Qırmızıdöş Qaz

Qırmızıdöş qaz (lat.

  • Status. Nadir, nəsli kəsilmək qorxusu altında olan, qışlayan növdür.
  • Yayılması. Xəzər dənizinin Lənkəran sahillərində, az miqdarda Kür-Araz ovalığının su hövzələrində qışlayır. Əsas toplandığı yer Qızılağac körfəzidir. Yamal yarımadasından Xatanqa çayına qədər Sibirin tundra və meşə-tundralarında yuvalayır.
  • Yaşayış yeri. Dəniz sahilləri, göllər, çayların mənsəbi. Sahələrin təsərrüfat istifadəsilə əlaqədar yem biotopu çox azalmışdır.
  • Təbiətdə sayı. Əvvəllər Xəzər sahillərində sayı çox idi. 1961-1964-cü illərdə Mil düzündə 3300-dən 4800 fərdə qədər. Sarısu gölündə qışlama zamanı 100 fərddən çox olmur. Azərbaycan MEA zoologiya institutu əməkdaşlarının məlumatına görə, 1980-ci ildə Qızılağac qoruğunda qırmızıdöş qazın sayı 23 fərdə qədər azalmışdır.
  • Çoxalması. Azərbaycanda yuvalamır.
  • Sayının dəyişilmə səbəbləri. Münasib yaşayış yerlərinin azalması, qanunsuz ov, kəskin şaxtalı illərdə yemsizlikdən məhv olması.
  • Qorunması üçün zəruri tədbirlər. Brakonyerçiliklə mübarizənin gücləndirilməsi.
Qırmızıdöş qaz
Qırmızıdöş Qaz
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Pangalloanserae
Dəstəüstü:
Galloanserae
Klad:
Odontoanserae
Klad:
Anserimorphae
Dəstə:
Yarımdəstə:
Anseres
Fəsiləüstü:
Anatoidea
Fəsilə:
Yarımfəsilə:
Anserinae
Növ:
Qırmızıdöş qaz
Beynəlxalq elmi adı

Qısa təsviri

Başının üst hissəsi, qanadları və qarnı qaradır. Boynunun aşağı hissəsi, döşü qırmızı–qəhvəyi rəngdədir. Bədəninin yanlarında ağ xətlər vardır. Quyruğunun altı ağdır.

Statusu

Nadirdir.

Kateqoriyası

Kritik vəziyyətdədir (CR). Xüsusi mühafizə tədbirləri görülməsə nəsli kəsilə bilər.

Yayılması

Avropa və Asiyada yayılıb. Azərbaycanda XX əsrin 70-ci illərinə qədər Lənkəran və Kür-Araz ovalıqlarında geniş yayılıb. İndi isə nadir hallarda Qızılağac Dövlət Təbiət Qoruğunda, Şirvan Milli Parkında, Mahmudçala-Ağçala göllərində və bu göllərin ətrafındakı yarımsəhralarda qeyri-müntəzəm görünür. Bəzi su hövzələrinin qurudulması, yarımsəhralardan pambıq, üzüm və meyvə-tərəvəz bitkilərinin əkini üçün intensiv istifadə edilməsi nəticəsində yaşayış yerləri kəskin azalıb.

Yaşayış yeri və həyat tərzi

Müasir arealı daxilində axmaz və göllərlə zəngin olan yarımsəhralar, taxıl və düyü sahələrində yaşayır. İri su hövzələrində dincəlir. Axşam və alatoranlıq vaxtı fəal olur. Azərbaycana qışlamağa gəlir. Oktyabrın sonundan noyabrın ortalarınadək payız gəlişi və ötüb keçməsi, martın əvvəli isə yaz köçməsi dövrü olur. Bitki toxumları, cücərtiləri və kök hissələri ilə qidalanır.

Məhdudlaşdırıcı amillər

XX əsrin ortalarına qədər yarımsəhralarda pambıq, üzüm, meyvə-tərəvəz bitkilərinin əkininin genişləndirilməsi, həddindən artıq mal-qaranın otarılması nəticəsində qida ehtiyatının azalması, qışın sərt keçməsi, Xəzərin səviyyəsinin dəyişilməsi sayına neqativ təsir göstərib, lakin sonrakı dəyişilmələr kosmik təsir nəticəsində Dunay çayı vadisində qışlaması ilə bağlıdır.

Əhali üçün əhəmiyyəti

Elmi, estetik və dekorativ əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Ovlanması qadağan edilmişdir. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan və Ağgöl Milli Parkları, su-bataqlıq sahələrində təşkil edilmiş yasaqlıqlar növün qışlaq tələblərinə cavab verir. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, Azərbaycanın "Qırmızı Kitab"ına, CİTES, Ramsar, Bern konvensiyalarına və AEWA sazişinə daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Qızılağac Dövlət Təbiət Qoruğunun, Şirvan və Ağgöl Milli Parklarının, Sarısu, Ağgöl, Mahmudçala-Ağçala göllərinin ətrafındakı yarımsəhralarda taxıl bitkiləri əkininin, Lənkəran ovalığında isə düyü əkininin genişləndirilməsi, növün əhəmiyyətinin maarifçiliyi gələcəkdə fayda verə bilər.

İstinadlar

Həmçinin bax

Tags:

Qırmızıdöş Qaz Qısa təsviriQırmızıdöş Qaz StatusuQırmızıdöş Qaz KateqoriyasıQırmızıdöş Qaz YayılmasıQırmızıdöş Qaz Yaşayış yeri və həyat tərziQırmızıdöş Qaz Məhdudlaşdırıcı amillərQırmızıdöş Qaz Əhali üçün əhəmiyyətiQırmızıdöş Qaz Qorunması üçün qəbul edilmiş tədbirlərQırmızıdöş Qaz Qorunması üçün məsləhət görülmüş tədbirlərQırmızıdöş Qaz İstinadlarQırmızıdöş Qaz Həmçinin baxQırmızıdöş QazAnatidaeAnimaliaAnseriformesAvesBrantaChordataLatın dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

AmoksisillinFellatioAzərbaycanlılarBir qalanın sirriHeydər ƏliyevHəzi AslanovNeftçilər metrostansiyasıQızılŞimali AmerikaAzərbaycan dövlət başçılarının siyahısıƏliNorveçAnal dəlikAzərbaycan Bayrağı ordeniİstanbulOral seksElektrik cərəyanıTrapesiyaHeydər Əliyevin 100 illiyi (1923–2023) yubiley medalıÜnsiyyətRum rəqəmləriAzərbaycan Dövlət İqtisad UniversitetiDünyanın yeddi möcüzəsiXurşidbanu NatəvanMədət QuliyevVyetnamSeks təhsili (teleserial)Namiq QaraçuxurluBitkiAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiSaitQadın reproduktiv sistemləriGənc türklərAzərbaycan xanlıqlarıCənubi AzərbaycanFikrət ƏmirovƏvəzlikDünya ölkələrinin siyahısıKönül XasıyevaSadə cümlənin şəxsə görə növləriQaranquşlarHəşəratlarMəsdərCümlə üzvləriElektrik müqavimətiHüquqPolad HəşimovNəriman Nərimanov metrostansiyasıKompüter oyunuTerminologiyaQubad İbadoğluMədəaltı vəziZəhər tuluğuKəlbəcər rayonuMeşəXəritəEnerjiSaatlı rayonuÇingiz AytmatovAzərbaycan şirkətlərinin siyahısıƏdliyyə Nazirliyi (Azərbaycan)Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman AkademiyasıFutbolXumar QədimovaHəcmYəhudilərPiramida (həndəsə)Müdafiə Nazirliyi (Azərbaycan)Azərbaycan Memarlıq və İnşaat Universiteti26 aprelHikmət HacıyevSalamQurban QurbanovXəzər dəniziCavad xanAtropatenaAzərbaycan Prezidenti🡆 More