Sumqayıt: Azərbaycanda şəhər

Sumqayıt — Azərbaycan Respublikasında respublika tabeli şəhər.

Paytaxtdan 31 km şimalda, Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində düzənlik ərazidə yerləşir. Hacı Zeynalabdin, Ceyranbatan, Köhnə Corat, Yeni Corat, Novxanı, Kimyaçılar, İnşaatçılar, Kotej, Yaşma və Saray qəsəbələri, Yaşıl dərə, Stansiya Sumqayıt, Qurd dərəsi, Sarıqaya, Xəzər bağları yaşayış massivləri, 21 mikrorayon və sayı 67-dən çox şəhər məhəllələri inzibati əraziyə daxildir.

Respublika tabeli şəhər
Sumqayıt
Sumqayıt
Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası
Gerb
Gerb
Ölkə Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası Azərbaycan
Region Abşeron-Xızı iqtisadi rayonu
Daxili bölgüsü mikrorayonlar, qəsəbələr, məhəllələr , yaşayış massivləri
İcra başçısı Zakir Fərəcov
Tarixi və coğrafiyası
Əsası qoyulub 1938
İlk məlumat 1580
Yaşayış məntəqəsi statuslu 1949
Sahəsi 181 km²
Mərkəzin hündürlüyü 26 m
İqlimi subtropik
Saat qurşağı UTC+4 , yayda UTC+5
Əhalisi
Əhalisi 426 000 nəfər (2023)
Sıxlığı 3837 nəf./km²
Milli tərkibi azərbaycanlılar, ləzgilər, talışlar, ruslar, türklər, tatarlar, yəhudilər və s.
Etnoxronim sumqayıtlı
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 18
Poçt indeksi AZ 5000
Nəqliyyat kodu 50
Digər
sumqayit-ih.gov.az  (az.)
Sumqayıt xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toponimi

"Sumqayıt" toponiminin yaranması barədə 3 fərqli versiya var.

"Sum qayıt" əfsanəsi

Bu əfsanəyə görə, günlərin bir günü uzaq ellərdən gələn dəvə karvanı bu yerdən keçir. Onların su ehtiyatı qurtarır, susuzluğa davam gətirə bilməyən karvan sahibləri arasında bir-birini dərin məhəbbətlə sevən Sum və Ceyran adlı iki gənc də var idi. Bir tərəfdən susuzluq, bir tərəfdən isə qızmar günəş altında, qumlu səhrada yerimək, Ceyranı lap taqətdən salmışdır. Sevgilisinin susuzluğa dözə bilmədiyini görən Sum Ceyrana deyir:

— Sən burada məni gözlə, ya ölərəm, ya da sənə su taparam!

Sum karvandan aralanıb gedir, lakin sevgilisinin fəlakətlə qarşılacağını hiss edən Ceyran onun ardınca qışqırır:

— Sum, qayıt! Sum, qayıt! Sum, qayıt!

Tayfa adı ilə

Sumqayıt adı Rəşidəddin Fəzlullahın "Cami ət-təvarix" əsərində türk tayfaları arasında qeyd edilir. Həmin əsərdə Çingiz xan zamanında türk tayfalarının adları çəkilərkən Kunkqay və ya Sunkqayt (Khunkqait) tayfasının adı Qarait (Kirait), Cirkin, Sakait (Sakaut), Tumavut, İlbat, Nayman (Naiman), Yiti-i Tokluq, Tanqut və Unkut tayfaları arasında qeyd edilir. Fəzlullah Rəşidəddin Cəmi ət-Təvarixdə türk əsilli tayfaların adları və haqlarında təsvir bölməsində yazır:

Monqollar dövründən sonra bu adı təqdim edən, hazırda monqol adlandırılan ancaq əslində adları monqol olmayan tayfalardan biri Saqait tayfasıdır. …Tayciyut tayfası ilə Çingiz xan arasında çəkişmə və nifaq olduğu zaman bu tayfa Çingiz xanın tərəfini saxladı və onun qoşununa qatıldı: tarixdə onların da təsviri verilib, Ancaq nə o zaman, nə də indi bu tayfadan kimsə məlum deyil ki, möhtərəm və şöhrətli olsun.

Türkiyə tarixçisi Ramazan Şeşen də, həmin əsərə istinad edərək Kunqayt tayfasının adını ayrı bir türk tayfası olaraq qeyd edir. Böyük ehtimal bu ad iki tayfa adını ifadə edirdi. Kun və Qayi tayfaları Çingiz xandan əvvəl indiki Monqolustan ərazilərində məskunlaşmışdılar. Çin mənbələri onlar haqqında məlumat verir. XI əsrin ortasında Kun və Kay (Qay/Qayi) tayfaları Kidanların hücumu qarşısında yurdlarını tərk edib Kimək adlanan İrtış ətrafında yaşayan türklərin ölkəsinə gəldilər. Bəzi Kun və Qay tayfası isə Sırdərya ətrafında məskunlaşan oğuz yurdlarını ələ keçirdilər. Alman şərşünas Cozef Marquart onlardan Qay tayfasını Osmanlıların ulu babaları hesab edib. A. Z. V. Toqana görə, həmin qay qəbiləsi türk olub, qayıların çincə mənbələrdə keçən adıdır.

Qazax tarixçi Sergey Axincanov "Qıpçaqlar" adlı əsərində "Qay", "Kun" tayfalarının etnik mənsubiyyəti haqqında geniş araşdırma apararaq onların Qıpçaqların ulu babaları olduğunu ortaya çıxardıb. Türkmən əsilli sovet tarixçisi Sergey Aqacanov da "Oğuzlar" haqqındakı əsərində, Kun və Qay tayfalarının XI əsrdə Monqolustan və Şərqi Çindəki yurdlarını tərk edərək qərb istiqamətində hərəkət etdiklərini və Orta Asiyada yeni bir xalqlar köçünə səbəb olduqlarını qeyd edir. Hər iki tayfanın köçü haqqında tarixi məlumatları toplayan Əkbər N. Nəcəf "Qaraxanlılar" adlı əsərində, bu tayfaların adlarının ərəbcə, qrabarca mənbələrdə çəkildiyini, Biruninin qay, kun tayalarını türk olaraq göstərdiyini vurğulayıb.

Qayı və kunların birlikdə hərəkət etdikləri, daha sonra XarəzmşahlarınMonqol imperiyasın tərkibində yer aldıqları, 1230-cu ildə artıq Azərbaycanda bu adda məskunlaşmaların olduğu qeyd edilir. Adın monqolca yazılışına diqqət etdiyimizdə Sumqayıt adının orijinal yazılışı Kun-qayt olub, bu da Kun və Qay və ya Qayıt tayfalarının birliyini ifadə edirdi. Böyük ehtimal Sumqayıt adı həmin tayfa birləşməsinin adını əks etdirirdi.

Semyon Bronevski 1823-cü ildə nəşr edilmiş "Qafqaz haqqında ən yeni coğrafi və tarixi xəbərlər" adlı kitabında yazır:

Bakı xanlığı demək olar ki, Abşeron yarımadasında yerləşir, şimalda Quba mülkü ilə sərhəddir ki, ondan Suqaytı çayı ilə ayrılır …

Sumqayıt çay

Şəhərin adının mənşəyi ilə bağlı başqa bir fikir, şəhərdən bir az şimalda axan Sumqayıt çayla əlaqədardır. Yarımsəhra şəraitində axan çayın mənsəbi yoxdur və çay quraqlıqda tamamilə quruyur. Çayın Xəzər dənizinə axmayıb geri qayıtdığına görə ona qədim türkdilli tayfalar "su qayıdan çay" demişlər. Çayın adı və sonradan salınmış şəhərin adı da, məhz bu ifadədən gəlir.

Tarixi

Şəhər rəhbərləri
----


Şəhər Partiya Komitəsinin I Katibləri

Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Kamran Hüseynov 1953-1958
Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Zülfü Hacıyev 1958-
Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Nadir Balakişiyev 1962-1971
Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Sabit Abbasəliyev 1971-1974
Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Kamran Bağırov 1971-1978
Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Həsən Həsənov 1978-1979
Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Cahangir Müslümzadə 1985-1988

Şəhər İcra Hakimləri

Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Eldar İsmayılov 1991-1992
Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Yusif Sevdimalıyev 1992-1993
Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Şakir Abuşov 1993-2000
Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Təvəkkül Məmmədov 2000-2003
Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Vaqif Əliyev 2003-2011
Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Eldar Əzizov 2011-2015


Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Zakir Fərəcov 2015-indiyə kimi
Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası 
Sumqayıt Alüminium Zavodundan bir görüntü. 1957-ci il. "Oqonyok" jurnalı.

Tarixçilərin fikrincə müasir Sumqayıtın yerləşdiyi ərazidə qədim dövrlərdə midiyalılar məskunlaşıb.

Böyük Britaniyada nəşr olunan "The York Herald" qəzetinin 23 may 1877-ci il tarixli sayında belə Sumqayıtın adı çəkilib. Yazıda qeyd olunub ki,

"Sumqayıtdan, yaxud Bakıdan Tiflisə yaxşı yol mövcuddur, Tiflisdən isə İrəvana."

Sovet İttifaqı rəhbərliyi Abşeron yarımadasını ağır sənaye mərkəzinə çevirmək qərarına gəlir. Bu məqsədlə Abşeronda ikinci bir sənaye mərkəzi tikmək planlaşdırırlır. İlk tikinti işləri 1938-ci ildə başlanır, lakin İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq şəhərin tikintisi dayandırılır. Tikinti işləri 1944-cü ildə yenidən bərpa olunur. Şəhərin tikintisi zamanı torpaq altında qazıntı işləri görülərkən qədim yaşayış məntəqəsinin və karvansarayın qalıqlarına rast gəlinirdi. Sənaye şəhəri Sumqayıtın baş planı 1948-ci ildə Moskvadakı layihə institutlarından birində hazırlanmışdı. Şəhərin yaşayış zonasının tikintisi planını layihələşdirmək isə Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən yerinə yetirilmişdir. 1947–1949-cu illərdə hazırlanmış həmin layihənin müəllifləri Saburov, İsayev və Brjesinkaya idi. Sumqayıtın tikintisində azərbaycanlılar ilə yanaşı müharibədə əsir düşmüş almanlar da işlədilirdi. 1949-cu ildə Sumqayıta şəhər statusu verilir.

  • 1938-ci il – indiki İstilik Elektrik Stansiyasının yerində fəhlələr üçün ilk baraklar quraşdırılır. İES-in inşaatçıları üçün yaşayış məntəqəsinin tikintisinə başlanır.
  • 1939–1940-cı illər – sintetik kauçuk, boruyayma və kimya zavodlarının bünövrəsi qoyulur. Böyük Vətən Müharibəsinin başlanması ilə bütün tikinti işləri dayandırılır.
  • 1941-ci il – İES işə düşür və Bakının neft sənayesi üçün ilk elektrik cərəyanı verilir.
  • 1944-cü il – Kimya və metallurgiya zavodlarının tikintisi başlanır.
  • 1945-ci il – Sumqayıt kimya zavodu ilk məhsulunu verdi və Sumqayıtda geniş tikinti işləri vüsət aldı.
  • 1949-cu il – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilir. İEM yanında qəsəbə olaraq yaranan Sumqayıt qısa müddət ərzində böyük sənaye mərkəzinə çevrildi.
  • 1952-ci il – Boruyayma zavodu ilk məhsulunu verdi. Azərbaycanda qara metallurgiya sənayesi inkişaf etməyə başladı. Sintetik kauçuk zavodu işə başladı və ilk dəfə neftdən etil spirti əldə edildi.
  • 1953-cü il – Marten sobalarında ilk polad əridilməsi.
  • 1955-ci il – Sumqayıt Alüminium Zavodu işə başladı.
  • 1957–1959-cu illər – Elmi-tədqiqat institutları və mədəniyyət mərkəzləri tikilir, şəhər infrastrukturu inkişaf etdirilir.
  • 1960-cı il – Avropanın ən böyük neft-kimya kombinatının tikintisinə başlanıldı.
  • 1961–1968-ci illər – Bir-birinin ardınca yeni müəssisələr: kərpic zavodu, polimer tikinti materialları kombinatı, superfosfat zavodu, tikilərək istehsala başlayır.
  • 1970–1980-ci illər – Yüngül və maşınqayırma sənayesinin inkişafı.
  • 1988-ci il — Sumqayıtda ermənilər tərəfindən törədilən təxribat xarakterli qırğınlar.

Coğrafiyası

Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası 

Sumqayıt inzibati rayonu Xəzər dənizi şimal-qərb sahili boyunca duzənlik sahədə yerləşir. İnzibati rayon ərazisi Abşeron yarımadası ərazisinin 9495 hektarını təşkil edir. Torpağı günəşli, iqlimi quru suptropik və yarımsəhradır. Küləkli günlərin sayı ildə 75, küləyin sürəti adətən 5–20 m/san təşkil edir. Şəhər ərazisindən Sumqayıt çayı axır. Çay əsasən suyunu dənizə çatdıra bilmir. Buna səbəb yarımsəhra və qumluq zonasında suyun süzülməsi (İnfiltirizasiya) hadisəsidir. Çay əsasən yağış suları az miqdarda qar və yeraltı suları ilə qidalanır . Ən böyük qolu Qozlu çayıdır. Çayın mənbəyi Dübrar dağıdır. Havanın ən aşağı tempuraturu −13 °C yanvar, ən isti tempraturu isə +40 °C avqust təşkil edir. Havanın illik orta tempraturu +14 °C təşkil edir. Yay fəsli torpaq örtüyünün tempraturu +60 °C qədər catır. Yağıntılar əsasən payız-qış-yaz aylarında düşür. Yay ayları quraq keçir. İl ərzində 247 mm yağıntı düşür. Ərazidə şimal (Xəzri) çox, cənub küləyi (Gilavar) isə az müşahidə edilir. Şəhərin cənubundan Samur-Abşeron kanalı axır. Kanal Ceyranbatan su anbarına tökülür. Ərazidə cöl heyvanları: tülkü, çaqqal, dovşan, canavar, ördək, göyərcin, sığırcın vardır.

Rəmzləri

Şəhərin simvolu

Sumqayıtın girişində 15 ədəd üst-üstə spiral şəklində qoyulmuş daş və onların üzərində qağayı qanadları olan abidə şəhərin simvoludur. 15 ədəd daş şəhərin tikintisində bütün 15 sovet respublikasının iştirakının, spiral şəkilli olması onun sonsuz şəhər olmasının, qağayı dənizkənarı şəhər olması ilə yanaşı qanadları o vaxt mövcud olan Sumqayıt stansiyası və dəniz istiqamətindədir. Sonradan abidə alüminiumdan yenidən ucaldılarkən 15 daş prinsipinə əməl olunmamışdır. Abidənin Memarı Süleyman Həbib oğlu Hacıyevdir (Şəkinski) (1920–2000).

Sumqayıtın gerbi

Sumqayıt şəhərinin yeni gerbi 22 iyul 2011-ci ildə şəhər aktivinin ilin birinci yarısında Sumqayıtın sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş yığıncağında təqdim olunmuşdur. Gerbin seçilməsi üçün elan edilmiş müsabiqəyə üç ay müddətində təqdim edilmiş 50-yə yaxın eskiz mütəxəssislərin və şəhər ictimaiyyəti nümayəndələrinin daxil olduğu xüsusi komissiya tərəfindən nəzərdən keçirilmişdir. Müzakirələr prosesində daha məqbul hesab edilən 24 eskiz ictimaiyyətin mühakiməsinə təqdim edilmişdir. Şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə gerb rəsmi status əldə etmişdir. Təsdiq olunmuş gerbdə füruzə rəngi Sumqayıt şəhərinin dəniz sahili sularının rəngini, göy rəng səmanı, şəhərin simvollarından sayılan "Göyərçin" abidəsi isə Sumqayıt şəhərinin sülh və əmin-amanlıq şəhəri olmasını simvolizə edir.

Əhali

AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan məlumatına əsasən Sumqayıt şəhər ərazi dairəsinin əhalisi 325.237 nəfərdir. Onlardan 290.5 min nəfəri Sumqayıt şəhərində, 21.6 min nəfəri Hacı Zeynalabdin qəsəbəsində, 13.1 min nəfəri isə Corat qəsəbəsində yaşayır.

Sumqayıt inzibati ərazi vahidliyi 1939 1959 1970 1979 1989 1999 2009 2013
Sumqayıt şəhəri 6.353 (+1.499)[1] 51.485 124.490 190.112 231.104 283.184 276.061 290.5
Ceyranbatan 701[2]
Corat 1.777 2.451 4.291 6.206 7.809 12.711 13.1
Hacı Zeynalabdin - 5.389 8.634 8.634 16.371 20.674 21.6
Ümumi 9.629 60.026 135.540 204.952 255.284 283.184 309.446 325.237
  1. 1939-cu il Azərbaycan SSR əhalisinin siyahıyaalınmasına əsasən Sumqayıt şəhər tipli qəsəbəsindən ayrıca göstərilən 1.499 nəfər əhali "Kənd" əhalisi kimi qeyd olunmuşdur.
  2. 1959-cu il Azərbaycan SSR əhalisinin siyahıyaalınmasına əsasən Ceyranbatan şəhər tipli qəsəbəsi Sumqayıt Şəhər Sovetliyinə tabe olub.
    Sumqayıt inzibati ərazi vahidliyi əhali sayının illər üzrə diaqramı
Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası

Etnik tərkibi

Sumqayıt şəhər inzibati ərazi dairəsinin etnik tərkibi
Etnik
qrup
1939-cu il 1959-cu il 1970-ci il 1979-cu il 1999-cu il 2009-cu il
Əhali % Əhali % Əhali % Əhali % Əhali % Əhali %
azərbaycanlı 4 185 43.46% 25 393 42.30% 75 396 55.63% 141 616 68.85% 271 119 95.74% 302 461 97.74%
ləzgi 69 0.72% 891 1.48% 3 124 2.30% 5 340 2.60% 4 402 1.55% 3 488 1.13%
rus 4 275 44.40% 20 753 34.57% 35 055 25.86% 37 089 18.03% 4 667 1.65% 2 143 0.69%
talış 2 0.02% 2 0.01% 535 0.19% 475 0.15%
türk 2 0.02% 105 0.04% 179 0.06%
tatar 204 2.12% 1 265 0.93% 1 417 0.69% 796 0.28% 116 0.04%
tat 33 0.05% 103 0.08% 90 0.04% 96 0.03%
ukraynalı 359 3.73% 3 019 2.23% 2 529 1.23% 833 0.29% 94 0.03%
yəhudi 19 0.23% 722 1.20% 1 307 0.96% 1 239 0.60% 135 0.05% 60 0.02%
gürcü 19 0.23% 104 0.17% 294 0.22% 166 0.08% 46 0.02% 29 0.01%
avar 1 0.01% 11 0.02% 37 0.03% 40 0.02% 27 0.01%
qrızlı 14 0.01%
kürd 7 0.01% 10 0.01% 9 0.01%
erməni 201 2.09% 6 984 11.63% 13 268 9.79% 13 818 6.72% 21 0.01% 8 0.01%
saxur 2 0.01% 5 0.01% 8 0.01%
udin 14 0.01% 36 0.02%
digər 293 3.04% 5 133 8.55% 2 649 1.95% 2 299 1.12% 525 0.19% 239 0.08%
cəmi 9 629 100% 60 026 100% 135 540 100% 205 694 100% 283 184 100% 309 446 100%

Ekoloji vəziyyət

Sumqayıt Azərbaycan şəhərlərinin içində ən fəlakətli ətraf mühitə malikdir. Orta hesabla hər il havaya 96,5 min ton zərərli maddələr buraxılır. Sumqayıt Alüminium Zavodu şəhərin 2 km-də yerləşir və bu zəhərli maddələrin çox bir "payı" bu zavoda düşür. Bundan başqa Sumqayıt şəhərinin ekologiyasının pozulmasında "Kimyasənaye" İstehsal Birliyinin də çox böyük "əməyi" var. Sumqayıt yeganə şəhərdir ki, 3 müəsisəsi xlor buraxır. Nazirlər sovetinin 18 iyul 2001-ci il 567 N-li Qərarına əsasən Sumqayıtda heç bir kimyəvi müəssisə tikilməməli idi. Buna baxmayaraq, həmin vaxtdan bəri "Sintezkauçuk" birliyində "EP-300", "Üzvisintez" birliyində "Polimer-120" və başqa müəssisələr tikilib, istifadəyə verilmişdir. Bunlardan başqa şəhərin girəcəyində asfalt zavodu tikilib, istifadəyə verilmişdir. Təəsüflər olsun ki, bu və ya digər müəssisələr müvafiq orqanların (sanepidemistansiya, təbiətin mühafizə komitəsi və s.) icazəsi olmadan inşa olunmuşlar. Həmdə bu müəssisələrin tikildiyi zamanı layihələrdə böyük nöqsanlara yol verilmişdir. Havaya atılan zərərli maddələr külək vasitəsilə bütün şəhəri bürüyür. Bu baxışdan "İnşaatçılar" və "Kimyatikinti" yaşayış qəsəbələri daha pis vəziyyətə məruz qalırlar.

Təhsil

1952-ci ilə qədər şəhərdə Corat məktəbi daxil olmaqla 3 məktəb fəaliyyət göstərmişdir ki, həmin dövrdə bu məktəblər Bakı şəhərinin tabeliyində olmuşdur. 1952-ci ildə Sumqayıt Xalq Maarif şöbəsi yaradılmışdır. Həmin ildə şəhərin 3 məktəbində 4 minə yaxın şagird təhsil almışdır.

Hazırda şəhərdə 49 məktəb fəaliyyət göstərir. Onlardan 47-si orta ümumtəhsil, 2-si sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbdir. Ümumtəhsil məktəblərindən 4-ü yeni tipli (3 lisey, 1 gimnaziya) təlim-tərbiyə müəssisələridir.

Məktəbdə 56201 nəfər şagird təhsil alır. Onlardan 767 nəfəri gimnaziyada, 2383 nəfəri liseylərdə, 561 nəfəri xüsusi məktəblərdə, 52490 nəfəri isə ümumtəhsil məktəblərində oxuyur.

Ümumtəhsil məktəblərində şəhid ailələrindən 242 şagird, hər iki valideynini itirmiş 80 şagird, bir valideynini itirmiş 1625 şagird, qaçqın ailələrindən 3135 şagird təhsil alır, imkan daxilində onlara diqqət və qayğı ilə yanaşılır.

Bu kateqoriyadan olan, həmçinin aztəminatlı ailələrə kömək məqsədilə 2004-cü ildə yeni ümumtəhsil internat məktəbi fəaliyyətə başlamışdır. Hazırda şəhərimizdə fəaliyyət göstərən 2 ümumtəhsil internat məktəbdə 939 şagird təhsil alır, tərbiyə olunur.

Sumqayıt şəhər məktəblərində 5214 müəllim çalışır. Onlardan 4256 nəfəri qadın (81,6%), 958 nəfəri isə (18,4%) kişidir. Müəllimlərdən 4482 nəfəri (86%) ali, 720 nəfəri (14%) isə orta ixtisas təhsilli olmaqla onların 34%-i gənclərdir.

Şəhərdə 57 məktəbəqədər tərbiyə müəssisəsində 7245 uşağın təlim-tərbiyəsi ilə 2384 nəfər məşğul olur. Bunlardan 945 nəfər pedaqoji, 1052 nəfəri isə texniki işçidir.

İstər məktəblərdə, istərsə də məktəbəqədər müəssisələrdə müxtəlif yeni pilot layihələr, xüsusilə sağlamlıqlarında qüsur olan uşaqların məktəb və bağçalarda adi uşaqlarla bir yerdə təhsili – inkluziv təhsillə bağlı geniş layihələr həyata keçirilir. Asiya İnkişaf Bankının dəstəyi ilə məktəbəqədər tərbiyə müəssisələrimizlə bağlı şəhərimiz pilot layihəsinə salınmışdır. Şəhərimizdə çoxsaylı monitorinqlər aparılmış, treninqlər, görüşlər keçirilmişdir. Xeyli metodik vəsaitlər işlənib hazırlanmış və çap olunmuşdur.

Bəzi bağçaların beynəlxalq layihələrə qoşulması bu sahədə inkişafa təkan verəcəkdir. Məktəbəqədər tərbiyə müəssisələrindən 11, 20, 30, 40 №-li uşaq bağçaları SOROS fondunun "Addım-addım" proqramı ilə işləməyə başlamış, 30, 40, 63, 66 №li bağçalar İnkuliziv-inteqrasiv pilot layihəsinə, 47 №li uşaq bağçası YUNISEF-in "Yuva" humanitar təşkilatının iştirakı ilə "Erkən uşaqlıq dövründə qayğı və inkişaf texnologiyası" proqramına qoşulmuşdur.

Ali təhsil müəssisələri

Səhiyyə

Sumqayıtda Səhiyyə Şöbəsi 1939-cu ildən rayon səhiyyə şöbəsi şəklində mövcuddur. 1948-ci ildən isə hazırkı günə qədər "Sumqayıt şəhər Səhiyyə şöbəsi" adında fəaliyyət göstərir. Sumqayıt ərazisində ilk xəstəxana 1924-cü ildə Haci Zeynalabdin Tağıyev tərəfindən əsası qoyulmuş, hazırda H. Zeynalabdin qəsəbəsində yerləşən 3 saylı Birləşmiş xəstəxanadır.

Xəstəxanalar

  • 1 saylı xəstəxana (Təyinatı: Müalicə profilaktika işi; Tutumu: 460 çarpayı)
  • 2 saylı xəstəxana (Təyinatı: Çox profilli xüsusi ixtisaslaşdırılmış tibbi yardım; Tutumu: 400 çarpayılıqdır)
  • 3 saylı xəstəxana (4 profildə fəaliyyət göstərir: terapiya, cərrahiyə, ginekalogiya, doğum çarpayıları)
  • Bərpa xəstəxanası (Tutumu: 190 çarpayı; o cümlədən, Terapiya şöbəsi: 60 çarpayı, Nevrologiya: 60 çarpayı, Cərrahiyyə: 40 çarpayı, Kardiologiya: 30 çarpayı. Bundan əlavə rentgen, laboratoriya və fizioterapiya şöbələri və funksional diaqnostika kabineti də fəaliyyət göstərir. Xəstəxana əsas etibarilə planlı xəstələri qəbul edir.)
  • Akademik U. Musabəyli adına Rayonlararası Sumqayıt Oftalmoloji Xəstəxana (Təyinatı: ixtisaslaşdırlmış Oftalmoloji xidmət; Xəstə tutumu: 120 çarpayı)
  • Uşaq xəstəxanası (Təyinatı: Çox profilli uşaq xəstəxanası; Xəstə tutumu: 320 çarpayılıq)

Mədəniyyət və incəsənət

Şəhər Mədəniyyət və Turizm İdarəsi

Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası 
Sumqayıtda yeni tikilmiş evlər

1950-ci illərdə sənaye şəhəri kimi inkişaf edən Sumqayıtda Sumqayıt şəhər Mədəniyyət şöbəsinin yaradılması şəhərin mədəni həyatında əlamətdar hadisəyə çevrildi.

1998-ci ildən etibarən, Sumqayıt Şəhər Mədəniyyət İdarəsi kimi fəaliyyət göstərən idarə öz ətrafında 19 filialı əhatə edən Mərkəzləşdirilmiş Kitabxana Sistemini, 14 klub tipli müəssisəni (8 mədəniyyət evi, 6 klub), 3 incəsənət, 2 musiqi məktəbini, Sumqayıt Tarix Muzeyini, Sumqayıt Dövlət Rəsm Qalereyasını, Kino-Video Birliyini, Nəsimi adına Mədəniyyət və İstirahət Parkını birləşdirir. Bu mədəni-maarif ocaqlarında 1164 nəfər çalışır.

Qeyd olunduğu kimi Sumqayıt Şəhər Mədəniyyət İdarəsinin tabeliyində 6 klub – "Gənclik", "Veteran", "Poeziya", 4 saylı şəhər klubu, 5 saylı şəhər klubu, 6 saylı şəhər klubu və 8 mədəniyyət evi – C. Cabbarlı adına mədəniyyət evi, N. Nərimanov adına mədəniyyət evi, Mərkəzi Şəhər Mədəniyyət evi, "Energetik" mədəniyyət evi, "İnşaatçılar" mədəniyyət evi, "28 may" mədəniyyət evi, "Dostluq" mədəniyyət evi, Corat mədəniyyət evi fəaliyyət göstərir.

Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası 
Poçt markası (2004).

Şəhər Mədəniyyət İdarəsi nəzdində olan təşkilatlar:

    Klublar
  • "Gənclik"
  • "Veteran"
  • "Poeziya"
  • 4 saylı şəhər klubu
  • 5 saylı şəhər klubu
  • 6 saylı şəhər klubu
  • Sumqayıt Şəhər Əli Kərim adına "Poeziya" klubu
    Mədəniyyət evləri
  • Cəfər Cabbarlı adına mədəniyyət evi
  • Nəriman Nərimanov adına mədəniyyət evi
  • Mərkəzi Şəhər Mədəniyyət evi
  • "Energetik" mədəniyyət evi
  • "İnşaatçılar" mədəniyyət evi
  • "28 may" mədəniyyət evi
  • "Dostluq" mədəniyyət evi
  • Corat mədəniyyət evi

Musiqi və incəsənət məktəbləri

İdman

Sumqayıt hər zaman perspektivli idmançılara malik olmuşdur. Şəhərdə bir sıra idman klubları mövcud olmuş və olmaqdadır. Bu klubların adları belədir: "Xəzər", "İnşaatçı", "Kimyaçı", "Sumqayıt", "Polad", "Kainat", "Vosxod", "Metallurq", "Gənclərbirliyi", "Gənclik-95", "Standard" və başqaları

Nəqliyyat

Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Avtomobil yolları və magistrallar

Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  İctimai nəqliyyat

Sumqayıtda 11 mart 1959-cu ildən 2003-cü ilin iyul ayına kimi tramvay fəaliyyət göstərmişdir. Əsas istifadə edilən tramvay modeli KTM5 olmuşdur.

Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Dəmiryolu vağzalı

Üçmərtəbəli Sumqayıt dəmir yolu vağzalının sahəsi 5,5 min kvadratmetrdir. Binada gözləmə zalı, bilet kassaları, məlumat bürosu, server otağı, əşyaların saxlanması kamerası yaradılıb və yaxın günlərdə burada ticarət mərkəzinin istifadəyə verilməsi planlaşdırılır. Bundan əlavə, stansiyada 7 yol yenidən qurulub və çəkilmiş dəmir yollarının ümumi uzunluğu 5 min 20 paqonmetrdir. Kompleksdə 12 yol dəyişən quraşdırılıb, uzunluğu 43 metr olan yeraltı piyada keçidi və platformaya yeraltı çıxış keçidi inşa edilib.

2015-ci ildən Bakı-Sumqayıt marşrutu ilə İsveçrənin "Stadler Rail Group" şirkətindən KİSS markalı ikimərtəbəli elektrik qatarları hərəkətə buraxılıb. Saatda 160 kilometr sürətlə hərəkət edən və 4 vaqondan ibarət olan elektrik qatarlarının hər birinin ümumi sərnişin tutumu 700 nəfər, oturacaq yerlərin sayı isə 367-dir.

Filmoqrafiya

Sumqayıtın yaranma tarixi ilə bağlı 2009-cu ildə ANS televiziyasında "60 yaşında cavan" adlı sənədli film hazırlanaraq efirə verilmişdir. Filmin müəllifi ANS TV-nin əməkdaşı Namiq Hüseynov dur.

Tanınmış sakinləri

Şəhərin tanınmış sakinlərdən şahmatçı Şəhriyar Məmmədyarov, müğənni Ədalət Şükürov, futbolçu Nazim Süleymanov, balaban ifaçısı Əlixan Səmədov, aktrisa Dilarə Əliyeva, karateçi Rafael Ağayev, paraolimpiyaçı İlham Zəkiyev və digərlərini qeyd etmək olar.

Qardaş şəhərlər

Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası 
Samsun Şəhər Muzeyində yer alan "Qardaş Şəhərlər" informativ lövhəsində "Sumgayıt"
Sıra Ölkə Şəhər Tarix
1 Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Gürcüstan Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Rustavi 1952
2 Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Rumıniya Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Piteşti 1971
3 Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Ukrayna Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Çerkasi 1972
4 Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Almaniya Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Lüdviqshafen 1978
5 Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Çin Çyu Cou 2001
6 Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  İtaliya Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Bari 2004
7 Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Türkiyə Ceyhan 2005
8 Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Avstriya Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Linz 2009
9 Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Belarusiya Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Mogilyov 2009
10 Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Qazaxıstan Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Aktau 2009
11 Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Rusiya Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Nevinnomıssk 2011
12 Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Türkiyə Samsun 2012
13 Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  İtaliya Sumqayıt: Toponimi, Tarixi, Coğrafiyası  Genuya 2013

Həmçinin bax

Şərhlər

İstinadlar

Xarici keçidlər

Tags:

Sumqayıt ToponimiSumqayıt TarixiSumqayıt CoğrafiyasıSumqayıt RəmzləriSumqayıt ƏhaliSumqayıt Ekoloji vəziyyətSumqayıt TəhsilSumqayıt SəhiyyəSumqayıt Mədəniyyət və incəsənətSumqayıt Musiqi və incəsənət məktəbləriSumqayıt İdmanSumqayıt NəqliyyatSumqayıt FilmoqrafiyaSumqayıt Tanınmış sakinləriSumqayıt Qardaş şəhərlərSumqayıt Həmçinin baxSumqayıt ŞərhlərSumqayıt İstinadlarSumqayıt Xarici keçidlərSumqayıtAzərbaycan RespublikasıCoratHacı ZeynalabdinMikrorayonNovxanıSaray (Abşeron)XəzərXəzər dənizi

🔥 Trending searches on Wiki Azərbaycanca:

Bakıda yerləşən abidələrin siyahısıAzərbaycan adalarının siyahısıHeyvanlarİsaak NyutonNəriman AxundzadəTayqaDəstəmazBöyük Fransa inqilabıDövlət quruluşu formalarıKimyəvi elementlərin dövri sistemiUEFA Çempionlar LiqasıPiramida (həndəsə)İraqMürəkkəb cümləRus əlifbasıAzərbaycan əlifbasıAzərbaycan mədəniyyətiII MehmedMaralgölÖvrə xəstəliyiCəfər CabbarlıTərbiyəOsmanlı sultanlarının siyahısıMasallı rayonuŞəkiİbtidai icma quruluşuAna səhifəPeyvəndİnsan hüquqlarıYol nişanlarıArxeoloji abidələrXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)İngiltərəRizalitMirzə Ələkbər SabirMarallarManaf AğayevAlma-Ata bəyannaməsi (1991)Şuşa qalasıTeymurilər dövlətiQaraqoyunlularQazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləriTəşbehAntarktidaLeyli və MəcnunCəmşid Naxçıvanski adına hərbi liseyNəqli cümləTəyinŞöhrət ordeni (Azərbaycan)Heydər Əliyevin 100 illiyi (1923–2023) yubiley medalıFəlsəfəNəriman NərimanovDemoqrafiyaKütlə vahidləriİlanlarSkelet (insan)I TəhmasibKimyəvi elementSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətiPrizmaMerkuri (planet)Elçin (yazıçı)RusiyaAzərbaycanda heykəltaraşlıqMüstəqilliyin Bərpası Günü (Azərbaycan)KodAppendisitNazirlər Kabineti (Azərbaycan)Veysəl MusibovMüslüm Maqomayev (bəstəkar)MoskvaXürrəmilər hərəkatı100 manatlıq əsginasPrezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)Mübariz İbrahimovTünzalə AğayevaMaliyyəQİÇS🡆 More