Rauf Şahsuvarov

Rauf Arif oğlu Şahsuvarov (16 fevral 1967, Laçın) — Azərbaycanın kino və teatr aktyoru.

Rauf Şahsuvarov
Doğum adı Rauf Arif oğlu Şahsuvarov
Doğum tarixi 16 fevral 1967(1967-02-16) (57 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1991-ci ildən
Təhsili

Həyatı

Rauf Arif oğlu Şahsuvarov 16 fevral 1967-ci ildə Laçın şəhərində anadan olub. 1974–1984-cü illərdə Laçın şəhər 2 saylı orta məktəbində təhsil alıb. 1985-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram teatrı və kino aktyorluğu fakültəsinə daxil olub. 1985–1987-ci illərdə hərbi xidmətdə olub və hərbi xidməti bitirdikdən sonra 1987-ci ildən təhsilini davam edərək 1991-ci ildə aktyorluq ixtisasına yiyələnib. İnstitut müəllimi xalq artisti, kinorejissor Eldar Quliyev olmuşdur.

Evldir, 2 övladı var. AXC-nin Xalq maarifi və dini etiqad naziri Nurməmməd bəy Şahsuvarovun nəvəsidir.

Fəaliyyəti

Rauf Şahsuvarov 1991-ci ildə təyinatla yeni açılmlş Şuşa Dövlət musiqili dram teatrına göndərilib və 2011-ci ilədək bir neçə il fasilələrlə həmin teatrda işləmişdir.

O, 1991–1992-ci illərdə Arif Paşayevin komandiri olduğu Azərbaycanda olan ilk nizami alayın-Laçın alayının tərkibində Qarabağ müharibəsində iştirak edib.

Rauf Şahsuvarov hal-hazırda Bakı Uşaq teatrında işləyir. İşlədiyi illər ərzində teatrda bir neçə tamaşanın quruluşçu rejissoru olmuş və müxtəlif rollar oynamışdır.

Filmoqrafiya

  1. O dünyadan salam (film, 1991) (tammetrajlı bədii film) (rol: Əli)
  2. Lal (film, 2003) (qısametrajlı bədii televiziya filmi) (rol: ziyalı)
  3. Yol yoldaşları (film, 2003) (tammetrajlı bədii televiziya filmi) (rol: bələdçi)
  4. QAZ (film, 2005) (tammetrajlı bədii film) (rol: ruhi xəstə)
  5. Kəndim+nizə qayıdın!? (film, 2007) (tammetrajlı bədii film) (rol: Ziyadxan)
  6. Pərvanələrin rəqsi (serial, 2012) (bədii serial) (rol: Daşdəmir)
  7. Sübhün səfiri (film, 2012) (tammetrajlı bədii film) (rol: nuxulu)
  8. Sonuncu fəsil (teleserial, 2013) (bədii serial) (rol: Şamo)
  9. Qız atası (teleserial, 2014) (bədii serial) (21-ci, 26-cı bölümlər)
  10. Dmitrov küçəsi 86 (film, 2015) (qısammetrajlı bədii film) (rol: qarovulçu)
  11. Oğlan evi 2 (film, 2016)
  12. Vicdan haqqı (teleserial, 2016) (bədii serial)
  13. Hoqqa (film, 2017) (tammetrajlı bədii film)
  14. Sən demə (film, 2020)
  15. Əqrəb mövsümü (teleserial, 2022)
  16. Həmrəylik günü (film, 2022)

İstinadlar

Tags:

Rauf Şahsuvarov HəyatıRauf Şahsuvarov FəaliyyətiRauf Şahsuvarov FilmoqrafiyaRauf Şahsuvarov İstinadlarRauf Şahsuvarov16 fevral1967Laçın

🔥 Trending searches on Wiki Azərbaycanca:

Mirzə Fətəli AxundovQara daşların sakinləri (film, 1991)D vitaminiRoza ZərgərliBotanikaDəstəmazAmoksisillinTorpaqİkinci Qarabağ müharibəsiSıxlıqKub metrTəvəssül duasıAbşeron rayonuƏliAnqkor VatBakı-Tbilisi-Ceyhan neft kəməriAnar ƏləkbərovEmin Mahmudov (futbolçu)Təhminə (film, 1993)Azərbaycan - İsveçrə futbol oyunuMübariz TağıyevYovşanSilindrAzərbaycan Respublikasının Dövlət SərhədiApp StoreHannibalGəncə zəlzələsi (1139)Rəşid Mahmudov (fizioloq)Novruz bayramıDünya ölkələrinin siyahısıGəncə qapılarıİmprovizasiyaİspaniyaƏfsanəMoskvaGölLaçın rayonuLeyliGicgah sümüyüZəngilan rayonuElm günüƏqrəb mövsümü (teleserial, 2022)Heyvanlara qarşı şiddətKarles PuçdemonQurban bayramıİrşadAvstraliyaMonqolların Azərbaycana ilk yürüşüLipopolisaxaridAzərbaycan manatıMəhəmmədhüseyn ŞəhriyarArif PaşayevAral gölüÜçbucaqAlqoritmRənglər siyahısıİslamın beş şərtiGeno AuriemmaOxatan (astrologiya)NorveçHekayəAzərbaycanın Milli QəhrəmanıGövhər QazıyevaRinqo StarSinqapurQara Qarayev (futbolçu)TəcavüzFətəli xan XoyskiMurad DadaşovElsevər PaşayevYerElxan ElatlıQədr gecəsiƏkinçi (qəzet)Cavanşir MəmmədovSüleyman Sani AxundovRamil Usubov🡆 More