdirir:

Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı 
Xəqani Məmmədov Azərbaycan Premyer Liqasında ən çox qol vurmuş oyunçulardan biridir.
Ən çox qol vurmuş oyunçular
Oyunçu Dövr Klub Qol
1 Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Nazim Əliyev 1992–1999 Xəzər Sumqayıt 183
2 Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Müşfiq Hüseynov 1992–2007 Qarabağ 125
3 Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Rövşən Əhmədov 1992–2003 Kəpəz 116
4–5 Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Qurban Qurbanov 1990–2006 Neftçi 115
4–5 Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Samir Ələkbərov 1992–2001 Neftçi 115
6 Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Alay Bəhramov 1992–1999 Viləş Masallı 108
7 Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Nadir Nəbiyev 1995–2012 Turan Tovuz FK 103
8–9 Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Vadim Vasilyev 1994–2007 Bakı Fəhləsi 102
8–9 Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Xəqani Məmmədov 1994–2012 Şamaxı 102
10 Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Kənan Kərimov 1995–2012 Şəmkir 101
Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı 
Rəşad Abdullayev Azərbaycan Premyer Liqasında ən çox oyun keçirmiş oyunçulardan biridir.
Ən çox oyun keçirən oyunçular
Oyunçu Dövr Klub Oyun
1 Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Rahid Əmirquliyev 2003–2023 Xəzər Lənkəran 457
2 Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Mahmud Qurbanov 1992–2012 Kəpəz 421
3 Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Rəşad Sadiqov 1998–2018 Neftçi 392
4 Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Azər Məmmədov 1992–2012 Kəpəz 388
5 Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Aslan Kərimov 1992–2011 Qarabağ 382
6 Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Rəşad Abdullayev 1994–2017 Xəzər Lənkəran 378
7 Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Elvin Məmmədov 2004–2023 Şamaxı 376
8 Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Asif Məmmədov 2004–h.h. Qəbələ 373
9 Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Aqil Məmmədov 1992–2011 Turan Tovuz FK 363
10 Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Vurğun Hüseynov 2005–h.h. Sumqayıt 362

Mükafatçı baş məşqçilər

Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı 
Qurban Qurbanovun rəhbərliyi altında "Qarabağ" Azərbaycan Premyer Liqasında on dəfə qalib olmuşdur.
Baş məşqçi Çempion Qələbə illəri
Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Qurban Qurbanov
10
2013–14, 2014–15, 2015–16, 2016–17, 2017–18, 2018–19, 2019–20, 2021–22, 2022–23, 2023–24
Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Ağasəlim Mircavadov
5
1993, 1999–00, 2000–01, 2004–05, 2006–07
Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Böyükağa Hacıyev
3
2005–06, 2011–12, 2012–13
Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Kazbek Tuayev 1993–94, 1995–96, 2003–04
Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Mehman Allahverdiyev 1994–95, 1997–98, 1998–99
Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Əhməd Ələsgərov
1
1992
Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Elbrus Abbasov 1996–97
Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Arif Əsədov 2010–11
Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Qəhrəman Əliyev 2001–02
Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Goko Haciyevski 2008–09
Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Kaxaber Tsxadadze 2009–10
Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Valentin Xodukin 2007–08
Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Samir Abbasov 2020–21

Azarkeş sayı

Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı 
"Neftçi" azarkeşləri "Qarabağ"la oyunda
Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı 
"Qarabağ" futbol komandasına aid olan "İmarət" azarkeş qrupunun banneri
Mövsüm sayı
Ümumi azarkeş sayı
Orta azarkeş sayı
İst.
2001–02 187,929 1,099
Liqa ləğv olunub - - -
2003–04 195,840 1,360
2004–05 470,670 1,623
2005–06 - 1,623
2006–07 - 1,085
2007–08 - 1,564
2008–09 - 1,643
2009–10 - 1,701
2010–11 - 1,871
2011–12 - 2,299
2012–13 - 2,381
2013–14 - 1,703
2014–15 - 1,537
2015–16 - 1,521
2016–17 - 2,587
2017–18 - 2,016
2018–19 - 2,022
2019–20 - 1,012

Mükafatlar

Kubok

Çempionluq kuboku PFL-in sifarişinə əsasən, Fransanın "Arthus-Bertrand" şirkəti hazırlayır və hər mövsümun sonu Azərbaycan Premyer Liqasının qalibinə təqdim olunur.

Ayın və ilin oyunçusu

Mövsün ərzində "Ayın futbolçusu" və "İlin futbolçusu" futbol klublarının baş məşqçiləri, komandaların kapitanları və idman jurnalistləri arasında PFL tərəfindən keçirilən sorğuya əsasən müəyyənləşir. Qalib oyunçuya PFL və sponsorun hədiyyələri və pul mükafatı təqdim olunur. 2014-cü ildən "Ayın futbolçusu" mükafatın verilməsi dayandırılıb.

Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı 
Reynaldo "Ayın futbolçusu" mükafatını dörd dəfə qazanmışdır.
Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı 
Flavinyo "Ayın futbolçusu" mükafatını ən çox qazanan oyunçulardan biridir.
Mövsüm İl Ay Oyunçu Klub
2009–10 2009 Oktyabr Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Vaqif Cavadov Qarabağ
2009–10 2010 Noyabr Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Mario Souza Xəzər Lənkəran
2009–10 2010 Dekabr Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Əfran İsmayılov Qarabağ
2009–10 2010 Fevral Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Xəqani Məmmədov Karvan
2009–10 2010 Mart Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Araz Abdullayev Neftçi
2009–10 2010 Aprel Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Georgi Adamiya Qarabağ
2009–10 2010 May Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Aleksandar Şoliç Bakı
2010–11 2010 Avqust Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Bahodir Nəsimov Neftçi
2010–11 2010 Sentyabr Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Samir Zərgərov Kəpəz
2010–11 2010 Oktyabr Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Flavinyo Neftçi
2010–11 2010 Noyabr Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Zohair Benuahi AZAL
2010–11 2010 Dekabr Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Samir Əliyev Simurq
2010–11 2011 Fevral Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Rauf Əliyev Qarabağ
2010–11 2011 Mart Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Flavinyo Neftçi
2010–11 2011 Aprel Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Vinston Parks Xəzər Lənkəran
2010–11 2011 May Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Georgi Adamiya Qarabağ
2011–12 2011 Avqust Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Ceyhun Sultanov Kəpəz
2011–12 2011 Sentyabr Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Rəşad Abdullayev Neftçi
2011–12 2011 Oktyabr Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Vinston Parks Bakı
2011–12 2011 Noyabr Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Flavinyo Neftçi
2011–12 2011 Dekabr Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Baçana Tsxadadze Şamaxı
2011–12 2012 Fevral Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Əfran İsmayılov Qarabağ
2011–12 2012 Mart Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Yannik Kamanan Qəbələ
2011–12 2012 Aprel Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Eder Bonfim Xəzər Lənkəran
2011–12 2012 May Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Deividas Çesnauskis Bakı
2012–13 2013 Fevral Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Nikolas Kanales Neftçi
2012–13 2013 Mart Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Marius Pena Bakı
2012–13 2013 Aprel Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Riçard Almeyda Qarabağ
2012–13 2013 May Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Nikolas Kanales Neftçi
2013–14 2013 Avqust Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Cavid Hüseynov Bakı
2013–14 2013 Sentyabr Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Əfran İsmayılov Bakı
2013–14 2013 Oktyabr Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Reynaldo Qarabağ
2013–14 2013 Noyabr Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Vaqif Cavadov Şamaxı
2013–14 2013 Dekabr Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Daniel Subotiç Qəbələ
2013–14 2014 Fevral Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Reynaldo Qarabağ
2013–14 2014 Mart Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Reynaldo Qarabağ
2013–14 2014 Aprel Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Riçard Almeyda Qarabağ
2013–14 2014 May Azərbaycan Premyer Liqası: Tarixi, Korporativ strukturu, Müsabiqə formatı  Reynaldo Qarabağ

Qeydlər

İstinadlar

Xarici keçidlər

Tags:

Azərbaycan Premyer Liqası TarixiAzərbaycan Premyer Liqası Korporativ strukturuAzərbaycan Premyer Liqası Müsabiqə formatıAzərbaycan Premyer Liqası KlublarAzərbaycan Premyer Liqası Azərbaycan klubları AvrokuboklardaAzərbaycan Premyer Liqası Çempionlar və bombardirlərAzərbaycan Premyer Liqası Sponsorluq və loqoAzərbaycan Premyer Liqası MaliyyəAzərbaycan Premyer Liqası Medianın işıqlandırmasıAzərbaycan Premyer Liqası Statistika və rekordlarAzərbaycan Premyer Liqası Azarkeş sayıAzərbaycan Premyer Liqası MükafatlarAzərbaycan Premyer Liqası QeydlərAzərbaycan Premyer Liqası İstinadlarAzərbaycan Premyer Liqası Xarici keçidlərAzərbaycan Premyer LiqasıAzərbaycanUEFA Çempionlar Liqası

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycandakı ən yüksək dağ zirvələriİkinci Qarabağ müharibəsiDünya okeanıBağlayıcıSəməd VurğunSabir Əliyev (həkim)Əlifba sırasına görə paytaxtların siyahısıİnfeksiyaDəvəquşuZəlzələQaraqoyunlularƏfşar imperiyasıAzərbaycan tammetrajlı bədii filmlərinin siyahısıƏqrəb (astrologiya)Metyu BrayzaAbşeron rayonuAdrianLimfa düyünləriElektrik cərəyanıEldənizlərSoyuq müharibəADA UniversitetiGöyçə mahalıCavanşir Məmmədov (siyasətçi)Roma imperiyasıVideosexRobotNaxçıvanMingəçevirMilli Dirçəliş GünüHacı Zeynalabdin TağıyevSkarlatinNəriman AxundzadəSadə cümlənin şəxsə görə növləriDelimitasiyaBalaəliSilindrAğciyər iltihabıMüdafiə Nazirliyi (Azərbaycan)QızdırmaAzərbaycan şirkətlərinin siyahısıOğlaq (astrologiya)İbn SinaDədə QorqudBazar iqtisadiyyatıAnemiyaNiyaməddin MusayevPakistanQaranquşlarƏkinçi (qəzet)RiyaziyyatLerik rayonuŞahin BağırovNəriman NərimanovKimyəvi reaksiyaİnformasiya texnologiyalarıMuğan düzüGülağa MəmmədovİyunPilotsuz uçuş aparatıQüvvə (fiziki kəmiyyət)PrizmaŞəki rayonuÇernobıl faciəsiVeysəl MusibovMetaforŞöhrət ordeni (Azərbaycan)Abbasqulu ağa BakıxanovXəmsəKeramikaBirləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (2024)Məhəmmədhüseyn ŞəhriyarTərəzi (astrologiya)Məmmədəli HüseynovII MuradÖzbəkistan🡆 More